Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 23)
Təsadüf yoxsa alın yazısı (Bölüm 23)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1062
Səs ver:
Artıq 24 saat keçmişdi, amma Kamal bəyin vəziyyətində bir dəyişiklik yox idi. Gülnaz xanım palatanın ağızndan bir dəqiqə belə olsun ayrılmamışdı. Ülviyyə başını şəhriyarın çiyninə Nərgiz isə kənanın çiyninə qoymuş yatmışdılar. Bütün gecə ayaqda qaldıqlarından hər kəs yuxulu idi. Bircə Gülnazdan başqa. Bir an belə gözünü qırpmamışdı. Kamalı yataqda elə çarəsiz və gücsüz görəndə içi parçalanırdı. Bütün həyatı Kamalla tanış olduqları gündən bu günə kimi yaşadıqlarını xatırladı. Nə qədər xoş anlar, xoşbəxt günlər yaşayıbmış deyə düşündü. Hələ ilk tanışlıqlarında Kamal başqa birini sevdiyini demişdi. Kamal geri çəkiləcəyini deyib getmiş, ailəsini razı salmışdı ki, elçi gəlməsinlər. Daha sonra, sən demə Gülnazı gözdən qoymamış onun haqqında araşdırmış və bilmişdi ki, sevdiyindən ayrılıb. Amma kimliyini bilmirdi. Bilərək öyrənməmişdi. Çünki bilsəydi Gülnazın hər gün tökdqüyü göz yaşına görə onu məhv etmək istəyirdi. Sonra dost kimi Gülnaza yaxınlaşdı. Ən pis günlərində ona dəstək oldu. Gülnazın böyük sevgisinə rəğmən yenə də ondan həyat yoldaşı olmasını, övladlarını anası olmasını, evinin qəlbinin tək sahibi olmasını istəmişdi. Gülnaz razılaşmışdı. Amma Kamal bilirdi ki, sevmir. Söz vermişdi zamanla özünü sevdirəcəkdi. Amma Kamal heç vaxt bilmədi ki, Gülnaza verdiyi sözü tutdumu. Çünki heç vaxt onun dilindən bu kəlməni eşitməmişdi. Əslində eşitmək də vacib deyildi. Hərəkətlər bəlli edir sevgini. Gülnazdan görmüşdümü, hə əslində görmüşdü. Gülnaz sevgi dolu bir qız idi. Hər kəsə gülərüz davranar, heç kimin xətrinə dəyməzdi. Ülviyyə də eynən onu kimi idi. Kamal da ən çox Gülnazın bu xasiyyətinə vurğun idi. Heç nəyə baxmayaraq gülümsəyər, öz istiliyi ilə onun qəlbini də isidərdi. Gözlədi.. çox gözlədi ki, Gülnaz səlim barədə danışsın və onu unutduğunu desin. Amma olmadı. Indi bu gün çarəsizcə uzun zamandır qəlbinə atdığı dərdləri daşmış ürəyini çatlatmışdı. Ayılmaq istəmirdi. Oyanıb yenidən sevdiyi qadının gözlərində keçmişin kədərini görmək istəmirdi. ətrafda baş verənlərdən xəbərdar lakin yuxulu idi. Yuxu rahat idi indi ona. Həkim otağın qarşısına gəlib Gülnaz xanımı yerdə qapının ağıznda əyləşən görüncə dözməyərək – özünüzü həlak elədiniz. Sizin belə olmağınızla o sağalan deyil. Əksinə ona dəstək olmaq üçün gərək siz də güclü olasınız.
- Niyə oyanmır? Niyə reaksiya vemrir.? Məndən heç nə gizlətməyin xahiş edirəm.
- Narahat olmayın, yatızdırırıq. Indi ona ən az lazım olan şey stresdir. Bir az sakitləşməlidir. Təhlükə keçib.
- Onda niyə qoymursunuz keçim içəri?
- Baxın xanım, təhlükə sovuşub, amma hər an hər şey ola bilər. Dediyim kimi stressdən uzaq dayanmalıdır.
- Söz verirəm, heç nə deməyəcəyəm. Sadəcə yanına girib çıxacağam, xahiş edirəm. 5 dəqiqəlik mənə bəsdir
Həkim etriaz etmək istəsə də Gülnazın şişmiş gözlərini görüncə, göz yaşının yanağından necə süzüldüyünü görüncə dözə bilməyib. – 3 dəqiqədən artıq olmaz deyib qapını açıb onunnla içəri keçdi. Ülviyyəni oyatmadan Gülnaz içəri keçdi. Kamalın iri bədənini yatağa çökmüş, aparatlara bağlı vəziyyətdə görmək ona çox ağır gəldi. Yavaşca yanında diz çöküb əlini ovcuna aldı. Hərbçi olduğundan iri cüssəli Kamal bəyin bir əli Gülnazın iki əlinə ancaq sığırdı. Həkim yenə də çox qalmamağı tapşırıb çölə çıxdı. Gülnaz Kamal bəyin əllərini öpür yanağına sürtürdü. Göz yaşları Kamalın ovcuna düşürdü. Heç bir reaksiya verməsə də əlsində hiss edirdi. Bilirdi ki, Gülnazdır yanında olan. Gülnaz səsini çıxartmaq istəməsə də yavaşca danışmağa başladı.
- Kamalım.. canım.. məni qoyub getməyi ağlından belə keçirtmə. Inan mənə ardınca gələr orada da yaxandan yapışaram. Deyib özü gülümsədi. Yenidən əlini öpərək – evimin dirəyi, sənsiz mən heçnəyəm. Heç nə. Bilirəm gecikmişəm bu sözləri sənə deməkdə. Həm də çox.. Bağışla məni. Amma gec də olsa deyəcəyəm. Mən illərin kinini saxladım ürəyimdə. Halbuki orada sənin sevgin məskən saldığından bixəbər idim. Sən söz vermişdin yadında? Demişdin nə olur olsun sən sevəcəksən, özünü sevdirəcəksən. Demişdin sənin sevgin ikimizə bəs edər. Mən buna güvənidm Kamal. Elə bilmə səni sevmədim. Sevdim, həm də çox.. sən mənim həyatımın yoldaşı oldun. Bundan o tərəfi yoxdur Kamal. Sən sözünü tutdun, özünü sevdirə bildin. Məni bağışla, bağışla deyərək əlini öpüb ağlamağa başladı. Hıçqırıq içində bağışla deyə deyə yanağını Kamalın əlinə sürtürdü. Həkim qapını açıb – vaxtdır. Deyincə Gülnaz getmək istəyirdi ki, Aparatdan gələn qırıq qırıq səs artıq uzun uzadı siqnalla əvəzlənmişdi. Kamal bəyin ürəyi dayanmışdı. Gülnaz həm həkimə həm də Kamala baxır nə deyəcəyini bilmirdi. Həkim onu qolundan tutaraq çölə çıxarıb tibb bacılarını çağırdı. Qışqırığa oyanan qızlar və oğlanlar Gülnazın hayqırtısından başa düşdülər ki nəsə olub. Gülnaz dəhlizdə - Kamal! Deyə qışqırır, Ülviyyə onu bərk bərk qucaqlayıb ağlayırdı. Huşunu itirdiyindən xəbəri 9olmadı ki, sonra nə oldu. Ayılanda palatada idi. Şəhriyarı başının ucunda görüb yerindən sıçrayaraq – Kamal. Deyincə Şəhriyar onu sakitləşdirib – qorxmayın, hər şey qaydasındadır. Ayılıb.
- Onu görməliyəm.
- Yox indi olmaz. Siz özünüz yaxşı deyilsiniz. Həkim sizə də istirahət deyib.
- Oğlum qurban olum icazə ver durum onu görməliyəm. Gülnazın mehriban şəkildə "oğlum ” deməsi onun bu qadına olan kinini azaltmışdı. Indi hal hazırda o qədər məsum görünürdü ki, Şəhriyar qarşısında Ülviyyənin anasını yox sevən bir qadını görürdü. Ülviyyə anasına çox oxşadığından baxışlardakı sevgini görməmək mümükün deyildi. Şəhriyar eyni mehribanlıqla – xahiş edirəm bir az dincəlin sonra. Kamal bəy indi yatır. Ayılıb. Aparatdan ayırıblar onu. Ayılan kimi də ilk sizi çağırıb. O da sizi görmək üçün aləmi qatıb orada bir birinə .güclə sakitləşdiriblər. Gülnaza elə bil dünyanı bəxş etmişdilər. Şəhriyarın bu sözünə yerindən qalxıb onu qucaqladı. Sevincinin həddi hüdudu yox idi. Elə bil indi ona ikinci həyatı vermişdilər. Hər şeyi yenidən başlamaq üçün. Qəlbindəki kinininə də siləcəkdi. Söz vermişdi özünə. Yalnız sevgi ilə, Kamalın sevgisi ilə dolduracaqdı.ə Gecikmişdi, amma daha da gec olmadan eləmək istəyirdi. Ülviyyə palataya daxil olarkən onları bu vəziyyətdə görüb təəcübləndi. Nərgiz də onun ardında olduğundan onun səsi ülviyyəni ayıltdı.
- Anana deyəsən dərmanın dozunu çox vurublar Kamal bəylə şəhriyarı səhv salıb deyə pıçıldadı. Kənan onun yanında idi bu sözünə onu çimdikləyib – dilini dinc saxla, heç olmasa burda dinmə deyincə. Nərgiz əli ilə qolunu ovxalayıb Kənan öldürücü baxış atıb yenidən danışacaqdı ki, kənan onu bayıra çıxartdı. Ülviyyə də palatada onların yanına gəldi. Anası onu görüncə Şəhriyardan ayrılıb – qızım deyə mərhəmətli baxışları ilə Ülviyyəyə baxdı. O baxışlarda bağışlanmaq üçün yalvarışlar var idi. Hər ikisinin gözünün içinə baxır qucağını açıb Ülviyyəni çağırırdı. Ülviyyə anasını bərk bərk qucaqlayıb ağlamağa başladı. Bu baş verənlərdən sonra göz yaşları qalmaz deyə düşünmüşdü, amma sanki illərdir ağlamırlarmış kimi ana qız özlərini göz yaşlarına buraxmışdılar.
Kənanla nərgiz isə dəhlizdə didişməyə davam edirdilər. Nərgizin bütün tərsliyi və kobudluğu yenə üstündə idi.
- Sən nə haqla mənə toxunursan. Qolumu göyərtdin bütün
- Sən nə vaxt düzgün danışacaqsan. Qız nə hayda sən nə hayda
- Allah Allah qayğıkeş olub mənim üçün. O mənə daha yaxındır məndən çox düşünəcəksən onu. 3 gündür tanıyırsan.
- Insanların biri birinə yaxın olması uzun zaman lazım deyil. 3 saat hətta 3 dəqiqə belə bəs edər. Kənan bu cümləsini elə həlimliklə və romantik şəkildə dedi ki, Nərgiz geri addımlayıb nə deyəcəyini bilmədən söz axtarırdı ki, Kənan onun bu halına gülüb – axtarma.. qurban olum bu dəfə də sus cavab axtarma. Xahiş edirəm. İnan mənə susanda o qədər gözəl olursan ki.
- Sən yenə mənə çirkin dedin.
- Aydaaaa bilirdimee belə olacaq. Ona görə dedim də sus.
- Neyləyək Kənan bəy, mən də beləyəm.
- Xeyr sən əslində çox sakit, məsum birisən. Sən əslində qorxursan ki, incinərsən. Qorxursan ki, yenidən səni incidərlər və ona görə də kim nə xoş söz desə o saatca acılayırsan. Bağlanmaqdan qorxursan.. Sevməkdən qorxursan. Sözlərini get gedə pıçıltı ilə deyərək Nərgizə yaxınlaşan Kənan ondan cavab gözləsə də Nərgiz bu dəfə susmuş ağzı açıq halda Kənana baxırdı.
- Düz dedim Nərgiz xanım? Sevməkdən qorxursan sən.
- Yox niyəki sənin kimi mən də sevirəm. Kənan bunu gözləmirdi. Gözləri bərəlmiş halda Nərgizə baxıb. – bilirdime deyəcəksən, amma bu tezliklə gözləmirdim. Hə mən də sevirəm. Həm də çox.. dəli kimi
- Mən də onu deyirəm də mən də sənin kimi sevirəm. Sən necə Sürəyyanı mən də elə Etibarı.
- Nə?! Nə Etibar?!
- Nə yox. Kim. Mən Sürəyyaya nə deyirəm?
- Ay qız Sürəyyanın bura nə dəxli? Hələ Etibarı demirəm.
- Necə yəni nə dəxli. Çox dəxli var. Telefonda ədəbsiz ədəbsiz sözlər deyən mən deyildim.
- Nə ədəbsiz. Sevirəm sözü nə vaxtdan ədəbsiz olub?
- Eee Kənan çəkil qarşımdan get Sürəyyanın yanına. Mən də sevgilimə zəng vurum.
- Nərgiz! Kənan onun qolunu yenə bərk tutub özünə tərəf çəkdi.
- Dəlisən burax. Qolum çıxdı?
- Mənə yalan danışma.
- Nə yalanı, burax qolumu. Qolumun göyərdiyini görsə səni o dünyalıq edər xəbərin olsun. .
- Nərgiz məni cinləndirmə nə sevgili.. Kənan nərgizin qolunu daha da sıxdı. Ağrıdan qıvrılan Nərgiz qışqırınca ətrafdakılar onun köməyinə gəlmək istədi. Kənanın qəzəbli baxışlarını görüb heç kim cəsarət etmədi. Nərgiz onun əlindən çıxmaq üçün nə qədər çabalasa da alınmırdı. Kənanı heç vaxt belə görməmişdi. Çox qorxdu və özündən asılı olmadan əlini atıb gələn tibb bacısının məcməyisindən iynəni götürün ona batırdı. Kənan heç bir reaksiya verməyincə içində olan dərmanı da onun bədəninə yeritmiş oldu. Tibb bacısı qışqırsa da heç biri ona qulaq asmırdı. Kənan yavaş yavaş Nərgizin qolunu buraxırdı. Və birdən üzündə qəribə bir gülümsəməylə yerə yıxıldı. Nərgiz şok vəziyyətində ona baxıb sadəcə – Allahım mən neynədim. Onu öldürdüm. Deyə bildi.
Ardı var

Müəllif Lili Sh


Şərhlər:
Baxılıb: 1062
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz