Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (9-cu bölüm)
Təsadüf yoxsa alın yazısı (9-cu bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1499
Səs ver:
Ülviyye demek olar ki, her gun Şehriyarla görüşur, telefonlaşirdi. Günler belece qaydasında, normal kecirdi. Nergiz ise Ülviyye havalarda oldugu ucun onun işlerini de gorurdu. Kenanin tapsirdigi isler de ust uste geldikce, işden her defe gec cixirdi. Kenan bu gunler erzinde Nergizi qiciqlandirmaq ucun elinden geleni edirdi. Ozu dediyi kimi bu ona zövq verirdi. Bir defe Şehriyar yene işe Ülviyyenin arxasinca gelmisdi. Ülviyyə anasi şübhə etmesin deye işden 1 saat tez cixirdi ki, Şehriyarla cox vaxt kecirde bilsin. İşinde problem olmadiqca bele davam etmeyi dusunurdu. Ülviyye Şehriyarla gezerken, anasindan gelen zeng onun uzundeki tebessumu silir. Şehriyarin yaninda yalan danişmaq istemediyinden üzr isteyib kenarlaşir.
-Alo.
- Haradasan qizim?
Ülviyye dodagini dişleyerek gozlerini qiyir. Her defe yalan danisanda bele edirdi.
-İşde. Nese olub?
- Soz deyeceyem,hayasızligina salma. Reşad bu gun gelib işden goturecek.
-Ne?
- icaze al bir az tez cix, cox gozlemesin.
- gelmesin. Men.. Men cixa bilmerem. Bu gun dehşetli derecede iş çoxdu. Hem onu gormek istemirem. Sene demisdim ki, onu tanimaq istemirem. Gerek acilayim.
- men de dedim ki, sene vaxt veririk onu tani.
- Özu biler, meni yuxusunda gorer. Sagol.
- Ülviyye..
Ülviyye artiq telefonu baglamisdi. Butun ehvali korlanmisdi. Şehriyarin yanina qayidanda özunu ne qeder toparlamaga calissada bu Ülviyye idi. Nece vardisa ele. Renginden yaxsi olmadigini goren Şehriyar ne oldugunu sorusdu. Ülviyye Reşad baresinde hec vaxt danismamisdi. Sehriyarda soruşmamişdi. İndi ne deyecekdi? Anasinin onu evlendirmek istediyi şexsi onu gormek ucun yolladigini. Axi bu bir qiz ucun yaxsi sohbet deyildi. Düşundu ki, Şehriyara dese o sehv basa duser. Ele biler ki, ona söz atir ki, elcilerim coxdur elini tez tut. Ülviyye ele biri deyildi. Amma indi bir yalan uydurmali idi.
- Ülviyye. Sene ne oldu? Yaxşisan.
-He, yaxsiyam. Anam idi zeng eden.
-nese dedi? Niye bele oldun?
-Hec..hec ne demedi. Men..
. -Ulviyye!
-eve getsem yaxsi olar. Eve cagirir. Basqa bir sey yoxdu
Şəhriyar başı ilə təsdiqləsə də Ülviyyənin nəsə gizlətdiyini anlamışdı. Nə də olsa uşaq deyildi. Yol boyu Ülviyyənin susması, fikirli olması isə onu daha da şübhələndirdi. Özündən asılı olmadan – Ananın zənginə belə olmarsan, düzünü denən kim idi.. Kimdir səni narahat edən. Dedi.
Ülvyyə çaşqın vəziyyətdə Şəhriyara baxaraq. – dedim axı heç kim. Sadəcə evə çağırdı narahat oldum. Ülviyyə yalan danışdıqca qızarırdı deyə şəhriyar lap hirsləndi.
- Yaxşı deyib düz yola baxraq maşını sürməyə davam elədi.
Ülviyyə bilmirdi neynəsin. Şəhriyara deməməyi yaxşı deyildi bilirdi, amma neynəyə bilərdi ki. Yol boyu hər ikisi susdular. Evə çatanda isə Ülviyyə cəld sağollaşıb evə tələsdi. Şəhriyara daha da yalan deməmək üçün onun yanından qaçırdı. Şəhriyar Ülviyyənin bu halına pis olsa da yenə də heç nə demədən yola düşdü. Amma bütün günü ağlında Ülviyyənin rəfdarının düşünrdü. Ağlından bir şey keçirdi, amma bunu özünə və Ülviyyəyə yaraşdırmırdı.
- Axı mən qızı sadəcə yaxından 2 həftədir tanıyıram. Bu şübhəmin olması normal deyil.. Yoxx... yoxx.. normal deyil. Mən ona güvənməyəcəyəm kimə güvənəcəyəm bəs? Offf Ülviyyə off... Nəyi gizlədirsən? Niyə yalan deyirsən? Bunu bilməsəm mən rahat olmayacağam. Şəhriyar otaqda var gəl edərkən Ülviyyə anası ilə yendən Rəşad üstündə dava edirdilər.
- Ana sənə demədim ki, mən Rəşadı istəmirəm. Hansı dövr yaşayırıq ki, sən mənim üçün ər seçəsən.
- Ananla düzgün tonda danış.. Yox elə qoyacaqdım öz başına seçəsən. Mən səni böyüdüb boşa başa çatdırmamışam ki, naxələfin biri gəlib sənin həyatını alt üst etsin.
- Ana, qurban olum. Niyə belə edirsən. Həm...həm...mən... Ülviyyə Şəhriyar barəsində demək istədi, amma Şəhriyardan heç bir addım görməmiş bunu etməyin doğru olmadığın düşündü. Bir anlıq düşüncələrə daldığını görən anası – Kimsə var? Deyə soruşaraq Ülviyyəni utandırdı. Onun qızarmağından başa düşdü ki, həyatında kimsə var. Ülviyyə isə inkar etməkdə davam edirdi. Cəld otağına keçən qızının arxasınca baxan Gülnaz – Eybi yox, səsi çıxar...deyə düşündü.
Şəhriyar içini yeyə- yeyə otaqda var gəl edirdi. Və nəhayət əlini telefona atıb Ülviyyəyə sms yazdı. Bir xeyli danışdıqdan sonra Şəhriyar "Mən sabah səni işdən götürməyə gələ bilməyəcəyəm. İşlərim çıxdı.”..deyə mesaj atdı. Bu smsdən sonra Ülviyyə pis oldu. Düşündü ki, bəlkə bu günə görə Şəhriyar ondan inciyib. Əlində telefon mətbəxə keçəndə anası yenə onu süzürdü. Narahat olduğu görüb. – Nə olub ? deyə soruşdu. Ülviyyə anasına baxmadan – Heç nə, yorğunam deyib su içərək otağına keçdi.
Gülnaz axşam yeməyinin hazırlığı ilə məşqul olurdu, birdən dayanaraq qızının fikirli olduğunu görüb – Bax görürsən indidən səni incidir. Mən bu gün üçün deyirdim.Məni eşidən kimdir axı.. hamı öz bildiyini edir. Yenidən işinə dönəndə isə istər istəməz keçmişini xatırladı. Əzələləri necə sıxıldısa əlində tutduğu bıçaqla özünü yaraladı. Gülümsəyərək – tam zamanında kəsdim. Yoxsa ki, yenə xatirələr daha pis incidəcəkdi deyə öz özünə mırıldandı.
Nərgiz isə Ülviyyənin işləri, öz işləri, Kənanın tapşırdığı əlavə işlər deyərkən başını itirmiş vəziyyətdə oturmuşdu. – Bu qız da aşiq olmağa vaxt tapdı da... Dayan sən.. Öz toyum olsun başına açmadığım oyun qalmayacaq. Öz özünə danışdığını uzaqdan görən Kənan yenə özünü saxlaya bilməyib otağa girib onu qıcıqlandırmaq istədi.
- Dəli olduğunu hamıya göstərmə. Ayıbdır evdə qalarsan.
Nərgiz onun səsinə dik atılıb, əvvəlcə nə dediyini anlamadı. Sonra Kənanın dedikləri ona çatanda isə üzünü turşudaraq – Narahat olma sənin evində qalmaram.
- Min dəfə demişəm elə eləmə. çox çirkin olursan.
- Çirkin sənin sevgilindir.
Nərgiz rəhbəri ilə danışdığını bilirdi. Əslində başqası olsa çoxdan Nərgizi qapı ardına qoymuşdu bu danışığa görə, amma Kənan bu danışıq tonuna görə artıq Nərgizə heç vaxt irad tutmurdu deyə o da hayasızlığını göstərdi.
- Allah eləməsin mənim evimdə qalasan. Həmin gün infarktdan ölərəm.
- Onda köçürəm sizə, Vətənə millətə xeyirli bir iş görək.
- Demək ölməyimi istəyirsən?
- Mənim üçün heç bir əhəmiyyət kəsb etmir.
- Səni öldürməmiş hara gedirəm?
- Demək öldürmək istəyirsən.? Bu qədər işgəncə bəs deyil?
- Buna işgəncə deyirsən sən? İşləyə bilmirsənsə problem deyil Salmanı çağıra bilərəm köməyə.
- Yox! Lazım deyil. Özüm öhdəsindən gələrəm.
Kənan dodaq altı gülümsəyərək – gedim görüm Salma neyniyir. Yaman cəld qızdır. Nə tapşırıram hər şeyi tez bir zamanda yerinə yetirir. Bu an Nərgizin başından elə bil qaynar su tökdülər.
- Səlminə... onun adı Səlminədir. Özü də mən burada neçə illərdir işləyirəm, amma onun əldən cəld olduğu iş görülməyib. Həəə əgər kişiləri tez ələ keçirmək bacarığını deyirsinizssə o zaman ona çatan ola bilməz razıyam.
Kənan heç nə demədən gözlərini qıyıb otaqdan çıxdı. Öz otağına girəndə Salmanı görüb təəccüblənmədi də. Artıq öyrəşmişdi onun boş boş bəhanələrlə otağına hər dəqiqə girməsinə.
- Nəsə olub?
- Xeyir Kənan bəy. Kiçik bir işlər var idi istədim sizdən məsləhət alım. Öz başıma heç nə eləmək istəmirdim. Bu sözləri deyə deyə onun masasına yaxınlaşıb yavaşca yanını masanın kənarına qoydu. Kənan istehza ilə gülümsənib.
- Səlminə xanım. Sizin nə işiniz olsa bir başa Nərgizlə danışın o mənə lazım olanı deyəcək.
Kənanın ona Səlminə deməsi hələ üstəgəl onu Nərgizin üstünə göndərməsi onu hirsləndirsə də özünü o yerə qoymadan. – Salma.. adım Salmadır. Amma Səlminə xoşunuza gəlirsə elə də deyə bilərsiniz. Bu sözləri deyərək Kənana daha da yaxınlaşırdı ki, qapı döyüldü və gəl sözü deyilməmiş açıldı. Bunu ancaq Nərgiz edə bilərdi. Onları bir birinə yaxın görüb içini çəkdi. – Hiiiii.... Ayıbçılar... Kamran bəy şirkəti gör kimlərə tapşırmısan.. Eviniz eşiyiniz yoxdur, camaat bura pul qazanmağa gəlire sizin tamaşalarınızı seyr etməyə yox. Bunu deyib otağın qapısını bağladı.
Kənan cəld Salmanın yanından ayılaraq Nərgizin yanına getdi.
- Nərgiz sən səhv başa düşdün o özü yaxınlaşdı.
- Ayıbdıre ayıb. Sən rəhbərsən. Sən belə edəndən sonra işçilər neyləsin... Nc nc nc
- Nərgiz həqiqətən gördüyün kimi deyil.
Kənan özündən asılı olmadan ona açıqlama verirdi. Sanki Nərgizin onu yalnış anlamasını, gördüklərini səhv başa düşməsini istəmirdi... Sanki yox... Doğrudan istəmirdi.
- İstəmirəm mənim haqqımda yalnış fikirləşəsən.
Özünü inandırmağa çalışarkən ağzından çıxan bu söz hər ikisini bir anlıq duruxdurdu. Nərgiz ona diqqətlə baxdı. Kənan isə özünü itirmişdi. Elə bil Nərgizin qarşısında 3 yaşlı günhakar uşaq idi. Nərgiz gözlərini qıyaraq – deyirəm axı.... sən... sən.. mən başa düşdüm niyə belə edirsən. Niyə özünü mənim qarşımda belə müdafiə edirsən.
Kənana udqunaraq – nəyi başa düşdün?
- Mən bildim...ay səni... demək belə.
- Nərgiz nəyi başa düşdün?
Kənan artıq əlini atıb qalstukunun bağını açrdı. Tər basmışdı onu.. – Nərgiz mən, mən bilmirəm.. Mən sadəcə.. mən.
- Nə mən mən salmısan... Denən ki, qorxuram, etiraf edə bilmirəm olsun bitsin.
- Yox qorxu deyil.. Mən də bilmirəm bu nədir.. Sən.. səni
- Yaxşı yaxşı... özündən getdin ki... qorxma bu dəfəlik atana demərəm.
- Nə? atam? Atamın bura nə dəxli?
- Necə yəni? Bayaqdan tər tökürsən, qıvranırsan ki, atana demiyim. Mən başa düşdüm o saatca..Yaxşı bu dəfə demiyəcəyəm, amma bil ki, bu sənə baha başa gələcək.
Bic bic gülərək əllərini ovuşdurub otaqdan çıxdı.. Kənan isə hələ də şok vəziyyətində onun arxasınca baxaraq.. – nə ata? Nə qorxmaq? Qız, sən mənə neynirsən? Yox.. bircə bu yox.. bircə O yox. Kim olur olsun, amma o yox.. bu dəlinin nəyindən... susdu. Kənan sözünün tamamını gətirmədi çünki özü də anlamdı ki, indi baş verənlər nə demək idi. Tez otağına qayıtdı Salma hələ də otaqda idi. Acıqlı -acıqlı ona baxırdı.
– Kənan bəy
- Səlminə xanım.. zəhmət olmasa işinizin başına dönün.
- Amma Kənan bəy. əlimdəki sənədlərə baxacaqdıq. O Nərgiz hər şeyi korlamaqda qoçaqdır. Heç təccüblənmirəm ki, nişanlısının onu atmağına.
- Kənan əvvəlcə Salmanın dediklərinə acıqlı baxış atsa da. Maraq onu bürümüşdü.
- Nişanlısı atıb? Mən elə bilirdim o hələ də nişanlıdır.
- Yox. Atıb. Kimdir belə ifritəni özünə arvad edən.
Kənan özünü maraqlanmırmış kimi göstərərək Salmadan söz almaq istəyirdi.
- Maraqlıdır görən niyə ayrılıblar.
- əşi niyə olacaq xəyanət.
- Xəyanət?
- Hə Nərgizə xəyanət etmişdi nişanlısı. Sonra da atdı getdi. Belə də ki oğlana haqq qazandırıram belə çirkin qızı kim özünə arvad edər.
Salma danışdıqca Kənan tutuldu. Demək Nərgiz ondan belə qürurulu gəzir. Çox dərin yaralanığından. Ürəyində onun halına acıdı. Düşündü ki, bir daha onu incitməsin. O gecə baş verənlər də yəqin ki köhnə nişanlısının üzündən olub. Amma Salmanın sözünə güvənmək olmazdı. Hər şeyi bilmək istədi. Olduğu kimi. Nərgiz isə otağında işdən başını qaldırıb – yox bu belə olmayacaq. Istirahət lazımdır bir az.. Telfonunda sevdiyi şən mahnılardan birini qoyaraq otağında yavaş -yavaş gəzişməyə başladı. Və mahnının ritmini tutub özündən asılı olmadan otaqda oynamağa başladı. Qapının aralı olduğunu görən Kənan otaqda Nərgizin oynadığın görəndə üzündə təbəssümlə onu azca aralı qapıdan seyr etməyə başladı. Musiqi o qədər də ritmik deyildi, Fransızca mahnı olduğundan sözlərini baş düşməyən Nərgiz yenə də mahnını ifa edirmiş kimi özünü müğənni kimi təsəvvür edirdi. Kənan qapını azca da aralayıb onun hərəkətlərini seyr etdi. Bu qız elə bil rəqs etmir arı sancmasından qıvranırdı. Özünü saxlaya bilməyib onun qəribə hərəkətlərinə gülürdü. Artıq mahnı ilə yanaşı qəribə səsin də gəldiyini eşidən Nərgiz mahnını saxlayanda bunu qəh- qəhə səsi olduğunu anlayır. Arxaya dönəndə Kənanı əli mədəsində gözündə gülməkdən yaranan yaşlarla görür.
– indi gəl bunun dilindən qurtula da.. Nərgiz qızarmış halda hələ də gülən Kənana baxırdı.
- Nədir niyə gülürsən. Ayıb deyil sənə başqalarının otağına gizlin girirsən.
Kənan isə hələ də özünü saxlaya bilmirarada Nərgizi yamıslayan tərzdə hərəkətlər edir daha da gülürdü. Nərgiz onun bu halına əsəbiləşib çantasını götürüb otaqdan çıxır. Arxaya döndüyündə Kənan hələ də qapıda gülür onu yenidən yamıslayırdı.
- Səfeh.. uff.... sənə bu da azdır Nərgiz xanım. Dayan görərsən sən.
Gün beləcə bitmişdi.
Amma sabah nə ilə gələcəkdi özü ilə hansı sürprizləri gətirəcəkdi bilnmirdi. Hər kəs şirin yuxuya dalarkən Şəhriyar içini yeyən şübhələrlə gözünü bir nöqtəyə zilləmişdi. Bu işin əslini sabaha öyrənmə\səydi rahat olmayacaqdı.
Səhərin açılması ilə ayağa qalxan Ülviyyə hazırlaşıb işə gedərkən anası onu qapıda saxlayır.
- Bu gün işdən tez çıxacaqsan
- Yox, işlər çoxdur, Nərgizin işinə də kömək edəcəyəm.
- Hə yaxşı.
- Nədir ki?
- Heç nə get sağ salamat.
Ülviyyə anasının baxışlarını qaçırmasından başa düşdü ki, nəsə iş var, amma əhəmiyyət vermədən şirkətə qaçıb neçə vaxtıd rnərgizin üzərinə atdığı işləri həll etməli idi. Şəhriyarın gəlməməsindən istifadə edəcəkdi. Normal iş gününün sonunda Nərgiz Ülviyyəyə çay gətirərkən münasibətinin necə keçdiyini soruşur. Ancaq vaxt tapıb dedi qodu edəcəkdilər. Ülviyyə xoş əhval ruhiyyə ilə hər şeyi danışdıqdan sonra Nərgizə bağışlanması üçün dil tökürdü.
- Bağışla nolar. Bilirəm atdım bəzi işlərimi üstünə
- Bəzi?
- Yaxşı bir çoxunu
- Bir çoxunu?
- Uffff hamısını...
- Ay sağol davam elə.
- Söz verirəm toyunda elə iştirak edəcəyəm ki.
- Səni kimdir toya çağıran. Mən satqın rəfiqəni neynirəm toyda
- Ee Nərgiz bəsdirdə.. Həm de görüm sən neynirsən. Kənan bəylə ümid edirəm atışmaların olmur.
Nərgiz gözünü qaçırdaraq – aaa nə atışma.. o rəhbər mən işçi. Işimi görürəm vəssalam da.
- Dəqiq?
Nərgiz bu neçə gündə olan hər şeyi bir anlıq gözünün önündən keçirib utanaraq – aaa ayıb deyil...
- Yaxşı.. işlər məncə indi səhmana düşdü. Gedim mən. Şəhriyar da yoxdur.
- Nə əcəb
- Işi var gəlməyib. Gəlirsən sən?
- Yoxeee harada bəxtəvər. Mən axırıncı dəfə nə vaxt vaxtında çıxdığımı xatırlamıram.
- Caaann.. qalım köməyə?
- Yox get. Az qalıb 1 saata bitirərəm inşAllah.
Ülviyyə hazırlaşıb çıxanda şirkətin qarşısında tanış bir səs oonu səslədi. Dönüb baxdığında rəngi qaçdı. Bu Rəşad idi.
- Rəşad, sən burada neynirsən?
- Sənə də salam. Gəldim səni ziyarət edəm
- Çox nahaq. Xahiş etməmişdim
- Mən xahişsiz də sənin huzuruna gələrəm. Bu sözlərə əsəbiləşən Ülviyyə Rəşadın düz qarşısında dayanıb.
- - bax Rəşad mənim sevdiyim biri var və mən bütün gələcəyimi onunla qurmağı planlaşdırıram. İstəmədiyimi başdan bilirsən.
- Yalan danışmaq sənə heç yaraşmır. Bu sözü deyərkən Ülviyyəyə tərəf əyilib onun burnuna çırtma vurur. Bu anda kənardan qalın bir səs hər ikisinin diqqətini özünə çəkir.
- Narahat etmədim!
- Şəhriyar!
Ülviyyə Şəhriyara Şəhriyar Rəşada Rəşad isə təbii ki ülviyyəyə baxırdı. Bu üçlü baxışmanı kənardan seyr edən bir nəfərdə var idi. Nərgiz.
- Bircə bu çatmırdı.. gəldim Ülviyyə! Nərgiz əlindəki stəkanı qoyub qapını açaraq sürətlə otaqdan çıxacaqdı ki, sərt bir şeyə dəyib yerə yıxılır, tarazlığını itirdiyindən başı qapının dəstəyinə dəyir. Kənana dəydiyindən o da öz tarazlığını az qala itirəcəkdi. Nərgizin boş boş baxdığın başının qanadığını və Nərgizin özündə olmadığın görən Kənan təlaşlı halda – nərgiz, Nərgiz yaxşısan deyə soruşurdu. Nərgiz isə Kənana baxaraq üzündə bir təbəssümlə gözlərini yumur.
Ardı var


Şərhlər:
Baxılıb: 1499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz