Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (10-cu bölüm)
Me vs You (10-cu bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1238
Səs ver:
Səhər Jalə qapını astaca açıb, içəri girdi. Başını qaldırmadan sakitcə gedib yerində əyləşdi. Kağızları qabağına töksə də, bir şey edə bilmirdi. Dərsindən iki almış şagird kimi səssizcə oturmuşdu. Gözucu Əliyə baxdı. O olduqca sakit görünürdü. Amma əslində... " Görəsən indi nə olacaq? Yox gərək axşam gedəydik. Xəstəsən sən?! Hara gedirsən?! Axırda bu ifritə iləevlənəcəkdin ee! Amma indi də ayıb oldu axı. Guya onu istəmirəmmiş kimi. Istəmirəm, amma belə üzünə demək də yaxşı deyil axı. Nə də olsa o məni sevir. Yazıq qız, yəqin bütün gecə ağlamaqdan həlak olub. Asan deyil, sevdiyin adam səni istəməyə gəlməsin. Görən indi nə deyim? Haydı Əli, xoş bir şeylər de, könlünü al. Amma o qədər də xoş olmasın, sonra daha çox aşiq olar.”- deyə düşünən Əli, cəsarətini toplayıb ağzını açırdı ki...
- Dünən axşam gəlmədiyin üçün sənə o qədər minnətdaram ki. Bütün gecə sevincdən gözümə yuxu getməyib.
Əli eləcə ağzı açıq qalmışdı. Gözlərinin içi belə gülən Jaləyə bir müddət boş-boş baxdı. birdən özünə gəlib, tez üzünü çevirdi. Özünü ciddi göstərib tox səslə dedi:
- Hə, dəyməz. Boş şeydi.
Jalə:
- Nə boş şey? Bunu eləməsəydin, sənin kimi bir neandertalla nişanlı olacaqdım. Xəyalı belə qorxuncdu ...- deyən Jalə, Əlinin ona öldürəcəkmiş kimi baxdığını görüb susdu.
" Mənim kimi neandertalla nişanlanmağın xeyalı belə qorxunc imiş! Qarşındakı adamdı ee, daşdan deyil. Hansı qız sevdiyi oğlana belə deyər?! Içi qurumuş ifritə!”- düşünən Əli sevincdən üzündə güllər açan Jaləyə dik-dik baxırdı. küskün uşaqlar kimi dodağını sallayıb, çiynini çəkdi. Ayağa qalxıb otaqdan çıxdı. Qapının çırpılması ilə Jalə diksinib, ətrafına baxdı. Əlinin ayağa qalxdığını hiss etməmişdi belə, Axı o "xoşbəxt” rolu oynamaqla məşğul idi. İndi təklikdən istifadə edib üzündəki təbəssümü sildi. Əlindəki qələmlə qarşısındakı vərəqə fiqurlar çəkib öz-özünə mızıldanırdı:
- Ayıya bax. Insan bir üzr istəyər, peşmanlığa bənzər bir hiss göstərər. Utanmasa stolun üstünə çıxıb oynayardı. Səndən homosapiens-filan olmaz, neandertalsan ki, neandertal!
Əli ilə Jalə ürəklərində bir-birini asıb-kəsib, üzdə gülümsəməyə davam edərkən, digər otaqda onlara qarşı planlar hazırlanırdı...
Axşam üstü bir yerdən qayıdan Rəşid bəy ikisini də otağa çağırdı. Bir-birindən mümkün qədər uzaqda duran Əli və Jaləyə baxıb qımışdı. Tez yenə zəhmli görkəminə bürünüb, sərt tonda dedi:
- Işləmək niyyətiniz var, yoxsa siz iki siçan yenə bizə planlar qurursuz?
- Siçan biraz...-demək istəyən Əli Rəşid bəyin nə demək istədiyini anlayıb susdu.
İkisi də Rəşid kişinin nəyi nəzərdə tutduğunu yaxşı bilirdilər, buna görə də başlarını aşağı salıb deyəcəklərini gözləyirdilər.
- Jalə qızım sən hələ də burda işləmək niyyətindəsən?
- Bəli.
- Sən burda işləsən, Əli çıxmalı olacaq, bilirsən də?
Jalə gözucu Əliyə baxıb, çiynini çəkərək dedi:
- Nə gözəl. Işi bacaran görməlidir.
- Pah! Onda sən çıxmalısan, bir qız tikintidən nə anlayar?
- Mağarada yaşayan bina tikməkdən nə anlayar bəs?
Əli Jaləyə tərəf adım atıb, səsini yüksəltdi:
- Mən mağarada yaşamıram!...- deyib, birdən ağlına bir şey gəlmiş kimi təəccüb qarışıq qəzəblə qışqırdı.- Aa! Neandertal ilk insan deyildi?! Dayan ee, indiyə kimi sən mənə neandertal deyirdin?!
Jalə isə gülümsəyib, başını yellədi.
- Sənin homosapiens olmağına var hələ.-deyib saçını sovuraraq üzünü çevirdi.
Bir anlıq duruxan Əli, özünə gəldikdə eşidilməyəcək tərzdə " o süpürgə saçlarına bax ifritənin...” deyə pıçıldadı.
Bayaqdan səsizcə onların davalarını izləyən Rəşid bəy gülümsündü. Indi etdiyinin doğru olduğuna daha əmin idi. bu qədər illik həyat təcrübəsi onu aldada bilməzdi axı. Onlara burda olduğunu xatırlatmaq üçün yüngülcə öksürdü. Ikisinin də tez özlərini yığışdırdığını görüb, o da ciddi bir görkəm aldı. Biraz qabağa əyilib qaşlarını çatdı. Ötkəm səslə dilləndi:
- Madam ki, ikinizdə bu işi istəyirsiz, onda özünüzü sübut edin. Bura dədənizin şirkəti deyil ki, sizi sorğu-sualsız işə alım. Sabah axşam bir müştəri ilə yemək yeyəcəksiz. Villa tikdirmək istəyir, lahiyəsini mütləq biz çəkməliyik. Hansınızın çəkməsini istəsə, o 1:0 qabağa keçəcək. Başa düşdüz?
Əli ilə Jalə eyni anda başlarını yelləyib, bir-birlərinə baxdılar. Aralarında bu dəfə ancaq rəqabət var idi. Jalə Rəçid bəyə gülümsəyib otaqdan çıxdı. Əli əmisinə baxıb, qapıya tərəf getdi. Dəstəyi tutanda çiyni üstündən arxaya baxıb, tərəddütlə dedi:
- Əslində bura mənim dədəmin şirkətidi.- üzünün yanında keçib, tapıltıyla qapıya dəyən ayaqqabını görüb.- ya da deyil. 100% deyil. Mən gedim.
Qapı Əlinin arxasıyca örtüldükdən sonra Rəşid bəy kreslosuna yayxandı. Bu gün etdikləri ağlına gəldikcə üzündəki təbəssüm daha da böyüyürdü.
2 SAAT ƏVVƏL:
Dünən axşam gəlməli olan qonaqların, bugün gəldiyini görən ev sahibləri nə edəcəklərini bilmirdilər. Hər iki tərəf bir-birinə boş-boş baxıb, gülümsəməyə çalışmaqla məşğul idi. Lakin bu səssizlik iki nəfəri çox sıxırdı. Rəşid bəy qardaşının sözə başlamayacağını görüb, özü dilləndi:
- Da bağışlayın. Dünən bütün gecəni veyillənmişik. Yəqin sizi də gözlətmişik, bağışlayın. Gəliş məqsədimizi bilirsiz yəqin, oğlumuz Əli...
- Bizim o dardüşüncəli axmağa veriləcək qızımız yoxdu! Jaləm işləyəcək, o axmağın yerində həm də. Onu süründürəcək, əzəcək! Ağlı başına gəlsin axmağın! Ayy...- deyə birnəfəsə içindəkilər boşaldan Yetər xanım, Sima xanımın onu çimdikləyib göz ağartması ilə susdu.
Nadir kişi bir bacısına, bir də qonaqlara baxıb yazıq-yazıq çiynini çəkdi. Qonaqlardan üzr istəmək isəyirdi ki...
- Bə mən də onu istəyirəmdana. əzsin bizim eşşəkoğlu eşşəki. Ağlını başına gətirsin. Bizimkinin başı elə yekədir ki, elə bilir kişidi deyə buna hər şey olar, üstündü. Bax Jalə qızım onu adam eləyə biləcək tək insandı. Həm onun da könlü var deyəsən. Nə deyirsiz?
Yetər xanım heyranlıqla Rəşid kişiyə baxırdı. ilk dəfə idi on un dediklərini təsdiqləyən biri olmuşdu və ən əsası o adam kişi idi! səsinin tonunu alçaldıb, yumuşaqlıqladedi:
- Yəni bəlkə biraz var. Nə deyirəm... İstəyərəm Jaləq qızım oşbəxt olsun... Amma o axmaqda biraz özünə gəlsin! O qızlar işləməsin, evdə yemək bişirsin nədir?! Özü gedib yemək bişirsin da! Elə bil qadınların dünyaya gəlmə məqsədi kişilərə yemək bişirib, paltar yumaqdı! Patriarxik cəmiyyətin töküntüsü! -əvvəldən yumuşaq danışmağa çalışsa da, axırda feminist tərəfi yenə onu ələ keçirmişdi.
Bunu başa düşüb, özü susdu. Amma deyəsən bu fikirləri Rəşid bəyi narahat etmirdi, əksinə o gülümsəyib təsdiq etdi:
- Ay sağ ol! Odur ki, biz bu eşşəkoğlu eşşəyi Jalə qızımızın köləsi eləməliyik. Mənim belə planlarım var ki...
Yetər xanımla Rəşid bəy yazıq Əliyə qarşı planlar qurarkən, Sima xanımla Elya xanım çoxdan söhbətə başlamışdılar. Bu iki sakit qadının çoz ortaq nöqtəsi var idi. Sakitlik demişkən... Bayaqdan ağızlarını açmağa macal tapmayan Nadir kişi ilə Cəmil bəy bir-birlərinə baxırdılar. Yenə birinin bacısı, digərinin qardaşı bütün işləri onları qarışdırmadan həll edirdilər. Nadir bəy qarşısındakı çayı işarə edib dilləndi:
- Çay...
- Hə, yaxşı çaydı...- deyən Cəmil bəy gülümsəməyə çalışdı.
Bu iki ailənin həqiqətən çox ortaq nöqtəsi vardı. Bəs Əli ilə Jalənin? Həqiqətən göründükləri qədər fərqli idilər, yoxsa?...


Şərhlər:
Baxılıb: 1238
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz