Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 5)
Təsadüf yoxsa alın yazısı (Bölüm 5)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1608
Səs ver:
Axşamın tez keçib getməsi üçün Ülviyyə bildiyi bütün duaları ard arda oxuyurdu. Şəhriyarın sevgisi onu o qədər dəli etmişdi ki, nə dua etdiyini də bilmirdi. Birdən ağlına Şəhriyarla görüşləri gəldi. Xəfifcə üzünə gülüş qondu. Bu anda kiminsə səsi onu ayıltdı. Bu Rəşad idi.-Niyə güldün?
Ülviyyə geriyə dönüb gördü ki, Rəşad əlləri qoynunda eyvanın qappısında dayanıb. 
- Məni güdürsən?
- Unutmusan bura mənim evimdir
- Yox unutmamışam, amma kənardan səssiz gəlmək öz evin olsa belə düz deyil
- Yad insanlar üçün hə.
- Başa düşmədim
Rəşad əllərini açıb Ülviyyəyə yaxınlaşdı. Əli ilə Ülviyyənin saçını qulağının ardına yığmaq istəyirdi ki, Ülviyyə cəld geri çəkilib qəzəbli baxışlarla Rəşada baxdı. Rəşad isə özünü itirmədən Ülviyyənin qulağına pıçıltı ilə "Yaxında bu evin gəlini olacaqsan ona görə dedim.”
Sözlər Ülviyyəni elə bil göyün yeddinci qatından yerə çırpdı.
- Sən nə dediyini deyəsən...
Rəşad Ülviyyəyə qulaq asmadan əlləri cibində, üzündə təbəssüm özündən razı halda otaqdan çıxdı. 
Ülviyyə o qədər əsəbiləşdi ki, anasının yanına gəlib Rəşadın anası ilə söhbət etdiyini görsədə yüksək səslə. "Getmirik evə? Səhər işə gedəcəyəm tez yatmalıyam” dedi. Gülnaz və Rəşadın anası təəcüblü halda Ülviyyəyə baxdılar. Ülviyyə özünü sındırmadan sözünə davam etdi. "Mən atama deyim ki, onu gözləyirik” Gülnaz xanım pərt olmuş halda Gülyaza baxaraq. Bu aralar işləri çoxdur, gecə gündüz işləyir yorulub. Deyərək vəziyyəti düzəltməyə çalışdı. Gülyaz isə gülümsəyərək eybi yox indiki cavanlar belədir sən fikir eləmə dedi. Evə gedənə qədər Ülviyyə anasının qəzəbli baxışlarını bir neçə dəfə üzərində hiss etsə də əsəbdən, gərginlikdən vecinə də deyildi. Ana qız arasında olan gərginliyi hiss edən Ülviyyənin atası Kamal bəy qarışmamaq üçün evə girən kimi iş otağına çəkildi. Gülnaz Ülviyyəyə tərəf gəlib danışmaq istəyirdi ki Ülviyyə onun sözünü ağzında qoyub. "Çox yorğun və əsəbiyəm indi yox. Sabah.. Sabah nə qədər istəsən danlayarsan. Hə bir də bil ki, mən o Rəşadla evlənməyəcəyəm. o soxulcan mənim bütün əsəblərimi korladı.” 
- Gələcək ərin haqqında düzgün danış. 
- Nə?
- Eşitdin. Biz Gülyaz xanımla danışdıq. Gələn həftə səni istəməyə gələcəklər. Oğlan evdə deyib ki, o qızdan başqası həyat yoldaşım olmayacaq
- Nə haqla? Axı
- Ülviyyə! Onsuzda bu gün məni biabır etdin. Atanla sənə verdiyimiz tərbiyəni nümayiş etdirirdin. Ayıb olsun sənə
- Ana başa düşmürsən. Onun mənimlə danışdığı tonu görsəydin
- Nəyini görüm. Mədəni ağıllı, işi gücü yerində, evin də bir tək oğlu. Bundan artıq bir qadına nə lazımdır?
- Çox şey.. inan ana bundan daha çox şey lazımdır. Hətta sənin sadaladığın o pul var dövlət iş güc ad san.. onlar heç lazım da deyil. 
- Ülviyyə! Səsini yüksəltmə mənə. Bu gün ora gedən kimi Kamalla Rəşadın atası Nazim ,mən də Gülyazla danışdım. Ailə səni gəlinləri görmək üçün əldən ayaqdan gedir. Sənsə balaca uşaqlar kimi naz edirsən
- Bəs nə oldu? Bəs mən istəməsəydim vermiyəcəkdiniz? Atam özü dedi ki, əsas mənim fikrimdir. 
- Narahat olma mən atana dedim ki, Ülviyyə utanır yox deməyə
- Anna buna nə haqqın var? Məni niyə öldürürsən.
- Get yat indi əsəbisən. İnan anana gələcəkdə sağol deyəcəksən mənə. Nə bilirsən gedib naxləfin birinə vurulacaqsan o da səni gözü yaşlı edəcək. Ağıllı ol.
- Yox! Yox! Yox! Ölərəm daha yaxşı
- Ülviyyə! Atan eşidəcək indi. 
- Eşitsin! Məni necə məhv elədiyini qoy o da görsün. 
- Sən nə danışırsan qızım nə məhv etmək?
- İnan anan sənə olan bütün inamım, güvəncim itdi. Bu evdən ağ kəfənlə çıxaram, amma Rəşada qismət olmayacağam bunu unutma. 
Gülnaz Ülviyyənin bu sözünə əsəbiləşib onun üzünə bir sillə vurdu. Özü də tutduğu əməldən peşiman oldu, amma üzünü bəlli etmədən otaqdan çıxdı. Qapını bağlamadan isə, "ağlını başına yığ, atanın da mənim də adımı batırma” dedi. 
Gülnaz əlinin sıxaraq mətbəxə gəldi. Ülviyyənin sözü ona illər əvvəlki özünü xatırlatdı. Tez özünü toparlayıb masa üzərini səliqəyə salmaq istədi. Hər şey yerli yerində idi, amma Gülnaz başını qatmaq üçün, xatırlamamaq üçün nə iləsə başını qatmalı idi. 
Ülviyyə isə ağlamırdı. Hikkəsindən özünü yerə çırpıb üsyan edirdi. Bütün gecə yatmadan otaqda o baş bu başa gedərkən telefonuna gələn zəngi və smsi görmədi. Sms yazan və zəng edən isə Şəhriyar idi. 
Ülviyyənin onun smsinə cavab vermədiyini görəndə zəng etməyi qərar verdi. Zəng də cavabsız qalanda bir az ümidsizliyə qapandı. Sonra öz özünə düşündü ki, bəlkə tez yatıb və görməyib. Səhəri gözləməyə qərar verdi. 
Ülviyyə isə səhərin necə gəldiyini bilmədi. Sübh çağında hazırlanıb evdən çıxmaq istəyəndə atasına rast gəldi. 
- Qızım yaxşısan? 
- Sabahın xeyir ata.
- Olsun, amma deyəsən sənin üçün heç də xeyirli deyil. Mənə bax görüm. 
Ülkər yuxusuz qaldığı üçün bir də ağladığı üçün gözləri qan çanağına dönmüşdü. 
- Niyə ağlamısan? Bu sözü demişdi ki, Gülnaz qapıda göründü. Ülviyyə anasına baxıb. – ondan soruş dedi və sağollaşıb evdən çıxdı. (Muellif Lili Sh)
- Gülnaz nə olub bu qıza?
- Heç nə.. Cavandır. Indi etiraz edir, amma öyrəşəcək zamanla.
- əminsən. Məncə biz tələsik qərar verdik. Heç nə Ülkərdən dəyərli ola bilməz
- O nə sözdür. uşaqlıq edir fikir vermə ona. Həm söz vermişik artıq. Geri dönüş ayıbdır bizim üçün
- Mənim qızım hər şeydən daha önəmlidir
- Ay kişi narahat olma 2-3 günə öyrəşəcək hər şeyə. Evin tək qızıdır deyə hər nazı ilə oynamışıq indi də ərköyünlük edir. Həm yaxşı olardı ki, qızımızı naxələfin biri aldatsın gözü yaşlı qoysun ömür boyu? 
- Hə düzdür amma..
- Gəl dək səhər yeməyini verim. Narahat olma düz edirik.
Ülkər özü də fərqinə varmadan avtobusla metroya qədər gedəcəyi 30 dəqiqəlik yolu piyada getmişdi. Fikirdən beyni dağılacaqdı. Rəşadın sifəti, özündən razılığı bu qədər təsir etməmişdi nəinki anasının yad insan kimi danışması. Elə bil düşməni idi. Çalan telefon səsi onu bir anlıq fikridən yayındırdı. Əlini telefona atanda cavabsız zənglər və smsmlər gördü. Hamısı Nərgizdən idi. Üzr istəyirdi dünənkinə görə. Amma içində bir tanımadığı nömrə var idi. Həm zəng həm sms nömərini tanımadığından smsmi oxuyub sonra zəng vurmaq qərarına gəldi. İşi ilə əlaqədar ona çox vaxt başqa nömrələrdən zəng gəlirdi. Düşündü ki, bu da onlardan biridir. "Salam. Necəsiniz? Mənəm Şəhriyar. Ümid edirəm narahat etmədim” Ülviyyə əlində telefon donmuşdu. Hə o bilirdi ki, nömrəsi artıq Şəhriyarda var, amma dünənədən olanlar onu o qədər üzmüşdü ki, Şəhriyarı tamam unutmuşdu. Ya da əslində unutmamışdı, bütün mübarizəsi onun üçün idi. Şəhriyar üçün. 
Şəhriyar isə səhərin gözü açılmamışdan telefon əlində fırlanırdı. Hər dəqiqə telefonun işığını yandırın ekrana baxıb məyus halda bağlayırdı.
- Telefonun səsini almısan? 
Elçinin səsi onu fikirdən ayırdı. 
- Nə?
- Deyirəm telefonun səsini almısan 
- Yox.
- Onda narahat olma sms ya da zəng gəlsə çalacaq. (muellif Lili SH)
Şəhriyar Elçinin nə demək istədiyini başa düşmüşdü, amma həyəcanının gizlədə bilmirdi.
- Birdən acığına gələr nömrəsini tapıb yazmağım? Bəlkə ona görə yazmır
- Mümkün deyil 
- Mümkün deyil? Niyə bu qədər əminsən? 
- Səncə?
- ....
- Dünən Jalə ilə danışanda dedi ki, Ülviyyənin rəfiqəsi zəng edib səninlə maraqlanıb.
- Başa düşmədim Ülviyyənin rəfiqəsindən mənə nə. 
- Off Şəhriyar off... Sən bu gedişlə evlənə bilmərsən. Necə yəni başa düşmədim. Qızın rəfiqəsi özünə görə maraqlanmırdı hər halda
- Yəni deyirsən...
- Hə onu deyirəm. 
Şəhriyar bu söz bir az rahatlayıb gülmsədi ki, telefonun işığı yandı. Cəld telefonu əlinə alanda həyəcandan telefon əlindən çıxıb yerə dəydi. Elçin onun bu halına gülməmək üçün özünü güclə tutsa da Şəhriyarın "off bank mesajıdır” deyərək sifətini uşaq kimi turşutması artıq pik nöqtə idi. Otaqda qəh qəhə çəkən Elçinin üstünə cuman Şəhriyar çalan telefon səsini bir anlıq eşitmədi. Elçin gülüşünü kəsəndə hər ikisi telefona baxıb dayandılar. Zəng kəsildi. Şəhriyar əlini telefona atıb. – Odur odur.. zəng vurdu... odur deyib sevinirdi ki, Elçin – nə dayanmısan yığda sözündən ayıldı.. – Hə hə düzdür. Telefonu qulağına aparanda eşitdiyi xanım səsi arzuladığı şəxs deyildi. "Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” söndürdü..deyərək məyus halda yerində əyləşən Şəhriyar bir az da qəzəblənərək telefonu kənara atdı. Bu qız məni lap uşaq elədi. Özünə gəl Şəhriyar. İstəsə özü yığar. Buna bax zəng vurub sonra telefonu söndürür. Yəqin vaz keçdi. 
Ülviyyə isə telefonu az qalırdı divara çırpsın. 
- Vaxt tapdın sönməyə eşşək. Lənətə gələsən səni! Ayrı vaxtlar lazımsız lazımsız ötürsəne... Nə oldu indi. 
Nərgiz otağa girəndə Ülviyyənin bu halını görüb daha da çaşqın halda qaldı. Ülviyyə isə Nərgizi görüb – o zəng eləmişdi. Təkrar yığdım telefonum söndü. Deyərək hıçqırdı. 
- Ey niyə ağlayırsan.. gözlə.
Nərgiz telfonunu çıxardıb nömrəsini Ülviyyənin nömrəsi ilə dəyişdi. 
- Al indi zəng vur. 
Ülviyyə gözlərində yaş gülərək telefonu aldı və nömrəni yığmaq istəyirdi ki, yenə ağlamağa başladı. 
- Indi nə oldu? 
- Nömrə telefonda idi əzbər bilmirəm!!!!
- Aydaa!!! Gözlə bir dəq şirkətdə eyni markanın adaptorunu tapacağam. Gözlə..ağlama
Ülviyyə isə balaca uşaqlar kimi ayağın yerə döyüb ağlayırdı. Onun tək xilaskarı Şəhriyar idi bu saat. Nə Rəşad nə anası nə də başqa biri onu zorla istəmədiyini elətdirməyəcəkdi. (muellif Lili SH)
Nərgiz dəli kimi bütün şirkəti gəzir telefonun enerjisini doldurmaq üçün adaptoru axtarırdı. Tərs kimi ya telefonlar uymurdu ya da adaptoru gətirməmişdilər. Nərgiz hirslənib. – Bu lənətə gəlmiş şirkətdə kimdəsə....telefonu üçün adaptor var? deyə qışqırdı. Arxadan kimsə boğazını düzəldirmiş kimi qalın səslə- bağışlayın xanım. Mən də var. Verə bilərəm. Nərgiz arxaya çönmədən ağzı qulaqlarında güldü. – inan səni bu saat qucaqlayaram deyib geri dönəndə gördüyü adamı tanımadı.
– Sən kimsən? 
– Belə mükafata etiraz etiraz etmərəm. kimliyimə gəldikdə isə bu lənətə gəlmiş şirkətin bir işçisi. 
- Təzə gəlmisən şirkətə, lənətə gəlmiş deyirsən. Ayıb deyil sənə
- Mənə ya sizə? 
Nərgiz bu sözü ilk olaraq özü dediyini xatırlayıb özünü itirmədən "mənə olar. Mənim qədər burada əziyyətin keçsəydi sənin də ixtiyarın olardı.” Həm sən kimsən?Mən burda hamını tanıyıram, amma səni görməmişəm. 
- Demək hamını tanıyırsınız? Deyərək səliqəli şəkildə geyinmiş oğlan Nərgizə yaxınlaşdı. Ətrafdakılara başı ilə işlərinə dönməyi göstərir verirmiş kimi tərpətdi. Hər kəs öz işinin başına döndü. Nərgiz bunu görüb başa düşdü ki, qarşısında dayanan şəxs kimdirsə sözü keçən biridir. Hər halda təzə işə düzəlib deyə düşündü. Bir az da qəzəbləndi ki, onlar burda neçə ildir əziyyət çəkirlər, amma Kamran bəy yad birini yüksək vəzifəyə götürüb.
- Hə demək deyirsiniz hamını tanıyırsınız? Deyə pıçıltı ilə Nərgizə tərəf əyildi. 
Nərgiz çaşqın halda geri çəkilərək. –aparatı verirsən yoxsa axtarmağa davam edim. 
- Yaxşı.. gedək..
- Hara?
- Hər halda üstümdə gəzdirdiyimi düşünmürsən.
Nərgiz yenə də özünü itirmədən onun arxasınca getdi. 
- Demək bu qədər vacibdir bu aparat ki, şirkətə lənətə gəlmiş deyirsiniz bayaqdan ora bura qaçıb axtarırsınız. 
- Aydaa... Sənə nə? Aparatı verirsən ver vermirsən mən gedim.
- Çox mədənisən maşAllah
- MaşAllah günün olsun. Deyərək üzünü qəsdən gülürmüş kimi buruşdurdu
- Elə eləmə daha da çirkin olursan (muellif Lili SH)
Nərgiz gözlərini qıyıb hirslə aparatı ondan alıb qapıdan çıxdı. Çıxandan sonra fərqinə vardı ki, Kamran bəyin otağına giribmiş. Bir anıq durub yəqin ki, aparatı Kamran bəyə veribmiş deyə düşündü. – Buna baxe axmaq icazəsiz filansız rəhbərin otağına girir. Nə adamlar vare.. hiii Ülviyyə.!!! Gəldim gəldimm. Deyərək otağın qarşısından cəld qaçaraq öz otaqlana gəldi. Ülviyyə isə artıq içini çəkirdi ağlamaqdan. Həm yuxusuzluq həm dünənki stress onun əsəblərini korlamışdı. 
- Ülviyyə ağlama tapdım bax.. ağlama indi bir dəqiqəyə düzəldəcəyəm. Ala bax. Hazırdı. Nömrəni də taxdım. 
Ülviyyə isə içini çəkə çəkə daha bərkdən ağladı.
- Indi nə oldu yaxşı!!!
- Bu səslə danışacağam. Deyərək içini çəkirdi.
- Hə tanımaz səni. Bəlkə mən danışım. Deyərəm qrip olmuşam səsim başqa cür çıxır
Ülviyyə ağlamağını kəsib Nərgizə baxdı
- Hə məncə də bu yaxşı fikir olmadı deyəsən. Neynime əlimi ayağıma dolaşdırdın. Onda sakitləş. Gedək əlini üzünü yu. Sonra zəng vur. 
Ülviyyə razılığını bildirib otaqdan çıxanda Nərgizin az əvvəl dəhlizdə rastlaşdığı və aparatı aldığı oğlanla rastlaşdılar. Ülviyyəni gözü yaşlı görüb təəcüblə Nərgizə baxdı. 
- Nədir indi işçiləri acılayırsan?
Nərgiz çaşqın halda bir Ülviyyəyə bir də oğlana baxıb – kim mən? Deyə bildi
- Hə sən.. Qıza nə demisən belə.. Ağlamaqdan az qala ürəyi partlayacaq. Gör nə günə düşüb. Ülviyyənin isə yuxusuzluq həssaslığını üzə vurmuşdu. Oğlanın bu sözünə daha da ağlayıb otaqdan çıxdı. Nərgiz qəzəblə - Sən neynədin? 
- Mən? Mən niyə? Sən elədiyini eləmisən? Qızın gözləri yerindən çıxacaq az qala.
- Dəlisən sən. Adam bir qıza "Bu nə gündədir” deyər heç.
- Mənim üstümə niyə düşürsən. Qızı o ki var ağladan sənsən. Həm ver bura aparatı sənə yaxşılıq yoxdur
- Ala başına çırp lazım deyil sənin aparatın. Axmaq!
- Nə! Axmaq! Mənə bax balaca, danışığına fikri ver
- Balaca özünsən. Verməsəm neyniyəcəksən? 
- Işdən çıxmaq məsələn. Necə səslənir.
- Ha ha haaa.... sən onu özünə eşitdir. Kamran bəy neçə illik işçisini bir günlük işçiyə görə çıxarmaz ağıllı. 
- Baxarıq
- Baxarıq!!
- Ver bura aparatı
- Ala.. lazım deyil heç.
Oğlan getsə də. Nərgiz onu acılaya -acılaya yerində oturdu. "Buna baxe. Necə əsəblərimi korladı. Səfeh. Harada səfeh var məni tapır.” Otağa bir anlıq sakitlik çökdü. Nərgiz sakitlik hiss edib nəyisə düz eləmədiyini düşündü. Amma nəyi tapa bilmirdi. 
Ülviyyə qayıdıb gəlmişdi. Bir az daha yüngülləşmişdi. İçini çəksədə çox hiss olunmurdu. Nərgizə yaxınlaşıb - Hanı?
- Nə hanı?
- Telefon?
- Nə telefon?
- Mənim telefonum?
- Sənin telefonun?
- Nərgiz!!
- Hə ..hə...əlbəttə sənin telefonun orda zaryatkaya qoy.....yoxx... bircə bu yox... artıq nəyi düz eləmədiyini tapmışdı.
Ardı va


Şərhlər:
Baxılıb: 1608
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz