Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (59-cu bölüm)
Zindan həyat (59-cu bölüm)
Şərhlər:
Baxılıb: 1496
Səs ver:
Elnur Xavəri götürmək üçün evlərinə gəlmiş onu gözlüyürdü Xavər isə heç getmək istəmirdi o bu hərəkətini Turala qarşı xəyanət kimi görürdü onu o qədər çox sevirdiki ama ailəsinədə qarşı çıxa bilmirdi anası Xavəri güclədə olsa hazırlayıb Elnurla görüşə yola salır Elnur Xavərin gəldiyini görüncə maşından düşür Xavərlə salamlaşır Xavər keçib arxada oturur Elnur maşına əyləşərək işə salıb ordan uzaqlaşır Səadət pəncərədən bu mənzərəyə baxıb içində sevinirdi sonunda istədiyini elətdirmişdi ama sona kimi onu istədiyi kimi olacaqdımı....
Yol boyu heç kim heç nə danışmırdı Elnur hərdən güzgüdən Xavərə baxırdı Xavər başın aşağı dikmişdi Elnur ürəyində:Bu idi məni istiyən qız bu işin daha çətin olacağını düşünürdüm ama deyəsən şans məndən yana olacaq.....
Maşını şəhərin restoranlarının birinin yanında saxlayıb ora getdilər Xavər çox həyəcan keçirirdi Turalnan qarşılaşar deyə..O Turala heç nə deməmişdi bu mövzuyla bağlı çünki onun üzülməyini istəmirdi onlar burda rahat oturub yeməklərin sifariş verərkən Tural isə bütün gücünü işə sərf edirdi çox yorulurdu ama sonda Xavərə qovuşacağını düşününcə sanki ona əlavə bir güc gəlir və işinə davam edirdi...
Elnur yeməkləri sifariş edib eləcə o yan buyana baxırdı Xavərdə sakit oturmuşdu onların masası elə səssiz idiki sanki masada heç kim yox idi Elnur elə belə söhbət etmək istəsədə Xavər qısa kaknret cavab verir yenədə sakit dururdu Elnur istiyirdiki biraz söhbət edib onun necə biri olduğunu anlamağa çalışıb ona uyğunda məsələni danışsın ama Xavər Elnurun münasibət qurmaq istədiyi uüçün söhbət etdiyini düşünürdü..Beləcə dəqiqilər ötüb keçirdi 2 fərqli insan bir masada və ən əsası 2sinində ürəyi başqasına görə döyünürdü bir birindən xəbərsiz......
Əli şəhərdəki evin son təmir işlərinidə həll etdirib son dəfə evə nəzər salır:Sonunda sonunda Laləni bu evə gətirəcəm və heç vaxtda çıxarmayacam.....
Laləgilin evində isə ayrı təlaş var idi anası hər işə özü yetməyə çalşırdı evə gələn qonaqlar Lalə üçün hazırladığı cehizlər evin işi hərəsi bir tərəfdən yorurdu Şəhlanı ama o heç bezmədən edirdi bu işləri nədə olsa övladının xoş günləri üçün idi bu təlaşlarl Lalə isə evdə ruh kimi gəzirdi sanki 1 həftədən sonra onun toyu olmuyacaqdı Əlinin qısqanclıqları onu məhv edirdi həm indi Əlidən kənarda olduğu üçün o dahada piskopatlaşmış adicə gələn səsə belə reaksiya verirdi Lalə hamamdan çıxıb saçını qurlamaq üçün feni işə salır bu vaxt Əli zəng vurur Lalə onu gözlətməmək üçün teli açıb qulağına qoyur Əli fenin səsini eşidərək Laləyə:Hardasan???
Lalə(feni söndürərək)evdəyəm harda olacam
Əli:yalan demə evdə deyilsən!maşın səsi gəlirdi hardasan hara getmisən tezol cavab ver....(Əli bu dəfədə fenin səsin maşın səsinə bənzədib söhbəti böyük bir qalmaqala çevirmişdi Lalə izah etməyə çalışsada Əli elə dediyinin üstündə idi Lalə əsəbindən patlayacaqdı sanki feni yandırıb söndürüb səsi ona göstərirdiki bəlkə inansın
Lalə(qışqıraraq)-gördün axmaq gördün fenin səsidi bax fenin fenin
Əli:Laləəəəə nə qışqırırsannnn!!!?səsivi evdəkilərə eşitdirirsən!!!məni dəli eləmə durub indi geləcəm ora pis olacaq!!!!!
Lalə:bezmişəm daha səndən neynirsən elə təki həyatımdan çıx rəddoll (deyərək əlindəki feni yerə çırpır fen yerə düşməsi ilə iki yerə bölünür səsə anası tez Lalənin otağına gəlir Lalə isə dayanmada Əliyə ağlayaraq eyni sözü deyirdi:sənə nifrət edirəm çıx həyatımdan çıxxxx
Şəhla:gördüyü mənzərə qarşısında donub qalmışdı Laləni birinci dəfə idiki belə görürdü:Laləə nə olub burda
Əli teldən səsi eşidincə dəliyə dönür:istədiyin oldu həə!!!sonunda eşitdirdin səsivi səni öldürəcəm Lalə ölgürəcəm hələ bir anana nəsə de olanları danışmasam mənnən şərəfsizi yoxdu hər şeyi anana danışıb tüpürüb çıxacam həyatından!!!
Lalə(udqunaraq anasına baxırdı bir tərəfdəndə qulağında Əlinin sözləri
Şəhla:qızım sən nə olub niyə belə danışırsız (yaxına gəlib Lalənin əlindən teli alaraq qulağına qoyub danışır:Əlii bu nə məsələdi bu necə danışıqdı
Əli (bir an tutulur elə düşünürki bayaq dediyi sözləridə anası eşitib:heç heç Şəhla xala mən elə belə dedim
Şəhla:nəyi elə belə dedin siz niyə belə dava edirsiz hələ yolun başındasız indidən belə başlamısızsa sizin sonunuz necə olacaq
Əli(rahatlayır Şəhla heç nə eşitməmişdi tez şirin dilini işə salaraq—hə xala haqlısız günah məndə oldu biraz inadlaşdıq Lalə ilə ona görə əsəbləşib..
Şəhla:birazzz qızım əsəbdən əsir burda sənsə deyirsənki biraz deyəsən biz sənə güvənməkdə yalnış iş görmüşük sən bizim qızımızla heçdə yaxşı davranmırsan
Əli:Şəhla xala nə desəniz haqlısız Vallah mənimdə əsəblərim korlanıb hər işə özüm yetməyə çalışıram Lalə ilə yaşayacağım həyatın yaxşı olması üçün əlimdən gələni edərkən ama sizin qızınız mənə
Şəhla:hə mənim qızım sənə neyniyib
Lalə gözlərini dikib anasına baxır Əli nə uydururdu yenə
Əli:sizin qızınız mənə qarşı çox dəyişib məni istəmədiyini düşünürəm bəzən ona görə belə davalarımız düşür çox soyuq davranır
Şəhla:başa düşmədin neynəməlidiki hər şey səndən aslıdı sən normal danışsan oda sənlə elə danışar
Əli(ürəyində gör bir qızının tərəfin verir)Düz deyirsize ama oda mənə qarşı biraz mehriban olsa nə olarki siz bəlkə danışasız mən əvvəlki kimi olsun istiyirəm əvvəl mənimlə belə danışmırdı indi nə desəm davaya çevirir hər sözümü......Əli söhbəti öö xeyrinə çevirməyi bacarmışdı biraz danışdıqdan sonra Şəhla teli söndürüb Lalə ilə danışmağa başlayır Əlinin dediklərin ona danışır ama Lalə daha dözə bilmirdi onun oyunlarına:Mama yalan deyir özü salır davanı həmişə durduq yerə özüdə
Şəhla:ay qızım deyirki mənə qarşı çox soyuq danışır məndə ona görə dava salıram
Lalə:neynim axı (ürəyində--onun elədiklərindən sonra necə danışmalıydım)mama çox qısqanclıq edir hər şeyi böyüdür
Şəhla:mən bilirdim mən onun gözlərinə baxdığımda anlamışdım necə biri olduğunu ama mənə qulaq asan olmadıki onun gözləri necə parıldayır necə qaynayır sən görmürsən bu insan qan qan deyir qızım mən sənə vaxtında demişdim demişdim ama mənə eşitdinki yaxşı bəs indi neyləyək
Lalə:heç nə neynəyəciyikki daha olan olub
Şəhla:nə olub heç nə olmuyub nişanı qaytaraq getsin belə qısqanc insanların sonu yoxdu qızım sevgi mevgi boş şeydi bir cütlüyü əvvəlcə güvən inam bir arada tutur sonra hörmət sevgi
Lalə(ama necə ayrılaram Əli bilsə aləmi dağıdacaq hər şeyi anamgilə deyəcək) Yox mama eybi yoxdu heç nə olmaz bəlkə evlənəndən sonra dəyişilər
Şəhla:ay qızım qozbeli qəbir düzəldər hara düzəlir bundan sonra onun beyni elə formalaşıbsa sən onu dəyişə bilmərsən axşam atana danışım bir təhər onu razı salım göz görə görə səni oda ata bilmərəm
Lalə:mama bəs toy artıq dəvətnamələrdə paylanıb axı.
Şəhla:biran duruxsada:heçnə olmaz....
Elnurla Xavərin söhbəti isə elə olduğu kimi qalmışdı yemək bitdikdən sonra Xavər getmək istədiyini deyincə Elnurda razılaşır ama biraz danışdıqdan sonra gedək deyincə Xavərdə oturur Elnur sözə necə başlayacağını bilmirdi.Bilmirdiki Xavər necə reaksiya verəcək ama nə olursa olsun onunla danışmalı idi:Xavər sən çox yaxşı qızsan məndəndə yaxşılarına laiqsən ama mən sənə laiq deyiləm bəlkədə indi dediklərimdən sonra mənə nifrət edəcəksən bəlkədə yox ama mən bunu sənə deməyi özümə borc bilirəm Mən mən başqasını sevirəm
Xavər (eşitdiyi sözdən şoka düşür həmdə çox sevinir bayaqdan solğun bağışlarla baxab Xavərin bir andaca gözləri gülür sanki Elnura baxaraq:Başa düşmədim başqasını sevirsən??
Elnur:hə bilirəm əsəbləşəcəksən niyə mənlə evlənmək istədin deyəcəksən ama inan mənə məcbur qaldım bəlkədə məni anlamırsan ama inan məcbur oldum sevdiyimdən sevdiyimi itirməmək üçün razılaşdım bəlkə səndə sevsəydin məni yaxşı anlayardın
Xavər :Mən səni çox yaxşı anlayıram
Elnur(sual dolu baxışlarla Xavərə baxaraq-doğurdan məni başa düşürsən???
Xavər:hə səni çox yaxşı başa düşürəm çünki mənimdə canımdan belə çox sevdiyim biri var.....
Elnur:bunu eşidincə üzündə gülümsəmə yaranır onalar bir bir həyatlarini bir birinə danışırlar artıq saatlar keçmişdi masaya yad 2 insan kimi eyləşən Elnurla Xavər artıq bir birinin sirrini bilən 2 dosta çevrilmişdilər onlara özlərindən başqa kömək edən olmuyacaqdı ona görədə yaxşı düşünüb bu işi həll etməli idilər......
Yavaş yavaş axşam düşürdü Rasim bəy artıq evə gəlmiş hamı masada yemək yeyirdi yemək bitdikdən sonra Rasim oturub xərclədiklərin haqq hesabını aparır və pulunu qalan eşyalara ayırırdı Lalə bacısını yatırdıb özüdə otağa çəkilmişdi ürəyi əsirdi atası nə deyəcəkdi görəsən Əli isə durmadan Laləyə zəng vurur mesaj yazırdı ama Lalə cavab vermirdi Əli artıq dəliyə dönmüşdü özünü zorla saxlıyırdı Laləgilə getməmək üçün anası ilə danışdığı üçün çoxda böyütmək istəmirdi ama Lalə teli açmır deyə dəli olurdu...
Şəhla gəlib Rasimin yanında oturur ordan burdan söhbət edərək məsələni açır Rasim diqqətlicə dinliyirdi Şəhlanı Lalədə qapını açıb onlara qulaq asırdı Şəhla hər şeyi danışıb:Hə Rasim gəl qaytaraq nişanı o təhlükəli insandı
Rasim:sən nə danışırsan bu qədər həngamədən sonra nişanı qaytararq camaatı toya çağırmışıq 1 həftədən sonra toy olacaq sən deyirsənki nişanı qaytaraq adam arasına necə çıxacayıq soruşmayacaqlarki niyə qaytardız??? Nə var nə var biraz qısqancdı kişi qısqanc olarda yox buraxsın yoldaşını küçələrə
Şəhla:Rasim sən nə danışırsan bizim qızımızdıyee o Əli sən dediyin kimi biraz qısqanc deyil xəstədi
Rasim:bəsdi sən Allah sənin elə ilk gündən xoşun gəlməyib uşaqdan yetim uşaqdı onun çəkdiklərini niyə düşünmürsən indi biraz qısqanlıq eləyirdi cavandı biz cavan olmamışıq
Şəhla:kaş elə sənin kimi cavan olardı
Rasim:Şəhla yığışdır bu söhbəti qızın beynində doldurma oda cavandı başa düşürəm gəzməy tozmaq rahat olmaq istiyir Əlidə qısqanc olduğu üçün ona sıxıcı gəlirdə ona görə elədi mən Əli ilə danışaram daha çox qısqanclıq eləməz
Şəhla Rasimin fikrinin dəyişməyəcəyini görüncə dahda əsəbləşir :Başa düşmürsən o uşağı çürüdür ömrünü yeyəcək ayıraq qismət deyilmişdə taleyində başqa birisi varsa yenə evlənər
Rasim (əsəbləşərək ayağa qalxır)Mənim qızım papaq deyil başdan başa qoyulsun!!!!bu evlilik olacaq vəssalam!!özü sevib gedib onu məcbur verməmişik!!!....evdən çıxır....Lalə artıq ailəsindəndə ona kömək gəlməyəcəyini bilirdi söhbəti çox uzadaraq ailəsinidə üzmək istəmirdi qapının ağzında yerə oturur gözündən yaşlar süzülürdü geriyə yol yoxdu bundan sonraki həyatıma ancaq razı olmaq qalırdı....
Günlər ötüb keçirdi toya az qalmışdı Lalə həmin gecə Əli ilə danışaraq məsələni uzatmamışdı Əli qışqırır bağırsada sonda Laləni yenə əlində saxlamağı bacarmışdı....Əlinin nənəsigili Laləgilə gəlib gəlinliyi gətirmişdilər səhər toy olacaqdı hami sevincli idi 2 nəfərdən başqa biri Lalə biri isə Elnur....

Ardı var...


Şərhlər:
Baxılıb: 1496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz