Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (5-ci bölüm)
Me vs You (5-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1322
Səs ver:
- Nişanlımla gəlmişəm.
- Hı?! Hay?!
Əli gözlərini geniş açıb bir Jaləyə, bir də birləşmiş əllərinə baxdı. Jalə isə onun əlini bərk sıxıb, qalib gəlmiş kimi gülümsəyirdi. Qoca da deyəsən təəccüblənmişdi, hətda biraz incimişdi də. Demək olarkı hər həftə gördüyü, oğlu qədər sevdiyi Əlinin ona xəbər vermədən nişanlanması... Elə indi də incikliyini birüzə verdi:
- Ayıb olsun oğlum. Adam bir böyük kimi məsləhət edər, lap belə saymırsan, gəlib bir xəbər eləyəydin. Çağırmaq da lazım döyüldü. Nişanlanmağını indi öyrənməyi neynirəm day.
- Elə mən də indi öyrənirəm... Bir dəqiqə ey, nə nişanla...
Artıq özünə gəlib, hər şeyi açıqlamağa çalışan Əlini Jalə dayandırdı. Onun əliniu daha bərk sıxıb, danışmağa imkan vermədən dedi:
- İnciməyin, elə biz də bilmədik necə oldu. Ailələrimiz bir anda qərar verdilər. Heç bir-birimiiz tanımağa belə vaxt tamadıq...
Əli ağzı açıq Jalənin əzilib-büzülməsini izləyirdi. Həqiqətən də elə bil utancaq, təzə nişanlanmış bir qız idi. yanaqları allanmışdı, başını aşağı salıb nə qocanın, nə də Əlinin üzünə baxırdı. "Oscar go to Jalə. İfritəyə bax ee, özümü belə şübhəyə saldı. Artist!”- deyə düşünən Əli daha da əsəbləşdi. Qocaya çevrilib, hər şeyi açıqlamağa çalışdı.
- Bax dayı əslində biz nişanlı deyilik...
- Düz deyir, əslində bu könüllü nişanlılıq deyil. Əli məni görüb bəyənib, o qədər dirəşdi ki, məni də verdilər... Mən də ailəmin mənə ən yaxşısını seçdiyini düşünüb, razılaşdım. Hə, indi Əli də yanımda olduğuna görə inşaatı gəzə bilərik?
Əli barmağı ilə özünü işarə edib kəkələdi:
- M-mən dirəşmişəm? z-zorla?! Dayı bax elə...
- Maşallah, Əli durnanı gözündən vuruf ki. Allah xoşbəxt eləsin. Hə, gəzin qızım. Nə gəşəy, ər-arvad işləyəsiz demək. Ay maşallah. Amma əlini buraxma ki, yiyəsiz olmadığın bilinsin.
Jalə:
- Çox sağ olun. Əlbətdə, heç buraxaram.- deyim, Əlinin qolndan çəkib arxasıyca sürüklədi.
Qocanın yanından biraz uzaqlamışdılar ki, Əli əlini Jalənin əlindən çəkdi. Qaşlarını çatıb, gözlərini Jaləyə dikdi. Bayaqkının açıqlamasını tələb etdiyi gözlərindən oxunurdu. Jalə çiynini çəkib, mızıldandı:
- Nə edim, qoca başqa cür buraxmayacaqdı məni. Həm qalibiyyətə gedən hər yol məqbuldu.
- Sən də dedin " aa, burda Əli varda. Gəlsənə iki daşın arasında onla nişanlanım” hə?
- Şişirtmə. Biraz keçəndən sonra yalan olduğunu öyrənəcək əlbətdə.
- Bəs mənim adım? Niyə mənim adım səninlə çıxmalıdı ki?
Jalə Əlinin sözünə təəccüblənib çiynini çəkdi. Istehza ilə soruşdu:
- Sənin adın? Ha, düzdü. Adın mənimlə çıxdı, daha səni alan olmaz. Evdə qalacaqsan.
Bax burası Əlinin ağlına gəlmişdi. O oğlan idi, belə şeylər onun üçün problem deyildi ki. Dediyinin menasızlığını özü də dərk edirdi. Əllərini cibinə qoyub, başını aşağı saldı. Əsəbdən dodaqlarını çeynəyirdi. Birdən başını qaldırıb, dik Jalənin üzünə baxdı. biraz təlaşlı səslə dedi:
- Bəs sən? Indi sənin adın mənimlə çıxdı, dəqiq evdə qaldın sən.
- Narahat olma. Mən nə vaxtsa ailə qurası olsam, camaatın ağzına baxan yox, mənə inanan biri ilə olacaq bu. Əminəm o insan mənim bunu niyə etdiyimi başa düşəcək.
Əli gülümsəyib:
- Onda sənə kiçik, tək gözlü, yaşıl sevgilinlə xoşbəxtlik arzulayıram. Çünki elə bir adam dünya da yoxdu, ancaq Marsda ola bilər.- deyib, arxasını dönüb getdi.
Bir-iki addım getmişdi ki, dayandı. Dönmədən əlini arxaya uzatdı. Jalə nə istədiyini anlasa da, etməyə tərəddüt edirdi. Bayaq heç düşünmədən tutduğu əli, indi toxunmağa belə cəsarəti yox idi. Amam deyəsən Əli də gözləməkdən bezmişdi. Arxasını dönüb, Jalənin əlini tutdu. Indi sürükləmə sırası Əlidə idi. ikisi birlikdə bütün inşaatı gəzdilər. İşçilərin yanından keçəndə Əli Jalənin daha çox özünə tərəf çəkirdi, təklikdə isə bir-birlərindən o qədər uzaqlaşırdılar ki, aralarından qatar keçərdi. Amma əllərini ayırmaq ikisinin də ağlına gəlmirdi. Əli işçilərlə köhnənin tanışı kimi danışıb, işlərin necə getdiyi ilə maraqlanırdı. Jalə isə lahiyənin detalları, çertyoj, karkas kimi texniki məsələrlə maraqlanırdı. Əlini öldürsələr belə etiraf etməzdi, amma öz-özlüyündə Jalənin işini yaxşı bildiyini təsdiq edirdi. Həvəslə, ürəkdən işləməsi, balaca uşaqlar kimi dayanmadan suallar verməsi isə gülümsədirdi. Hələ bir ara Jalə kərpic daşımağa çalışmışdılar da, Əli və işçilər güclə fikrini dəyişdirə bilmişdilər. Əslində Jalə onların sözünə görə əl çəkməzdi, amma tək kərpici qaldırdıqda belə o dünyanı görüb-gəlməsi inadını qırdı.
Onları orda qoysaq və hələlik Namazovlar ailəsinə bir göz gəzdirək. Jalə evdə olmadığından sakitçilik idi. Daha doğrusu Nadir kişi işdə olduğundan, evdə atəşkəs şəraiti idi. Yetər xanım gəlinbacəsə Sima xanıma kömək edirdi. Ikisi Jalənin işə başlaması şərəfinə şəkərbura bişirirdilər. Sima xanım bir ara gözucu baldızının bəzədiyi şəkərburalara baxdı. gözlərini geniş açıb, udqundu. Yetər xanım da onun baxdığını görüb, sevincək dedi:
- Necədir gəlinbacı? Gəşəngdi?
- Bu naxışdı? Yoxsa ərəb dilində nə isə yazmısan?
- Naxış, bəyənmədin ki?
Sima xanım bir şəkərburanın əcayib-qərayib naxışlarına, bir də Yetərin dolub, ağlamağa hazır üzünə baxdı. "Allahım, elə bil üstlərindən traktor keçib...”- deyə düşünüb, gülümsəyərək dedi:
- Gəşəngdi, gəşəngdi.- deyib, birdən yadına nəsə düşdü- yaxşı yadıma düşdü. Sənin ki belə... yəni yaxşı sayılan əl qabiliyyətin var,özünü də hələ istəyənlər çoxdu. Niyə ərə getmirsən
Sima xanım deyəəsn Yetərin yaralı yerinə toxunmuşdu. Gəlinbacısının "tərifindən” gülən üzü, birdən tutuldu. Əlindəki naqqaşı yerə qoyub, kövrək bir səslə danışmağa başladı.
- Çünki mənim ilk eşqim daşa dəyib. Cavan və gözəl vaxtlarım idi. Bir yaraşıqlı oğlanı sevirdim. Elə çox sevirdim ki, gözümə heç nə görünmürdü. Hara baxsam onu görürdüm, yuxularıma belə girirdi. Cesarətimi toplayıb, ona etiraf elədim. Neylədi bilirsən?
Baldızının aşiq olduğunu ilk dəfə eşidən sima xanım həyacanla soruşdu:
- Neylədi?
- Hamının qabağında dedi ki "mənə savadsız qız lazım döyül!”. Elə pis oldum ki, ondan sonra bütün fikrim-zikrim təhsil almaq oldu. Onun elədiyindən sonra heç bir kişiyə inana da bilmədim. Ən çox ad günündə ona iyli qələm aldığıma peşmanam. 10 qəpiyimə də dəyməzdi o it!
Yetər xanımın danışdıqlarından kövrəlib, az qala ağlayan Sima xanım, sonuncu cümləni eşidib duruxdu. Gözlərini döyüb, gülümsəməyə çalışaraq soruşdu:
- Nə iyli qələmi?
- Hə da, iyli qələm. o vaxt təzə-təzə çıxırdı, mod idi. 2-ci ya 3-cü sinif idi. o əlaçı, sinifkom iid, mən isə iki alan. Imkansız sevgi yəni. Ona görə də Jalənin oxuyub, işləməsini istəyirəm. Heç bir oğlan ondan nədədə üstün olub, alçaltda bilməsin deyə. Mənim başıma gələnlər, onun başına gəlməsin...
Sima xanım öz-özünə "deməli bütün bu kişi düşmənliyi, feminizm 2-3-cü sinifdəki sevgiyə görədi?”- deyə pıçıldadı. Hələ birdə baldızının ağlamaqlı olduğunu görüb bilmədi ağlasın, ya gülsün...
*****
- Həpçi...
Əli çiynini çəkib, mızıldandı:
- Sağlam ol demək ürəyimdən gəlmir.
- Narahat olma, deməsəndə səndən uzun yaşayacam.
Əli maşının güzgüsündən Jaləyə əsəbi bir baxış atdı. Jalə də eynisini ona qaytardı. Bu qız Əlinin hər hərəkətinə, dediyinə cavab verməyə and içmişdi elə bil. Hələ Əlidən istifadə etməsi... Oynadıqları oyun yadına düşdükcə daha da əsəbləşirdi Əli.
- Ey, sən niyə bu işdən əl çəkmirsən? Get başqa yerdə işlə da. Məndən uzaq, Allaha yaxın ol.
- Aşağıdan başlayıb, yuxarı dırmaşmaq lazımdı.
Öz şirkətlərinə "aşağı” deyilməsi Əlini əsəbləşdirsə də, kiçik bir şirkət olduqlarını özü də bilirdi. Odurki cavab gözləmədən pıçıldadı:
- Hələ yuxarı çıxmaq fikri də var. Neyləyəcək, inşaat şirkəti quracaq?...
- Niyə də yox?
Bu cavab Əlini güldürdü. Güzgüdən Jaləyə baxıb, istehza qarışıq maraqla soruşdu:
- Azərbaycanda bir qadının inşaat şirkəti qura biləcəyinə inanırsan?
- Bir ara Azərbaycanda qadın memar ola biləcəyimə iandığımı soruşanlar da olmuşdu. Həm sən niyə əl çəkmirsən ki? Get başqa şirkətdə işlə, təcrubən də var.
Əli gözlərini yoldan çəkmədən:
- Olmaz, ancaq bu şirkətdə işləməliyəm.
- - Niyə ki?
- Sovet vaxtında burda çoxlu təəz binalar tikilirdi, memarlara, inşaatçılara ehtiyac vardı. Sonra hər şey dəyişdi. Mingəçevirdə yeni binalar tikilməz oldu. Şəhər böyüməyi dayandırdı. Bütün şirkətlər ya dayandı, ya da Bakı, Gəncə kimi böyük şəhərlərə köçdü. Bir tək bizim şirkət güclə də olsa ayaqda qalıb. Mən də bu şirkətdə işləmək istəyirəm. Atama, ə...öhöhhö
Əli cəld sözünü öskürərk kəsib, ağzını tutdu. "Az qala Atamla əmimim şirkəti olduğunu deyəcəkdim! "- deyə düşünüb, güzgüdənJalənin sual dolu baxışlarını gördü. Səhvini düzəltməyə çalışdı.
- Yəni ataman əlahəzrətin yanında olub, kömək etmək istəyirəm. Bizim müdirə belə deyilməsindən xoşu gəlir...
Jalə başını yelləyib, tək kəlimə etmədi. Müdirin belə şeylərdən xoşu gələn adam olduğu heç ağlına gəlməzdi. Şirkətə çatdıqda maşından düşdülər. Elə ofisə girmişdilər ki, çıxan Rəşid bəylə rastlaşdılar. Rəşid kişi ikisini də sorğu-sual etdi. Razı qaldığı bəlli idi. Amma ən çox Jalənin dəqiq və texniki cavablarından xoşu gəlmişdi. Bunu gizlətmədi də.
- Çox sağ ol Jalə qızım. Mən artıq şirkəti sizə əmanət edib gedə bilərəm. Əlinizdən gələni edin.
- Baş üstə əlahəzrət.
Hər kəs təəccübdən donub qalmışdı. Jalə nə olduğunu anlamayıb, hamının üzünə bir baxdı. Nə qaş-qabağını düyünləyən Rəşid kişi, nə masasında üzündə dəhşətli bir ifadə olan Zeynəb tək kəlimə edirdi. Əli isə... Əlini ağzına tutub, gülməyini güclə saxlayırdı. Rəşid bəy özünə gəlib, Jaləyə yaxınlaşdı. Üzünə baxmadan soyuq səslə dedi:
- Yaxşı qızsan, amma bil ki, mənim iş yerində yaltaqlıqdan xoşum gəlmir.
Rəşid bəy yanından keçib getdikdən sonra Jalə başını aşağı saldı. Qulaqlarına kimi qızarmışdı. Elə utanırdı ki... birdən pıqqıldama eşidib, üzünü yana çevirdi. Əli artıq gülməyini gizlətmirdi. Jalənin üstünə gəldiyini görüb, onu qabaqladı. Az qala onunla burun-buruna gəlib:
- Birincisi səhv dedin, "ataman əlahəzrət” olmalı idi. ikincisi sənə mən dedim elə de?- deyib, gözlərini Jaləyə dikdi.
Ciddi dayanmağa çalışsa da, gözlərinin içi belə gülürdü.
- Həm, qalibiyyətə gedən hər yol məqbuldur.- deyib, göz vurdu.
Jalənin çiyninə yüngülcə toxunub, yanından keçib otaqlarına getdi. Jalə əlini qaldırıb ürəyinə qoydu.Bilmirdi ürəyi qəzəbdən belə tez döyünür, yoxsa....
 
Ardı var
Müəllif-Cəmilə Məmmədli..


Şərhlər:
Baxılıb: 1322
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz