Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 21)
Təsadüf yoxsa alın yazısı (Bölüm 21)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1424
Səs ver:
Nə qədər müddətə orada dayanmışdılar bilmirdilər. Amma telefonlarına gələn zənglərdən bəlli idi ki, uzun müddətdir. Hər ikisi səssizə aldıqlarından nə gələn zənglərdən xəbərdar idilər nə smslərdən. Heç onları bu maraqlamdırmırdılar da. Yavaş -yavaş hava qaralırdı deyə buralarda nadir rastlanan səslərdə çəkilirdi. Ülviyyə yavaşca başnı çevirib Şəhriyara baxdı. Günlərdir onu yaxından görmürdü. Dəhşətli dərəcədə darıxmışdı. Onun baxışlarını, səsini, gülüşünü. Isiti nəfəsini duymaq istəyirdi, ona toxunmasını əlləri ilə saçını sığallamasını ist6əyirdi. Şəhriyarsa buz heykəl kimi dayanıb əlində siqaret qarşı tərəfdəki təpəyə baxırdı
- Siqaret çəkdiyini bilmirdim. Ülviyyə astaca dediyi bu söz ortadakı səssizliyi pozdu.
- Çəkmirdim.
- Sağlığa zərərlidir.
- Ölsəm də bundan olmaz, narahat olma.
- Ölümdən danışma xahiş edirəm. Bayaq göndərdiyin..
- Niyə qaçdın?
- Mən qaçmadım.
- Qaçdın Ülviyyə, qaçdın. Nə məni düşündün nə aramızda olan bağı. Qorxdun sən.
- Xahiş edirəm Şəhriyar belə danışma. Şəhriyar əlindəki siqareti tullayıb Ülviyyəyə tərəf döndü, ona doğru addımlayıb lap yaxınında dayandı. Nəfəsində siqaretin qoxusu hələ qalmışdı. Ülviyyənin gözlərinin içinə baxaraq – sevsəydin belə eləməzdin.
- Şəhriyar xahiş edirəm danışma belə. Şəhriyar dodaqlarını onun alnına dayayaraq kiçik bir öpüş qondurdu. – denən ki, sevmirəm. Denən ki, səni istəmirəm çıx get. Mən əl çəkəcəyəm bir dəfəlik söz verirəm.
- Ülviyyə titrəyərək bərk bərk Şəhriyarı qucaqladı. Özü də qorxdu. Demək istəsə də Şəhriyarın çıxıb gedərəm sözü ona bir sillə kimi dəymişdi. Halbuki özü bir neçə saat qabaq getmək üçün hazırlaşırdı.- şəhriyar da onu qucaqlmışdı. Ülviyyənin ağlamaqdan tutulan burnunu çəkməsi səsindən başqa heç bir səs yox idi ətrafda.
- Şəhriyar
- Ay can.
- Bağışla məni, nolar bağışla.
- Sshhh sakit, burda nə sənin günahın var nə mənim.
- Mən.. mən eləyə bilməyəcəyəm. Səni sevirəm.. həm də canımdan çox, amma atam.. Şəhriyar bağışla, amma bunu ona edə bilmərəm.
- Mənə bax.. başını qaldır və mənə bax. Ülviyyə başını onun sinəsinə dayadığından yüngülcə başını qaldırıb Şəhriyara baxdı.
- Sənə demədim ki, mənə güvən hər şeyi yoluna qoyacağam.
- Şəhriyar...
- Sənsə eşidən kimi hər şeyi qaçdın. Bax halımıza. Səncə bu yaxşı çıxış yoludur?
- Başqa çarəm yoxdur anlamırsan! Ülviyyə ondan ayrılaraq kənara çəkildi. Şəhriyar isə lap qəzəblənib qışqırmağa başladı.
- Sən anlamırsan. Anlamaq istəmirsən ki, mən sənsiz qala bilmərəm. Mənim də valideynlərim mənə əzizdir. Amma olmur. Sənsiz bir dəqiqə belə qala bilmirəm. Indi mən neynim yaxşı. Ülviyyə dönüb yenidən şəhriyarı bərk bərk qucaqlayıb hönkürməyə başladı. Şəhriyar dözməyib onu öpüncə ağlamağını kəsmiş oldu. -Əgər hə desən sadəcə bircə hə desən dünyanı qarşına sərərəm. Sən təki qaçma və mənə güvən.
- Yox. Yox... atamın ürəyi buna dözməz. Özünə xəyanət edildiyini düşünəcək. Sən mənim yerimə də qoy özünü nolar yalvarıram. Məni də başa düş. Elə bilirsən səni sevmirəm. Sənə olan sevgim sənin sevgindən zərrə qədər belə əksik deyil. Amma olmaz. Bağışla...bağışla Şəhriyar.
- Ülviyyə dayan Ülviyyə! Ülviyyə!
Ülviyyə ağlaya ağlaya yola tərəf gələrək qaçmağa başladı. Ətrafda iz toz olmadığından çaş baş halda hara gedəcəyini düşündü. Şəhriyar ona çatanda qolunda bərk tutub – axırıncı dəfə olsun ki, sözünü deyib qaçırsan. Bu artıq ikincidir.
- Burax qolumu incidirsən.
- Təki inciyən qol olsun.. bunu deyərək onu maşına tərəf aparan Şəhriyar zorla maşına saldı. Ülviyyə artıq müqavimət göstərmirdi. Sakitcə maşında əyləşmiş başını yana çevirmişdi. Şəhriyar maşını elə sürətli sürürdü ki, Ülviyyə narahat olmağa başlamışdı. Indi sürətlə sürdüyünə görə yox, onu evə qoyandan sonra eyni sürətlə hətta daha artıq sürətlə gedəcəyindən qorxduğu üçün. Şəhriyar heç nə demədən onu evinin qarşısına gətirib, maşını anidən saxladı.
- Get , bir də düşün. Gör bu elədiklərin bizə rəvadır? Gör keçmişin bədəlini bizə ödətdirməyə haqqın var? Düş get.
Ülviyyə ehmlaca maşından düşdü ,amma yenə də narahat idi. Şəhriyar yüksək sürətlə qaza basınca maşın o andaca gözdən itdi. Ülviyyə təlaşlı halda əlini telefonuna atdı. Saysız hesabsız yüzlərlə zəng gəlmişdi. Evdəkilər və Nərgiz. Tez Nərgizə yığdı.
- Başın xarab olub sənin, haradasan bu zəhrimarı niyə götürmürsən. Anan atan dəli oldu ki, özünə nəsə eləmisən
- Nərgiz kömək elə
- Nə olub
- Şəhriyar, şəhriyar maşını çox pis sürür qorxuram ki, qəzaya düşər. Onu saxlamalıyıq.
- Dayan bir dəq.. sən onunlaydın.
- Nərgiz vaxt yoxdur.. indi bir şey düşün.
- Qışqırma. Panikaya salma məni.. yüksəsk sürət.... yüksək sürət.. maşın... tapdım... vallah billah tapdım. Indi mən sənə yığacağam. Telefonu yerinə qoyan kimi Nərgiz yenidən nömər yığdı.
- Alo.. salam Etibar. Bilirəm incimisən, inan mənə nə qədər istəsən o qədər üzrxahlıq edərəm, amma indi köməyinə ehtiyacım var. Etibar sonra danlayarsan... indi təcilidir xahiş edirəm.. hə.. sənə bir maşın nömrəsi verəcəyəm, yüksək sürətlə sürür yolda. Onu saxlasınlar.... necə yəni dəlisə? Sən polis deyilsən.
- Nərgiz mən polisəm yol polisi yox
- Eee ayda ildə bir dəfə işim düşüb onu eləməyəcəksənsə nəyimə lazımdır sənin kimi əmim oğlu
- Nərgiz!
- Etibar xahiş edirəm. Bax nə istəsən edəcəyəm bircə o maşını saxla.. sənin tanışların olmamış olmaz. Həm biz burda danışdıqca vaxt itiririk
- Nə istəsəm.
- Etibar!
- Eee yaxşı başımın bəlası..
- Sağole.. narahat olma sözümü unutmadım. Dəstəyi asıb Ülviyyəyə yığdı.. – alo Ülüm. Narahat olma həll elədim. Sənin Şəhriyarına cərimə yazacaqlar amma kalan.
- Nə?
- əşi nə isə narahat olma həll olundu. Sən de görüm neylədin? Dedin ona gedəcəyini? Nə danışdınız.
- Nərgiz indi evə girməliyəm. Hələ evdəkiləri sakitləşdirim zəng vuraram.
- Vəfasızz.. bəs mən burda ölüm? Aloo.. Ülviyyə, buna baxe odboy verdi. Indi gəl döz görüm necə dözürsən.
Ülviyyə evə girən kimi, anası üstünə cumdu. – Ülviyyə! Haradasan sən? Öldüm burda.. Allahım çox şükür.
- Narahat olma.. gedim əşyalarımı yığım.
- Hardaydın? Heç nə olmamış kimi gedə bilmərsən dayan görüm
- Ana bəsdir. Harada olduğumu çox yaxşı bilirsən.
- Yenə onunla idin?
- Ana!
- Gülnaz! Kifayətdir. Qoy getsin. Kamal bəyin dəhlizdə olmadığını görən Gülnaz diksinərək kənara çəkildi. Ülviyyə başını aşağı salıb atasına baxmadan utanaraq otağına keçdi.
- Bəsdir qızın üstünə getdin. O özü çox yaxş bilir ki, neynəmək lazımdır.
- Kamal mən onun üçün deyirəm.
- Bilirəm Gülnaz bilirəm. Amma onzsuzda özündə deyil sən də üstünə gedib lap dəli eləmə. O bizim qızımızdır. Nə qərar verəcəyini hər kəsdən yaxşı bilir. Kamalın "bizim qızımızdır” sözü niyə Gülnazın ağlında daha çox ilişib qalmışdı. Düşündü ki, görəsən bunu xüsusi vurğu ilə dedi ya sadəcə o daha çox sözün üstündə qaldı. Kamala yaxınlaşıb – Hə o bizim qızımızdır. Ona görə istəmirəm ki, kimsə onu incitsin.
- Onu səndən başqa incidən olmadı.
- Kamal..
- Hə Gülnaz.
- Sən.. sən də məni gühankar bilirsən?
- Mən günhakarsan demədim. Mən dedim ki, onu incidən Şəhriyardan çox sənsən.
- Neyləməliydim? Başa düşmürəm səni.
- Heç nə. Məsələ də ondadır ki, heç nə eləməməli idin. Qərarı onun özünə buraxmalıydın.
- Kamal mən səni..
- Hə..dayanma, eşidirəm. Məni düşünürdün. Arvadımın sevdiyi yeganə insanla quda olmamağım üçün çabaladın ya özün görmək istəmirdin. Bəlkə xatirələrin canlandı, ya da sevgin yenidən baş qaldırdı.
- Kamal! Bəsdir. Bu nə danışıqdır? Kamal Gülnaza yaxınlaşıb diqqətlə onun gözlərinə baxdı. Gülnaz yenə də Kamalın gözlərindəki istiliyi görmədi. Yerini buz kəsmiş baxışlar almışdı. Gülnaza diqqətli baxdıqdan sonra qapıya tərəf gedib – mən də sabah Ülviyyə ilə gedəcəyəm. Bir müddət belə olsa yaxşıdır deyib evdən çıxdı. Gülnaz şok olmuşdu. Heç nə deyə bilmədən Kamal artıq çıxmışdı. Göz yaşları indi onun ən vəfalı dostu idi. Bu günlərdə onu tək qoymyan vəfalı sevgili. Tək Gülnaza yox, göz yaşları bir çoxunun vəfalı sevgilisi idi. Ülviyyə narahat halda Şəhriyara yığmaq istəsə də eləmədi. Düşündü ki, lap əsəbiləşər. Şəhriyar isə artıq evə taksi ilə gəlirdi. Həddindən artıq yüksəsk sürətlə idarə etdiyinə görə maşın polsiu saxlamış və əlindən alaraq cərimə meydançasına aparmışdı. Əslində cəza almaqla kifayətlənə bilərdi, amma polis aparacaqlarını deyincə şəhriyar o halda olmadığı üçün etriaz etmədən talsiyə əyləşmişdi. Nərgizin planı işə yaramışdı. Əlinə telefonunu alanda saysız zənglərin gəldiyini gördü. Ən çox yığan Kənan idi. Yadına düşdü ki, ona zəng vuracağını söz vermişdi. Amma o halda olmadığından yenidən telefonu cibinə qoyacaqdı ki, Kənanın nömrəsi ekranda peyda oldu. Bu dəfə açdı.
- Alo
- Ay qardaş niyə imkan vermirsən sevdiyimə qovuşum?
- Nə?
- Nə isə ürəyim partladı burda. Sənə təcili sözüm var. Ülviyyə barədə.
- Kənan nə danışırsan nə təcili nə Ülviyyə
- Ülviyyə sabah gedir. Moskvaya əmisigilə.
- Sən haradan bilirsən?
- Boş ver uzun söhbətdir. Indi sən de görüm qız qaçırtmaq məsləsinə necə baxırsan?
- Nə?!
- Telefon söhbəti deyil, haradasan gəlim ora. Şəhriyarla telefon danışığını sonlandıran Kənan Nərgizə bir mesaj atıb otaqdan çıxdı.
Nərgiz isə Ülviyyədən mesaj gəldiyin düşünərək həvəslə telefonu əölinə aldı. Kənandan görüb lap həvəsləndi. Amma mesajdan heç nə anlamadı. "Hər şeyi yoluna qoycağam ” mesajı oxuduqdan sonra zəng vursa da Kənan telefonu götürmürdü. Ardınca sms yazssa da yenə də cavab yox idi. O da Ülviyyəyə zəng vurub danışdı. Ülviyyə olanları danışdıqdan sonra dərindən nəfəs alaraq – bilmirəm Nərgiz. Deyə bilməzdim gedəcəyimi. Lap dəli olardı. Bu zaman bəlkə hər şeyi qaydasına qoyar.
- Şəhriyar bilsə sənə getməyə imkan verməz. Mən də istəmirəm.. Bəs mən nenyiyəcəyəm hə? Burda tək quqqulu kimi.
- Nə kimi?
- Hər nə isə mövzumuz o deyil
- Allah səni güldürsün, bu halımda da məni güldürdün. Mənə bax Şəhriyara deməmisən gedəcəyimi? Bax söz vemisən?
- Yox mən heç nə deməmişəm. Amma deməmək üçün özümü güclə saxlayıram. Sənin qarşını ancaq o ala bilər.
- Ehh Nərgiz.. Atam da mənimlə gedəcək.
- Biyy Kamal əmi də? Bəs Gülnaz xala? Tək qoyacaqsınız burda?
- Atam yəqin ki, tez qayıdar inanmıram anamı burda tək qoya.
- Hə Kamal əmi onsuz qala bilməz.
- Hə atam çox sevir onu.
- Elə Gülnaz xala da.
- Onu bilmirəm.
- Elə demə. Mən onunla söhbət edəndə özü dedi.
- Nə isə.. Nərgizim yatım səhər tezdən işdə görüşərik. Gələcəyəm ərizəmi yazam məzuniyyət üçün.
- Ok.. öpdüm, yuxunda məni gör..
- Dəli qız.. sağol.
Kənan Şəhriyarı barda görüb ona yaxınlaşdı. – bilmirdim buralara gəldiyini.
- Mən də bu gün öyrəndim.
- Oo içməyə başlamısan, bu nədir. Gecə hələ indi başlayırsa bu qədər sərt içki tez deyil?
- Başımı dağıtmalıyam.
- Şəhriyar bu zibildən uzun zamandır istifadə etmişəm inan mənə başı dağıdır, amma fikirdən yox ağrıdan. Ona görə qoy kənara mənə qulaq as. Neyləmək fikrindəsən Ülviyyə ilə bağlı.
- Deyəsən heç nə. Istəmir məni.
- Necə istəmir? Ona görə işlərini yazıq Nərgizimin üstünə atıb işə gəlmir?
- Ooo Nərgizim..
- Bunu aqncaq sənin yanında cəsarətlənib deyə bilərəm. Onun yanında desəm....
- Məncə də hələ cəhd etmə. Ən azından sevgini etiraf elə sonra.
- Elə bilirsən eləməmişəm. Elə bil kimsə qarğıyıb məni nə vaxt etriaf etsəm bir əmma çıxır. Amma söhbətimiz bu deyil. Mənim bir planım var. əminəm ki, ona getməyə icazə verməyəcəksən.
- Nə plan?
- Əminəm ki, Ülviyyə və ailəsi onu qaçırıldıqdan sonra verməyə razı olacaq.
- Başa düşümürsən Kənan, ailəsi yox özü istəmir. Ailəsi də istəmir, amma özü istəmiyəndən sonra mən heç nə edə bilmərəm.
- Əlini qolunu bağlayıb oturacaqsan?
- Neynim?
- Mən deyəni elə. Nərgizin qəhrəmanı olmağımın tək çıxış yolu səndən keçir.
- Mən də deyirəm bu niyə mənə yaxşılıq edir. Denən ta öz dərdim var da.
- Yox elə sizin dərdi çəkəcəkdim. Siz ikinzidə ağılsızlıq edirsinizssə mənə nə? Təbii halınıza pis oldum, amma mən sizdən geri qalmıram. Sən yenə ən azından sevdiyini demisən mən yazığa o da qismət olmayıb.
- Mənə bax döyülmək istəyirsən deyəsən.
- Sən Allah onsuzda bu gün Nərgizin "poklonniklərindən” (pərəstişkar.) birinin yumuruğunu çənəmə yemişəm.
- əcəb olub sənə.
- Sən zarafat elə. Qız elə bil maqnitdir, ay balam başqa qız yoxdur gərək gəlib bundan yapışasınız. Ayda ildə birni sev seç o da dəli çıxsın, özü də hamının sevgisini qazanan. Yenə sözümü dağıtdın. İndi nə deyirsən xoşbəxt olub məni də xoşbəxt etmək istəyirsənsə danışım planı.
- Yaxşı danış görüm..
Kənan danışıb bitirdikdən sonra – Hə nə deyirsən?
- Sən deyəsən kinolara çox baxırsan deyirəm.
- Aydaaa qardaşım mən hər şeyi təşkil edirəm. Sən sadəcə razılaş
- Deyəsən vaxtikən çoz qız qaçırtımısan
- Bunu nərgizin yanında desən heç nə.
- Qaçırtımsan.
- Qaçırtsam evli olaram hər halda, sadəcə mənim fantaziyalarım genişdir. Deyərək əlini saçına aparıb özündən razı şəkildə sığalladı. Qaşının birini də qaldırıb gülmsəyərək Şəhriyara – uşaq olarsan da deyə əlavə elədi.
- Bilmirəm.
- Bilmirəmi yoxdur razısansa mən başlayıram. Şəhriyarın yenə tərəddüd etdiyini görən Kənan - qardaşım sonda Ülviyyənə qovuşacaqsan bundan artığı var? Şəhriyar gülümsəyərək aşını təsdiq formasında yellədi. Kənan isə əlinə telefonu alıb planını gerçəkləşdirmək üçün zənglərə başladı.
 
Ardı var


Şərhlər:
Baxılıb: 1424
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz