Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 25)
Təsadüf yoxsa alın yazısı (Bölüm 25)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1209
Səs ver:
Kənanın öldürücü olsun sözünə ani reaksiya verən Şəhriyar az qalırdı onu öldürsün.
- Sənin başın doğrudan xarab olub deyəsən
- Bir səbrin olsun.. dərman deyərkən, dərmanın adı lazımdır. Tibb bacısı da həmçinin, amma qəşəng olsun
- Kənan!
- Nərgizi qısqandırmaq üçün, yoxsa mənim gözüm ondan başqasını uzun zamandır görmür. ...Elə baxma Vallah düz deyirəm.
- Nərgizə yox elə sənə də dərs vermək lazımdır. Sən ondan betər uşaq oldun.
- Vaxtımız yoxdur.. cəld dediyimi elə.
Şəhriyar başını bulaya bulaya dəhlizə çıxıb ətrafa boylanmağa başladı. Özü də dodaq altında deyinə deyinə. Bunlar uşaqdır biz niyə baş qoşuruq anlamadım. Sən bu günlərə düşəcək adamıyydın Şəhriyar. Lənət şeytana...- bir dəqiqə olar sizi xanım.
Şəhriyar artıq tibb bacısını tapmış onu Kənanın palatasına daxil olub hər şeyi danışmışdılar. Ilk olaraq razılaşmasa da Kənan öz xarizmasından istifadə edib onu razı sala bildi. Şəhriyar qaşlarını düyünləyib Kənana baxanda Kənan da bunu fərqinə varmışdı. – Nə baxırsan? Başqa çarəmiz var idi. Kim razılaşar ki, yalan danışsın.
- Nərgiz bilsə sən onu yuxunda görərsən.
- Sən deməsən haradan biləcək.
- Yox, maşAllah yaxşısan, daima bir planın var.
- Ooo sən hələ məni tanımırsan..
- Tanıdığıma məmnunam deyə bilməyəcəyəm təəsüf.
- Yekə oğlansan xətrimə dəyirsən, ayıb deyil, heç olmasa üzümə demə.
- Yox heç də ayıb deyil. Ayıb sizin ikinizə olsun ki, iki böyük insan kimi danışa bilmirsiniz belə oyunlar oynayırsınız.
- Xoş gəldin ata...Şəhriyar atam belə səndən daha gənc ruhludur.
- Nə halınız varsa görün mən Ülviyyənin yanına gedirəm.
- Ey hara? Sən mənim dostum kimi yanımda olmalısan.
- Kim dedi ki, biz dostuq.
- Mən dedim. Deyib əlini uzadan Kənana bezmiş halda baxan Şəhriyar - günah sən də deyile günah Ülviyyədədir ki, Nərgizi özünə dost seçib. Deyəndə Kənan qaşlarını çatdı.
- Eyy Nərgizimlə işin olmasın. Qapının döyülməsi ilə Kənan özünü cəld yatağa atdı. Şəhriyara göz qaş edib gözünü yumdu. Gələn Nərgiz idi. Ülviyyə ona yaxınlaşanda necə yalan deyəcəyini düşünərkən, qormuşdu ki, Nərgiz onun yalanının tutacaq. Çünki onlar uşaqlıq dostu idilər. Bir birilərini hər halından nə baş verdiyini anlayırdılar. Amma bu çətin olmadı. Ülviyyə bir neçə cümləni beynində toparlayıb demək istəyəndə ağızndan çıxan birinci kəlmədə nərgiz özünü Xəstəxananın dəhlizinə atdı. – Kənana vurduğun sakitləşdirici deyilmiş, Nədirsə onun halını pis edib. Bu cümlə kifayət etmişdi. Ülviyyə rahatlasa da Nərgiz üçün qorxmuşdu. Onu çoxdandır belə qorxan görməmişdi. Palataya girəndə Nərgiz yatağın kənarına gəlib Kənana baxdı. Üzü Kənana tərəf olduğundan Şəhriyar və ülviyyə onun gözlərini dolduğunu görməmişdilər. Ülviyyə isə Şəhriyara peşiman şəkildə baxıb – indi neynəyəcəyik deyə sual dolu baxışlarını yönəltmişdi. Şəhriyar isə ona çıxmağı işarə etdi. Hər ikis palatadan çıxmışdılar. Nərgiz yatağın yanında diz çöküb səsszicə ona baxırdı. Kənan gözləri yumulu olduğundan Nərgizin simasıı görə bilmirdi, amma açmağa da qorxurdu. Nərgiz ayıqdır o saatca başa düşər deyə tərpənmədi. Amma onun səssizliyi Kənanı lap hövsələdən çıxardırdı. Nərgiz isə qorxa qorxa pııçıltı ilə Kənanı səslədi.
- Kənan..bağışla.. mən istəyərək eləmədim nə olar bağışla. Hönkürtü ilə ağlamasına dözə bilməyib gözlərini açdı. Nərgiz başı aşağı əlləri üzündə ağlayırdı. Yaxınlaşmaq istəsə də səbrini sıxıb "yox, bu belə asan olmamalıdır, çək cəzanı Nərgiz xanım” deyə gözlərini yenidən yumdu. Nərgiz isə onun əlini tutub gözünü silərək – Kənan nolar özünə gəl.. Yalvarıram. Səsi tir tir əsən Nərgiz o qədər qorxmuşdu ki, əlləri də əsirdi. Palataya girən tibb bacısı anlayışlamayan dildə dərman vurluduğunu Kənanın bu dərmandan ömür boyu yatağa məhkum qala biləcəyini dedi. Nərgiz daha da ağlayaraq dözməyib otaqdan çıxdı. Ülviyyə onun bu halına acıyaraq Şəhriyara
- Mən gedirəm hər şeyi deyəm. Gör nə günə düşüb. Ona rəvadır bu.
- Dəymə.. qoy ikisi də ağlını başına yığsın. Nərgiz gözüaçıq qızdır Kənanın yalan dediyin tutacaq.. onda da vay Kənanın halına
Şəhriyarın telefon çalması ilə söhbətləri kəsmiş oldu. Zəng edən anası Şahnaz idi. Şəhriyar bir az aralanıb telefonu açdı.
- Oğlum haradasan, atan da narahat olur artıq. Gecə gec gəlib yatırsan biz oyanmamış qaçırsan.
- Ana dedim axıdostum xəstəxanadadır onun yanındayam. Tək qoya bilmərəm.
- Kimdir axı? Bəlkə biz də gələk.
- Yox.. yox siz tanımırsınız. Narahat olmayın, bu gün çalışacağam tez gəlim. Şəhriyar telefonu bağlayıb Ülviyyənin yanına gəldi. Anası onun yanında əyləşmişdi. Onlara yaxınlaşanda isə Gülnaz – oğlum neçə gündür burada bizə görə avara olmusan, get işinin gücünün arxasına narahat olma, daha yaxşıdır. Yəqin ki, bu gün bizi də yanına buraxarlar.
- Yox, o nə sözdür. Mənim yerim indi buradır. Deyib əyləşən şəhriyara baxan Gülnaz sevinməkdən daha ççox təəssüf hissi keçirdirdi.
Həkim Kamal bəyin palatasından çıxıb onlara yaxınlaşaraq – Gözünüz aydın daha xəstəmizə iynə vurub yatırtmağa ehtiyax yoxdur. Hər şey qaydasındadır.
- Onu görə biləri..
- Hə əlbəttə, özü də artıq sizi görmək istəyir, amma əvvəlcə xahiş etdi birinizi çağırım yanına. Gülnaz gözlərində işıltı ilə palataya keçmək istəyirdi ki, həkim onu dayandırıb.- Yox Gülnaz xanım. Sizinlə sonra görüşəcək. Amma əvvəlcə bu cavan oğlanı çağırır- deyə Şəhriyara işarə etdi. Hər kəs donmuş halda Şəhriyara baxırdı. Elə şəhriyarda qurumuşdu. Ülviyyəyə baxıb "Hər şey yaxşı olacaq” baxışı ilə ondan ayrılıb palataya girdi. Kamal bəy ağır ağır nəfəs alırdı. Şəhriyarı görüncə üzündə təbəssümlə ona əli ilə oturmağı işarə etdi. Şəhriyar yavaşca əyləşib baxışlarını yerə tikdi. Ağlından min fikir keçdi. Yəqin ki, qızından uzaqq durmağı, ona yaxınlaşmamağı buradan getməyi xahiş edəcək. Bunları eşidəcəyi təqdirdə nə deyəcəyini bilmədən əllərini sıxmağa başladı. Nə də olsa qarşısında sağlam insan dayanmırdı. Ürək xəstəsi, sevdiyi qızın atası dayanmışdı. Şəhriyar bu düşüncələrə dalarkən Kamal bəyin ona necə baxdığını görmürdü. Kamal bəy gülümsəyib səössizliyi pozdu.
- Oğlum, narahat olma. Bura səni nə acılamağa, nə danlamağa, nə də....nə də qızımdan uzaq dayanmağı deməyə çağırmamışam.
Şəhriyar onun bu sözünə anidən başını qaldırıb gülümsəməylə Kamal bəyin üzünə baxdı.
- Hə onu deməyəcəkdim. Deyəcəyim başqa bir şeydir. Amma aramızda qalacaq. Kişi kimi ikimizin arasında
- Hə.. hə əlbəttə.
- Neçə vaxtdır burada məni iynələrlə uyuşdursalarda hər şeydən xəbərim var. Sənin burda qızıma həyat yoldaşıma dəstək olmağından tutmuş hər şeydən. Bu iynələr məni halsızlaşdırıb. Çox danışa bilməyəcəyəm. Sənin Ülviyyə ilə vəziyyətin elədir ki, hər adamın başına gəlməz. Nə bilərdin ki, sevəöcəyin qızın ailəsi ilə sənin ailən bir araya gələ bilməz, gəlməməlidir. Mən Ülviyyənin düzgün addım atacağından əmin idim. Bilirdim ki, o nə qərar versə düzgün olan o olacaq. Qızım məni seçdi. Atasının qürurunu düşündü.
- Hə məni fəda etdi
- Səni yox. Sevgisini. Bunlar ayrı şeydirlər. Sevgi ən böyü2k hissdir. Bunu hər kəs bilməz, hiss etməz. Heç onu bilmək də lazım deyil, onu hiss etmək lazımdır. Əgər qızım sənin sevgini bilsəydi o zaman ona unutmaq daha asan olardı, amma o sənin sevginin böyüklüyünü hiuss etdiyi üçün günü gündən gözümün önündə əridi getdi. Əlimdən nə gəlirdi? Mən də o anda qürurumu düşünürdüm.
- Amma bu bizijm günahımız deyil axı.
- Hə düzdür. Sizin günahınız deyil. Amma özünü mənim yerimə qoy. Düşün ki, bir vaxtlar Ülviyyənin dəli kimi sevdiyi bir adamla illər sonra qohum olacaqsan, onunla üz üzə gələcəksən. Hər ona baxanda görəsən mənim qadınım hələ də onu sevirmi sualları ilə beynini çürüdəcəksən. Asan deyil, heç asan deyil
- Bəs indi? İndi necə olacaq? Heç nə dəyişməyəcək
- Dəyişdi Şəhriyar, çox şey dəyişdi.
- Necə?
- Icazənlə o mənə qalsın. Amma bir tək kəlmə deyəcəyəm, artıq mən həyat yoldaşımdan zərrə qədər şübhə etmirəm. Onun qəlbindən xəbərdaram. Bu mənə bəs edir, geri qalan hər şey artıq bəhanədir.
- Yəni..icazə verirsiniz.
- Yox icazə vermirəm.. ... Xeyir dua verirəm. Qızımı götür get buralardan.
- Necə?
- Eşitdiyin. Mən Gülnazı yola gətirərəm.
- O imkan verməsə Ülviyyə..
- Oğlum, dedim axı mən onu yola gətirəcəyəm. Mənim də özümə görə yollarım var... deyib Kamal bəy əlin ilə ürəyini göstərib – bu zəif ürəyə kiminsə nəsə deməyə əsas da Gülnazın nəsə deməyə ürəyi gəlməz. Hər iksi gülümsədi. Şəhriyar Kamal bəyin əlini bərk bərk sıxıb – çox sağolun.. çox çox sağolun. Mənə indi dünyaları verdiniz. Amma bunu edə bilməyəcəyəm Mən Ülviyyəni götürüb getmək istəmirəm. Onu sizin evdən ağ gəlinliklə çıxmasını istəyirəm. Sizin və Gülnaz xanımı xeyir duasıyla.
- Oğlum sizin vəziyyətdə bu mümkün deyil.
- Əsas siz mənə dəstək odunuz, xeyir duanızı verdiniz. Demək ki, geri qalan hər şey düzələcək.
Kamal bəy gözləri dolmuş halda – qızım çox şanslıdır deyincə Şəhriyarın ona cavabı onu daha da kövrəltdi.
- Əsl mən şanslıyam ki, onun sevdiyi mənəm
Gülnazla Ülviyyə dəhlizdə narahat halda əyləşərkən kiminsöə təlaşlı halda ağlayaraq onlara tərəf gəldiyini gördü. Qadın hay şüvənlə Kənanın yatdığı palataya tərəf getdi. Şəhriyardla atası haqqında düşünən Ülviyyə Nərgizi və Kənanı tamam unutmuşdu.
Nərgiz isə palıatada işdən ağlayaraq Kənanın əlini bərk bərk sıxıb öpürdü.
- Kənan nolar, yalvarıram, aç gözünü və denən ki, yaxşıyam. Nolar qalx ayağa.. mənə bunu yaşatma. Allahım bunu mənə niyə edirsən. Mənim heçmi xoşbəxt olmağa haqqım yoxdur. Niyə kimi sevirəm əlimdən alırsan axı deyə üsyan edərkən Kənan ürəyində "Vallah nərgiz bircə sevdiyini mənə də etriaf elə gözümü açacağam söz.” Deyə danışırdı. Palataya hay şüvənlə girən qadın Kənanı görüncə lap içini çəkib ona tərəf qaçdı. Nərgiz qadına baxıb geri çəkildi, tanımadığından düşündü ki, yəqijn anasıdır. Amma Kamran bəyin həyat yoldaşının dünyasını dəyişdiyinidə bilirdi. Heç nə anlamadan geri çəkilincə Qadın nərgizə dönüb, bəs deyirdilər eləcə dərman vurulub yatır. Bu ki meyidə oxşayır. Cannn Kənanım can.. İçəri daxil olan tibb bacısını görüncə qadın onun yaxasından yapışıb – qızım noldu bu ayılmadı, mənə dedilər ki, eləcə yatıb. Tibb bacısı çaşqınlıqla bir qadına bir Nərgizə bir də yataqda uzanıan amma əzəzlələrinin yığıldığı hiss olunan kənana baxıb bilmədi ki, nə desin. Düşündü ki, qadına da eyni şeyi desin. Amma hər şey tərsinə getdi. Qadın Kənana vurulan iynənin öldürücü təsirə malik olduğunu eşidincə yerə sərildi. Kənan artıq dözməyib qalxdı. Nərgiz də qadını qaldırmağa çalışdığından kənanın yerindən durduğunu ilk əvvəl fərqinə varmadı. Daha sonra Kənanın – Sürəyya xala ayıl, zarafatdır, vallah billah zarafatdır, bax sağam. Sürəya xala sözlərinə Nərgiz çaşqınlıqla Kənan baxıb əli ilə gözünü yaşını silərək – Nə dedin sən? Zarafat? Sürəyya xala.
- Nərgiz hər şeyi izah edəcəyəm, bircə kömək elə onu qaldıraq. Tibb bacısı da onlara kömək edərək qadını ayıltdı. Kənan bütün bunların zarafat olduğunu izah edincə Sürəyya qəzəbli baxışlarla ona baxırdı. Kənan yavaşca başını döndərib Nərgizə - Sən də bağışla sadəcə istədim.. spzü ağznda qaldı. Nərgizin silləsi onu susdurdu. Palatadan çıxan Nərgizin arxasınca baxan Kənan qalxıb getmək istəyirdi ki, daha bir sillə onu yerində oturdu. Bu dəfə Sürəyya xala vurmuşdu – Sürəyya xala sən niyə?
- Sus, köpəyuşağı, mən boyda arvadı aldadır. Əcəb oldu elə. O qız az vurdu, mən olsaydım eşşək su
- Eşşək sudan gələndə gələcəyəm, amma indi getməliyəm deyib onun szünü ağıznda qoyan Kənan cəld çıxıb dəhlizə qaçdı. Ülviyyə Nərgizi dayandırmaq istəsədə o ağlayaraq oradan uzaqqlaşmışdı. Kənan Ülviyyədən tez təpənərək Nərgizi tutmuşdu.
- Nərgiz dinlə məni.
- Cəhənnəm ol gözüm görməsin səni
- Nərgiz, bağışla mən sadəcə istədim ki.
- Sən sadəcə uşaqlıq etdin. Sən alçaqsan
- Eeeee bəsdir daha. Mənim də səbrimin bir sərhəddi var deyərək Nərgizi çiyninə alan Kənan maşınına doğru gedəcəkdi. Ülviyyə onları görüb yaxınlaşmadı dayanıb gülərək onları seyr edirdi. Və birdən kiminsə nərgizi hikkə ilə çağırması hamısını susdurmuşdu
- Nərgiz!?
Kənan geri dönəndə gördüyün qadını tanımadı. Nərgizə - bu kimdir, adaxlılarının anası? Deyə soruşunca başını qaldıran Nərgiz için çəkərək – hiiii mama... deyuə bildi.
Kənan isə dodaq altında – bu heç yaxşı olmadı, həm də heç deyəbildi.
 
Ardı var
 


Şərhlər:
Baxılıb: 1209
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz