Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 29)
Təsadüf yoxsa alın yazısı (Bölüm 29)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1200
Səs ver:
Nərgiz özü də ətrafın fərqinə varmadan Kənanın qolundan tutub sürükləyirdi. Hər kəs onların arxasınca baxaraq nə baş verdiyini anlamadı. Ülviyyə də Şəhriyarla meydanda rəqs edirdilər. Ülviyyə onların yanına getmək istəyndə Şəhriyar imkan verməmiş "Qpy, özləri həll etsinlər. Qarışmasaq yaxşıdır” Ülviyyə Şəhriyarın sözündən çıxmasa da ürəyin Nərgizin yanında idi. Amma Şəhriyar onsuz da bu gün tam xoşbəxt deyildi. Necə olsun. Anası onun şad günündə iştirak etmir xeyir dua vermirdi. Bunu özü eləmişdi, amma bu qədərini düşünmürdü. Ata anaya qarşı çıxmaq ağlının ucundan keçməzdi. Əgər valideynlərini tanımasaydı, bilməsəydi ki, onun seçiminə daim hörmətlə yanaşacaqlar bu addımı atmaqda çəkinərdi. Amma bilirdi ki, hər ikisinin ürəyi Şəhriyarla döyünür. O üzülməsin,xoşbəxt olsun deyə hər şeyi edərlər. Bir anlıq tərəddüd içində düşündü ki, anasını demək ki, yaxşı tanımayıb. Ülviyyə onun bu halını görəndə özü də pis olurdu.
- Şəhriyar
- ....
- Şəhriyaaar.
- .....
- Şəhriyar səninləyəm
- Hə, nə olub.
- Mahnı bitdi artıq oturaq.
- Gəl.
- Sən yaxşısan?
- Yaxşısan nədir, bu gün bizim nişanımızdır. Sənin əbədi mənim olmağın üçün yaxınlaşdığımız daha bir addımdır. Yaxşı yoxe xoşbəxtəm.
- Elə mən də. Amma anan gəlsəydi daha da xoşbəxt olardın.
- Neynək, seçimini etdi. Atam ki, buradadır.
Ülviyyə masanın altından Şəhriyarın əlini bərk bərk sıxaraq
- Anan da gələcək. Nişana gəlməsə belə inanıram ki, toya mütləq gələcək.
Şəhriyar onun əlini qaldırıb öpdü. – Sən varsan, bu mənə kifayətdir.
Nərgiz Kənanın qolunda sürükləyib nişandan çıxardı. Kənan düşündü ki, artıq sondur, qızın səbrini artıq tükədib və heç nə soruşmadan, özündən razı şəkildə onun arxasınca getdi. Nərgiz boylana boylana gedirdi.
- Maşını axtarırsansa burada deyil, o tərəfə keçməliyik. Kənanın sözünə heç bir əhəmiyyət verməyən Nərgiz axtarmağa və yeriməyə davam edirdi.
- Nərgiz? Hara gedirik, kimi axtarırsan?
- Haa tapdım. Fidan! Fidan!
- Nə Fidan! Nərgiz..
- Eşidirəm Nərgiz.
- Tanış ol bu da məşhur Kənan. Görüşməyiniz əfsanəyə döndü nədənsə.
- Salam.
- Ss.aa..ll.amm.. nərgiz danışmalıyıq.
- Fidan anam icazə verib, gedib harada istəsəniz oturub rahat rahat çayınızı içib söhbətinizi edə bilərsiniz. Fidan utancaq baxışlarla Kənana baxarkən Kənan beynində "Ümid edirəm Aynur xala Fidana bütün bunların oyun olduğunu deyib” deyə düşünürdü. Nərgiz isə hikkəsindən heç kimi eşitmir əsəbindən dişlərini qıcayaraq acıqla Fidanla Kənanı tanış edirdi.
- Nə isə siz artıq qalanının özünüz həll edərsiniz, mən getməliyəm.
- Nərgiz dayan.
- Əlvida Kənan.
- Əlvida?
- Kənan bəy.
- Hə.
Fidanın onu səsləməsi ilə ona tərəf baxan Kənan qızın acgöz baxışlarını görüncə - Aynur xala ilə danışmısınız da hə?
- Əlbəttə danışmışam. Amma məncə biz bu oyunu bitirə bilərik .
- Haa ay sağol, mən də onu deyəcəkdim.
- Oy, lap utandım. Demək siz də mənə qarşı boş deyilmişsiniz?
- Nə? Yyoooo yoooo bir dəqiqə nə boşu? Nərgiz gözlə məni deyərək arxasına baxmadan qaçır.
Nərgiz isə gözləri dolmuş vəziyyətdə nişan mərasiminə qayıdır. Üzüklər taxılmış hər kəs xoşbəxt cütlüyü təbrik etmiş alqışlamışdılar. Nərgiz Ülviyyənin yanından bir dəqiqə ayrılmadığından Kənan nə qədər eləsə də onunla danışmağa iman tapmamışdı. Fidan isə hər fürsətdə onun yanına gəlir gülümsəyib onun qoluna girməyə çalışırdı. Aynur xala bunu görüncə onlara yaxınlaşıb Kənana tərs baxışla baxanda, Fidanın əlindən qurtulmağa çalışan Kənan elə bil doğmasını görmüş kimi sevinərək ona tərəf getdi.
- Aynur xalam canım, Allah sizi mənə yetirdi, sizin qız dəli çxıdı.
- Indi bilirsən?
- Nərgizi demirəm. O heç. Fidan.
- Görürəm, maşAllah mehribanlaşmısınız. Mənə bax Kənan sən mənim xoş üzümü görmüsən deyəsən ağlın uçub. Qızımı incitsən öz əlimlə səni öldürərəm.
- Aynur xala, mənlik deyil. Bu qız yapışıb ki, oyunu gerçəyə çevirək. Nərgiz öz əli gətirib verdi məni buna.
- Hmm.. Nərgiz bunu edibsə demək çox inciyib. Oğlum bəsdir uşaq kimi oyun oynadın. Atanı da götür gəlin onu istəməyə. Mən Nərgizin atası ilə danışaram.
- Axı o etiraf eləmədi.
- Adə sən bu qızı istəyirsən?
- O nə sözdür. Sizə dedim axı, anamdan sonra evimdə görmək istədiyim qadın sadəcə odur.
- Onda Nərgizi gözləmə. Mən qızımı tanıyıram ölər amma deməz. Sən də artıq inad etmə. Danış böyüklərinlə münasib gündə əlin. Tay bu gün yox.
- Aynur xala səndən yoxdur.
- Düz deyirsən hansı ana qızından bezmiş kimi davranar.
- Bezmiş niyə... Kənan əlini saçına apararaq xarizmatik şəkildə sığal çəkib – qızınıza məndən yaxşı ər tapa bilmərsiniz, bunu siz belə anladınız, amma o tərs keçi
- Keçi özünsən qızımla işin olmasın. Deyib Kənanın saçlarını dağıdan Aynur gülümsəyərək – Dəli oğlan. Elə doğrudan onu xoşbəxt edəcək insansan. Kənana ana nəvazişi ilə baxanda Kənan bir anlıq duruxub utandı. Başını aşağı salaraq onun əlini qaldırıb öpdü. Nərgiz bütün bunları kənardan görüb kövrəlmişdi.
- Axmaq Kənan. O sənin qaynanan ola bilrədi. Amma getdin Fidanı seçdin. Axmaq, axmaq axmaq..
- Nara bura gəl sağ əlimi başına çəkim.
- Ülüm..
- Ay can..
- Hər şey bitdi.
- Nə bitdi.
- Kənanla.
- Eh mənim dəli bacım. Hər şey hələ indi başlayır.
- Nə?
Ülviyyə sözünü burda kəsməyə məcbur oldu Şəhriyar onun əlindən tutub rəqsə aparadı. Nişan artıq sona çatırdı Şahnaz isə ortalıqda görünmürdü. Gülnaz olduqca narahat idi, qonaqlara nə yalan uyduracağını bilmirdi. Məcbur soruşanlara yasları düşdüyü məcbur oraya getdiyini demişdi. Məclisin sonunda isə Ülviyyə girişdə pusquda dayanan qadın gördü, bir az da diqqətlə baxınca Şahnaz olduğunu gördü. Şəhriyara demədən özü ora tərəf yollandı
- Şahnaz xanım.
Şahnaz diksinərək Ülviyyəyə tərəf döndü. Göz yaşlarından yanaqları islanmış, gözləri qızarmışdı. əlləri ilə cəld üzünü silib baxışlarını yerə dikdi. Ülviyyə yaxınlaşıb əlini ona uzatdı.
- Gedək, Şəhriyar sizi gözləyir deyincə Şahnaz baxışlarını düz Ülviyyənin gözlərinə dikdi. Necə də Gülnaza oxşayırdı. Ona baxdıqca içi sızlayırdı. Peşimanmı olmuşdu tutduğu əməldən. Gənc qızın xəyallarını yıxmışdı. Sanki illər əvvəl yaşadığı keçmişi indi qarşısında dayanır və onu yenidən özünə çəkir. Çox düşdün getsin getməsin deyə. Amma Ülviyyəyə baxdıqca gəldiyinə görə peşiman olmadı. Bir dəfə bir gənc qızın xəyallarını yıxmışdı, ikinci dəfə bunu eləməyə gücü və vicdanı əl verməyəcəkdi. Amma yenə də tərəddüd etdi.
- Yox. Mənim orada yerim yoxdur. Deyib geri dönürdü ki. Ülviyyə onun əlindən tutub – onun tam xoşbəxt olmasını istəyirəm. Sizsiz o tam deyil.
- Mənə qəzəblidir.
- Yox, bütün günü gözü qapıda sizi gözləyib.
Şahnazın gözündən axan yaşlar çənəsindən damcılayırdı. O da istəyirdi, canı, gözünün ağı qarası sevdiyi adamdan olan övladının xeyir işi idi.
- Gəlin, qonaqlar dağılır artıq. Gecikməyək. Şahnaz ağır addımlarla Şəhriyara tərəf yaxınlaşırdı. O qədər həyəcanlı idi ki, az qalırdı ürəyi ağzına gəlsin. Şəhriyar anasını görüncə heç nə demədən sürətlə gəlib onu bərk bərk qucaqladı. Anasını qaldıraraq yerində dönməyə başladı. Kənardan baxan qonaqlar duyğulandılar. Hər kəs zənn etdi ki, anası yasdan gəlir. Gülnaz özü də bilmədən doldu, ağlamağa başaldı. O indi qarşısında sadəcə ana və oğul tablosu görürdü. Başqa ağlına heç nə gəlmirdi. Səlimdə onlara yaxınlaşıb əlini yavaşca Şahnazın çiyninə qoydu. Şahnaz başını qaldırıb ona baxıb gülümsədi. Artıq nişan bitdi hər kəs öz evinə dağlışıırdı. Şəhriyar Ülviyyəni özü evə aparacağını deyib Kamal bəydən icazə almışdı. Maşında geri qayıdarkən Şəhriyara baxan Ülviyyə indi qarşısında tam bir xoşbəxt adamı görürdü. Bu onu daha da sevindirirdi.
- Az bax, gözün dəyər.
- Sən yola baxırsan yoxsa mənə baxırsan?
- Mənim gözümün artıq sənə bağlıdır deyib ona tərəf əyilib yanağından öpdü, Evlərinə çatana yaxın Şəhriyar bir az aralıda saxlayıb maşını söndürür. Dönüb Ülviyyəni seyr etməyə başlayır. Ülviyyə isə yuxulamışdı. Tarix təkarar olunurdu sanki. Ilk dəfə də Ülviyyəni evlərinə gətirəndə o beləcə məsum məsum yatmışdı. Onda Ülviyyəni öpə bilməmişdi, bu dəfə isə Ülviyyə artıq demək olar ki, ona aid idi. Əyilib Ülviyyəni öpmək istəyirdi ki, pəncərəsi döyüldü. Ülviyyə də diksinib ayılmışdı. Şəhriyar başını döndərdiyində cavan bir oğlanı gördü. Onu haradansa tanıyırdı, amma xatırlaya bilmədi. Pəncərəni aşağı salan kimi
- Aaa dayı yenə siz? Aaa yenə həmin qız.
Şəhriyar artıq bildi onu haradan tanıyır. Bu maşını düz saxlamadığına görə keçən dəfə də maşının pəncərəsini döyüb abu havanı korlayan oğlan idi.
- Hə yenə biz. Görürəm sən bu dilnən hələ sağsan.
- Pis adamlara heç nə olmure dayı.
- Onu düz dedin. Indi get buradan.
- Gedərəmee, amma maşını düz saxla. Şəhriyar Ülviyyəyə tərəf dönüb – gözlə gəlirəm deyə maşının qapısını açınca oğlan gözdən itdi.
- Bu hara qaçdı. Hələ qapını açdım belə qaçır.
- Qorxutdun uşağı.
- Uşaq? Ülviyyə yaxşıda. Nə isə. ən xoşbəxt günümdə onu düşünəsi deyiləm. Harda qalmışdıq.
- Bilmirəm mən yatırdım. Deyə Ülviyyə bic bic gülümsəməyə başladı.
- Hmm demək belə. Deyərək Şəhriyar Ülviyyəyə yaxınlaşıb onu ğpmək istədi. Ülviyyə geri çəkilib – evə gecikirik atamdan ayıbdır, deyəcək bizdən əvvəl çıxıb hələ gələməyiblər.
- Halaca nişanlımsan istədiyim vaxt evə buraxa bilərəm.
- Xeyr o sənə elə gəlir. Nə vaxt ki, nigah məmurundan kitabçanı alacaqsan bax onda hə.
- Yaxşı Ülviyyə xanım borc olsun. Yadında saxla. Mən sənə toy günü göstərərəm.
- Şəhriyar bəsdir.
- Nə? Nə dedim ki.. Ağlın başqa şeylərə gedirsə mənim nə günahım.
- Şəhriyar.
Ülviyyənin qızarmağına qəh qəhə atan şəhriyar onu özünə tərəf sıxıb qucaqladı. Qulağına – artıq bir aydan sonra mənim olacaqsan, əbədi deyə pıçıldadı. Ülviyyə isə ona daha da qısılıb –mən hələ də inanmıram. Bəzən elə qorxuram ki,
- Heç vaxt, eşidirsən, heç vaxt qorxma. Mən həmişə yanındayam.
- Səni sevirəm
- Mən də səni.
Danışıldığı kimi toy bir aydan sonra baş tutacaqdı. Hazırlıqlar son sürət davam edərkən Kənan atasını bu bir ay içində az qala gecə gündüz zəng eləməkdən dəli etmişdi. Telefonda Kənan yazıldığını görən Kamran bəy əlini telefonuna atıb salamsız kəlamsız – ay bala danışdıqda gələn kimi gedəcəyik. Söz verirəm.
- Unutdum soruşam. Mən nə almalıyam.
- Mən gələndə hər şeyi həll edəcəyəm.
- Nə vaxt gəlirsən.
- Tövbə əstafurulla, oğlum danışdıq axı. Işlər qarışıqdır çalışıram bitirim.
- Gəlim kömək edim. Yox ya da gəlməyim sonra Nərgizə sataşan eləyən olar.
- Nərgizə? Sataşan? Oğlum mən o qızı tanıyıramsa o qıza bir nəfər əyri gözlə baxa bilməz özü onun gözlərini oyar. Eləyər o nadinc.
- Ata doğrudan sevindim bizim işimizə.
- Dəlisən. Həyatın boyunca atdığın ən ağıllı addımdır. Nərgiz Ülviyyə mənim övladım kimidirlər. Amma bil. O qızın başından bir tük əksilsə övladlıqdan silərəm. Nə bilim qızlar mızlar. Içki bar hamısı geridə qalır.
- Ata nə qız. Mənim gözüm Nərgizdən başqasını görür ki. Qız elə bil mənə cadu edib.
- Yaxşı tutma telefonda işlər çoxdur. Gecikdirmə məni. Sağol deyib dəstəyi asır. – dəli oğlan. Deyib dodaq altında gülümsəməyə başlayır ki, telefon yenə zəng çalır . yenə Kənan idi .
- Yenə nə var?
- Biz harada yaşayacağıq?
- Ya səbr!!!!!!!
Kamranın qışqırmağına Kənan artıq dəstəyi asmışdı.
Kənan isə qulağını tərpədib, - necə də qışqırıre, söz soruşuram da. Başa düşmək istəmirləre məni. Anlamırlar ki, Nərgizin nəsə xoşuna gəlməsə vallah toy günü qoyub qaçar.
Artıq toya 10 gün vaxt qalırdı. Toya hazırlaşan Ülviyyə gəlinlik seçiminə Şəhriyarla getmişdi. Nişan paltarını çox açıq olduğundan indiyə qədər Ülviyyəni uşaq kimi danlayan Şəhriyar gəlinliyi özü seçəcəyini demişdi. Ülviyyə etiraz edib nərgizlə getmək istəsə də Şəhriyar Nərgizin ağlına girmiş onu vaz keçirmişdi. Nərgiz də deyinə deyinə evdə otağını səliqəyə salırdı. Deyinə deyinə - var yox bir dostum var onun da gəlinliyin seçə bilmədim. Bu nə həyatdır belə. Anası qapını açıb qızının narazı halda deyindiyini görüb – nə olub? Nərgiz geriyə dönüb – heç nə, Şəhriyar qoymadı gedim Ülviyyə ilə gəlinlik seçməyə.
- Ay bala nişanlısıdır, cavanlar özü getsin qara tikan kimi nə aralarında bitirsən o saatca.
- Axı mən də baxmaq istəyirdim.
- Çox danışma gəl əmingilə zəng vur təbrik elə.
- Hansı əmim.
- Cahangir. Fidanın həsini veriblər.
Nərgiz həmin anda yatağına çökdü. Elə bil ürəyində nəsə qırıldı. – nə? Həsini veriblər? Deyə pışıldadı. Qəhərdən boğazı düyümləndi. Yatağa çöküb ağlamağa başladı. Aynur xala bunu görmədiyindən mətbəxə dönüb axşama yemək hazırlayırdı. Həmin gün Kamran bəy də Bakıya dönmüşdü. Gəldiyi gün Kənan onu hava limanından götürüb bir başa Nərgizgilə gəlmişdi.
- Bura haradır?
- Necə haradır? Nərgizgil.
- Mən bildiyim qədəri ilə, Nərgiz bizim məhlədə yaşamır, nə də biz onların məhləsində.
- Ata. Elçiliyə gəldikdə.
- Sənin başın xarab olub bala. Gedək evə hazırlıqlar görək. Zəng vurub xəbərdar edək, mən də yerimi rahatlayım.
- Eeee ata yaxşıda. Sən bunları edincə ooooo mən Naranı yuxuda görərəm.
- Oğlum, hər şeyin ənənəsi adəti var.
- Mən bilmirəm indicə gedirik. Deyib maşından düşüb bloka tərəf yönəldi. Kamran bəy oğlunun dalınca düşüb onu geri çağırmaq istəyirdi ki, Kənanın hansısa qadınla qucaqlaşıb görüşdüyünü gördü. Yaxınlaşanda Kamran bəy Aynur xaanımla salamlaşıb – siz Allah bağışlayın. Belə gəldik. Bu dəli oğlanı başa sala bilmədim.
- Eybi yox canınız sağolsun. Bu günlük qonağımız olun. Kənan qonaqlıq sözünü eşidincə .- Nə qonaqlıq Nərgizi istəməyə gəlmişik. Kamran bəy əli ilə üzünü tutdu. Aynur xala da bərkdən gülüb – Ay bala sən məni hər gün daha da təəcübləndirirsən. Nərgizn atası gəlsin.
- Haradadır ki?
- Işdə.
- Hə lap yaxşı biz keçək o da gələr də. Kənan Kamran və Aynurun güldüyünü görüb. – nə oldu yenə deyib təəcüblə baxdı. Güc bəla ilə kənanı oradan uzaqlaşdıran Kamran maşına otuzduranda. – Oğlum nə üzük gətirmisən, nə atasına xəbər vermişik, nə bir gül nə bir şirniyyat. Desə də Kənan qaşlarını çatmış əhvalı korlanmışdı. Oğlunun bu halına dözməyib onun saçını qarışdırıb. – Söz hazırlıqlar tamam olan kimi ilk işimiz gəlib Nərgizi istəmək olacaq.
- Söz?
- Söz söz.. oğlunun bu reaksiyasına gülən Kamran bir az da kədərləndi ki, oğlunu bu günlərini erkən yaşlarında həyatını itirmiş həyat yoldaşı görməyəcək. Gözləri doldu deyə cəld önünə döndü.
Nərgiz isə bütün gecəni ağlamış, ağlmaqdan halsız düşüb yatmışdı. Aynur xala da ona Kənanın gəldiyini demədi. Elə bildi ki, Nərgiz şüvənlik salacaq. Qızının Kənanı sevdiyindən əmin idi, amma qızının boynuna almayacağını da bilirdi.
Möhtəşəm toy günü artıq çatmışdı.
 
Ardı var


Şərhlər:
Baxılıb: 1200
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz