Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hekayə..
Hekayə..
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 569
Səs ver:

 


 Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:

-Nə edim, mənə məsləhət verin. Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər.... Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.
Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:
-Çılpaq soyun, şəhərin küçələrini belə gəz.
-Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.
Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu:
-Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.
Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?
Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur.
Sənin qəlbin güzgü kimi əks etdirir.
Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar.
Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.
-Bəs mən nə edim?
-Gedək, mən sənə öz bağımı göstərim.
Müdrik adam qızı bağa apararaq dedi:
-Neçə illərdir ki, mən bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.
Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan, kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:
zamanın vurduğu yaralara və insanların ədalətsizliyinə...


 



Şərhlər:
Baxılıb: 569
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz