Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (18-ci bölüm)
Me vs You (18-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1255
Səs ver:
- Hə, deməli Jalə qızım necə bir açıqlama tapdın?
- Ee... Hələki üzərində işləyirəm Rəşid bəy.
- Bax bu heç xoşuma gəlmədi qızım. Indiyə tapmalı idi...
Geniş iclas otağında mesaj səsi əks-səda verdi. Bütün gözlər eyni anda Əliyə dikilmişdi. Əli baxışlardakı kinayəni, bezginliyi hiss edib yerində büzüşdü. Telefonunu çıxarıb, stolun altında tutaraq kim bilir neçənci mesaja cavab verdi.
- Istəyirsiz biz çıxaq?
- Yox, ehtiyac yoxdu. Davam edək.
- Yox, yox. Çıxaq biz. Mane oluruq.
- Mane olmursuz...
- Ə sən mənlə məzələnirsən?!- deyə qışqırıb, əlindəki qovluğu Əlinin başına çırpmaq üçün ayağa qalxan Rəşid kişi otaqdakıların baxışlarını görüb yerinə əyləşdi.
Jalə çiynini çəkib, vecsiz tonda dedi:
- Başa düşmək olar. Əli bəyin nişanlısı onu çox sevir yəqin. Hər çürük olmanın kor alıcısı varmış.
Bu sözlər Əlinin onsuzda gərgin olan əsəblərinə toxundu. Başını yelləyib, kinayəli şəkildə:
- Hə. Düzü belə qızın mənə qismət olması böyük şansdı. "Qadın üçün ən böyük xoşbəxtlik ərinin alın təri ilə qazandığı çörəyi yeməkdir.” Nç, indiki zamanda belə düşünən qızlar da varmış.- deyib, Jaləyə gülümsəyərək baxdı.
- Aha. Onda əri gəbərsə, tezliklə İnşallah, kimin çörəyini yeyəcək görəsən?
Əli:
- Niyə gəbərməlidi əri? Nolub ona? Turp kimi oğlandı. Həm o gəbərsə, anası-atası var.
- Düz deyirsən, niyə gəbərsin ki? Neandertallar normal insanlardan daha uzun yaşayırdılar. Oğlanın ölümsüzlərin oğlu Herakl olduğunu bilmirdim!
Bu cümləyə Əlinin verəcək cavabı yox idi. Az qala stulundan aşacaq qədər Jaləyə yaxınlaşıb, kimsə eşitməsin deyə pıçıldayaraq dedi:
- Bax buna görə evdə qalasan sən. Sevdiyin adamda başqasıyla evlənir. Sən dirəş elə. Başqa qızlara bax, örnək götür, gör necə alırlar oğlanların könlün.
- Nədən danışdığını başa düşmürəm. Mən kimisə sevdiyimi xatırlamıram.- deyən Jalə saçlarını əli ilə arxaya itələyib üzünü çevirdi.
Əli yerindəcə donub qalmışdı. " İnana bilmirəm... Ay qız necə yəni sevdiyin adam yoxdu, bəs mən nəyəm burda? Nə tez yadından çıxdım? Mümkün deyil, hələ də sevir məni. Qısqanclıqdan çartlayır yəqin. Bir dəqiqə, indi bu da durub məni qısqandırmaq üçün oğlanla sevgili olsa?! Nə deyirəm a mən. Bununla sevgili olacaq canından bezmiş oğlan var Azərbaycanda? Öz aramızdı bu qız da bezdirdi ha...” Əlini düşüncələrindən yenə mesaj səsi ayırdı. Telefonu cibindən çıxarıb, səssiz rejimə qoymaq istəyirdi ki, Rəşid bəyin ötkəm səsi eşidildi:
- Nəysə. İclas qurtardı. Birdə Əli bəy, bura "iclas otağı” deyilməsinin səbəbi, yaxşı akustikası olmasıdır. Pıçhapıç salmayın. Çıxa bilərsiz.
Jalənin niyə elə cavab verdiyi indi Əliyə aydın oldu. (müəllif: Cəmilə Məmmədli) Qəzəblə Jaləyə baxdıqda, onun gülməyini güclə saxladığını gördü. Hətda Elcan gülməyini gizlətməyə ehtiyac görmürdü belə. Onun gözünün içinə baxa-baxa gülürdü. Hər kəs ayağa qalxıb otaqdan çıxdıqda, o da pərt halda ayağa qalxdı. Qapıya tərəf gedirdi ki:
- Sən qal.
Rəşid bəyin səsini eşidib, qayıdıb yerinə oturdu. Gözlərini ona dikib, deyəcəklərini gözlədi. Rəşid kişi ağzını açmaq istəyirdi ki, telefonu zəng çaldı. Əliyə "biraz gözlə” işarəsi verib, telefonu açdı.
- Alo. Yaxşıyam, sən necəsən? Hə, burdadı. Yox, öküzoğlu öküz dirəşib. Bir də gic kimi gedir qızla nişanlanır. əlbətdə, hardadı onda ağıl. Eşşəyoğlu eşşək nə qanır ki! Hələ bunun üzündəki idbarlığa bax. Adam döyül ha. Buna ba, buna ba nətər baxır ee.
Əli Rəşid bəyin düz gözlərinin içinə baxıb danışmasından duruxub, pıçıltıya bənzər səslə soruşdu:
- Əmi, məndən danışmırsan hə?
Rəşid bəy çiynini çəkib, ciddi səslə dedi:
- Yox. Səndən danışıram.
- Ha?...nə?...amma...
Əlinin nitqi tutulub, nə deyəcəyini bilmədən ona baxdı. Rəşid bəy isə heç nə olmamış kimi telefonun digər ucundakına Əlini "tərifləməyə” davam edirdi. Sonunda zəngi bitirib, zəhmli baxışlarını Əliyə dikdi. Deyəsən yenə onu danlayacaqdı. Amma birdən baxışları yumşalmağa başladı. Qayğı hiss olunan səslə:
- Bax, səni öz doğma oğlumdan ayırmıram, bilirsən?.
Əmisinin onu döydüyü zamanları xatırlayıb, başını yellədi:
- Hə, bilirəm. kaşki ayırsan...
- Səni səndən yaxşı tanıyıram, çünki sən eynən mənim kimisən.
Əli Rəşid bəyin üzünə təəccüblə baxıb, dəhşətlə pıçıldadı:
- Allah eləməsin...
- Mən də əvvəllər sənin kimi fikirləşirdim, "kişiyəm!” deyib dağar-dağar gəzirdim. Odurki anam mənə Elcanın anasını tapanda razı oldum. Yaxşı qadın idi... Az yaşadıq bir yerdə, amma ikimizdə əsla tam xoşbəxt olmadıq. Bəlkə ömrü uzun olsaydı, bir-birimizə öyrəşməyə vaxtımız olardı, amma qismət olmadı. Kaş o da ömrünün axır günlərini ürəyinə yatan adamla keçirərdi... Yəni sözümün canı odurki, sən də özünü və o qızı bədbəxt eləmə. o axmaq fikirlərindən əl çək. Əmin olaraq sənin xoşbəxtliyini istəyirəm əlbətdə. Mən də indi ürəyimə yatan birini tapmışam və qalan ömrümü onunla keçirmək istəyirəm. Allahın işinə bax ki, o qadın da Jalə qızımın doğmaca bibisidi. Onunla evlənmək istəyirəm. odurki, Jalədən uzaq dur. Get kimlə evlənirsən, evlən.
Bayaqdan səssizcə qulaq asan Əli, son cümləylə dəhşətə gəlib, əmisinə baxdı. Təəccübdən kəkələyərək:
- N-necə yəni? Sən axmaqlığı yerə qoyub, Jaləylə evlən demək istəmirdin?bibisi hardan çıxdı e?!
- Ağlın başındadı sənin? Mən bibisini alım, sən qızı camaatın dilinə düşək? Uzaq dur, mənim xoşbəxtliyimə manə olma.
- Amma... Bəs mənim xoşbəxtliyim? Noldu, əmi olaraq oğlun kimi çox istəyirdin? Xoşbəxt olmamı istəyirdin?!
- Helədi, əlbət də helədi. Amma yəni Yetər xanım daha çox istəyirəm. odur ki, uzaq dur o qızdan!
Əli ayağa qalxıb, əsəbi şəkildə:
- Yox a, niyə mən uzaq dururammış?! əsil sən uzaq dur bibisindən. Qoca yaşınızda nə eşq-meşq salmısız?. Biz cavanıq, sizdən zərər yoxdu. Mən evlənəcəm qızla, sən get özünə başqa evdə qartımış tap! Bu boyda Mingəçevirdə başqa qadın yoxdu elə bil! Mən bu nəsildən deyiləm?! Övladlığam?! Mən yazığı düşünən yoxdu e. Sevirəm o qızı! Başqa sözün?! Sə...
Əli cəld əli ilə ağzını tutdu. Rəşid bəy bığının altında qımışırdı. Gözlərindəki bic parıltıdan istədiyinin olduğu bəlli idi. Kresloya yayxanıb, qulaqlarına qədər çatan gülümsəmə ilə Əliyə baxırdı. şən səslə dedi:
- Bə noldu? "Ölərəm o içiqurumuş ifritəni almaram!” deyirdin? Indi ölürəm dərdindən deyirsən? Gəldin əminin sözünə?
- Yox e..yəni... belə...-qulaqlarına kimi qızarmış Əli ağzında bir-iki şey gəvələsə də, Rəşid bəyin dediklərinə etiraz edə bilmirdi.
Hər şeyi özü etiraf etmişdi. Başını aşağı salıb, susdu. Rəşid bəy daha ciddi tonda:
- Bəs bu oyundan necə çıxasan? O qızın könlünün necə alasan?
- Bilmirəm. Hələ bir də o məsələ var...
Əli başını əlləri arasına alıb, ofuldadı. Neçə gündür qaçmağa çalışdığı fikirlər beyninə hücüm edirdi. Üzünü çevirib, kömək gözləyirmiş kimi əmisinə baxdı. Rəşid bəy çiynini çəkib, süni qəzəblə dedi:
- Mənə nə baxırsan eşşək oğlu eşşək? get öz zibilini özün təmizlə, uşaq deyilsən ki?.
Əli başını yelləyib, ayağa qalxdı. Qapıya tərəf gedib, ağlına bir şey gəlmiş kimi bir anda döndü:
- Bax əmi bibisi kimdi bilmirəm, amma o xalası ifritədi. ondan uzaq dur. O arvad səni də boğar, məni də.- deyib, dediklərini isbat etmək istəyirmiş kimi dəhşətdən böyümüş gözlərlə əmisinə baxdı.
Rəşid bəyin ona qəzəblə baxdığını görüb, cəld otaqdan çıxdı. Öz otağına irəlləyib, qapını açıb içəri keçdi. Jalə fürsətdən istifadə edib yenə başda oturmuşdu. Tək kəlimə etmədən, keçib yerinə oturdu. Əlini çənəsiin altına qoyub, gözlərini ona dikdi. Jalə üzündə gəzən baxışları hiss etsə də, tək kəlimə etmirdi. Amma vaxt keçsə də, Əlinin gözlərini ondan çəkmək niyyəti yox idi deyəsən. Artıq bu onu qıcıqlandırmağa başlayırdı. Başını qaldırıb, əsəbi şəkilə dedi:
- Nə var?! Nəyə baxırsan?!
Əli heç halını pozmadan, sakit səslə:
- Heç. Gözəl görünürsən...
Bir anda yanaqları allanan Jalə heç bir şey demədən başını aşağı saldı. Əli isə baxmağa davam edirdi...


Şərhlər:
Baxılıb: 1255
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz