Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 18)
Təsadüf yoxsa alın yazısı (Bölüm 18)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1531
Səs ver:
Gərgin ortamda bir əksik olan ofisiant idi o da gəlmiş oldu.
- Sifarişləriniz. Deyib yeməkləri masanın üzərinə qoydu. Nərgiz ofisiant uzaqlaşan kimi – biri mənə izah edəcək ki, burda nə baş verir. Deyə sərt şəkildə dilləndi. Yusif stul çəkib nərgizə yaxın əyləşərək hər şeyi başdan danışmağa başladı. O danışdıqca Kənan qaşlarını çatır baxışını qaldırmadan ağır ağır nəfəs alırdı. Onu bu saat düşündürən Nərgizin gözündə yalançı vəziyyətdə düşməsi idi. Nərgiz isə Yusif danışdıqca Kənanı izləyir dodaqlarını dişləyirdi. Cəld ayağa qaqlxaraq – gecəniz xeyrə qalsın bəylər deyib getdi. Onun bu sakit tonu Kənanı lap pis elədi. Anladı ki, nərgiz artıq onu bağışlamayacaq. Qızın adına yalandan söz çıxarmaq onun edə biləcəyi ən böyük səhv idi. Masanın arxasından tərpənmək istəsə də Yusif artıq çoxdan Nərgizin arxasınca getmişdi.
- Nərgiz, Nərgiz gözlə..
- Nə var?
- Yəni bütün bunlar yalandır?
- Yusif bəy məni axmaq sayırsınız?
- Niyəki?
- Nə isə.. sağolun
- Nərgiz icazə ver mən aparım
- Icazə vermirəm.
- Nərgiz mənim günahım nədir? Yalanı deyən Kənandır.
- Sən necə dostsan? Dostunu satmısan hələ bir gəlib yenə də onun arxası ilə danışmağa davam edirsən.
- Nə dəxli?
- Çox dəxli. Mən satqınlarla heç salamlaşıb sağollaşmıram da. Elə ona görə sağollaşmadan da gedirəm. Yusif onun qolundan tutub. –bəsdir özünü naza qoydun.
- Əlini çək ondan. Kənan qəzəblə gəlib yusifin yaxasından yapışdı. – bir də ona toxunsan məndən incimə. Bu səhnə Nərgizə tanış gəlirdi. Artıq ikinci dəfədir ki, Kənan eyni qəzəblə kiməsə nərgizə toxunduğuna görə əl qaldırırdı. Və yenə də bu səhnəni izləməyə davam etməyəcəkdi. Oradan uaqlaşaraq Ülviyyəgilə gəldi. Ülviyyə hər zamanki kimi düşüncəli şəkildə otağında oturmuşdu. Nərgiz Gülnazla salamlaşıb içəri keçmək istədi. Gülnaz onu saxlayıb – ona başa sal ki, nə vaxta qədər belə davam edəcək. Artıq buna öyrəşsin.
- Nəyə Gülnaz xala. Elə bilirsən şəhriyar onu atacaq, heç Ülviyyə də ondan vaz keçən deyil.
- Xəyal qurmasın boşuna nərgiz. Olmaz. Olacaq iş deyil.
- Axı niyə sizin cavanlıqdakı həyatınızın bədəlini niyə o ödəməlidir.
- Nə bədəli? Ülviyyənin bu səsi hər ikisini diksindirdi.
- Ülviyyə, qızım..
- Nə bədəli deyə soruşdum. Məncə vaxtı çoxdan keçib artıq mənə danışın nə baş verib. Gülnaz Nərgizə qorxu dolu gözlərlə baxaraq sanki yalvarırdı ki, onu xilas etsin. Nərgiz gözləri ilə təsdiqləyirmiş kimi Gülnaza işarə edərək. – Ülviyyəm gəl çıxaq bir az hava alaq deyə dilləndi.
- Heç bir yerə getməyəcəyəm. Ana.. eşidirəm.
- Mən..mən.. Nərgiz sənə hər şeyi danışar deyib otaqdan çıxdı. Nərgiz – ayda yenə ən çətin iş mənim üstümdı qaldı deyə mızıldandı. Bir saat sonra ülviyyə dizlərini qoynuna yığmış halda susaraq gözünü bir nöqtəyə zilləmişdi. Nərgiz isə yatağın kənarında oturub əlinə aldığı sap qırığını gah bükür gah düyünləyir gah açırdı. Heç özü də fərqində deyildi elədiyinin. Sonra dərindən nəfəs alaraq – ona da çətindir Ülviyyə- deyə dilləndi. Ülviyyə isə hələ də susurdu. Bu anda çalan telefonların səsi səssizliyi pozdu. Şəhriyar Ülviyyəyə Kənan isə nərgizə yığırdı. Ülviyyə könülsüz halda telfonu əlinə alıb kənara atdı. Danışmaq istəmirdi Şəhriyarla. Nərgiz də telefonunn ekranına baxıb qaşlarını çataraq – öküz deyib telefonu kənara atdı. Kənanla şəhriyar isə həyətdə dayanmışdılar. Kənan Nərgizi izləmiş onun bura gəldiyindən xəbərdar idi. Şəhriyar isə Ülviyyəni görməyə gəlmişdi. Aşağıda söhbət edərkən kənan olanları Şəhriyara danışdı. Şəhriyar qaşlarını qaldıraraq – işin çətindir dedi. Nərgizi az çox tanıyıramsa bunu sənə asan bağışlamayacaq.
- Elə demə. Onsuzda çarəsizəm. Bir ümid yeri axtarıram.
- Ümid yeri var.
- Nə?
- Nərgizin ağzını əlini qolunu bağlayıb zorla sənə qulaq asması üçün bağlı saxlamaq.
- Hə ondan sonra ümumiyyətlə üzümə baxmasın.
- Başqa yol görmürəm. O qız səni dinləməz.
Bir az söhbətləşdikdən sonra hər ikisi zəng vursada nə Ülviyyə açmışdı telfonu nə Nərgiz. Düşündülər ki, yəqin başları qarışıb deyə telefonların səsini eşitmirlər. Amma əslində qızlar danışmaq istəmirdi.
- Sən neynəməyi düşünürsən Şəhriyar.
- Bilmirəm Kənan bilmirəm. Elə mən də çarəsizəm. Aşağı tüpürsən saqqal yuxarı tüpürsən bığ.
- Konkret məsələ nədir ki?
- Uzun söhbətdir. Boş ver. Amma çarəsini tapacağam əl çəkən deyiləm. Lazım olsa anası ilə danışacağam. O da olmasa Ülviyyəni də götürüb buralardan gedərəm.
- Ülviyyə ailəsini tapdalayar səncə
- O da mənim kimi hər şeyi gözə alsa hə.
- Elə sənin də işin çətindir.
Iki oğlan aşağıda söhbət edərkən qızlar yuxarıda qucaqlaşıb uzanmışdılar. Ülviyyənin ağladığını görən nərgiz
- Ülü..nə oldu? Nə düşünürsən?
- Mən.. mən.. Nərgiz deyəsən bu macəra burda da bitəsi olacaq.
- Dəlisən sən? O nə deməkdir.
- Nərgiz bir az real olaq. Biz ailə qurduq. Sonra? Onlar bizə gəlib getməyəcəklər. Necə bir birilərini üzünə baxacaqlar. Atam necə həzm edər bunu. Həyat yoldaşının keçmiş sev....tövbə tövbə.. dilim dönmür deyəm.
- Elə bu? Bununla da sevgindən vaz keçəcəksən....ülü... ağlama.. qurban olmu elə ağlama.. Ülviyyə hönkürtü ilə ağlamağa başlamışdı. Telefona gələn smsm i açıb oxuduqdan sonra daha da bərk ağladı. Bu Şəhriyardan idi "Nə olur olsun mənimsən mənim olacaqsan. Bir ömür boyu.” Nərgiz onun saçlarını sığal çəkərək – shhhh... sakit sakit.. ağlama.. Şəhriyar yoluna qoyacaq hər şeyi
- Yox.. Nərgiz yox.. heç nə də yoluna girməyəcək. Mümkünsüz eşqin arxasınca düşə bilmərəm mən...
- Əl çəkə bilmərsən. Bəs Şəhriyar. Elə bilirsən o icazə verəcək ondan ayrılmağına.
- Bilmirəm Nərgiz bilmirəm. Ülviyyə göz yaşları içində yuxuya getmişdi. Nərgiz isə ayağa qalxıb pəncərəni bağlamaq istədi. Kənanın maşının aşağıda görüb – bu burda neyniyir bu vaxtı deyə öz özünə danışdı. – yox yəqin səhv gördüm. Bu maşından bəyəm təkcə kənanda var bəyəm. Pərdəni çəkmək istəyirdi ki, maşının qapısının açıldığını gördü. Kənan çölə çıxıb maşına söykəndi siqaret çəkdiyi közün qpızarmağından bəlli idi. Nərgiz pərdəni bağlayıb otaqda o yana bu yana gedərək nə edəcəyini düşündü. Cəld otaqdan çıxıb aşağı düşdü. Gəlib kənanın qarşısında dayandan Kənan anidən onu görüncə siqareti necə içinə çəkdisə öskürməyə başladı.
- Nərgiz!
- Niyə gəlmisən?
- Danışmalıyıq.
- Nə barədə? Yalan danışmağın barədə?
- Xahiş edirəm qulaq as
- Dinləməli bir şey yoxdur. Sənin haqqın yox idi buna. Həm sən nə zənn edirsən özünü
- Nərgiz
- Nə Nərgiz! Nə!
- Səsini qaldırma!
- Əcəb edirəm.
- Deməli belə.. yaxşı.. Kənan Nərgizi qucağına alıb zorla maşına saldı. Səninlə ancaq sənin dilidə danışası olacam deyəsən. Adam kimi izah edəcəkdim istəmədin
- Burax məni! Səni şikayət edəcəyəm. Adam qaçırtmaq üstündə iş verəcəklər sənə burax..
- Dur çabalama.. işini daha da zorlaşdırırsan belə. Sadəcə danışacağıq.
- Mən danışmaq istəmirəm burax, alçaq burax. Nə cürətlə...Kənan isə çoxdan qapını bağlamış sükan arxasına keçdi. Yol boyu Nərgiz maşında əlinə nə keçirdisə ona atırdı. Kənanın maşını sürətlə sürməyini gördükcə o daha da qəzəblənir əlinin altında heç nəyin olmadığını görən kimi ayaqqabısını çıxarıb ona atdı.
- Ay başım. Neynirsən sən? Qəza keçirdək ikimizdə?
- Saxla maşını yoxsa ...
- Yoxsa nə? Indi hədə qorxu gəlirsən. Maşının anidən basılan əyləci ilə Nərgiz özünə gəlməmiş Kənan sükan araxasından düşüb arxa oturacağa gəldi. Qapıları kilidləyib Nərgizin əl qolunu tutmağa çalışdı. Nərgiz isə ayaqqabısını digər tayı ilə onu başından vurdu. Kənanın qaşını yarmışdı. Kənan heç nə demədən əlini qaşına atdı. Çəkəndə qan olduğunu görüb dillənmədən Nərgizə baxdı. – qaşımı da yardın. Indi heç olmasa dinləyəcəksən?
Nərgiz belə olmasını istəmirdi. Balaca uşaqlar kimi dodağını büzüb – mən .. mən.. bağışla.. belə eləmək istəmirdim. Ehmalca əlini atpıb onun qaşının qanını təmizləyərək doluxsundu. Kənan onun əlini tutub qanı gördü – Əlini qanıma buladın da axır deyərək gülümsündü. Nərgizdə göz yaşı ilə gülümsünərək – bir də bağışla. Gedək xəstəxanaya deyəsən tikiş atası olacaqlar.
- O nə ayaqqabısıdır elə bu günə qoydun məni.
- Kənan
- Ay can... Kənanın sakit tonu Nərgizi lap həyəcanlandırdı. Ona nə olur deyə özü də anlamadı.
- Xəstəxanaya gedək. Qatilin olmaq istəmirəm.
- Balaca qaşla ölmürlər, amma elə istəyirsənsə baş üstə.. Kənan yenidən sükan araxasına keçib xəstəxanaya sürdü. Içəri giəndə növbətçi həkim - bu qızı iki dəfə xəstəxanaya salanda bilmirdin axırı buralıq olacaqsan deyə gülümsündü. Bu təsadüfdən həmin həkim idi. Nərgizin iki dəfə xəstəxanada olarkən onu müalicə edən.hər ikisi həkimə necə qəzəblə baxdılarsa həkim – başa düşdüm bu dəfə də uğurlu zarafat olmadı deyib getdi. Kənanın qaşını təmizləyib yara bandı vurdular. Tikiş qoymağa ehtiyac yox idi. Kənan isə bir az Nərgizi qorxutmaq üçün o içəri keçən kimi, sayəndə 5 tikiş qoydular.
- Nə!? Nə 5. Yalandan tikiblər. Ola bilməz.
- Niyə olmur ayaqqabının dabanına bax 20 sm.
- Yox da.. o qədər deyil.. Nərgizin ayaqqabısını əlinə alıb ölçməyə çalışması Kənanı bərk güldürdü. Onun qəh qəhə atdığını görən Nərgiz qəzəblə dilləndi. – yalan danışmağa öyrəşmisən deyəsən.
Kənanı gülüşü o saatca kəsdi.
- Nə isə əhvalından görünür ki,yaxşısan mən gedim
- Hara?
- Hara olacaq evə.
- Tək olmaz.
- Deyəsən unutdun ki, qaşını yaran mənəm.
- Olsun yenə də olmaz. Buraxa bilmərəm. Həm biz danışmalıydıq. Sən məni dinləməlisən.
- Hər şey aydındır. Sən də digərləri kimi ancaq yalan danışırsan.
- Yox səhvin var. Mən sənə yalan danışmamışam. Yaşlı tibb bacısının otağa daxil olması ilə Nərgiz çıxacaqdı ki Kənan onun qolundan tutub özünə tərəf çəkdi. Nərgiz boş dayandığından yataqda oturan Kənanın qucağına yıxıldı. Tibb bacısı isə rus dilində - mən də cavan olsaydım bu oğlanın qucağına atardım özümü deyib qəh qəhə çəkərək otaqdan çıxdı. Nərgiz Kənanın qadının sözünə güldüyünü görüb ayağa qalxaraq ürəyindəndir deyəsən. Istəyirsən çağırım.
- Aha...qısqanclıq..
- Yox əşi.. o yaşlı qadına qısqanacam.. bir bu qalmışdı.
- Yəni cavan olsaydı qısqanardın? Nərgiz bu sözə tutuldu. Özünü toparlamaq istəsə də dili topuq vura vura – yox. Yəni..ona görə demədim.. yaşlı olsa da yəni cavan.. eeee mən səni niyə qısqanım. Allah vurmuşdu elə.
Onun bu halına gülən Kənan yenə onu özünə tərəf çəkərək – Allahı bilmirəm, amma sən vurdun özü də elə yerdən ki, bir də sağalmaz.
- Şişirtmə bir balaca yaradır. 3 günə keçər.
- Ay dəli mən onu demirəm.
- Bəs nəyi deyirsən?
Kənan Nərgizin əlini götürüb ürəyinin üstünə qoyaraq – bax burdan yaralamısan deyə dilləndi. Nərgiz utanaraq əlini çəkdi və söhbəti dəyişmək istədi. – niyə yusifə elə demişdin. Bu sualnan mövzunu dəyişəcək deyə ümidlənmişdi ki, Kənanın cavabı onu lap duruxdurdu.
- Çünki istəmədim ki, yusif ya da qeyrisi sənə yaxınlaşsın. Qısqandım. Yusifin niyyəti sənin könlünü almaq idi. Mənsə səni dəli kimi qısqandım.
- Niyə ?
- Niyə? Yaxşı sualdır. Bu ortamda bu vəziyyətdə demək istəməzdim, amma madəm ki, anlamadın niyəsini deyim .. Çünki mən səni..
- Mən gəldim.. bu uğursuz zarafatları ilə Kənan və Nərgizin həkimi idi. Hər ikisinin üzündən vaxtız gəldiyini anlamışdı.
Ülviyyə ayılanda Nərgizin yanında olmadığını görüncə - Nərgiz Nərgiz deyə səslənməyə başladı. Telefonun işığı yanırdı. Əlini telefonuna atanda Şəhriyardan gələn smsm və zənglərlə yenidən ağlamağa başladı. Şəhriyar onun telefonu açmadığına narahat olmuşdu. Ülviyyə ağlayaraq telefonu açdı. – Eşidirəm.
- Ülviyyə.. offf niyə açmırsan bu telefonu. Dəli oldum burada.
- Şəhriyar mən hər şeyi öyrəndim.
- ....Ülviyyəm
- Şəhriyar səni sevirəm bunu unutma. Amma
- Amması yoxdur Ülviyyə, bu işi yoluna qoyacam dedim axı sənə.
- Yox. Şəhriyar bağışla...hər şey bitdi...
 
Ardı var


Şərhlər:
Baxılıb: 1531
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz