Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 17)
Təsadüf yoxsa alın yazısı (Bölüm 17)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1389
Səs ver:
Hava tutqun idi yay olsa da. Ağlamağa hazır insan kimi hər an yağa bilərdi. Səlim illər sonra onunla üz üzə gələcəyinin xəyalını dəfələrlə qurmuşdu. Düşünürdü ki, ona bir üzr borcludur. Həm də halallıq almaq istəöyirdi. Neçə illərdir ürəyində bu sevgi ilə yanaşaı ağır gələn vicdan əzabı, bir gənc qızı gözüyaşlı qoymaq əzabı ona əzab verirdi. Sevgisi getmişdimi? Bunu belə bilmirdi.
- Salam. Səlim dönmədən gözlərini bərk yumdu. O gəlmişdi və illər sonra onlar yarım qalan hər şeyi yenidən xatırlayacaqdılar.
- Salam. Necəsən?
- Bura niyə gəldiyimi açıqlayıb gedəcəyəm.
- Gülnaz
- Oğluna de qızımdan uzaq dayansın
- Gülnaz mən
- Mənim qızım sizin ailənizin əzablarını çəkmək məcburiyyətində deyil
- Gülnaz bir dəqiqə qulaq as.
- Qulaq asmalı bir şey yoxdur. Oğluna de çəkilsin qızımın həyatından.
- Şəhriyar qərarlıdır.
- Heç nə olmaz sən onu yola gətirərsən. Bu sizin ailədə var axı. Ata sözündən çıxmamaq.
- Gülnaz məni incidirsən
- Səni incidirəm? Demək inciyirsən? Nədən səlim. Nədən inciyirsən?
- Bir qulaq as! Səlimin səsinin yüksəlməsi ilə Gülnaz başını aşağı salıb hikkəsini uddu.
- Şəhriyar mənim kimi deyil. O istədiyi hər şeyi əldə edir. Indi də onun qarşısını alacaq gücdə deyiləm.
- Çox nahaq. Mən dedim və deyirəm. Sizə verəcək qızım yoxdur. Oğluna de çıxsın getsin. Ülviyyə qürurludur, əgər Şəhriyar getsə o bir daha onu axtarmaz. Bir neçə gün əzab çəkər bununla da bitər.
- Bir neçə gün? Sənin, mənim əzabım bir neçə gün çəkdi?
- Burda sən mən deyə bir şey yoxdur. Həm mən əzab çəkmirəm. Dediklərimi unutma. Oğlunla danış. Sağol
Gülnaz dönüb getmişdi. Səlim isə hələ də ürəyində deyə bilmədiyi sözləri ilə baş başa qalmışdı. Onu arxasınca baxa baxa acı acı gülümsəyərək. – heç dəyişməmisən inadçı Gülnaz xanım deyərək pıçıldadı.

Şəhriyar bir neçə gün içində baş sındırmağa çalışılrdı ki, neyləsin ki, Ülviyyənin ailəsini öz ailsəni razı salsın. Əslində özü də görürdü ki, bu vəziyyətdə bu mümkün deyil. Amma əllərini yanına salıb eləcə təslim olmaq istəmirdi və olmayacaqdıda. Bu düşüncələrlə ülviyyənin əlini bərk sıxdı istəmədən. Ülviyyə isə bunu hiss edib - Şəhriyar əlim.
- Bağışla.
- Neynəmək fikrindəsən? Mənə də de xahiş edirəm. Nə baş verir. Evdə heç kim heç nə danışmır. Sən də burada axı niyə onlar izn vermirlər.
- Dedim axı sən bunları düşünmə. Bir az zaman ver mənə hər şeyi yoluna qoyacağam.
- Məncə bilmək mənim də haqqımdır.
- Xahiş edirəm Ülviyyə. Inad etmə və mənim sözümə güvən. Sadəcə bir az gözləyəsi olacaq
- Mən səni bir ömür gözləyərəm Şəhriyar bunu bilirsən.
- Bilirəm canım bilirəm. Ülviyyə başını Şəhriyarın sinəsinə qoyaraq ağalamağa başladı. Şəhriyar isə qəfəsə bağlanmış və qurtulmaq istəyən, çarəsizcə özünü divarlara sıxılmış kimi hiss edirdi. Ağlına tək bir fikir gəldi. O da Gülnazla danışmaq.
Kənan isə Nərgizin işə bikef gəlib getdiyini gördüyündən onunla daha çox maraqlanmaq əhvalını düzəltmək istəyirdi. Düşnüdü ki, bir qutu şirniyyatla da onun üzündə təbəssüm oyada bilər. Bilirdi ki, Nərgiz kimi qızlar bahalı hədiyyələrdənsə belə xırda jestlərə daha çox sevinər. Nərgiz otağa girəndə Kənan əlində qutu onun masansının yanında idi.
- Burda neynirsən?
- Məni qabaqladın. bunu qoyub çıxmaq istəyirdim. Düşündüm bəlkə əhvalını bu açar. Nərgiz bu günlər içində Kənanın ona olan diqqətinin fərqində idi. Onun bu jestinə mülayim təbəssümlə gülümsəyərək – çox sağol dedi və ona yaxınlaşıb qutunu aldı. Sonra qutunu üzrəniə baxıb gülərək. – yaxşı ki bu dəfə zorla şirniyyatı yedizdirməmisən dedi. Kənan təəcüblə ona baxdı.
- Necə yəni, bəyənmədin?
- Yox. Yox. Yaxşıdır. Amma mən yeyə bilmərəm.
- Niyə?
- Bu darçınlıdır. Mənimsə darçına alergiyam var. Deyib gülümsədi.
- Sən lap əldə qayırmasan ki... Kənan sözünü deyib cəld susdu.. Düşündü ki, indi bir sillə ona doğru gələcək, amma yanıldı. Nərgiz onun bu sözünə ürəkdən gülməyə başladı.
- Mən ən yaxşısı sənə mənə nə olar nə olmaz onun siyahısını verim. Yoxsa bu gedişlə sən məni öldürərsən.
Kənan heyran heyran onun təbəssümünü izlərkən özündən asılı olmadan – sən artıq çoxdan məni öldürmüsən dedi.
Nərgiz heyrətlə ona baxdı. Kənan da cəld sözünü toparlamaq üçün – şey yəni, acılamağınla...yəni əvvəllər. Təzə tanış olanda, daha doğrusu işləyənədə...yənii... nə isə özün başa düşdün deyib otaqdan çıxdı. Çıxan kimi qapının ardında – axmaq Kənan balaca uşaqlar kimi özünü itirirsən. Nə olub sənə? Nərgiz sən mənə nenyirsən malenkaya kaldunya (balaca cadugər) Nərgiz isə içəridə rəng verib rəng aldı. O artıq anlayırdı ki, Kənanın bu jestləri nə deməkdir. Istər istəməz birinci sıxıldı. Düşündü ki, ən yaxşısı onu özündən uzaq tutsun. Nə özü bir də yanar nə də şirkətdə müdirin oğlu ilə adı hallanar. Məyus halda yerinə keçib. Şirniyyat qutusunu açdı. Fikirli halda ağzına aparıb dişləməyə başladı. Hiss etdi ki, boğazı yanır. Birdən ayılıb neynədiyini fərqinə vardı cəld dəhlizə qaçanda Yusiflə toqquşdu. Yusif onun qızardığını görüb
- Nə olub sənə? Deyə qolundan tutdu. O isə əlini çəkib ayaqyoluna tərəf qaçdı. Nərgizin gözündə yaş axdığından elə başa düşdü ki, o ağlayır. Halbuki ağlamırdı sadəcə boğazı yandığından gözləri sulanmışdı. Ayaqyolunu qarşısında o tərəf bu tərəfə gedərkən Salma gəldi.
- Yusif bəy siz burda neynirisiniz?
- Nərgizi gözləyirəm. Niyəsə ağlayırdı. Yəqin yenə nişanlısı onu incidib. Bu axmaqda nə görüb axı bu qız.
- Demək nişanlı məsələsini siz də bilirsiniz
- Hə Kənan dedi. O qız bu xəstəni necə sevə bilər axı. Adam sevdiyinə bu qədər əzab verər?
- Nə əzabı?
- Qısqanc olmasını deyirəm də. Yanında olan oğlanları döyməyini. Eşitməmisiniz
- Başa düşmədim. Kimisə döyüb.
- Hə şirkətdə bir neçə nəfəri ölümünə döyüb.
- Onu kim deyib?
- Kənan.
- Nərgiz nişanlısından çoxdan ayrılıb. Nişanlısının da bu şirkətdə kimisə döyüdyün xəbərini sizdən eşidirəm. Burda hamı sağ salamatdır. Kimdir bu qıza dönüb baxan ki o oğlan da onu döysün.
- Necə yəni ayrılıb?
- Hə də ayrılıb.
- Bəs Kənan mənə dedi ki.... anladım. Çox sağolun Salma xanım.
- Nəyə görə? Salmanın sualını cavablandırmaq istəyərkən Nərgizin çıxdığını görən Yusif daha da ürəkli şəkildə\ onun yanına gələrək nəvazişlə onun qolundan tutub – Nərgiz nə olub sənə? Kim ağladıb? Nərgiz onun bu hərəkətini görüb qolunu cəld çəkdi.
- Nə ağlamaq? Mən ağlamıram
- Axı göz yaşlarıyla bura qaçdın.
- Yox narahat olmayın sadəcə gözüm sulanmışdı
- Nərgiz mənə yalan danışmağına gərək yoxdur. Mən sənin dostunam
- Nə?
- Hə. Biz yaxşı dost ola bilərik. Pis başa düşmə. Niyyətim sadəcə dost olmaqdır.
- Təşəkkür edirəm, amma mənim dosta ehttiyacım yoxdur deyib qaşlarını çataraq otağına tərəf gəldi. Yusif isə artıq başa düşümüşdü ki, Kənan ona yalan danışıb. Salma da bu xəbəri lazımi orqana çatdırmaq üçün Kənan bəyin otağının qarşısına gələrək əlinə aldığı ilk kağızla onun otağına keçdi.
- Kənan bəy, Nərgiz xanımı başı qarışıq olduğundan sənədləri sizə mən gətirəsi oldum. Yusif bəylə söhbət edirdilər. Amma bir birlərinə çox yaraşırdılar həqiqətən. Bilniri ki, yusif bəy ona qarşı boş deyil. Elə Nərgiz də elə görünürdü.. oyy deyəsən çox danışdım...siz sənədləri....aaa buna baxee sənədləri səhv götürmüşəm. Indi gətirərəm deyib otaqdan çıxdı. Salmanın dəxilsiz otağa girib dəxilsiz danışmasına da təəccüblə baxan Kənan yadında sadəcə Yusif və Nərgiz sözünü saxlaya bildi. Çünki gerisi ona maraqlı deyildi. Cəld otağından çıxıb nərgizi gördü. Əsəbi olduğu bilinirdi. Düşündü ki, yusif yəqin ona hər şeyi deyib. Nərgiz eyni əsəblə Kənan yaxınlaşanda Kənan onun ağzını açmağa imkan verməyərək – Səni qısqandığımdan belə elədim. Dedi. Nərgiz isə yerində donub qaldı. Arxaya çönüb heç kimi görmədiyindən dönüb bir də təəcüblə Kənana baxaraq – Nə? Kimi? Deyə bildi Kənan sözünə davam eləmək istəyirdi ki, Yusifi gördüyü üçün susdu. – Kənan bəy biz danışa bilərik? Nərgizin yusifin səsini eşidən kimi cəld dönmədən otağına keçdi.
- Kənan niyə mənə yalan dedin?
- Nə barədə?
- Nərgizin nişanlısı barədə
- Yusif o qızdan uzaq dayan.
- Niyə?
- Çünki.. çünki.. uzaq dayan vəssalam.
- Məncə sən bu dəfə uduzacaqsan.
- Anlamadım.
- Deyirəm oyunu bu dəfə uduzacaqsan. Kənara çəkilməyəcəyəm. Nərgiz kimi seçsə o oyunu udacaq.. Kənan Yusifin bu sözünə ayağa qalxıb onun yaxasından tutaraq – Nə cürətlə? Sən kimsən ki, oynadığın oyuna onu da qatırsan? O sənin üçün oyuncaq deyil eştidin. Özü də nərgiz yox Nərgiz xanım. Indi get işinin başına.deyərək yaxasını buraxdı. Yusif heç nə demədən otağından çıxanda – görərik kimi seçəcək deyərək qapını örtdü. Kənan əsəbindən partlasa da həm də qorxdu. Ona görə ki, əgər Yusif Kənanın dediklərini Nərgisə desə Nərgiz onu bir dəfəlik siləcəkdi. Düşündü ki, ona hər şeyi özü etriaf etməlidir. Özü də bu gün. Cəld gedib nərgizin otağının qapısını döyüb içəri keçdi.
- Nərgiz, bu gün axşam ortaqlarla iş yeməyimiz var. Sən də iştirak etməlisən. Vacibdir. Axşama hazır ol gəlib götürəcəyəm. Nərgizin ağzını açmağına imkan verməmiş qapını bağlayıb. – bu dəfə də yalan dedim, amma gəlməyəcəkdin başqa çarəm yox idi deyərək öz otağına keçdi. Axşam hər şey ideal olmalı idi deyə telefonu əlinə alıb tapşırıqlarını verməyə başladı. Nərgiz isə şok vəziyyətdə heç nə anlamamış – niyə burda normal adamlar çalışmır ki, nolar birini ağlı başında olsun da. Salma Kənanın nərgizi yeməyə aparmasını eşitdiyindən bildi ki, heç bir iş yeməyi yoxdur. Olsaydı hər kəsdən əvvəl onun xəbəri olardı. Mane olmaq üçün Nərgizə Kənanın ylan dediyin demək istəsə də özünü bu işdə günhazı çıxartmalıdır deyə cəld Yusifin yanına gedərək olanları çatdırdı. Yusif isə - bu axşam yeməyində tək olmayacaqlar Salma buna imkan vermərəm deyə Salmaya göz vurdu.
Nərgiz evdə hazırlanıb kənanın gəlməsini gözləyirdi. Hansı sənədləri götümrək lazımdır deyə soruşduğunda kənan hər şeyi özüm götürəcəyəm orada baxarsınız deyə Nərgizi inandırmışdı. Kənan gəldiyini xəbər verəndə isə Nərgiz aşağı düşüb maşına əyləşdi. Çox gözəl görünürdü. Sadə idi, amma özünün gözəlliyi bu sadəliklə tamamlanırdı.
- Kənan yol boyu kompliment deək istəsə də nərgizin hirsləndirməmək üçün susurdu. Nərgiz isə öz özünə - buna baxe.. bir xoş söz demədi. Adam bir deyər gözəl görünürsən nə bilim paltar rəng yaraşıb. Ehh.. Mənə nə vaxt ağıllısı rast gəlib ki. Deyə ürəyində öz özünə danışmağa başladı. Onu bu danışığını Kənanın sözü kəsdi. – nə deyime.
- Nə?
- Nə nə?
- Dedin nə deyime. Soruşuram ki, nə yəni
- Mən onu səsli dedim. Deyərək kənan ald dodağını dişlədi. Aydın olmuşdu ki, beynindəki düşüncəsini dilə gətirmişdi.
Nərgiz onun bu halına gülümsəyərək. – sən yaxşısan? Dedi. Nəsə sözlü adama oxşayırsan.
- Çataq danışarıq. Nərgiz arxa oturacaqda əyləşmişdi. Qabağa gəlib ön oturacağa boylananda saşları Kənanın çiyninə töküldü. Ətrindən lap özünü itirən kənan istəmədən anidən əyləcə basdı. Nərgiz daha da qabağa gələrək yerindən durası oldu.
- Neynirsən sən? Noldu?
- Sən neynirsən. Niyə qabağa gəlirsən ki? Adam bu qədər ətir vurar.
- Pah minnətin olsun ki, bu ətiri vurub sənin maşınına minmişəm
- Heç dəxli var. Nə axtarırsan.
- Sənədləri. Dedin hamısı götürəcəyəm. Mən də boylandım ki, ordadır yoxsa yox. Yoxsa gözüm atmır sənə yaxınlşamaqdan ötrü.
- Of Nərgiz of... şirini elə də bu dilini nolar
- Sənə qalmayıb
- Mən sənin müdirinəm. Nə desəm o dur.
- O işdədir. Indi biz yoldayıq. Istədimiyi deyə bilərəm. Deyinə deyinə restoranın qarşısına gəldilər. Kənan ilk əvvəl restoranı bağlatdırmaq istəsə də Nərgizdə şübhə yaradar deyə eləmədi. Hər ikisi masa arxasına əyləşəndə. – nldu müdir bəy, hansı qonaqlarınız? Deyərək iynəli şəkildə Kənana baxdı.
- bir azdan gələrlər. Biz yeməyimizi sifariş verək. Menuya nəzər saldı. Nərgiz də Menunu əlinə alıb menyuya baxırmış kimi elədi amma göz altı kənanı izləyirdi. Çox təlaşlı və həyəcanlı idi. Bir az da gülümsəyib menyunu qaldırdı ki kənan görməsin. Sifarişlərini verib gözləməyə başladılar. Kənanın nəsə demək istəyirdi həmin anda vaz keçirdi.
- Kənan nə olub sənə?
- Mən.. mən...Nərgiz sənə bir şey etriaf etməliyəm. Daha doğrusu iki şey. Bilmirəm necə başlayım.
- Aha eşidirəm. Ikisini de de gəlsin.
- Asan deyil....şey mən...
- Axşamınız xeyir...bu səs onların hər ikisinin diqqətini özünə çəkdi. Bu Yusif idi.
- Yusif!! Səni burda nə işin var deyərək kənan ayağa qalxdı.
- Yemək yeyirdim sizi gördüm. Dedim bir salamlaşım. Nərgiz, nişanlın nə əcəb icazə verib burda olmağına.
- Nə? Nə nişanlısı.
- Aa gizlətmə. Bilirəm ki,səni dəhşətli dərəcədə qısqanan, elə sənin də dəhşətli dərəcədə sevdiyin bir nişanlın var. O dərəcədə qısqanır ki, yanında kimi görsə həmin anda o adamı xəstəxanalıq edir. Nərgiz təəcüblü halda bir Yusifə bir kənana baxıb dururdu. Kənan isə yumuruğunu sıxaraq başı aşağı halfda əyləşmişdi.
 
P.S Səbirsiz qızlarımızın istəklərini nəzərə alaraq bu gündə 2 bölüm verəcəm.Təki siz məndən inciməyin 128


Şərhlər:
Baxılıb: 1389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz