Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 28)
Təsadüf yoxsa alın yazısı (Bölüm 28)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1336
Səs ver:
Şəhriyar da evinə qayıtmışdı. Anası əsəbindən çoxdan yatmağa getmişdi. Atası isə qonaq otağında oğlunu gözləyirdi.
- Gecən xeyrə qalsın ata
- Şəhriyar, bura gəl. Danışmalıyıq
- Ata, məncə danışdıq. Mnə fikrimdən dönən deyiləm.
- Oğlum başa düşürəm sevirsən, amma olmaz. Özün bilirsən. Onun valideynləri də icazə verməz.
- Dedim axı icazə verib. Kamal bəy özü şəxsən xeyir duasını verdi.
- Necə?
Şəhriyar bu bir neçə gündə olanları danışıca Səlim əvvəl heç nə demədi, sonra. Başını bulayaraq. – yaxşı tutaq ki, evləndiniz. Xeyir işinzidə bir araya gələ bilməyəcəyik. Yaxşı dedik lap orada da zorla dayandıq. Sonra sizin evinizə
gedib gəlmək üçün güdməliyik ki, onlar nə vaxt çıxacaq o evdən
- Ata xahiş edirəm. Burda bunları düşünəcək yeganə isnan Kamal bəy idi. Ülviyyə də mən də yalnız ona görə qalmışdıq. Nə sən nə anam. Bağışla, amma sənin zəifliyin olubsa anamın bicliyi olubsa
- Şəhriyar düzgün danış!!!
- Mən sadəcə olanları danışıram. Mən və Ülviyyə bunu ödəməməliyik. Başa düşürsən. Ola bilər. Amma keçdi getdi. Indi sən anamla evlisən. Sənin də onun da öz ailsəi var. Icazə ver mən də öz ailəmi qurum. Amma öz istədiyimlə. Mən sən deyiləm ata. Bağışla, amma bunları deməyə məcbur etdin məni. Kamal bəy xəstəxanadan çıxan kimi Ülviyyəni adət ənənə ilə onlardan istəyib üzük taxacağıq. Və tez bir zamanda da toyumuzu edəcəyik. Bu belə olacaq. Istəməsinz gəlməyin mən adam taparam elçiliyə. Seçim sizindir. Məndən demək. Gecən xeyrə.
Şəhriyarın bu sözünü Şahnaz da eşitmişdi. Əlləri ağzında qapıda dayandığından Şəhriyar onu da görüb. – demək ki, təkrarlamağa ehtiyac qalamdı. Ana ya toya hazırlığını et ya da məni unudun.
Şəhriyar otaqdan çıxınca Səlim Şahnaza baxdı.
- Səlim bir şey de. Denən ki, icazə vermirəm
- Nə icazə vermirəm. Oğlun bizi valideylikdən silir sən nə icazəsindən danışırsan
- Yox yox..qoyma.. Sən ona desən ki, iatəmirəm o eləməz.
- Şəhriyarı tanımırmışsan kimi danışma
- Yox dedim Səlim. Olmaz. Ola bilməz. Mən onunla üz üzə gəlm ək istəmirəm.
- Demək özünü düşünürsən Şahnaz xanım. Heç olmasa burda oğlunun yerinə qoy özünü.. Həm bilirsən nə var. Uşaq haqlıdır. Kiminsə günahının cəzasını mənim oğlum çəkməyəcək. O seçdiyi ilə ailə quracaq
- Nə demək istəyirsən.
- Sən anladın. Gecən xeyrə.
Gecə uzun keçmişdi. Yuxusuz qaldıqları üçün. Amma səhərlər bir birini qovduqca hər şey yerinə oturacaqdı. Aradan günlər keçmiş Kamal bəy artıq xəstəxanadan çıxmışdı. Ülviyyə ilə danışan şəhriyar onlara yenidən elçi gələcəklərini deyincə əvvəlcə qorxmuş halda Şəhriyara etriaz etmək istəsə də onun sözünü qarısnda söz deyə bilməmişdi. Hətta elçilik günü belə təyin olundu. O möhtəşəm gün çatdığında Şahnazdan başqa hamı elçilikdə idi. Kamal bəy Səlim bəyin düz gözünü içinə baxırdı. Sanki nəyəsə ima edirmiş kimi dik dik gözlərinə zillənirdi. Səlim bəy isə tez tələsik qızı istəyib şirin çayı içib getmək üçün əlindən gələni edirdi. Şəhriyarın bibiləri də elçilikdə olduğundan susqunluq pozulmuşdu. Qadınlar arasında gedən söhbət ortamı yumuşaldırdı. Hər şey qaydasında keçmişdi. Ülviyyənin həsini alınca Şəhriyar toydan söhbət salmışdı ki, hamı gülməyə başladı. Şəhriyar özü də bu halına utanıb. Şey yəni sonra bir də harada yığışacağıq deyə soruşdu. Ülviyyəni atası – var yox bir qızım var. Deyirsən ona bir əzəmətli nişan eləməyim?
- Hə hə.. əlbttə bağışlayın.
Nişan günü də təyin olunmuşdu. Artıq hər şey hazır idi. Günlər bir birini qovduqca o gün də gəlib çatmışdı. Hər şey mükəmməl görünürdü. Ülviyyə otağında paltarını geyinmiş həyəcandan əlləri buz kəsmiş halda o baş bu başa gedib gəlirdi. Nərgiz onun bu halına gülüb
- Dəli, nişanında belə həyəcanlısansa toyunda yıxılıb ölərsən ki.
- Başına gəlsin görərsən.
- Mənim başıma gəlib deyə Nərgiz bir anlıq duruxub başını aşağı saldı.
- Canım bağışla.. Elə demək istmədim. Off dilimi eşşək arısı vursun.
- Bilirəm narahat olma.
- Həm niyə pis olursan. Bax yaxşı ki, çıxdı getdi. Indi kənan var.
- Kənan deyib məni cinləndirmə. Onun adını çəkmə.
- Aa bağışla doğrudan axı o Fidanlaaa... (Nərgizin öldürücü baxışlarını hiss edincə cümləsini dəyişib ) yəni o əyri ayaqla evlənmək istəyirdi hə?
- Cəhənnəmə evlənsinlər. Qara cücə kimi balaları olsun. Ciy ciy deyə gəzsinlər ortalıqda.
- Allah eşqinə hardan tapırsan bu qarğışları. Bu qədər müddətdə noldu bu Fidanla qarşılaşmadılar.
- Nə bilim maraqlandırmır məni. Məndən niyə soruşursan.
- Yaxşı - deyib Ülviyyə ayağa qalxacaqdı ki, Nərgiz onu qolundan tutub yenidən yatağa otuzdurub
- Guya o əyri ayaq özünü naza qoyub da bunu görməyə utanırmış da. Özünü elə göstərir ki elə bil rahibədir. Mən bilirəm onun necə ər xəstəsi olduğunu. Qarşısına kor çıxsa gedər. Xoş Kənanın da kordan fərqi yoxdur. Gedib gəlib fidanı mənə tərfiləyir. Ay qızın əndamı belə, saçı belə, üzü belə, əlləri belə. Gözünə girsin o əlləri sənin. Hələ gör nolub. Məni...təsəvvür elə məni bunları görüşdürmək üçün bələdçi tutublar. Amma mən neynədim. Apardım Fidanı Mərdəkan bağına, qoydum orada dedim gözlə gələcək. Kənanı isə göndərdim Malkan bağına. Sonra da dedim Malakanla Mərdəkanı qarışdırmışam.
Ülviyyənin qəh qəhə çəkdiyin görən Nərgiz özü də ona qoşuldu. – Gülmə zarafat eləmirəm. Hələ anamee... doğmaca anam elə bil Fidanın anasıdır. Bilmir neynəsin ki, onu ərə versin. Təsəvvür elə o gün piroq bişirb verib mənə ki, apar işə ver Kənana denən fidan bişirib. Mən də qəşəngcə piroqu yolda məhv elədim. Içi başı dağılmış halda yeyilməyəcək vəziyyətə gətirib qoydum Kənanın qarşısına dedim – nuş elə ,adaxlın bişirib.
- Yaxşı da. O da yedi səy. Başım çıxmır da nə tapıbe bu qızda.
- Bəlkə sən də tapa bilmədiyin
- Anlamadım?
- Səfeh Nərgiz hələ də anlamırsan?
- Nəyi?
- Off sən çox gözəl bilirsən nəyi dediyimi. Ikiniz də bir birinizi sevirsiniz.
- O keçmişdə idi. Indi başqasını sevir. Mənim doğmaca əmimqızını.
- Hə yəni sən sevirdin.
- Az sevməsəm niyə min hoqqadan çıxıb durum gedim Mərdəkan bağına o piroqu o günə qoyum.
- Ahaaaa... axır ki, ççox şükür.... amma.. bunu mənə yox ona de.
- Dəlisən sən. Üzümə deyir ki, Fidanı sevirəm.
- Ay səfeh sən ona de, gör o kimi sevir Fidanı yoxsa səni.
- Yəni deyirsən.
- Hə onu deyirəm
- Demək desəm Fidan səni sevmir...
- Nərgiz!!! Dur cəhənnəm ol, nişanqabağı əsəbləşdirmə. Elə belə yana yana qalacaqsan. Bu gündən mən də əlimdən gələni edəcəyəm ki, Fidanla evlənsinlər.
- Yaxşı da Ülü.. nə dedime mən.
- Canına azzar dedin. Dur cəhənnəm ol. Durr get gör gəldilər. Səsləri gəlir.
- Eee Ülü küsərəm.
- Mən səndən qabaq küsmüşəm tərs keçi.
Nərgiz kor peşiman otaqdan çıxıb Şəhriyarın gəldiyini gördü. Yanında isə bütün yaraşıqlığı ilə hamını kölgədə qoyan Kənan. Heç Nərgiz də pis görünmürdü, gözünün rəngində geyindiyi şifon paltar hər addıımladıqca tərpənir onun bədənini zərfiliyini üzə vururdu. Kənan udqunub güclə Nərgizi qolundan tutub yanına çəkməmək üçün saxlayırdı. Nərgiz onun bu halını görüncə bütün naz qəmzəsi ilə yanından keçmək istəyirdi ki, qonaqlar arasında balaca uşaq onun ayağının altında qalacaqdı az qalsın. Nərgiz yerə sərilincə hamı ətrafına yığışdı. Nərgiz pərt olmuş vəziyyətdə gülümsünüb – hələ yaşayıram narahat olmayın deyib ayağa qalxdı. Kənan ona yaxınlaşıb, - Nərgiz yaxşısan desə də Nərgiz ona baxmadan cəkld Ülviyyəni otağına girdi. Üst başını düzəldib. – gəldilər hazırlaş çıxaq deyərək hamısı çal çağırla nişana getdilər. Açıq havada olduğundan nişan başqa bir abu havayla keçirdi. Gülnaz ətrafa boylanır. Şahnazı axtarırdı. Danışmaq üçün yox. Sadəcə qonaqların yanında pis vəziyyətdə qalmamaq üçün. Nə də olsa hamı bəyin anası ilə tanış olmaq istəyirdilər. Səlimin ona yaxınlşadığın görmədən boylanmağa davam edərkən onun səsinə diksindi
- Salam Gülnaz.
- Aleykuma salam.
- Təbrik edirəm. inşAllah davamını görərik.
- Sağol. Səni də həmçinin. Şəhriyarın anası yoxdur deyəsən. Görünmür.
- Hə o bu izdivacı istəmir. Amma gələcək bilirəm. Yeganə oğlunun xeyir işini buraxmaz..
- Lap yaxşı.. sağol deyə getmək istəyirdi ki, Səlim yenidən onu səslədi
- Gülnaz.
- ....
- Məni bağışlamayacaqsan?
Gülnaz onun bu sözünə gülümsəyərək dönüb Kamala baxdı. Kamalın gözü onlarda idi. Gülnaz gülümsəməsini daha da genişləndirib içdən təbəssümlə - Səlim mən səni çoxdan bağışlamışam. Mənim qəlbimdə sevgidən başqa heç nə yoxdur. Sənə kinim belə uçub gedib. Deyərək Kamala yaxınlşadı. Kamal əlini onun çiyninə aparanda hər iksinini xoşbəxtlyiin bir anlıq qısqanan Səlim acı bir təbəssümlə geriyə dönüb masasına əyləşdi. Nişan öz axarı ilə davam edərkən Kənan Nərgizi bir anlıq belə gözdən qoymurdu. Çox gözəl görünürdü deyə qsıqanclıq damarı tutmuşdu. Elə Nərgiz də kənanın baxdığı istiqamətlərə baxar onun kimə baxdığını tapmağa çalışırdı. Etbarı görüncə - Etibar, Etbar bura gəl.
- Nədi?
- Nədi? Ayıb olsun. Adam əmisi qızı ilə belə danışar.
- Sən xeyirə çağırmarsan.
- Aaaaa olamdı ki, deyəcəkdim gedək rəqs edək.
- Nə? Dəlisən sən? Nə rəqs? Sən rəqs etməyi bacarırsan? Güldürmə və biabır etmə.
- Gəl çox danışma. Deyərək Etibarın əlindən tutub Kənanın görə biləcəyi yerdən onunla asta asta lirik mahnını oynaçmağa başaldı.
- Nərgiz Allah rzası üçün burax gedib. Indi özün otval verdin mənə barı qoy başqalarını gözaltı edim. Sənin üzündən burada heç kim mənə yaxın durmaz.
- Az danış. Ayıb olsun özü də. Qızları göz altı edirsən. Nc nc nc.
- Yox oğlanları göz altı edəcəkdim? Tövbə əstafurulla. Hardan yarandı bu mənimlə rəqs etmək eşqi.. deyəndə Kənanın qəzəblə yaxınlşadığını görüncə - ey bir dəqiqə, başa düşüdüm. Nərgiz heç anlamadan sual verəcəkdi ki, kənanın yanlarında bitdiyini gördü. Ağzını açmaq istəyəndə Etibar Nərgizdən əlini çəkib – Bilirsiz nə var, gedin probleminizi başqa yerdə həll edin. Aaaa dəli əlində qalmışam. Mənə bax cavan oğlan onu incitsən səni məhv edərəm. O mənim bacımdır artıq. Başa düşdüm
- Düşdüm.
- Çox gözəl, indi tut əlindən get rəqs elə. Mən də orada cavan qız var getdim ora deyərək Etibarın uzaqlaşması ilə Nərgiz ağzı açıq halda onun arxasınca baxdı. Özünə gəlməmiş Kənan onu özünə sıxıb rəqsə davam etdi.
- Hə, Nərgiz xanım. Qardaşınız sizi mənə əmanət etdi.
- O mənim sevgilimdir.
- Hə əlbəttə..
- Mən onu sevirəm. O isə məni atdı.
- Tərk edilmiş qız.. nə qədər acı.. aman Allahım.
- Lağ eləmə.
- Allah eləməsin. Sonra başıma gələr.
- Nədir Fidanın qaçmasından qorxursan?
- Fidan yatıb durub şükür edir ki, mənim kimi oğlan tapıb.
- Yaxşı görək. Gözlə haa birdən göz dəyər.
- Dəyməz. Göz muncuğu taxır.
- Səfeh deyib onun əlindən çıxacaqdı ki. Anasının yaxınlaşdığını gördü.
- Oğlum kənan Fidanı gətirmişşəm. Gedək onunla rəqs et.
Nərgiz artıq səbri tükənmiş halda
- Eeeeeee bəsdirin artıq deyincə bütün zal dönüb ona baxdı.
 
Ardı var


Şərhlər:
Baxılıb: 1336
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz