Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (7-ci bölüm)
Təsadüf yoxsa alın yazısı (7-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1563
Səs ver:
 Ülviyyə evə girəndə anası qapının yanında dayanmışdı. 
- Haradasan bu vaxta qədər. Sənin iş vaxtın çoxdan bitib. 
- Hava alırdım
- Bu gün niyəsə çox almısan
- Nə istəyirsən?
- Ananla düz danış
- Anam mənimlə düz danışanda danışacağam. 
- Mənim sənə verdiyim tərbiyə budur?
- Dünəndən sonra məni məcbur elədin. Sənə hörmətsizlik etmək və acı danışmaq istəmirəm. İzninlə, sayəndə gecə də yatmamışam indi də başım çatlayır. Yatacağam.
- Rəşadgil gələn həftə gəlirlər.
- Gəlsinlər, nə də olsa sizə yaxındırlar, mənim yas mərasimimdə iştirak edərlər.
- Ülviyyə!!!
- Gecən xeyrə
Gülnaz qızının tərsliyinə bələd idi. Ona bu xasiyyət özündən keçmişdi. Bilirdi ki, o canına qıymaz, amma yenə də içinə ürpərti düşmüşdü. Varı yoxu göz bəbəyi qızının incidirdi. Amma düşünürdü ki, bu gün sadəcə müvəqqəti onu incidir, başqa biri isə onu ömürlük incidə bilər. Özünün qəlbindəki yarası keçməmişdi. Əgər bu tərslikdə adam, bu qədər ili hər şeyi olduğu kimi xatırlayırdısa Ülviyyə də elə olacaqdı. Gözləri doldu yenə. Ağlamaq ən son istədiyi şey idi. Özünü toparlayaraq Ülviyənin otağının qapısının ağzına yaxınlaşdı. Qapını açıb açmamaqda tərəddüd etdi. Bəlkə də tələsirdi. Dodağını dişləyib əlini qapıdan çəkdi. Gedib telefonu tez götürərək tələsik nömrə yığdı.
- Alo Gülyaz...Necəsən? Gülyaz bizim bir az işlərimiz düz gətirmədi, Kamalın səfəri çıxdı gələn həftəyə... təxirə salsaq ayıb olmaz sizə.... Hə nə bilim...arada onun belə işləri çıxır. Hərbiçidirdə hara desələr ora gedir. ...Çox sağol..yaxşı oldu mən sizə münasib vaxtı xəbər edərəm... oldu.. Sağol...
Telefonu qoyub bir başa Ülviyyənin otağına keçdi. Ülviyyə əlində telefon yuxulamışdı. Sakitcə bir müddətlik ona baxdı. Bilmirdi neynəsin. Qorxurdu, çox qorxurdu ki, onu incidərlər. Bütün ömrünü yalnız ona həsr etmişdi. Hər an düşünmək ki, kimsə onun qəlbini qıracaq dəli olurdu. Hikkəsi daha da baş qaldırır "Yox, Rəşad ən yaxşı namizəddir” deyirdi Əlindən telefonu alıb kənara qoydu. Saçını sığallayaraq üzünə baxdı. Ülviyyə yuxuda nə görürdüsə üzünə məsumca bir təbəssüm yarandı. Gülnaz da qızı ilə birlikdə gülümsədi. Qara saçlarına sığal çəkməkdə davam edərək illər əvvəl olanları xatırlamamaq üçün ancaq qızı haqqında düşünürdü. 
Şəhriyar isə evə çatan kimi yemək də yemədən otağına keçdi. Yerini rahatlayıb əlini telefonuna atdı. Sms yazmadan əvvəl bu gün olanları xatırladı. Yenə təsadüfən onunla görüşməyini. Yox bu dəfə təsadüf deyildi hər ikisi bir birini görmək üçün o məkana getmişdilər. Bu dəfə bilərək. Üzündə təbəssümlə əlini başının arxasına gətirdi. Tavana baxaraq Ülviyyənin adını pıçıltı ilə təkraralayırdı. Təkraraladıqca da gülümsəyirdi. Özü özünə təəcüb edirdi. – Bu qız məni lap uşaq elədi. Deyərək gülməyə başladı. Anasının otağa girməsi ilə sonlanan gülüş istər istəməz Təranə xanımın diqqətini çəkmişdi. 
- Mənim oğlum niyə gülür? Bilmək olar onu gecənin bu vaxtı, üstəgəl mənə əsəbi olduğu vaxta güldürən nədir?
- Heç .. yadıma bir şey düşdü..
- Elə? Yaxşı olsun. Günün necə keçdi. deyə deyə Şəhriyarın paltarlarını səliqəyə salan Təranə xanım Şəhriyara bəlli etmədən onun ciblərini də yoxlayırdı
- Ana heç nə tapa bilməyəcəksən, boşuna yorma özünü
- Nə? Mən heç nə axtarmırdım. Yumaq istəyirdim, dedim ciblərini boşaldım..
- Yaxşı yaxşı. Həyəcanlanma.. Şəhriyar gülə- gülə anasının boynunu qucaqladı. 
- Şəhriyar.
- Hm..
- Düşündün?
- Nəyi?
- Zülfiyyəni
- Eeee ana başlamada yenə. 
- Oğlum, mənim ağıllı balam axı niyə etiraz edirsən. Bir çıxın gəzin. Tanış olun. Mən anasından icazə alaram
- Yox ana çox sağol... Səni tanıyıram bircə dəfə də onunla çıxsam deyəcəksən ki, camaatın qızını aparmısan gəzməyə adına söz çıxıb indi də almalısan
- Ay Allah oğlum nələr danışır. Mən nə vaxt səni nəyəsə məcbur eləmişəm? 
- Mən futbola getmək istəyəndə sən zorla üzgüçülüyə göndərəndə, daha sonra xaricdə oxumaq istəyəndə buradakı universitetləri seçdirəndə, ixtisasca hərbiçi olmaq arzuma baxmayaraq iqtisadçı olmağımı istəyəndə. Yenə xaricdə iş təklifi alanda buradakı iş yerimdə qalmağımı istəyəndə, yenə sayım...
- Nədir pisliyinə eləmişəm. Gedib əl qolunu futbolda sınıdırardın, ya xaricdə öldürərdilər səni, hərbiçi olsaydın bütün günü gözüm yollarda qalacaqdı. Gül kimi işin sənətin var
- Yaxşı ana yaxşı.. 
- Hə yaxşı? Ay sağole mənim ağıllı oğlum gedib Sevincə zəng edim sabaha icazə alım. 
- Nə? Ana... mən ona yaxşı demirdim. Bağışla, amma bu dəfə sözünü yerə salası olacağam. Həm sən mənim evlənməyimi istəyirsənsə bir az səbr et. Söz verirəm bu tezliklə baş tutacaq. 
- Necə tezliklə heç qızın üzünü görmək istəmirsən.
- Hə inşAllah tezliklə, amma Zülfiyyə ilə yox. 
- Şəhriyar?
- Hmm..
- Kimdir o?
- Hələki səbr et deyib gülərək yenidən yerinə uzandı. Anası fikri dağılmış halda otaqdan çıxan kimi əlinə telfonu alıb sms yazdı. Sms-ə cavab gəlməyincə düşündü ki, yəqin yatıb. Səhər tezdən oyanan kimi zəng edib səsini eşidəcəkdi. Bu duyğularla yuxuya gedən Şəhriyar bilmədi ki, onun smsi oxunmuşdu, amma Ülviyyə tərəfindən yox. 
Gülnaz heç vaxt qızının əşyalarına toxunmazdı. Amma gecənin bu vaxtı telefona gələn sms və yazılmayan ad onu narahat etdi. Nə isə səhv tutmaq mənasında yox, sadəcə qorxdu. Və əlini atıb smsi açdı. Qısaca – Neynirsən? Yazılmışdı. Kim ola bilər deyə düşündü. Bəlkə də Nərgizdir. O tez tez nömrə dəyişir köhnə nişanlısına görə. Ola bilsin. Bu sms də ondan gəlmişdi. Telefonu yerinə qoyub otaqdan düşüncəli şəkildə çıxdı. 
(Nərgiz və Kənan )
- Saatdan xəbəriniz var, niyə imkan vermirsiniz mən gedim? Bu vaxtı adam işləyər?
- Nərgiz xanım çənənizə verdiyiniz gücü işə sərf etsəydiniz çoxdan bitirmişdik. 
- Mənim günahım deyil ki, sənin başın hər şeyi gec qəbul edir?
- Nə? Bu nə cürət? Sənin dilini kəsmək lazımdır!
- Məni bu gün dəhşətli dərəcədə əsəbiləşdirmisiniz bu bir, çirkin demisiniz bu iki, 
- gecə saat 12 dir işdə saxlamısınız bu üç, indi də çoxdanışan deyib işimi görməməyimi deyirsiniz bu da dörd. Sayım?
- Gözüm atmır səninlə işləməkdən ötrü. Atam sabahdan gedir. Bütün işləri bilməliyəm. 
- Elə mənim də gözüm atmır. Bəxtəvər olduq ki, işimiz var da bundan sonra. 
- Xanım qız! İşini gör. 
- Mən bitirmişəm. Qalanı sənin boynuna. Mən getdim.
- Hara? 
- Sağollll!!!
Kənan şok vəziyyətdə Nərgizin otaqdan çıxmasına baxdı, bir anlıq duruxsa da – bu qızın başı xarab olub gecənin bu vaxtı nəylə gedəcək..
- Nərgiz! Nərgiz səninləyəm. Xanım qız bir dayan. 
Kənan nə qədər sürətli yerisədə Nərgizə çata bilmirdi. Nərgiz isə Kənanın səsini eşitsə də özünü duymamazlığa vurub sürətlə addımlayırdı. Amma Kənan elə Nərgiz bağırdı ki, özündən asılı olmayaraq dayandı və əsəbi baxışlarla ona tərəf çöndü.
- Nədir! Nə səsini atmısan başına? Dedim axı mənim işim bitdi. 
- Tək hara gedirsən bu vaxtı? Saatdan xəbərin var sənin?
- Sayəndə taxi ilə gedəsi olacağam, avtobus və metro artıq bağlanıb. Olan qalan pulumu da ora xərcləyəcəyəm. Ehh... səndən kimə xeyir gələr ki
- İcazə ver mən aparım.
- Oldu... başqa arzun.. bəlkə evimə də dəvət edim çaydan yeməkdən... mənə bax, gözümə bax.. Axmağa oxşayıram?
- Yox, oxşamırsan. Özüdür ki, varsan
- Tərbiyəsiz
- Nərgiz!
- Nədire adımı əzbərləmisən elə bil... Nərgizlə Kənan didişəndə çalan telefon zəngi hər ikisini sakitləşdirdi. Nərgizin telefonu çalırdı. Əlini telfonuna atanda ekranda gördüyü nömrədən üzü döndü. Üzünün ağardığını görən Kənan özünü o yerə qoymasa göz ucu onu izləməkdə davam edirdi. Nərgiz telfona rədd cavabı verib çantasına atdı. 
- Mən getməliyəm. Bunu elə sakit tonla dedi ki, elə bil bayaq səsini başına atan qız deyildi. Sakit ton Kənanı lap şübhələndirdi. 
- Nərgiz dayan! Yaxşısan
- Sabah gəlib qalan işləri görərəm. 
- Adam kimi danışmağı bacarırmışsan ki.
Kənanın bu sözünə Nərgiz elə bir baxış atdı ki, Kənan özündən asılı olmayaraq bir addım geri çəkildi. Zəng edən kim idisə onu quzuya çevirmişdi. Eyni zamanda da əzazilə. Kənan beynində düşüdü ki, bəlkə sevgilisidir. Onu saxladığına görə acığı tutub. Özünü saxlamayıb soruşdu
- Nərgiz nişanlındır?
- Sən hardan bilirsən nişanlımın olduğunu? Bu şirkətdə heç kimin ağzı yumulmur ki. 
- Eyy dayan mən bilmirəm. Elə belə soruşdum. Niyə əsəbiləşirsən? Acığı gəldi bu vaxta qalmağından? İstəyirsən mən izah edərəm. Deyərəm ki, işlə əlaqəli saxlamışıq. 
- Ehtiyac yoxdur. Sağolun.
- Ay qız dayan bir. Sən necə 9 ay səbr eləmisən. Əstafurulla....gəl gedək mənimlə gecə vaxtı taksiylə getməyinə icazə verəcəyimi düşünmürsən hər halda. 
- Sizdən icazə aldığmı xatırlamıram. Həm taksiylə gedərəm daha yaxşı. 
- Tərslik eləmə düş qabağıma gedək. 
- Arividerçiiiii (sağol)
- Nə? 
Bir göz qırpımında yoxa çıxan Nərgizə baxan Kənan çaş -baş vəziyyətdə onun arxasınca çıxdı. Qız işinin yanında dayanan taksiyə yaxınlaşaraq əyləşdi. Kənan isə öz maşının ilə taksinin arxası ilə sürdü. Nərgizin mənzil başına çatdığını görüb geri dönəcəkdi. Gəlib evlərinin qabağına çatanda isə kənar bir yerdə saxladı. Nərgiz bloka girənə yaxın maşını işə salırdı ki, kiminsə qaranlıqda ona yaxınlaşıb qolundan tutduğunu gördü. Düşmək istəsə də düşündü ki, nişanlısıdır. Görünsə ona problem yaradar. Odur ki, maşında oturub izləməyə başladı. Amma kənardan heç də nişanlı iki gəncə bənzəmirdi. 
- Sən öz başına olmusan deyəsən. Bu nə vaxtın gəlişidir. Telefonumu da açmırsan.. Nədir yoxsa sevgilinlə idin
- Sənə haqq hesab verən deyiləm. Çıx get polis çağırmamış. 
- Çağır, çağır.. nə dayanmısan. 
- Vüsal yalvarıram çıx get, başımı bəlaya salma. 
- Nərgiz sən mənimsən başa düşürsən mənim.
- Onu xəyanət etmədən əvvəl düşünərdin. 
- Lənət şeytana bunu sənə izah elədim axı.
- Izahın qəbul olunmur. Sevgilinin izahı daha aydın oldu mənə. Cəhənnəm ol.
- Nərgiz! 
Vüsal qolunu elə sıxdı ki, Nərgiz qışqırmağa başladı. Kənan kənardan səsi eşidən kimi maşından düşüb onlara tərəf gəldi. 
- Nərgiz! 
- Kənan! 
- Nəsə problem var. 
- Yox , yox problem yoxdur. Narahat olma gedə bilərsən. 
Vüsal Kənanı başdan ayağa süzüb Nərgizə tərəf döndü. – məni buna dəyişmisən. 
- Vüsal ağzının danışığını bil. İndi poils çağıracağam çıx get. 
Vüsal daha da qəzəblənərək –Fahişə deyərək Nərgizə bir sillə çəkdi. Təbii ki, bu vəziyyətdə şok olan Nərgiz artıq olanların qarşısını ala bilmirdi. Yerə yıxılıb dişini sıxdı ki, ağlamasın.. Kənan isə çoxdan Vüsalın gül camalında sabaha göyərəcək çiçəklər əkirdi. Vüsal ağzı burnu qan içində ayağa qalxaraq – bu məsələ burda qalmadı. Hər ikiniz görəcəksiniz deyərək uzaqlaşdı. 
Kənana yerdə yığılıb qalan Nərgizi görəndə istər istəməz ona yazığı gəldi. Əlini uzadaraq – sən yaxşısan? Dedi. Nərgiz başını da qaldırmadan – Nahaq gəldiniz. Sizi bura çağıran yox idi. 
- Bu da sənin çox sağolundur. Gərək səni döyərdi?
- Sənə qalmayıb. Sən gəlməsəydin də özüm öhdəsindən gələrdim
- Kimdir o? Heç nişanlıya oxşamır
- Dedim ki, sənə qalmayıb. Yardım etdin çox sağol. Indi get. Onsuzda nə oldudsa sənin üzündən oldu. Nərgiz arxasına da baxmadan bloka girdi. Kənan isə onun bu "şirin dilindən” çıxan kəlmələri eşidib özü də peşiman. – Lənət sənə kor şeytan, denən sənə lazımdır. Qoy vursun canını çıxartsın...əşii...
 
P.S 6-cı bölüm başqa bir bölümnən səhv düşmüşdü.Düzəldildi 6-ci daha sonra 7-ci bölümü oxuyun.


Şərhlər:
Baxılıb: 1563
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz