Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (6-cı bölüm)
Me vs You (6-cı bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1257
Səs ver:
Bilmirdi ürəyi qəzəbdən belə tez döyünür, yoxsa... Başqa nədən ola bilərdi ki? Jaləyə görə başqa bir səbəbi ola bilməzdi, olmamalı idi. Bəs Əliyə görə?
Günlər öz axarı ilə gedirdi. Əli və Jalə arasındakı rəqabət biraz durğunlaşmışdı sanki. İkisinin də bu iş istəməyə öz səbəbləri vardı və özlərinin dürüst şəkildə isbat etməyə çalışırdılar. Bir-birlərinə çox da dəyib-dolaşmadan. Bu sakitlik Rəşid bəyi narahat edirdi biraz. Əli ilə Jalə arasındakı uçurum onun gözlərindən qaçmamışdı. Amma bu 25 illik iş təcrübəsi ona rəqabətin yaxşı, hətda əla bir şey olduğunu öyrətmişdi. Odur ki, bu gün Əlini otağına çağırmışdı. Qapı döyüldü.
- Gir.
- Məni çağırmışdın əmi?
- Nə əmisi? Deməmişəm mənə iş yerində əmi demə?
Əli bic-bic gülümsədi:
- Yoxsa əlahəzrət deməliydim..ay!- bu zarafatı ona bir ayaqqabı zərbəsi bahasına başa gəlmişdi.
Rəşid kişi barmağını Əliyə tuşlayıb, gözlərini qıydı:
- Nətər oluf bilmirəm, amma əminəm ki, o söz sənin başının altından çıxıb.
- Hayda... Əmi yəni mənim belə bir şey eləyə biləcəyimə inanırsan? Bax da bu üzə? Bax bu üzə, heç hiyləgərlik var bu üzdə?- deyən Əli, həqiqətən də məsum bir şəkildə Rəşid bəyə baxdı.
- Valla bu sifətdən biclik yağır. Hələ indi, lap oxşadın ifritə. O gözlərini quzu kimi dikmə mənə, içindəki qurddan xəbərim var mənim.
Əli ofuldayıb, başını yana çevirdi. Dodaqaltı "nəslimdən məni sevən biri var görən? 100% övladlığam mən, başqa açıqlaması yoxdu”- deyə deyinib, biraz soyuq şəkildə dedi:
- Cənab müdir nə istəmişdiniz?...Ay!- ikinci ayaqqabı zərbəsini də yeyən Əli, ayağını ovuşdurub təəccüblə Rəşid bəyə baxdı.
- İndi də müdir olduq? Əmin döyüləm mən sənin? Harda qaldı hörmət?
Yazıq Əli mat olub, nə edəcəyini, nə deyəcəyini bilmədən susmuşdu. Tək təsəllisi əmisinin artıq atacaq ayaqqabısı olmaması idi.
- Gör nə deyirəm, apar bu uşaqları yeməyə.
- Ha? Niyə? Nə münasibətlə?
- Sənin halvanı indidən yesinlər deyə! Adam kimi deyilən sözə qulaq as, apar bunları yeməyə. Əlavə bir artıq sözün olsa, yenə yeyəcəksən...- Rəşid bəy ayaqqabıları nəzərdə tutsa da, ikisini də Əliyə atdığı yadına düşdü.
Bunu anlayan Əlinin də dodağı qaçmışdı, gülməyini güclə saxlayırdı. Rəşid bəy isə özünü sındırmadı. Kreslosuna daha da yayxanıb, əmranə tonda dedi:
- Etiraz eləsən, o ayaqqabıları yerdən götürüf öz-özünə vurasan. Yoxsa əminin sözünü yerə salasan?
Nə demək olardı ki? Reşid bəy Əlini yaxşı yerdən vurmuşdu. O əsla böyüklərinin sözünü yerə salmazdı. Indi də başını "oldu” mənasında yelləyib, qapıdan çıxdı. Elman və Zeynəbi dəvət etmək asan idi də, Jaləni necə devət edəcəkdi? Odurki, ilk olaraq ağır işi görmək üçün otaqlarına girdi. Jalə deyəsən nə isə çəkirdi, məşğul görünürdü. Heç Əlinin içəri girdiyini belə hiss etməmişdi. Ona görə də Əli əlllərini masaya qoyanda yüngülcə diksindi.
- Sənə bir şey deməliyəm...- deyən Əli, güclə udqundu.
O qədər gərgin görünürdü ki, bu gərginlik Jaləyə də keçirdi. İstər-istəməz oda bütün diqqətini Əliyə vermişdi.
- Bunu bilməyini istəyirəm ki, mən sadəcə məcburam bunu deməyə. Deməsəm... O ağrıya dözə bilmərəm, başa düşürsən? Xahiş edirəm məni səhv başa düşmə.
Nə olurdu axı? Jalə anlaya bilmirdi. Əlinin xırıltılı səs tonu, həqiqətən də acı oxunan gözləri, hələ sözləri... Bütün bunlar nə mənaya gəlirdi axı? Jalənin ürəyi sürətlə döyünməyə başlamışdı. Gözlərini güniş açıb, diqqətlə Əliyə baxırdı. Həm sözünü deməsini, həm də deməməsini arzulayırdı. Əli isə başını aşağı əyib, "bunu edə bilməyəcəm”- deyə pıçıldadı.
- D-de...- deyə pıçıldadı Jalə də. Səsi o qədər cılız və ürkək çıxmışdı ki.
Əli bundan cəsarət alıb, başını qaldır. Dərindən nəfəs aldı, bütün cəsarətini topladı və birnəfəsə dedi:
- Birlikdə yeməyə gedək. Zeynəb və Elman da bizimlə olacaq.
Jalə:
- Ha? Nə?!- deyib, bir neçə saniyə Əliyə baxdı. Aha, deyəsən anladı. Bayaqdan tutuduğu nəfəsini buraxıb, biraz xəyal qırıqlığı ilə dedi. – Yaxşı. Gedək.
İndi təəccüblənmə sırası Əlidə idi. "gedək” deyib, heç nə soruşmadan işinə davam edən Jaləyə boş-boş baxdı.
- Yəni eləcə "gedək”? Başqa bir şey yox?
- Nə olmalı idi ki?
- Nə bilim, məsələn : mənim yaxşı tanımadığım oğlanlarla yeməkdə nə işim var? Başqa qız olacaq? Niyə mən?- kimi suallar.
Jal:
- Tanımaq zamnla olru, həm biz iş yoldaşıyıq. Özün Zeynəbin də gəldiyini dedin və məndən bir şey gilzətmirsə, o da bir qızdı. Mən buranın işçisiyəm və işçilərin getdiyi yeməyə mən də getməliyəm, elə deyil?- deyib, çiynini çəkdi.
Bütün bu cavablar Əli üçün xəyal qırıqlığı idi. Jalənin vecsiz halına baxıb, köksünü ötürdü. Son bir ümidlə dedi:
- Bəs ailəndən icazə almaq?
- Xalama deyəcəm və o hər şeyi həll edəcək.
Və Əlinin son ümidi də öldü. Bu əsla onun xoşuna gəlməyən davranışlar idi. Bir qızın belə özbaşına qərar verə bilməsi... narazılığı üzündən də oxunurdu. Amma bu haqda nəsə deməyə haqqı yox idi. Bunlar isə Jaləyə görə normal idi. Yeməkdə belə aralarındakı həmişəkindən fərqli soyuqluq hiss olunurdu. Elman nə qədər zarafatlarla onları güldürməyə, vəziyyəti yaxşlaşdırmağa çalışsa da, alınmırdı. Həqiqətən onlar dalaşmayanda olduqca sıxıcı olurdular. Axır ki, yeməyi də bitirməyə qərar verdilər. Yediklərinin qiyməti gəldikdə isə vəziyyət canlanmağa başladı. Jalə və Əli eyni anda gələn kağıza əl uzatdılar. Ikisinin arasında qısa, amma qəzəb dolu bir baxışma oldu.
- Mən çağırmışam, mən ödəyəcəm!
- Mən yemişəm, mən ödəyəcəm!
Əli kağızı özünə tərəf çəkib, əsəbi şəkildə dedi:
- Harda görünüb ki, kişi olan yerdə qadın pul ödəsin?!
- Bəs harda görünüb ki, qadının yerinə də kişi ödəsin?!
- Hmm, çətin sualdı. Cavabım: Azərbaycanın hər yerində!
Jalənin kağızı buraxmaq niyyəti yox idi. gözlərini qıyıb, Əliyə qəzəblə baxdı. Əli də eyni şəkildə qarşılıq verirdi. Vəziyyətin getdikcə gərginləşdiyini görən Elman, gülməyə çalışıb dedi:
- Ha ha, burdan baxanda dalaşan sevgililərə oxşayırsız...
- Kəs səsini!
- Kəs səsini!
Elman Jalə və Əlinin eyni anda ona baxıb, qışqırmasından çəkinib əllərini havaya qaldırdı. İkisinin də qəzəblərinin hədəfi olmağı heç istəməzdi. Bir də Zeynəbin ona gülərək baxdığını görəndə əllərini aşağı saldı. Əli ilə Jalə isə çoxdan bir-birlərini baxışları ilə öldürməyə qayıtmışdılar.
- Ilk olaraq qadını maddi cəhətdən aslıya, köləyə çevirən, sonra isə mənliyini belə kölə etməyə çalışan patriarxik cəmiyyətin töküntüsü!
- Adətlərimizdən zərrə xəbəri olmayan, bütün oğlanlara nifrət edən evdə qlamış ifritə!
- Mən bütün oğlanlara nifrət etmirəm, yalnızca kişi olan yerdə qadının nə maddı, nə fikri, nə də mənəvi söz haqqı olmadığını düşünən, qadını ancaq evdı, mətbəxdə təsəvvür edən kişilər nifrət edirəm!
- Ha ha, eyni Əlini dedi...-deyən Elmandan bir uğursuz zarafat təşəbbüsü daha.
Bu səfər Jalə ona gülümsəyərək baxırdısa, Əli "ciyərini söküb, şişə çəkəcəm” deyərmiş kimi baxırdı. Əslində Jalə həqiqətən də Əlini təsvir etmişdi. Bunu qürurla da etiraf edərdi. Amma indi dürüstlüyün ona faydası olmazdı. Odurki hiyləgərliyini işə saldı:
- Sənin bunu ödəməyə pulun var ki?
- Əlbətdə!
- Amma sən heç maaş almamısan və indiyə kimi bir yerdə işləməmisən. Deməli bu ailənin puludu. Ailənin pulu necə "sənin” ola bilər?
Bax bu Jaləni fikirləşməyə məcbur etdi. Əli qalibbiyyətə yaxınlaşdığını görüb, gülümsədi. Tez ciddi halına bürünüb davam etdi:
- Sənin pulun yoxdur, mənim var. O zaman mən ödəyim və sən mənə borclu ol. Öz pulun olanda ödəyərsən. Necə fikirdi?
Bu fikir Jaləni narahat etsə də, məntiqli olduğunu qəbul etməli idi. ofuldayıb, gözlərini süzdürdü. Birdən dava-dalaş arasında fərqinə varmadığı bir şeyi gördü: Əli ilə eyni kağızı tutduqlarından əlləri bir-birinə dəyirdi! Cəld əlini geri çəkdi. Əli isə bunu öz qalibiyyəti hesab edib, özündən razı şəkildə ofisantı səslədi. Jalə isə pərtliyini su içərək gizlətməyə çalışırdı. Yanaqlarının allandığını hiss edə bilirdi...
****
- Oğlum biraz da dolma töküm?
Ağzı dolu olan Əli, çörəyi də tıxışdırıb başını yellədi. Anasının tökdüyü yeməkdən gözünü çəkməyib danışmağa çalışdı:
- Ha...na deyirdim...Birda ifrita durub na desa yaxşıdır...- Anasının baxışından sonra ağzındakını udub, danışmağa davam etdi.- "mən ödəyəcəm”. mənə? Mənim yanımda? Inana bilirsən ana buna? Qızlar maddi cəhətdən nə bilim-nə deyə də çərənlədi. Millət vəkilidi elə bil zalımın balası.
Sima xanım oğlunun nəfəs almadan danışmasını gülümsəyərək izləyirdi. İndiyə kimi həmişə o Əliyə qızlar haqqında danışırdı, amma indi oğlu danışırdı. Əli isə bir yandan ağzını doldurub danışmağa davam edirdi:
- Bir də o domba gözlərini adam zilləmir? Bu boyda...- deyib, əli ilə bir ölçü tutdu. Gözə yarı baxıb, bəs ələmədiynə qərara gəldi.- Yox, bu boyda gözlərini dikir adama!
Sima xanım təəccünlə Əlinin əlinə baxırdı. Ən az bir alma boyda tutmuşdu əlini. Oğlunun bu müqayisəsinə dodağı qaçdı. Amma Əli ciddi olduğundan özünü yığışdırdı.
- Hmm, böyük gözlər gəşəng olur deyirlər...
Əli göz ucu anasına baxdı. Üzündə "Hı hı, gəşəngmiş!”deyərmiş kimi istehzalı ifadə vardı. Birdən əlini qulağına tutdu. Sima xanım onun ağrıdığını hiss edib, təlaşla soruşdu:
- Noldu oğlum?
- Qulağım cingildədi. Deyəsən kimsə mənim haqqımda danışır...
******
- Axmaq neandertal! Nə imiş, kişi olan yerdə qadın pul ödəməzmiş. Niyə ha?! Niyə?! Öz yediyimi özüm ödəmək istəyirəm, bax sənə nə?! Neandertal! Beyni çürümüş, beyni.
Jalə içindəkiləri boşaldıb, özünü çarpayıya atdı. Hələ də əsəbi idi. evə gəldiyindən bəri öz ani zəifliyinə və Əliyə lənətlər yağdırırdı. İndi də yastığını qucaqlayıb, gözlərini tavaan dikdi. Yenə, Əlinin bayaqkı özündənrazı ifadəsi gözündə canlanırdı. Yataqda dikəlib, var gücü ilə yastığı divara atdı. Əli burda olsaydı onu əlləri ilə boğa bilərdi. Saçlarını qarışdırdı. Deyəsən sakitləşirdi. Bu dəfə rahatca yerinə uzandı. Gözlərini yumub, yuxulamağa çalışdı... Amma... "Ay qız baxma mənə!” qışqırıb üzünü örtməsi, ona uzatdığı əli, gizlətməyə çalışdığı gülümsəməsi və hər zaman insanın gözünün içinə dik baxması... Jalə cəld yerində dikəldi. Əlini sinəsinə qoydu, ürəyi tez-tez döyünürdü. Döyükdü. Bu ola bilməzdi, elə deyil? Heyacandan qurumuş dodaqlarını aralayıb pıçıldadı:
- Mənim... ondan... xoşum... gəlir?!
 
Ardı var
 


Şərhlər:
Baxılıb: 1257
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz