Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 12)
Təsadüf yoxsa alın yazısı (Bölüm 12)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1258
Səs ver:
Nərgiz yavaşca qapını açdı. İlk dəfə idi ki, Kənanı belə görürdü. Bir az qorxdu. Vüsalın halını kim görsəydi Kənandan qorxardı. Kənan əli ilə ağzının qanını silib – Sənə sözü var dedi. Nərgiz gözlərini Kənana dikmişdi. Kənan da gözünü ondan çəkməyərək əli ilə Vüsalı tərpədib – denən! Deyə əmr etdi. Nərgiz qaşlarını çatıb Vüsala baxanda qaşının partladığını gözünün üstünə qan axdığını gördü. Elə ağzı burnu da bir birinə qarışmışdı. İçi narahat oldu əvvəlcə, amma nədənsə əvvəlki kimi incitmədi Vüsalın yaralı olması. Vüsal sakitcə Nərgizə baxmadan başı aşağı şəkildə - Nərgiz səni sevirəm dedi. Kənan isə Vüsalın boynundan yapışdığı əli ilə bir daha onu silkələyərək. Onu sən demirsən, sənin deyəcəyin başqa söz var. Vüsal əlini yumurq şəklində sıxıb – Bağışla dedi.
- Davam elə, denən ki, bir də səni narahat etməyəcəyəm.
- Bir də səni narahat etməyəcəyəm
- Söz ver.
Nərgiz onların bu dialoqunu izləyərkən birdən ayılmış kimi- bəsdirin. Dedi. Sonra Kənana baxaraq sakitcə- burax onu getsin.
- Amma onun deyəcəkləri bitməyib.
- Mənə lazım olanı dedi. Bir daha narahat etməyəcək, burax getsin.
Kənan sakitcə ona baxaraq əlini Vüsalın boynundan çəkib – gedə bilərsən. Bir də səni burda görsəm dediyimi eləyəcəyəm. Özün bil. Seçim sənindir deyə hədə qorxulu baxışla ona zilləndi. Vüsal isə başı aşağı şəkildə oradan uzaqlaşdı. Nərgiz Vüsalın getdiyini görüb. – burda nə gəzirdin? Səni dəvət edən olmuşdu?
- Dilindən nə vaxtsa şirin söz çıxır?
- Hə bayramlarda. Indi isə bayram deyil. Niyə gəlmisən?
- Səndən üzr istəmək üçün. Xəstəxanaya düşmənə az da olsa səbəb oldum. Sonra aşağıda Vüsalın yaxınlşadığını görüncə düşündüm ki..
- Düşünmə...çox xahiş edirəm bir daha mənim probemlərimi həll etməyi düşünmə.
Kənan əlindəki gülü yerə ataraq – deyən lazımdır axı mənə bu lazımdır.
- Ay sağol sənə bu lazımdır?
- Yox.
- Onda sağol deyib qapını bağlayan Nərgizin hərkətinə hirslənən Kənan qapını bir daha bərkdən döydü. Nərgiz qapını açınca – Nə var! Deyə qışqırdı. O isə Nərgizin qolunu bərk tutub içəri keçdi.
- Bir də mənim üzümə qapını bağlasan incimə məndən.
- Nədir indi məni döyəcəksən?
- Deyəsən xətrinə dəyib nişanlını döyməyim?
- O mənim nişanlım deyil
- Hə doğrudan unutmuşdum axı siz ayrılmışdınız hə? o sənə xəyanət etmişdi . Yəqin ki, səni bu dilindən çıxacaq şirin sözə həsrət qaldığı üçün eləyib.
Nərgiz bu sözə bərk tutuldu. Kənan da dediyinə peşman oldu, amma söz artıq ağızdan çıxmışdı.
- Şey Nərgiz.. bağışla mən..
- Çıx get evimdən. Rədd ol!
- Nərrgiz
- Get! Çıx get!
Kənan heç nə demədən evdən çıxdı. Çox pis oldu, amma Nərgizi artıq bərk incitmişdi. Ona yaralı keçmişini xatırlatmış yarasına duz səpmişdi. Sanki onun günahı varmış kimi. Nərgiz isə otağına qaçaraq – hamınız eyni zibilsiniz deyə hıçqıraraq ağlayırdı. – Allah hamınınız bəlasını versin. Alçaqlar. Ancaq incitməyi bilin. əli ilə gözünün yaşını silib içini çəkərək yenidən göz yaşını axıdırdı.
Ülviyyə Nərgizin bu halından xəbərsiz göylərdə uçurdu xoşbəxtlikdən. Artıq addım addım Şəhriyara yaxınlaşdığını düşünürdü. Tələsik otağından çıxıb mətbəxə gəldi. Anası mətbəxtdə çay içirdi.
- Ana. Ana..Ana eşitmirsən məni
- Hə, ay can.. fikrim dağınıq idi eşitmədim. Gəl otur.
[/quote]
- Niyə belə fikrə getmişdin? Nə düşünürdün?
- Səni,gələcəyini, necə olacağını
Ülviyyə yerindən durub anasını qucaqladı.
- Canım anam. Narahat olma. Söz verirəm mən xoşbəxt olacağam.
- Sən söz verirsən ya o söz verir
Ülviyyə onun bu sözünə gülümsəyərək. Onun sözünə ehtiyac yoxdur varlığı bəs edir. Anası Ülviyyənin bu sözü dedirdəcək qədər aşiq olması onu heyrətləndirdiyi qədər qorxudurdu da. Ülviyyə evin tək övladı olsa da ərköyün böyüdülsə də hər zaman valideynləri ilə pərdəni saxlayar, heç vaxt bu mövzularda onlarla heç nə danışmazdı. Amma indi Şəhriyar haqqında belə deməsi sevgisinin gücünün əlaməti idi.
- inşAllah heç vaxt incitməz və verdiyi sözləri tutar.
Ülviyyə gördü ki, anasının gözləri dolub. Dözə bilməyib o da ağladı. Ana qız bir birini qucaqlaşıb ağlaşdılar. Şəhriyarın anası isə narahat halda otaqda o baş bu baş var gəl edirdi.
- Kimdir kimlərdəndir demədi. Mən o ailənin üzünə necə baxacağam. Dedim qızınınzı oğluma bəyənmişəm indi də deyim oğlum başqasını bəyənib. Mən nə bilim kimi bəyənib. Bəlkə oğluma layiq deyil heç. Yox amma Şəhriyar səhv seçim etməz. Hiiii.. niyə etməsin. Safdır oğlum onu kim istəsə aldadar. Yox yox bilməiş kimlərdəndir heç bir yerə elçi gedən deyiləm. Ay Allah mən indi nə deyib Zülfiyyəyə. Qızın könlünə saldım oğlanı indi incitmədən nə deyim. Səbr edək görək bəlkə oğlanı seçdiyi ailməizə layiq deyil heç.
Şəhriyarın atası Səlim içəri girəndə həyat yoldaşının otaqda sağa sola dönə dönə öz özünə danışdığını görüb.
- Deyəsən yaşlanırsan Şahnaz. Öz özünə danışırsan artıq
Şahnaz yoldaşına baxıb.
- Kişi bir bəlaya düşmüşük ki.
- Niyə nə olub
- Oğlun başqa qızı bəyəndiyini deyir. Biz isə Zülfiyyənin könlünü almaq istəyirdik.
- Biz yox sən. Məni bu işə başdan qatma demişdim.
- Sən nə vaxt nəyə qarışmısan ki. Deyib otaqdan çıxdı. Səlim başını yelləyərək bu qadın oğlanın başını ağrıdacaq deyəsən. Deyərək divanda yerini rahatladı.
Bu gece oz ozune danisanlar arasinda Kenan da var idi.
- axmaq Kenan, axmaq Kenan. guya üzr istemeye getmısdim qizi daha da incitdim. Öküzem de. hele meni sag qoydusa özü boyuk şeydi.
sonra da olanlari xatirladiqca Nergizin Vüsala tepik vurmasına gülümsedi. - deli qiz. men özümu nece bagişladacagam Nergiz xanım...ah Nergiz Nergiz...bir deq, he elbetde Nergiz! birden aglina gelen ideyani reallaşdirmaq üçün eline aldigi telefonla harasa zeng vurdu.
Nergiz ise bu vaxti yuxulamisdi. onun narahat oldugu vaxtlarda tek sevdiyi sey yatmaq idi. Seher acilar acilmaz her kes isinin gucunun arxasinca getdi. Ülviyyenin anası Gülnaz ise telefonla zeng edib iyneli iyneli danişan Resadin anası Gülyaz ile danışirdi. daha dogrusu Gulyaz danişir o ise dinleyirdi.
- heç yaxşi olmadı. ayib deyil, adaxlısi vardı deyerdiniz. elinde iki qarpiz tutur, ogluma qiz qehetdi?
- bir deq dayan. bayaqdan hormet edirem sesimi cixarmiram. Amma serheddi aşma. Men qizima ele terbiye vermemisem ki, iki oglani elinde tutsun. Menim qızımı isteyenler çoxdursa onun ne günahi. Qızımin adıni ceken de ilk siz oldunuz.
- Reşad istemeseydi men hec dinmezdim de
- mene bax minnet vurma. Qizi mini isteyer biri alar. Reşad o biri ola bilmeyibse burda hec kimin gunahi yoxdur. istederdi özunu. Sagol - deyib telefonu bagladı.
buna baxe. Hele bir minnet vurur. senin minnetin olsun.
- yene ne danisirsan oz ozune Gülnaz xanım? bu Ülviyyenin atası idi. divanda oturub esebinden ellerini ovusduran Gülnaza baxdi.
- Hec. bos ver. Sen maraqlandin? Nece oldu?
- he maraqlandim. dediler cox yaxsi ailedir.
- Kimlerdendir? taniş deyil?
- Yox. Amma bu meni qorxudur. Qizi tanimadigimiz aileye gondermek. ne bilim. Kimden soruşdum menfi hec ne demediler. Amma ailenin ıcde nece oldugunu bilmirik. kesilmemış qarpiz kimidir.
- ay kişi dayan gorek. Qızı verdin getdi. hele bir gelsinler baxaq taniyaq. Her isteyene qız vererler?
- Hə..
- sən de görüm kimdirlər, kimlərdəndirlər?
Gülnaz bu sualına cavab almamış Ülviyyə tələsik içəri keçib – mən gecikdim, ata zəhmət olmasa məni işə aparasan?.. Metro ilə getsəm lap gecikəcəyəm.
- Hə, gəl gedək. Gülnaza baxıb göz vurub- axşam danışarıq dedi.
Nərgiz isə çoxdan işə gəlmişdi. Şirkətə gəlib ərizəsini yazacaqdı. Bu dəfə qərarlı idi. Otağına keçməmiş bir başa kadrlar şöbəsinə gedəcəkdi. Otağına getsə Ülviyyə onu dilə tutub qoymaya bilərdi. Bunları düşünüərək şirkətə daxil olanda qəribə baxışları üzərində hiss etdi. Nədənsə hər kəs ona bu gün qəribə baxışla baxırdı. Kimisi öldürücü, kimisi əylənirmiş kimi, kimisi də şad. Heç nə anlamadan kadrlar şöbəsinin qapısına getdi, amma bağlı idi – Bu qız da işə vaxtında gəlməzeee... otağına gedib gözləməyə qərar verdi. Kənanın otağının yanında olduğundan bu gün ən son görmək istədiyi insandır deyə ayaqlarını ucu ilə otağına doğru addımladı. Qəribə qoxu gəldiyini hiss etdi. Bu qoxu ona tanış idi deyə tez nəfəs almadan əlini ağzına tutub otağın qapısını açdı. Başını qaldırmamış hiss etdi ki, kimsə qapını onun əlindən çəkib bağladı. Başını qaldıranda Kənanı gördü. Əli ağzında ətrafa baxdığında isə hər tərəfin baş bütün nərgiz gülü olduğunu qoxusunun otağı dəhşətli dərəcədə bürüdüyünü gördü. Otaqdan çıxmaq istəyirdi ki, Kənan qapının ağzına keçib cüssəli bədəni ilə imkan vermədi. Nərgizin nəsə deməyinə imkan vermədən elə hey danışırdı. – Nərgiz dünənki sözümə görə bağışla. Inan mənə səöni incitmək istəmirdim, amma qapını üzümə bağlamağınla..
- Burax məni çıxım otaqdan..
- Yox sözümü eşit sonra.
Nərgizin biləklərindən tutuduğundan əlini ağzından çəkməli olmuşdu. Əlində çabalayan nərgizin get gedə müqavimət göstərmədiyini görən Kənana daha da ürəklənərək üzürxahlıq etməyə başladı.
Nərgiz isə get gedə batan səsi ilə - burax çıxmalıyam, güllər deyirdi.
- Yox dinlə sonra. Nərgiz,..Nərgiz? Nərgiz!
Nərgiz isə nəfəs alması çətinləşmiş və huşunu itirmişdi. Kənan heç nə başa düşməyərək öz özünə - deyəsən romantikanı çox şişirtdim qız özündən getdi deyə düşündü. Nərgizi stuluna əyləşdirib onu oyatmağa çalışırdı. Nərgiz! Nərgiz ayıl..Nərgizin ürək döyünütülərini zəiflədiyini nəfəs almadığın gördükdə özünü itirdi. Otağın qapısı döyüldü və içəri Kənan bəyin katibəsi daxil olaraq Kənan bəyə atanız telefon...buna noldu?
- Bilmirəm özündən getdi..
- Aaaa güllər..onu çıxarın tezz... çıxardın burdan..
- Niyə noldu?
- Bronxları şişir bu gülün qoxusundan .. tez pəncərəyə tərəf aparın yox yoxx ən yaxşı çölə çıxardın. Çoxdandır burdadır?
- Hə. Yox..bilmirəm.. nə şiş?
- Ay allah Kənan bəy qızı istəmirdiniz işdən çıxardardınız da tay öldürmək niyə? Aparını burdan onu.. Kənan artıq ikinci dəfədir Nərgiz qollarında şirkətdən çıxrdı. Ətrafdakılar həm çaşğınlıq həm paxıllıq hissi ilə baxırdılar. – buna bax iki gündən bir özünü tülklüyə vurub huşunu itirir yıxılır. Afrist..- ay qız elə demə görümrsən rəngi ağ appaq olub. Salma isə uzaqdan olanları görüb yenə hikksəindən bilmirdi neynəsin. – Sarı ifritə buna bax, bicliyi ilə kənanı əlimdən almaq istəyir. Yuxunda görərsən Kənanı deyib qabağa gəlir.
- Kənan bəy nəsə olub?
- Bilmirəm huşunu itirdi. Asması varmış.
- Əşi nə asma, siz qoyun burda biz onu ayıldarıq indi qızlarla. Yəqin ki, havadan özünü pis hiss edib.
- Yox xəstəxanaya aparacam, çəkil.
Salmanı yüngülcə itəliyərək çıxışa doğru getdi. Qapıya yaxınlşan Ülviyyə isə tələsirdi deyə çalan telefon zəngini eşitmirdi. Kənardan kimsə onu səslədi. Bu dəfə xanım səsi idi. Həlim və sakitliklə - Ülviyyə xanım sizsiniz? Deyə soruşdu. Ülviyyə bu xoş üzlü xanıma gülümsəyərək – bəli buyurun dedi.
- Sizinlə danışa bilərik bir az.
- Bağışlayın, amma mən sizi tanımadım. Biz tanışıq?
- Yox. Siz məni tanımırsınız. Mən..
- Nərgiz!!! Nolub ona Qadının sözünü kəsən ülviyyə Kənanı qucağında Nərgizlə gördüyü üçün artıq qadının kimliyi marağında deyildi. Geri çönündüyündə qadın ona baxmağa davam edirdi, üzrxahlıq baxışı atıb kənanın yanı ilə getməyə başladı.
- Nə olub ona?
- Huşunu itirib.
- Onu görürəm. Niyə olub?
Kənan çaş baş halda nəyi necə danışdığını bilmirdi. Mən üzr istəmək istədim. Güllər aldım otağa yığdım. O da girəndə halı pisləşməyə başladı. Bilmədim ki..
- Hansı gül
- Nərgiz
- Nə!?
- Bilmirdim..
Yenidən xəstəxana yenidən eyni dəhliz. Həkim bu dəfə nərgizi görəndə. – yenə bu qız? Deyəsən xəstəxana xoşuna gəlib deyə zarafat eləmək istəsə də Kənanın öldürücü baxışı onu oradan saniyə içində uzaqlaşdırdı. Nərgiz yaxşı idi artıq. Amma hələ ki, oksigen alıb vermək üçün aparata bağlı idi. Kənan pərişan halda ikinci dəfə dəhlizi o baş bu baş gedirdi. Ülviyyə ona baxıb – bu heç yaxşı olmadı Kənan bəy deyərmiş kimi üzünə baxdığını hiss edib –Mən bilmirdim. Bilsəm niyə eləyim dəliyəm. Ülviyyə baxışlarını cəld aşağı saldı. Telefonla şəhriyara harada olduğunu xəbər vermişdi deyə artıq şöəhriyarda gəlmişdi. Ülviyyənin yanına gəlib nə olub deyə soruşduğunda Ülviyyə olanları danışdı. O da təəcüblə üzünü Kənana qaldıranda kənana bayaq ülviyyədən duyduğu baxışları Şəhriyarın üzündə görüb. – Nə?! Mən haradan bilim axı!
Şəhriyarda başını Ülviyyəyə döndərib – bilmirmiş dedi və gülümsədi yavaşca. Əslində hər ikisi özünü gülməmək üçün zorla tuturdular. Nərgiz yaxşı idi artıq, Kənanın rəngi elə qaçmışdı ki, Nərgiz yalan olmuşdu onun yanında. Günah işlətmiş balaca uşaqlar kimi anası indi öyrənəcək və onu cəzalandıracaq kimi çabalayırdı. Az sonra Ülviyyə nərgizin yanına girdi. Nərgiz onu görüb gülümsədi yenə.
- Yenə bizi qorxutdun. Yaxşısan? Deyə soruşanda Nərgiz astaca başını tərpətdi. Bir az sonra qapını kimsə döydü və şəhriyar qapıdan boylanıb – olar deyə soruşanda Nərgiz eyni təbəssümlə onu qarşıladı.
- Nərgiz xanımımz deyəsən xəstəxanaya öyrəşib.
Nərgiz qaşlarını çatıb danışmaq istəyirdi ki, Kənan başını qapıdan yavaşca içəri saldı. Onun içər5i salması ilə nərgiz başının altında qoyduğu yastığı ona tərəf atdı. Kənan cəld çəkildiyindən yastıq qapıya dəydi
- Nərgiz bağışla mən bilmirdim
- Get burdan.. Çıxx.. düz ikinci dəfədir məni öldürmək istəyir bu.. deyin çıxsın. Ülviyyə nərgizi güclə saxlayırdı əlinə nə kçeirdisə Kənanın üzərinə atırdı. Şəhriyar Kənanı tutaraq
- məncə sən indi getsən yaxşıdır.
- Axı mən doğrudan bilmirdim.
- O bildmədiyini bilmir Kənan. Indi hirslidir öldürə bilər məncə biz çıxaq. Kənan kor peşiman otaqdan çıxdı. Ülviyyə nərgizi sakitləşdirərək. – getdi daha bəsdir. O yazıq da onsuz səndən betər günə düşdü. Axı hardan bilsin.
- Nə yazıq? Bu ikinci cəhdidire məni öldürmək istəyir. Xəbərin yoxdur otaqda yer qalmamışdıye stoldan tutmuş şkafların başı pol hər yer nərgiz gülü idi.
Ülviyyə özünü saxlaya bilməyib güldü.
- Ülviyyə gülmə. O məni öldürmək istəyir sən gülürsən. Mən sabahdan çıxıram işdən. Yox. Yox elə bu gündən. Mənim əvəzimə gedib ərizə yazarsan. Ülviyyə nərgizi sakitləşdirib çölə çıxdı. Kənan hələ də getməmişdi. Pərişan halda Ülviyyəyə baxdı. Onun bu halına Ülviyyəni ürəyi ağrıdı. Özündən asılı olmadan ona içindən caaaan deməyi gəlirdi. Şəhriyarla üzlərindəki təbəssümü gizlətməyə çalışsalarda Kənan – gülün gülün. Rahat olun. Gülünəsi vəziyyətdir elə. qızdan üzr istəmək istədikcə daha da batıram. Adı Nərgiz ola özü də nərgiz gülünə düşmən ola. Bu ancaq bu qızdan çıxar.
Şəhriyarla Ülviyyə artıq dözə bilməyib qəh qəhə atdılar. Kənan isə saçlarını qarışdırıb – indi mən neyniyəcəyəm. Bu dəfə məni sağ qoymaz bu. deyə bərkdən onlardan soruşdu. Şəhriyar əlini onun çiyninə qoyub gülə gülə - fikir eləmə bu hamının başına gələ bilərdi.desə də özünü saxlaya bilmirdi yenə. Kənanın mimikası həmin anda hamını güldürərdi. Nərgizi evə yola salıb Ülviyyəni işə aparanda şəhriyar gördü ki, Ülviyyə fikirldi. Əlindən tutub – nə olub? Hara getdi fikrin yenə. Mən burdayam axı
Ülviyyə onun bu sözünə gülümsəsə də düşündüyü şey bu gün yanına gələn xanım idi. Təlaşdan kimliyin öyrənə bilməmişdi. Artıq onu getdikcə maraq bürüyürdü ki, bu xanım kimdir?
 
Ardı var


Şərhlər:
Baxılıb: 1258
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz