Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (2-ci bölüm)
Me vs You (2-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1258
Səs ver:
Mən və sən düşmənik? Yoxsa... Əli binanın qarşısında maşını saxladı. Aşağı düşüb, binaya tərəf getməyə başladı. Yolun qarşısından ona tərəf bir qız gəlirdi. Uzun qara saçlı, özü əsmər və iri qara gözləri. Əli ona baxıb, iç çəkdi. Həqiqətən də gözəl bir qız idi. Əlinin xoşuna gəlməyən isə, onun başını aşağı salmaması idi. "heyif.”-deyə düşünüb, çiynini çəkdi. O qızdan gözünü çəkib, binaya girdi. A, yuxu görürdü? Qız da onun arxasınca binaya girdi. Hətda onunla yanaşı addımlaıydı. Yox, bu tesadüf ola bilməzdi. Deyəsən qız onu izləyirdi. Hə, Əli artıq qızın onu izlədiyinə əmin idi. "İndiki dövrdə qızlar oğlanların dalınca düşür. Heç abır-həya qalmayıb. Artıq evlənməyə də qorxuram. Bir də görəcəm bir qız qolumdan tutub, dartir ki, bəs səni qaçırdıram. Yaxşı, baxaq görək dərdi nə imiş.”. Əli liftə çatmağa az qalmış dayandı. Arxaya dönüb, üstünə gələn qızın üzünə baxdı. Elə ağzını açıb, bir söz demək istəyirdi ki, qız yanından düz keçdi. Əlinin üzünə baxmadı belə. Əli biraz tutulub, başını aşağı saldı. Amma özünü sındırmayıb, tez aşağı əyildi. Güya elə ayaqqabısını bağlamağa dayanmışdı. Ürəyində özünü söyürdü. Ayağa qalxıb, arxaya çöndü. Liftin qapıları bağlanırdı. Amma Əli qızın ona güldüyünü görə bildi. Ətrafa baxıb, heç kəsin olanları görmədiyinə əmin oldu. Lifti gözləməyib, pilləkənlərlə çıxdı. 3-cü mərtəbəyə çıxıb, ofisə girdi. 
- Oo, Əli bəy xoş gəlmisiz. Çay, yoxsa kofe?
Əli qabağını kəsən Elmana qəzəblə baxdı. 
- Heç kefim yoxdu, döyərəm səni.
- Niyə? Anan bu dəfə sənə 3 dəfə boşanmış, 8 uşaqlı bir professor tapıb?
- O keçən həftə tapdığıdı.
- Allah xoşbəxt eləsin. Bax gör qızlarından biri mən yaşdadırsa, ikimiz eyni vaxta toy eləyək. Qaynatam olarsan, ikibaşlı qohum olarıq.
Əli yumruğun düyünləyim, yuxarı qaldırdı. Deyəsən bu dəfə çox hirslənmişdi. Elman tez üzünü tutub, geri çəkildi.
- Yaxşı, yaxşı. Sənə də söz demək olmur. 
Əli yumruğunu aşağı salıb gülümsədi.
- Müdir içəridədi?
- Hə. Amma yanında biri...
Elman sözünü bitirməyə macal tapmamış, Əli otağa girmişdi artıq. Rəşid bəy İçri girənin Əli olduğunu görüb gülümsədi. 
- Bax yaxşı adam sözünün üstünə gələr. Əli tanış ol, bu Jalə xanımdır. Sənin rəqibin...
Əli başını Rəşid bəyin işarə etdiyi tərəfə çevirdi. Stulda oturmuş qız ona baxırdı. Həmin qız... Əli yumruğunu düyünləyib, gülümsəməyə çalışdı.
- Rəqib? Necə yəni, mənim xəbərim olmadan çörəkxana açmışıq, məni də təndirçi eləmək fikriniz var?
- İnşaat şirkətinin çörəkçiliyə nə dəxli var?
Əli ona qəzəblə baxan Jaləyə gülümsədi:
- Deməli buranın inşaat şirkəti olduğunuzdan xəbəriniz var? Onda burda nə işiniz var? Qumla çınqıl arasındakı fərqi belə anlamayan qadınlar belə işlərdə işləməməlidir.
- Bəlkə heç işləməsin?
- Bax bu əla olar. Gedib evdə yeməklərini bişirsinlər. Qoysunlar kişilər işlərini görsünlər.
Bax bunu etməməli idin Əli. Jaləni dəli etməyə bəs eliyən sehirli sözlər də deyildiyinə görə... Rəşid kişi bir Əliyə, bir Jaləyə baxırdı. İkisidə tək kəlimə etmədən, sadəcə baxışırdı.
- Qoyun qadınlar işləsin, siz kişilər yemək bişirin evdə. 
- Kişilərin əlindən yemək bişirmək gəlməz.
- Bacarıqsız olduğunuzu etiraf edirsiz deməli?
- Yemək bişirmədə? Hə. elə siz qadınların tək bacardığı budu.
- Telefon lazım deyil?
Əli suala təəccüblənib, çiynini çəkdi. Nə deyəcəyini bilmədən mırıldandı.
- Y...yox. bu hardan çıxdı ki? 
- Dedim bəlkə dostlarınıza zəng eləmək istəyərsiz. Təkamul keçirəndə beyniniz daş dövründə qalıb, gedib sizinçün gətirsinlər.
Deyən jalə gözlərini süzdürüb, üzünü çevirdi. Əli cavabını vermək istəyirdi, amma Rəşid bəyin ona baxdığını görüb susdu. Rəşid kişi bu kiçik müharibənin bitdiyini görüb dərindən nəfəs aldı.
- Jalə qızım dediyim kimi bu 3 ay sınaq müddətidir. ikinizdən biri daimi işləyəcək.Əlindən gələni elə qızım, sənə inanıram. Zeynəb sənə otağını göstərəcək.
- Çox sağ olun. Əminəm bu iş mənim olacaq.
Jalə sözünü deyib, Əliyə gülümsəyərək baxıb otaqdan çıxdı. Əli də onun arxasınca getmək istəyirdi ki...
- Dayan!
"öldüm mən...” deyə fikirləşən Əli yavaş-yavaş arxaya döndü. 
- Buyur əmi.-deyib, balaca uşaq kimi məsum-məsum Rəşid bəyə baxdı.
- Çörəkçi hə? Qadınlar evdə yeməyini bişirsin hə? Kimə oxşadın sən belə, avaranın biri avara!
Əli cəld başını əyib, ayaqqabı zərbəsindən qurtuldu. Rəşid bəy ayaqqabısın ikinci tayını da əlində saxlayıb, Əlini təhdid edirdi hələ də.
- Əmi onun dediklərini də eşitmədin? Qız elə bil Azərbaycanı alıb, Amerikanında behini verib gəlib. Həm bu nə söhbətdi? Bu iş mənim idi axı.
- Sənin? Nə sən, nə də o biri avara bir işə yarayırsız. Sizə bu şirkəti versəm, 3 günə yeyib, üstündən də su içərsiz. Savadlı, ağıllı qızdı. Sənin də biraz ağlın olsa bu fürsəti qaçırmazsan...
Rəşid bəy bığının altında bic-bic gülüb, Əliyə göz vurdu. Əli isə qəssab görmüş quzu kimi Rəşid bəyə baxırdı. bir şey başa düşməmimişdi deyəsən. Rəşid bəy yenə göz vurub dedi.
- Deyirəm gəşəng, ağıllı qızdı. Savadı da var, bilinirki səsi yuxarılardan gələcək. Sən deyirəm... evlənməyə qız axtarırdın deyirəm.- Əlinin hələ də anlamadığını görüb, əsəbləşdi.- Adə da nə deyim?! Him-cim də qanmır köpəkuşaqları, gərək elə qırmızı-qırmızı üzlərinə deyəsən. 
Əli əmisinin nə demək istədiyini anlamasa da, ikinci bir ayaqqabı zərbəsinə hazır dayanmışdı. Amma yox, deyəsən dərk eləməyə başlayırdı.
- Nə?! Əmi qurban olum, mən övladlığam? Zibillikdən tapmısız məni? Anam bir tərəfdən, sən bir tərəfdən... Ölərəm o içiqurumuş ifritəni almaram...Ay!
Bu dəfə ayaqqabı hədəfə dəymişdi. Əli ayağını tutub ofuldayırdı. Rəşid bəy əsəbdən qızarıb, qışqırdı.
- Almazmış! Gör heç o qız sənə gəlir?! Dağarlıqda kimə çəkdiz siz belə. Itil gözümdən! Hünərin var, o qıza bir şey de. Döyərəm səni!
Əli başını aşağı salıb əmisinə qulaq asırdı. Uşaqlıqdan əmisi onu da, öz oğlunu da belə böyütmüşdü. Öz atasından, anasından görmədiyi kötəyi əmisindən yemişdi. Indi də suyu süzülə-süzülə qapıdan çıxmaq istəyirdi ki.
- Gətir o ayaqqabıları bura, sonra get.
- Günümə bax. O qıza görə danlanmağım, bu yaşda döyülməyim bəs deyil, bi də silahı öz əlimlə verirəm. yox, 100 % övladlığam mən. Yoxsa öz doğmalarım niyə qəsdimə dursun.- deyə pıçıldayıb, ayaqqabıları aparıb əmisinin qarşısına qoydu.
Otaqdan çıxıb, öz əvvəlki otağına girdi. Qapını bərk çırpdı. Masaya gözü ilişdikdə daha da qəzəbləndi. Jalə şəstlə əyləşib, Əliyə baxırdı. Onun özündən razı təbəssümü Əlini cin atına mindirdi. Masaya yaxınlaşıb, əlini üstünə qoydu. Jaləyə tərəf əyilib dedi.
- Bura mənim masamdı.
- İdi. Indi mənimdir.
- Mənim əsəblərimlə oynama. Get evinə anana kömək elə, bu işlər sənə görə deyil. Mənimlə rəqabətə dözə bilməzsən sən.
Jalə də ayağa qalxıb, əllərini masaya qoydu. Əlinin düz gözlərinin içinə baxıb dedi:
- Əsl sən mənimlə rəqabətə dözə bilməzsən. Həm qızam deyə inşaatdan anlamadığımı düşünürsən? Bəs diplomu necə almışam?
- Bilmirəm. Yəqin ağlayıb, gözünün qorasını sıxmısan. Yazıqları gəlib.
- Neandertal.
- Özünsən.
- Neandertalın nə olduğunu bilmirsən.
Əli tutuldu. Həqiqətən də nə olduğunu bilmirdi. Amma bu qız ona tərif deyəsi deyildi ki? Buna görə özünü sındırmayıb, lovğa-lovğa dedi:
- Əlbətdə bilirəm. Sənin 1 həftəyə burdan qaçacağını da bilirəm. indilik masamı mənə qaytar.
- Bu mənim masamdı!
Əli masanın kənarlarından tutub özünə tərəf çəkdi. Jalə az qalsın yıxılacaqdı. Amma tez özünü düzəldib, o da masanın kənarından yapışdı. İkisi də masanı çəkişdirirdilər, amma masa nə o tərəfə gedirdi, nə də bu tərəfə. Əli bunun işə yaramayacağını anlayıb, masanı buraxdı. Cəld tərpənib, digər tərəfə əyilib kreslonu götürdü. Qənimətini bərk-bərk qucalayıb, Jaləyə acıq verirdi.
- Onda bu da mənimdi. Görüm harda oturasan indi.
- Bərk saxla, birdən oğurlayarlar.- deyən Jalə gözünü süzdürdü. 
Elman Zeynəbin gəldiyini görüb, tez saçını düzəltdi. Ona yolunu kəsib, elə ağzını açmaq istəyirdi ki.
- Yox.
- Bir imkan ver deyim da.
- De.
- Bəlkə bu gün bir ça...
- Yox.
Eh, yənə hər günki hadisə. Zeynəb yenə Elmanı rədd eləmişdi. Elman başını aşağı salıb, yazıq-yazıq dilləndi.
- Hər gün "yox”. Elə bil başqa söz bilmirsən. Nolar ki, bir dəfə "hə” desən. Nəyim əksikdi mənim hə? Yaraşıqlıyam, uzunam, varlıyam və bu şirkətin gələcəkdəki sahibiyəm. ideal namizədəm, qızlar ölür mənim üçün.
Zeynəb tək qaşını qaldırıb Elmana baxdı. Sözləri yalan sayılmazdı. Kürən, uzunboylu Elman həqiqəqətən də yaraşıqlı. Hələ o uşaq kimi parlayan ala gözləri hər qızın ağlını başından alardı. Geyimi də həmişə səliqəli və zövqlü olardı. Amma elə problem burdaydı.
- Mənim kişi kimi oğlanlardan xoşum gəlir. Qaraşın, əzələli, səsi gur olan. Elə kişi ki, gəzəndə yer titrəsin, səsindən dağlar oynasın, zəhmindən adamın ürəyi partdasın.
- Da denən Məlikməmməddəki divi sevirsən da. 
Zeynəb bu dəfə iki qaşını qaldırdı. Hə, vəziyyət yaxşı deyil. Bu "birazda danışsan, əlimdə qalasan” baxışı idi və Elman bunu çooox yaşamışdı. Buna görə dodaqlarını büzüb, biraz geri çəkildi. Zeynəb masasındakı sənədləri götürüb, getdi. Elman da onun ardınca.
- Bilirsən də, istəsəm əzələ yığa bilərəm.
- Mənim əzələlərim səndən çoxdu.
- Bığ da saxlaya bilərəm.
- Mən bığ sağlasam səninkindən daha gur olar.
- Hıı?! Sən mənim nəyimi bəyənmirsə...
Zeynəb onun sözünü ağzında qoyub, otağın qapısını açdı. Elman onun donub qaldığını görüb, başını içəri uzatdı. o da Zeynəb kimi ağzı açıq mənzərəyə baxırdı. Əli kresloya tərs oturub, söykənəcəyini qucaqlamışdı. Diqqətlə əlindəki kağıza baxırdı. Jalə isə masaya söykənib dayanmışdı. Bir əli ilə masanın digər ucundan da tutub, kağıza nəsə qaralamağa çalışırdı. Bu iki inadkardan hansı ilk təslim olacaq görəsən?
 
Müəllif-Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 1258
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz