Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (44-cü bölüm)
Zindan həyat (44-cü bölüm)
Şərhlər:
Baxılıb: 1456
Səs ver:
Lalənin anası Şəhla dayanıb qapıda gözləyən qoca qadınla cavan qıza baxırdi Səlminaz(Əlinin nənəsi):qızım bizi içəri dəvət etmiyəcəysən??
Şəhla:ayy bağışlayın siz Allah xala buyurun içəri xoş gəlmisiz.......Beləcə Şəhla qonaqlarını içəri dəvət edib qonaq otağında əyləşirlər Səlminaz bir az ordan burdan söhbət etsədə Şəhla hələdə gələnlərin kim olduğunu nə üçün gəldiklərini bilmirdir Lalənın atası Rasim kişi işdə olduğu üçün Şəhla evdə kiçik qızı ilə tək idi Səlminaz artıq bir az keçdikdən sonra Şəhlaya özlərini tanıdır hardan gəldiklərini necə biri olduqlarını nə üçün gəldiklərini deyir Şəhla eləcə dayanıb onlara qulaq asırdı.....
Əli isə nənəsiylə bacısını Laləgilə yola saldıqdan sonra özüdə Nazimi axtarmağa başlayır ilk olaraq Laləyə zəng vurub Nazimin yaşadığı evi soruşur ama Lalə deməyə tərəddüd edirdi bilirdi Əli yenə dava edəcək bu dəfə isə orda dava eləsə hamı bilər iş böyüyə bilərdi o nə qədər danışsada Əlini fikrindən döndərə bilmədi axır ki Əliyə onun evinin yerini dedi ama bir şərtləki Əli onunla dava etmiyəcək sadəcə söhbət edəcəkdi Lalə bilirdi Əli sözünü tutmuyada bilərdi ama başqa çarədə yox idi Əli əl çəkmir durmadan Nazimin qaldığı yeri soruşurdu....Artıq gəlib Nazimgilin evlərinə çatır maşından düşüb qapıya doğru gedib qapını döyür bu vaxt kimse onu arxadan çağırır:kim lazımdı??
Əli(arxaya çevrilərək)bura Nazimgilin evidi??
-Hə siz kimsiz Nazim mənəm
Əli(ürəyinə səni göydə axtarırdım yerdə keçdin əlimə)hmm lap yaxşı mənim adımda Əli səninlə bir mövzü haqqında danışmalıyam biraz gələ bilərsən məniml
Nazim:nə mövzuda??
Əli:gəl gedək biləcəksən.....Nazim Əlinin maşınına minib biraz evdən uzaqlaşırlar kəndin tənha bir yerinə gəlib Əli maşını saxlayır və maşından düşür Nazimdə onun arxasınca
Əli:Nazim bax səni burda boğub öldürməmək üçün özümü zorla tuturam
Nazim:başa düşmədim!
Əli:gözlə başa düşəcəksən!Sən Laləyə nə haqla elçi göndərmisən səni bilirsən neyniyərəm hə??
Nazim:qaraşım biraz sakit ol adam kimi söhbət edib məsələni aydınlaşdıraq sən Laləni tanıyırsan??
Əli:sən kimə heyvan deyirsən!
Nazim:sənə qardaş dedim başa düşmədin deyəsən,,görünür sən Laləni istiyirsən bax mənim heç kimi ayırmaq fikrim falan yoxdu mənim öz sevdiyim qız var ona görə səni başa düşürəm mənimdə sevdiyimə kimsə elçi getsəydi dəli olardım ama bax mən Laləni istəmirəm yəni ona elçi göndərmək fikrim deyildi..anamla atam özü qərar vermişdilər buna mən sevdiyim qız var desəmdə mənə qulaq asmayıb Laləyə elçi getdi yaxşı ki Lalə razı olmadı bu işdə bitdi yəni səni əmin edə bilərəmki mənim Lalədə gözüm yoxdu o sadəcə mənim uzaqdan qohumumdu
Əli(əvvəlcə Nazimin dediklərinə inanmasada xeyli danışıqdan sonra artıq ona inanır və Nazimlə dava etmədən öz beynində söhbəti aydınlaşdırır....
Lalə isə həyəcanlı halda evdə o baş bu başa gedirdi,evdə daha çox dayana bilmiyib əynini geyinib evdən çıxır ürəyini birilərinə boşaltmalı idi ama ətrafında Əlinin sayəsində adam qalmamışdı,Lalə heç nə düşünmədən Gülərin yanına gedirdi onunla danışmalı idi və gəlib evə çatır qapının zəngini çalır içəridən Gülərin səsi gəlir:Kimdi??
Lalə:mənəm demək istəsədə dili gəlmirdi və Gülər ikinci dəfə soruşmadan qapını açır Lalə elə Güləri görən kimi ona sarılıb ağlamaqa başlıyır əvvəlcə Gülər qucaqlamaq istəmsədə oda darıxmışdı Lalə üçün nədə olsa 2il bir yerdə qalmışdılar aralarından su sezməyən bu rəfiqələr artıq aralarında bir qaya vardı sanki onları bir birindən ayıran bir qaya...Lalə Güləri qucaqlayaraq:Məni bağışla Gülü nə olar mən düz etmədim
Gülər:(gözündən yaşlar süzülərək)dəli qız mənidə ağlatdın bəsdi görüm mən unutmuşam hər şeyi......Onlar biraz elə durduqdan sonra içəri keçib otururlar.Lalə biraz sakitləşdikdən sonra Gülərlə danışmağa başlayır o hər şeyi bütün olanlar Gülərə danışır Gülərsə heç nə demədən onu dinləyirdi Lalə sanki Gülərə danışaraq içini boşaltmış rahatlamışdı Gülər onun tekcə sirdaşı idi hər şeyini onunla bölüşə danışa bilirdi Lalə sözlərini bitirərək:hə bax belə Gülü indidə bizdə elçilikdədilər
Gülər:ay aman Lalə nə çox şey baş verib?hər şey işıq surəti ilə olur deyəsən Əli niyə bu qədər tələsir axı bax Lalə hər şey səndən asılıdı həyatını məhv etmə bir yalnış addımın bütün həyatına səbəb olar nə qədər gec deyil ayrıl ondan
Lalə:yox Gülü ayrıla bilmərəm
Gülər:Lalə niyə deməki sevirəm
Lalə:bilmirəm
Gülər:Lalə necə bilmirəm ya sevirsəndir yadaki sevmirsən
Lalə:Gülü inan bilmirəm ama əminəmki sevgi deyil bu ama ondan ayrıla bilmərəm daha həm dayım oğlu həm qohumum Familin bilməsinə görə həm də ki Əliyə ayrılaq deyən kimi dəliyə dönür altında başqa nəsə axtarır kimisə tapdığımı düşünür və söhbt davaya qədər gedib çıxır
Gülər:ay qız başın xarabdı 2-3qohum tanış bilib deyə sizi görüb deyə həyatını o Əli manyakı ilə zibil eliyəcəksən görüb görübdə camaat nə oyunlardan çıxır mini ilə sonrada gedib birin tapıb evlənir sən lap elə danışırsanki elə bil qohumlarin səni neçənci oğlanla görüblər birinci dəfədi olub bu ayrıl getsin alınmadi deyərsən soruşsalar Vallah Lalə ayrıl mən sənin yaxşılığını düşünürəm başına pis bir şey gəlməsindən qorxuram..
Lalə:bilirəm Gülü ama bəlkədə o mənim qismətimdi nənəm həmişə deyirdiki "qismətdən artıq yemək olmur"indi məndə ondan ayrılım sonra yenə dava dalaş və sonda yenə barışaq onda dahada pis olar
Gülər:Lalə düzdü qismətdən taledən qaçış yoxdu ama bəzəndə insanın öz əlində olur qismətini taleyini yönəltmək dəyişmək bax səndə bunu düşün qismətdi deyib hər şeylə razılaşma..
Lalə:bilmirəm artıq gecdi onun ailəsi bizdə elçilikdədi mən indi necə yox deyə bilərəm axı
Gülər:offff Laləəə offf
onlar beləcə söhbət edərkən birdən qapı açılır və Nigar deyinə deyinə içəri giri:Görüm heç xoşbəxt olmuyasız,heç birlikdə yatmayasız tez bir zamanda ayrılasız İnşallah
Gülər:ay qız nə olub getdin gördün??
Nigar içəri girərək:hə getdim getməz olaydım(Laləni görərək) aaa Lalə sən xeyir ola yoxsa Əli daha səni saxlamır))
Lalə:Nigar danışığını bil necə yəni saxlamır o məyər məni saxlıyırdi
Nigar:bəs neynir sorması ayıb evivin kirayə pulun o verir yeməyivin pulun o verir sənidə qəşəng gəzdirir bəs buna nə deyirlər əzizim? Sən əvəzində ona nə verirsən quru öpüş??yəginki gecədə bir yerdə qalırsız hə gizlətmə onsuzda hamı bilir
Lalə(Nigarın sözlərindən dəliyə dönür sanki ayağa qalxıb onun üstünə hücum çəkmək istiyirdiki Gülər onu tutub saxlayır:Nigar danışığını bil sən bilmirsən Lalə elə bir şey etməz
Lalə isə Nigarın sözlərinə daha çox dözə bilmiyib ağlayaraq ürəyində düşünür(Nigara əsəbləşsəmdə o haqlıdı mənim adi küçə qızından fərqim yoxdu niyə mən bunları görmürdüm axı niyə gözüm bu qədər kor olub axı ama ama mən onun dediyi kimi Əli ilə birlikdə olmamışam sadəcə evin pulun o verir hə o verir və bu o deməkdiki məni o saxlayır
Nigar(Lalənin ağladığını görüb ürəyi dözmür)Lalə bağışlada biraz əsəbi idim əsəbimi sənə tökdüm bugün Azadın toyu idi inanırsan məni sevən derdimdən ölən oğlan gözümün içinə baxa baxa o qızı qoluna taxıb getdi mən necə pis oldum daha çox dayana bilmədim hələ heç restoranada girməyiblər sevgili cütlüklər poza verib şəkil çəkdirirlər görüm elə şəkillərdə qalasız Azad məni necə yandırdın o məni gördü Gülər inanırsan düz gözümə baxırdı mənə acıq verirdi az qalmışdı qızın ağzına girə istədim çıxım bir deyim nə olub axşamı gözlədə bir sonra özümü saxladım(qızlar Nigarın bu sözünə gülümsündülər)
Gülər:aman Nigar səndə bəsdi nə gözlüyürdün axi səni görəndən sonra gəlini atıb sənin yanına gələcək
Nigar:ehhhh siz nə bilirsiz sevgi nədi mən onu necə sevirəm
Gülər:hə sən yaman bilirsən axı...bəs Çingiz nə oldu
Nigar:ehh Çingizdən adam olmaz rəddolsun mən azadı geri qaytaracam o mənə qayıdacaq görərsiz siz inanmayın ama o yenədə mənim olacaq.....Nigar belə danışaraq yataq otağına keçir....Lalə isə ayağa qalxıb:Mən gedim daha Gülü birazdan Əli zəng vurar onun xəbəri yoxdu geəldiyimnən mənə evdən çıxmamağı əmr edib bəyzadə biləsə getmişəm badıyacaq danışmağa kimə görə getdin kimi gördn orda kiminlə görüşdün
Gülər:ayy Allah nə çürükçü imiş bu Əli
Lalə:hə həmdə dəhşət
Gülər:Allah səbir versin
Lalə:amin
Gülər:Lalə zarafatsız əgər o evdən çıxmaq istəyirsənsə burdaki yerin olduğu kimi qalır geri qayıda bilərsən
Lalə:sağol Gülü elə səninlə danışdımya bilsən necə rahatladım ama çıxmağı düşünmürəm Əli qoymuyacaq çıxmağa hələki qalıram orda görək nə olur bu işin sonu
Gülər: cann nə vaxt istəsən...Lalə ama çox ehtiyyatlı ol Əlini nə badə evdə qalmağa qoyasan dava edəndədə çalış çox üstünə getmə evdə dava eləmə onunla nə sözün var teldə de bayırda de ama evdə dava eləmə açığını çıxmaqçün Allah qorusun nəsə eliyər
Lalə:ay Gülü dəli dəli danışma yox Əlinin nə dəliliyi olsada elə bir şey etməz
Gülər:heç kimə güvən yoxdu sən yenədə dediklərimi düşün yaxşı (Laləni qucaqlayaraq görüşür)
Lalə:yaxşı canım sən narahat olma dediyin kimi edəcəm....Lalə Gülərlə sağollaşıb tez evin yolun alır evə tez çatmali idi çünki Əli hər an zəng vura bilərdi və budur Lalə binaya elə təzə girmişdiki Əli ona zəng vurur....
Lalə Əlinin zəng vurduğunu görüb biran həyəcanlanır tez özünü ələ alaraq teli açır:Alo
Əli:canımm neynirsən??
Lalə:heç sən neynədin nə oldu
Əli:Lalə hardasan????səsinn niyə belə gəlir
Lalə:necə gəlirki
Əli:səsin əks səda verir niyəə??hamamdasan??
Lalə:həə həə hamamdayam duşa girmək istiyirdim zəng çaldi geri qayitdiım
Əli:həəə can bağışla onda sən get rahat işini gör duşdan çıxdıqdan sonra mənə zəng vur
Lalə:(ürəyində ohhh yaxşı qutardın Lalə az qala yaxalanmışdın) Əli dayane demiyəcəksən nə oldu bu gün???
Əli:nəyi??bizimkiləri diyirsən deməyeee mənimdə ürəyim partladı hələ çıxmaq bilmirlər nə danışırlar axı bayaqdan orda
Lalə:Əli söhbəti dəyışmədə mən Nazimi soruşuram
Əli:başa düşmədim Nazimi neynirsən!!!nə yoxsa fikrin dəyişib hə Lalə?!
Lalə:Əli bəsdidə nə istiyəcəm axı onu mən sizin söhbətinizi deyirəm
Əli:hər şey yaxışıdı sadəcə bunu bil sən Nazimi falan unud artıq elə biri yoxdu
Lalə (tez tələşlanaraq)nəəə yoxduu??Əli yoxsa onu öldürmüsən????
Əli(gülərək)hə öldürdüm sonra başını kəsdim apardım kəndin aşağı hissəsində basdırdım
Lalə:Əliiiii bəsdi
Əli:yox ay dəli qız öldürməmişəm danışdım sadəcə mən sənə söz vermişdim axı sözümün üstə durdum dediki mən istəməmişəm Laləyə elçi getsinlər anası istəyib özünündə istədiyi qız varmış
Lalə:ay nə yaxşı
Əli:nə oldu kədərləndin elə bil
Lalə:yox onu hardan çıxardın
Əli:səsinin tonu dəyişdi yoxsa pis oldun səni istəmir deyə deyəsən sən onu istiyirsən axı hə Lalə!!!
Lalə:Ay Allah yenə söhbət fırlandı gəldi mənim üstümə bəsdidə Əli bu yersiz qısqanclıqların məni bezdirir
Əli:bezdirirəm səni hə indi belə oldu Nazim bezdirməzdə səni xoşun gəlir axı onnan ürəyin hər təhər olmuşdu sənə elçi gəlib deyə ama Lalə unut o səni sevmir onun istədiyi qız var!!!Aaa dayane bəlkə siz mənə oyun oynuyursuz Nazimin istədiyim dediyi qız bəlkə sənsən hə Lalə əlaqən var onnan
Lalə(daha dayana bilmirdi Əlinin paranoyaklığına və qışqıraraq)Əli bəsdi daha bezdim səndəndə sənin sevgindəndə mənim heç kimlə əlaqəm yoxdu niyə bunu başa düşmürsən!!!

Ardı var...


Şərhlər:
Baxılıb: 1456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz