Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (7-ci bölüm)
Me vs You (7-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1217
Səs ver:
- Mənim ondan xoşum gəlir?!
Jalə bunu özünə belə olsa etiraf etdiyinə inan bilmirdi. Gözləri qorxu qarışıq təəccübdən böyümüşdü. Hər hal dünyada öz hisslərindən bu qədər çox qorxan, dəhşətə düşən ilk qız idi. Özünü enə merpayıya atdı. Üzündəki o yadplanetli görmüş əkinçi ifadəsi getmirdi. Əlləri ilə üzüün örtüb, qızdırmalı adamlar kimi sayıqladı:
- Mən? O neandertalı? Allahım, bu cəzadır hə? indiyə kimi əzdiyim bütün oğlanların qarğışı tutdu məni... Bəs "Bir qızın ilk vəzifəsi oxumaq və sonra işləməkdir. Ancaq özünü və lazım gəlsə ailəsini rahat yaşada biləcək vəziyyətdə olduqda evliyi düşünməlidir. Bu isə mütləq muasir, qadin və kişi hüquqlarının, haqlarının bərabər olduğunu bilən birisi ilə olmalı. Yaşasın feminizm.” Nə oldu? O ancaq ulu ulu ulu, lap ulu babamın dövründə müasir sayıla bilərdi. Heyvan hüquqlarına qadın hüquqlarından çox dəyər verir... Bərabərliyi düşünmək belə istəmirəm...
- Kim?
Jalə diksindi. Onun səsinə oyanan bibisinin otağına necə girdiyini hiss etməmişdi belə. Tez çarpayının ortasında bardaş qurub, sözü dəyişdirməyə çalışdı.
- Heç, bir rəfiqəmin beyinsiz sevdiyi.
Yetər xanım qaşlarını çatıb, soruşdu:
- Sənin sevgilisindən ayırmadığın bir rəfiqən qalıb? Hələ saydıqlarına baxanda elə öküz, geridə qalmış, qadın düşməni beyinsizi sevən? O qıza mən daa nə deyim? Hansı ağlı olan qız elə birisini sevər ki?
Bibisinin sözləri Jaləyə yumruq zərbəsi kimi dəyirdi. Hələ son cümlə onu saniyəsində nakavt etdi. Yerə sərilmiş, ruhu döyülmüş olsa belə, hələ də Əlinin xəyalı idi beynində. Əlini qaldırıb, cılız səslə dedi:
- Sevgili deyillər. Qızın xoşu gəlir sadəcə...
- Bə bunu bayaqdan de da.- deyən Yetər xanım, çarpayının kənarına əyləşib gözlərini Jaləyə dikdi.- etiraf etsin.
- Ha? Amma sən dedin ki...
- Həmişə qadınların sevgisini yox sayıblar. Məcnun Leylinin eşqindən çöllərə düşdü, bəs Leylinin sevgisi? Fərhad Şirinin sevgisindən dağı dəldi, bəs Şirinin sevgisi? Qadınların hüquqları kimi, hissləri də sayılmadı. Sevdin? Gözləməlisən ki, o da səni sevsin. Ya da biri səni sevir? Sən də onu mütləq sevməlisən. Bir kişi səninlə evlənmək istəyir? Minnətdar olmalısan. Amma sən sevsən, sən etiraf etsən və sən evlilik haqqında xəyal belə qursan ya əxlaqsızsan, ya da qürursuz. Odur ki etiraf etsin. Qarşındakı bunu pis başa düşür? Deməli sevgiyə layiq olmayan axmağın yekəsidir! Sən özünə, hislərinə qarşı dürüst ol yetər.
Jalə bibisinin sözlərini dinləyəndə seirlənmişdi sanki. Yetər xanım həmişə kişiləri pisləmişdi, amma ilk dəfə idi sevgi haqqında bu qədər gözəl danışırdı. Belə ki, birazda kecsə Jalə özünü saxlaya bilməyib ağlayacaqdı.
- Etiraf etsin, sonra da fırladıp atsın.
Beləliklə Jalənin çəhrayı xəyalları çilik-çilik oldu. Təəccübdən daha da böyüyən iri gözlərini bibisinə dikdi:
- Hııı?! Nə?!
- O qədər axmaq birisi ilə evlənməyəcək əlbətdə. Biraz həvəsini alsın, sonra da atsın. Sürüm-sürüm sürünsün o beyinsiz. Çöllərə düşsün, dili cadar-cadar olsun, bir damla su verəni olmasın! Allahın bəlasına gəlsin, boynu altında qalıb ölsün!
Aha, Yetər xanım yenə transa keçdi. Jalənin yastığını dartışdırıb, boğub, az qala parçalayıb xəyalında bütün kişilərə işgəncə edirdi. Jalə isə bunları vecinə almırdı deyəsən. Yəni 6 ay əvvəl bibisi yastığını xüsusi bir ritualla feminslere qurban etmişdi. Hətda qurbanın bəzi parçalarını-tüklərini otağın künc-bucağında tapmaq da olardı. Indi yastığını boğursa nə olmuş? Onun daha ciddi problemləri vardı. Əslində bibisi ilk dəfə ağıllı məsləhət vermişdi, yəni son hissəni saymazsaq. Biraz akitlə.ən bibisinin əlindən yastığı alıb, qucaqladı. Gözlərini boşluğa dikib, köks ötürdü. Yetər xanım da Jalənin nəyi olduğunu anlamamış deyildi. Amma bilirdi, Jalə hər şeyin ən yaxşısını ondan da yaxşı bilir. Daha doğrusu buna ümid edirdi...
*******
Zeynəb bayaqdan başı üstündə dayanmış Elmanı görməmiş kimi davranırdı. Amma Elmanın da əlçəkmək niyyəti yox idi deyəsən. Gözlərini Zeynəbdən bir saniyə belə olsun çəkmirdi.
- Nə baxırsan tülkü kimi?
Elman başını yana əyib, ala gözləri ilə məsum-məsum baxıb dedi:
- Mən?
- Yox, nənəm! Çəkil, işimi görməliyəm.
Elman aşağı çökdü. Masaya dirsəklənib, çənəsini əlinə söykədi. Gülümsəyib, şirin-şirin danışmağa başladı:
- Bax mən yaraşıqlıyam, şirinəm, zarafatcılam və hətda imkanımda yaxşıdı. Əvvəl axır sənin xoşuna gələcəm. niyə uzadırsan ki?
- Zarafatsız bu sözlərlə tovlaya bildiyin qız olub?
- O qədər...
Zeynəb tək qaşını qaldırıb, Elmana baxdı. ona inanmadığı bəlli iid. Istehza ilə dedi:
- "o qədər” yox, "heç” demək istədin deyəsən?
- Yox, o qədər demək istədim elə. Bir dəfə, sadəcə bir dəfə dəfə mənimlə görüşsən özün də mənə aşiq olacaqsan.
- Ha ha. Pah! Səninlə tənha adaya belə düşsəm, dönüb sənə baxmaram!
Elman:
- Səninlə ikimiz tənha adaya düşsəm bu qədər yalvarmağa ehtiyac olmaz onsuzda.- deyən Elman bic-bic gülümsədi.
Bax bu Zeynəbin bütün cin ordusunu başına çağırmasına səbəb oldu. Əlinə keçən ilk qovluğu Elmanın başına çırpmaq istəyirdi ki...
- Nə olub burda?
Əli qapının ağzında onlara baxırdı. baxışlarından mənzərənin heç xoşuna gəlmədyii bəlli idi. Səsinin tonunu daha da qaldırıb:
- Deyirəm nə olub burda?.
Zeynəb qorxu qarışıq həyacandan təlaşa düşüb açıqlamağa çalışdı:
- Əli bəy biz...
- Mən Zeynəbi narahat edirdim.
Elman onu qabaqlayıb Əlini qarşısında dikilmişdi belə. Hələ də gülümsəsə belə, gözlərindən Əlinin yersiz sorğusuna əsəbləşdiyi bəlli idi.
- Ağıllı olun. Zeynəb sən də bu axmağı yaxına buraxma.
Zeynəb pərt olub, başını aşağı saldı. Onu narahat edənin Elman olduğunu demək istəsə də, fikrini dəyişdirdi. Əlinin sözünün qabağına söz demək yaxşı fikir deyildi. Elman Zeynəbin az qala ağlayacağını görüb, Əliyə tərəf çevrdildi. Artıq gülümsəmirdi. Nə isə demək istəyirdi ki...
- Əsl o axmaq Zeynəbə yaxın getməsin!
- Yenə hardan gəldi bu ifritə...
Jalə biraz daha iləri yeriyib, Əlinin qarşısında keçdi. Gözlərini ona dikib, sərt şəkildə dedi:
- Narahat edən o axmaqdırsa, danlanan da o olmalı. Zeynəbi bura qatma.
- O axmaq onsuzda axmaqdı. Bu biri ağıllı olub yaxın buraxmasın!
- O axmaq daha ağıllı olsun ondansa!
Elman:
- Ehm, o axmağın adı Elmandı. Yəni axmaq deməsə...- deyə yazıq-yazıq dillənib, Əli ilə Jalənin ona eyni anda baxması ilə susdu.
- Qızların vəzifəsidir oğlanları uzaq tutmaq. Da qız uzaq ttumayanda, oğlanda nə gunah var.- deyən, Əli kinayə ilə gülümsədi.
- Əsl oğlanlar uzaq dursun da! Gör heç bir qız oğlana yaxınlaşıb narahat edir? Eynisini etsələr ölməzlər hər-halda!
- Əlbətdəki qızları oğlana yaxınlaşmaz!
Jalə bu cümləni eşidib duruxdu. Əli dediklərinə əmin görünürdü, bu isə Jaləni daha çox incidirdi. Özünü toplamağa çalışıb, pıçıltıya bənzər səslə dedi:
- Onda sənin fikrincə qızlar oğlan sevə bilməz də hə?
Amma Əli Jalənin gözlərindəki istəyi, ümidi görmədi, görə bilmədi... Çiynini çəkib, vecsiz şəkildə:
- Oğlan onu sevəndən sonra olar. Amma da... bir o qalıb gəlib oğlanlara evlilik təklif etsinlər! Həm sən feminist deyilsən? Yəqin biz oğlanların hamsı gözünə əcinnə kimi görünür. Indi nə hay-həşir salmısan ee...- deyən Əli, başını yelləyib güldü.
Zeynəblə Elmana "ağıllı olun” baxışı atıb, Jalənin yanından keçib otağına girdi. Zeynəblə Elman özlərini unudub, Jalə üçün narahat olurdular. Ilk dəfə son sozu Əli demiş və Jalə bunu qəbul etmişdi. Bu fəlakət xəbərçisi idi. Zeynəb cəsarətini toplayıb, soruşdu:
- Jalə yaxşısan? Fikir vermə ona...- səsi o qədər cılız çıxmışdı ki, Jalənin eşitməsi belə şübhəli idi.
Amma Jalə eşitmişdi. Başını qaldırıb ona baxdı, gözlərindən od yağırdı. Tək kəlimə etmədən arxaya döndü.
Əli zərblə açılan qapının səsinə diksindi. Başını qaldırıb, qəzəbdən titrəyən Jaləni gördükdə nə deyəcəyini bilmədi. Ayağa qalxıb, əli ilə stulu tutdu. Sərt görünməyə çalışıb dedi:
- Bu stul mənimdi!- Eyni şəkildə qapının çırpılaraq örtülməsindən sonra.- Sənə verə bilərəm amma...
Jalə gözlərini ondan ayırmadan üstünə gəlməyə gəlməyə davam edirdi. Ona tərəf əyilib, əllərini masaya çırpdı.
- N-nə var?
- Sən geridəqalmış, düçüncəsiz, beyinszi neandertalın birisən!
- Özünsən! Yəni o dediklərin...
Jalə əlini qaldırıb, az qala Əlinin gözünə girəcək qədər ona tutdu. Qəzəbdən içində alovlar oynayan gözlərini Əliyə dikib, əsəbi-əsəbi qışqırdı:
- Amma mənim səndən xoşum gəlir!
- Özünsən!...?! Nə?!
 
Ardı var


Şərhlər:
Baxılıb: 1217
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz