Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (12-ci bölüm)
Me vs You (12-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1201
Səs ver:
.- Sən neynirsən adə?!
Əli cəld başını qaldırdı. Maşının pencərəsinə orta yaşlı bir qadın yapışıb, öldürəcəkmiş kimi Əliyə baxırdı. o qədər qorxunc görünürdü ki, Əlinin bir anlıq nitqi tutuldu. Bir qadına, bir də hələ də təllərini əlində tutduğu yatmış Jaləyə baxıb dəhşətə düşdü. Ən pisi isə, Əlinin tanımadığı o qadın Yetər xanımdan başqası deyildi.
- M-mən...?- Əli cəld geri atıldı.
Yetər xanım isə mağının şüşəsinə yapışmış halda Əliyə öldürəcəkmiş kimi baxmağa davam edirdi. Jalənin yatdığını görüb , bu dəfə qışqırmaq əvəzinə ağzınnı oynatdı. Əli onun dodaqlarını oxumağa çalışsa da, bu o qədər də asan deyildi. Yetər xanım səsini çıxarmasa belə ağız hərəkətləri qışqırmaq və söyməkdən ibarət idi. odur ki, Əli yenə o yan oturacağa əyilib, pıçıldadı:
- Nə deyirsiz?
- Çıx çölə əclaf!
Əli başını yelləyib, cəld öz tərəfindən qapımı açıb maşından endi. Qapını örtməyə macal tapmamış Yetər xanım üstünə şığıyıb, qapı ilə bərabər onu maşına çırpdı.
- Neynirdin hə?! Əclaf! Yatmış bir qızdan istifadə edirdin?!- deyə qışqırıb, onun qoluna yumurqlar vururdu.
- Yox. Mən heç elə şeylər eliyərəm? sadəcə oyatmaq istəyirdim. Baxın əslində mən onun iş yoldaşıyam. Adım da Əli..
- O qadın düşməni, geridə qalmış, mədəniyyətsiz əclaf sənsən?!
Əli başımı yana çevirib maşındakı Jaləyə baxdı. "ifritəyə bax e. Sevdiyi adamdan necə danışır camaata.”- deyə düşünüb, Yetər xanıma döndü. Onun hələ də sualının cavabını gözlədiyini anlayıb, gözlərini qaçıraraq mızıldandı:
- Ola bilərəm...yəni... Amma adım Əlidir.
- Mmhh. Nə olub xala?
Jalə yuxulu gözlərini güclə aralayıb bir-birlərinə çox yaxın olan Əli və Yetər xanıma baxırdı. onların səs-küyünə ayılmaması möcüzə olardı. Yetər xanım Əliyə bir də vurub:
- Bu əclaf sənin yatmışlığından istifadə edib...
- Sadəcə səni oyatmağa çalışırdım. Heç bir başqa niyyətim olmayıb, olmadı, ola da bilməz.- deyə Yetər xanımı qabaqlayıb, birnəfəsə dedi.
Jalə başını yelləyib:
- Bilirəm. sən yatmış birisinə başqa məqsədlə baxacaq şəxsiyyətsiz, heysiyyətsiz, mənəviyyatsız biri deyilsən.
Əli:
- Əlbətdə.-desə də, səsi bu dəfə olduqca cılız çıxmışdı.
Jalə maşından düşüb xalasının qoluna girib, başını çiyninə söykərdi.(müəllif Cəmilə Məmmədli) Hələ də yuxulu idi deyəsən. Yetər xanım onu qucaqlayıb saçını sığalladı. Əliyə baxıb, yenə ağzını oynatdı. Bu daha tez anlaşılmışdı. "səni öldürəcəm”- deyib, Jalə ilə bərabər getmişdi Yetər xanım. Əli yolun ortasında tək qalıb, olanları anlamağa çalışırdı...
******
- Necə yəni işi əldən buraxdız?!
Rəşid bəyin gur səsi otaqdakı şüşələri belə cingildətdi. Jalə yanında olmasa çoxdan gizlənməəy deşik axtaracaq olan Əli, bu dəfə dik durmuşdu. Gözlərindən qəzəb saçılan Rəşid bəydən çəkinsə də, bir addım qabağa keçib dilləndi:
- Bu təkcə mə...
- Ikimizin də günahıdır. Müştərinin dilini tuta bilmədik.
Əli onun sözünü kəsən Jaləyə heyran-heyran baxdı. onu satacağına elə inandırmışdı ki özünü.
- Əminsən qızım? Bax, bunun Əlinin günahı olduğunu öyrənsəm sənin üçün pis olar haa.
- Əminəm. ikimizin də günahıdır.
Rəşid bəy köksünü ötürüb üzünü çevirdi. Ikinsin də ümidlərini doğrulda bilməməsi ona pis təsir etmişdi. Biraz yorğun səslə pıçıldadı:
- Çıxa bilərsiz.
Jalə gülümsəyib otaqdan çıxdı. Əli də arxasıyca getmək istəyirdi ki...
- Sən qal.
- Yox, mən də gedim da?.
- Qal sən, qal.
- Qalmasam yaxşıdır.
Rəşid bəy qapıının aralı saxlayıb, hər an qaçmağa hazır dayanan Əlini şübhə ilə süzdü. Tək qaşını qaldırıb, dəlici baxışlarını Əliyə dikib dedi:
- Yoxsa... bu işdə təkcə sənin günahın var? Helədi hə eşşəkoğlu!
Əli var gücü ilə başını yelləyib:
- Yox, qətiyyən. Jalə də dedi axı, ikimizin günahı. Nəysə, mənim çox işim var. Işləmək lazımdır, tənbəllik bizə yaraşmaz. Sağ ol əmican.- deyib, qapıdan sıvışdı.
Rəşid bayaqdan güclə yaratdığı qəzəbli ifadədən qurtulub, gülümsədi. " elə bilir mən bilmirəm dəə. Yaxşıdı, artıq bir-birini qorumağa başlayıblar. Bu gedişlə...”- deyə pıçıldayıb, sevindi.
Əli otağa girdikdə Jaləni masının başında olduğunu görüb əvvəl hirsləndi. Amma az öncə etdiklərini yadına salıb, tək kəlimə də etmədi. Masanın ayaq tərəfində oturub özünü bir şeylərlə məşğulmuş kimi göstərməyə çalışdı. Əslində isə ona təşəkkür edə bilmək üçün cəsarətini toplayırdı. Bu isə çox vaxt aldı. Beləki yalnızca Jalə əlində kağızlarla ayağa qalxıb qapıya tərəf getdikdə tələsik dillənə bildi:
- Çox sağ ol. Yəni mənə ələ vermədiyin üçün.
Jalə ayaq saxlayıb, Əliyə tərəf çevrildi. Onun təşəkkür edərkən necə qızarıb-bozardığını görüb gülümsədi.
- Biz partnoyuruq, problem deyil. Həm sən üzr istəmişdin buna görə.
- Ha? Nə vaxt?
- "üzr istəyirəm. Tək bu günə görə yox, ilk gün belə sənin işləmək istəmənə lağ etdiyim üçün bağışla”.- deyib, heç nə olmamış kimi otaqdan çıxdı Jalə.
Əli isə hələ dönub qalmışdı. Deyəsən Jalənin nə dediyini təzə-təzə anlayırdı.
- Bunları mən o yatanda demişdim axı...- deyib, cəld əli ilə ağzını örtdü.
Gözləri qorxu qarışıq təəccübdən sonuna kimi açılmışdı. Əslidə Jalə sadəcə Yetər xanımın gəldiini uzaqdan görüb özünü yatmışlığa vurmuşdu ki, bibisi onların maşında nə etdiyi barəsində sorğu-sual etməsin. Əlinin elə edəcəyini heç ağlının ucundan da keçməzdi. Bir dəqiqə, Əlinin etdikləri?... Jalə hamsını görmüşdü?....


Şərhlər:
Baxılıb: 1201
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz