Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (4-cü bölüm)
Me vs You (4-cü bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1475
Səs ver:
Jalə binanın qarşısında dayandı. Əlini alnına qoyub yoxladı. Yox, bu gün qızdırması olmadığına əmin idi. Deməli heç nə ağlını qarışdıra bilməzdi. Saçlarını arxaya atıb, paltarını düzəltdi. Başını dik tutub, binaya girdi. Liftə belə özündən əmin idi. Lakin ofisə girdikdə... Əli Zeynəblə danışırdı. Deyəsən hansısa sənədlərdən söhbət gedirdi. Lakin Əlinin üzünü görmək belə Jalənin əsəbləşməsinə bəs eləmişdi. "Neandertal! Gör necə rahat danışır! Səni əzmək mənə borc olsun!”- deyə düşünüb, ilərlədi. Onun gəldiyini anlamaları üçün boğazını arıtladı.
- Gedirik Əli bəy?
Əli başını qaldırıb, gözucu Jaləyə baxdı.
- Siz yox, mən gedirəm.- deyib, yenə Zeynəbə döndü.- Elman yenə işə gəlməyib?
- Elman bə...
- Necə yəni mən getmirəm?- deyə Jalə Zeynəbə danışmaöa imkan verməyib qışqırdı.
Əli bu dəfə heç ona baxmadan:
- Orada ancaq kişilər var. Qızların gedə biləcəyi bir yer deyil. Zeynəb Elman deyirdim?
- Əli bə...
- Zeynəb Rəşid bəy hansı sahəni deyirdi? Adresi ver.
Zeynəb Əli və Jalənin ona baxdığını görüb yerindəcə büzüşdü. İkisinində gözündən od çıxırdı və bu qəzəb yazıq Zeynəbə tuşlanmışdı. Elə ağzını açıb, bir şey gəvələmək istəyirdi ki, Əli onu qabaqladı. Jaləyə tərəf dönüb dedi.
- Sənə demədim oralar qız yeri deyil? Get evinda otur da sən.
- Sənin edə biləcəyin hər şeyi mən də edə bilərəm.
- İnşaat işləməyi? Əminəm ki, heç yemək bişirməyi də bacarmırsan.
- Güya sən bacarırsan?- deyən Jalə, istehza ilə gülümsədi.
Əli həqiqətən də yumurta bişirməyi belə bacarmırdı. Amma onun aləmində bu adi hal idi. Bir oğlan niyə yemək bişirməyi bacarmalıdır ki? Odur ki söz altında qalmadı.
- Əlbətdə bacarmıram. Sən də gəlib oğlan işlərində işləməkdənsə, get yemək bişir evində.
- Ancaq sən bişirəndən sonra.
- Yaxşı. Mən .. yox, bütün oğlanlar gedib özümüzü dağdan atacağıq. Sən də gəl.
Jalə qollarını sinəsində çarpazlayıb, kinayə ilə dedi:
- Bəylər öndən.
Artıq Əlinin cavabları tükənmişdi. Nə deyəcəyini bilməyib, gözlərini Jaləyə dikmişdi. Amma deyəsən Jalənin baxışlarını qaçırmaq niyyəti yox idi. İkisinin baxışması arasında Zeynəb qalmışdı. Dili topuq çala-çala dedi:
- R-rəşid bəy demişdi ki...səhər tezdən gedin...
Əli Jalənin onun qəzəbli baxışlarından belə qaçmadığını görüb, daha də əsəbləşirdi. O qaşlarını düyümlədikcə, Jalə də eynisini edirdi. Axırda təslim olub, üzünü çevirdi. Əlini havaya qaldırıb, barmağı ilə Jaləni göstərib :
- Sən... sən bu gedişlə evdə qalasan. Elə qalmısanda! Qızlar oğlanların etdiklərini edə bilməz! Da özün istədin, gəl mənimlə.- deyib, qapıya tərəf getdi.
Jalənin yanından keçəndə, üzünə baxıb mırıldandı.
- Üzündən belə ifritəlik yağır. Içiqurumuş...
Əli çölə çıxandan sonra, Jalə dərindən bir nəfəs aldı. Amma Əlinin son sözləri ona təsir etmişdi. Istər istəməz əlini üzünə apardı. Zeynəbin ona baxdığını görüb, soruşdu:
- Doğurdan üzümdən ifritəlik yağır?
Jalə bunu elə saflıqla soruşmuşdu ki, Zeynəb gülümsədi. Yox, Jalənin üzü gözəl idi. Hətda ağzını açmasa sevimli sayılardı da.
- O nə sözdü? Çox gözəl üzün var maşallah. Hər oğlanı heyran edər...- deyən Zeynəb, Jalənin üzünün dəyişdiyini görüb udqundu.
Son cümləyə kimi yaxşı gəlmişdi, amma "hər oğlanı heyran edər”... Jalə əllərini masanın kənarına qoyub, əyildi. Gözlərini qıyıb, diqqətlə Zeynəbə baxdı. Qəzəblə fısıldadı:
- Oğlanı heyran edər? Necə yəni, səncə qadın gözəlliyi ancaq kişilər üçündü? Sən də qadın bədənini ticari alətə çevirib hər il milyonlar qazananların tərəfindənsən? Hıı? De görüm sən də qadının gözəlliyini ön pılana çəkib, beynini yox sayan axmaqlardansan? Patriarxiya sənin beynini bu qədər yeyib? Cavab ver!
Zeynəb az qala burun buruna dayandığı Jaləyə qorxaraq baxıb, gözlərini qırpışdırdı. Nə deyəcəyini bilmirdi. Ağzını açıb, nəsə demək istəyirdi, amma Jalənin o baxışları imkan vermirdi.
- Dilim-dilim olasan dilim...
Jalə üçün bu cavab kifayət idi. dikəlib, gülümsədi.
- Afərin. Yaşasın feminizm! – deyib, çıxdı.
Onun çıxması ilə Elmanın girməsi bir oldu. Bilərək Əlinin gütməsini gözləmişdi. İndi Jalənin də getdiyoini görüb, Zeynəbə yaxınlaşdı.
- Gözəl qız, sabahınız xeyir...
Zeynəb tək qaşını qaldırıb Elmana baxdı. masasından qalxıb, düz Elmanın üstünə yeridi. Elman nə olduğunu anlamasa da, təhlükə də olduğunu hiss edirdi. Qaç Elman, qaç...
- Nə gözəl? Hə?! Siz oğlanlara ancaq qadın gözəliiyi lazımdı hə?! bəs ağlımız?! Ancaq bədənimizin dalınca düşmüsüz! Hamınız leş yeyən mikrobsuz! Rədd ol!
Zeynəb bütün hirsini Elmanın üstünə töküb, ofisdən çıxdı. Tək qalan Elman nə edəcəyini bilmədən gözlərini döyürdü. Başını ayib, dodaqlarını büzdü. Mızıldandı:
- Mən "sabahın xeyir” dedim təkcə... Əvvəl bığ, indi də mikrob... Niyə mən...
Səhraya düşmüş pinqivinə dönən Elmanı qoyaq kənara, Əli və Jaləyə qayıdaq. Həyətdə az qala Mingəçevirin yarısının eşitdiyi davadan sonra Jalə Əlinin maşını ilə getməyə razı olmuşdu. Indi də maşının arxa oturacağına oturub, pencərədən yola baxırdı. Bəəzn gözləri qaçır, maşının güzgüsündən Əliyə baxırdı. Amma bu sadəcə bir neçə saniyəlik olurdu. Tez özünə gəlib, oğlanlara 5 qat artıq nifət edirdi.
- Gəldik.
Jalə diksindi. Yenə güzgüyə baxdığını anlayıb, gözünü çəkmək istədi. Amma bu dəfə Əli də ona baxırdı.
- Düşəcəksən, yoxsa gəlim ayağınızın altınıza sərilim xanım?
Of Əli, Jalənin tərs damarına basmayan bir cümlə qura bilməzdin?
- Ehtiyac yoxdu!- deyib, əsəbi şəkildə maşından düşdü Jalə.
Əli də maşından enib, onun qabağını kəsdi.
- Bax bir də düşün, ora oğlan qaynayır. Nəsə desələr, mən səni mudafiyə-filan eləməyəcəm.
Deyəsən Əli bu dəfə çox ciddi idi. Narahatlığı üzündən oxunurdu. Amma Jalənin də öz prinsibləri var idi.
- Mən də gəlirəm.
- Helə? Onda nəsə probləm olsa, süpürgəni çıxar və onunla uç. Mən axşama kimi burda olacam!
- Sənin o maşınına bir də minmək istəyən kim idi? Səndən əvvəl içində donuz saxlayırdılar?- deyən Jalə gözlərini süzdürüb, yeriməyə başladı.
Əli onun arxasıyca baxıb, onun ağzını əydi:
- "səndən əvvəl içində donuz saxlayırdılar...”. Yox, sənin kimi ifritə arvadı olan bir kişinin idi. Arvad kişinin başını yedi-yedi, sonra da basdırdı. Bu da mənim başımı yeyəcək... bişirməyi də bacarmır, çiy-çiy yeyəcək. Öz aramızdı, gəşəng kəllə-paça havasıdı ha...
Artıq deyinməyi kənara qoyub, öz-özünə danışan Əli birdən ayıldı. Jalənin işçilərinin yanına çatdığını görüb, addımlarını tezləşdirdi. Deyəsən vaxtında çatmışdı, Jalə özünü işçilərə təqdim edirdi.
- ... yeni memaram. Jalə Namazova.
Usta gündən qaralmış üzünü qırışdırıb, diqqətlə Jaləyə baxdı. Deyəsən onun təbiri ilə "əl boyda qız”ın memar olmasına inana bilmirdi. Onun arxasıyca tanıdığ Əlinin gəldiyini görüb gülümsədi. Əli ilə Jaləni göstərib dedi:
- A bala bu injinerəm deyir. Nə məsələdi bu hay?!
Əli çiynini çəkib mızıldandı:
- Dediyi kimidir. Hələ dəqiq deyil, 3 aylıq vaxtı var.
- Zəhmət olmasa işin gedişi ilə məni tanış ələyin. Maraqlıdır.- deyən Jalə gülümsəyə çalışdı. Bildirməsə də, pərt olurdu.
Kişi əlini yellədi.
- A qızım mən səni ordakıların yanına apara bilmərəm. istəyir injiner yox, nazir ol. Xalxın qızını bir topa gedənin arasına necə aparım? Yanında atanla, qardaşınla, bir yiyənlə gəl.
- Amma mənim görməyim va...
- Başa düşmürsən ay qız. Mən tək qızı salmıyajam gedələrin arasına. Sözümü dedim day.
Jalə bu dəfə pərtliyini gizlədə bilmədi. Qoca kişi fikrini dəyişdirənə oxşamırdı. Ondan icazə almamış inşaata girə bilməzdi. Titrəməyə başlamışdı. Üniversitətə ilk girdiyində də belə sözləri çox eşitmişdi. "qız işi deyil”, "bacarmazsan”, "sənlik deyil”, "qıza olmaz”... daha nələr. Amma bibisinin də dəstəyi ilə təslim olmamışdı. Indi burda, tam bacarmışkən uduzmaq... Başını qaldırıb, Əliyə baxdı. Əli ona "mən demişdim” deyərmiş kimi baxıb, çiynini çəkdi. Deyəsən Jalənin təslim olmaqdan başqa çarəsi yox idi... Yoxsa var idimi? Başını qaldırıb, qocanın üzünə dik baxdı.
- Kim dedi ki, mən bura yiyəsiz gəlmişəm?- deyib, Əlinin əlindən tutub yanına çəkdi.- Nişanlımla gəlmişəm.
- Hı?! Hay?!
Əli gözlərini geniş açıb bir Jaləyə, bir də birləşmiş əllərinə baxdı. Jalə isə onun əlini bərk sıxıb, qalib gəlmiş kimi gülümsəyirdi...
 
Ardı var.....
Müəllif Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 1475
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz