Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (10-cu bölüm FİNAL)
Milyon qızılgül (10-cu bölüm FİNAL)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1809
Səs ver:
Payız keçmiş yerini qışa təslim etmişdi,özümə gəlmişdim deyə bilmərəm,ancaq onsuzluğa öyrəşmişdim,qəbul etmişdim ki,o yenidən məni aldatdı,çünki bəd xəbər tez yayılırdı,Caviddən isə heç bir xəbər yox idi. Bu müddət ərzində Ramil mənə çox kömək etmişdi,mən ona heç nəyi danışmamışdım,Ramilə sadəcə,
-o məni aldatdı,-demişdim.Ramil yenidən nəyəsə ümid etməsin deyə,-bundan sonra mən heç vaxt ailə qurmayacam,-demişdim.Dekab rın 15-i Nazlıgilin toyu idi,toya məni Ramil gətirmişdi.Əlinin atası anasından boşanmışdı,bir neçə vaxtdan sonra məlum olmuşdu ki,heç demə onun başqa ailəsi də var imiş,Əlinin anasını boşayan kimi o ailəsinin yanına getmişdi.Nə Əli,nə də anası buna görə onu heç vaxt bağışlamayacqlarını deyirdilər.Nazligilin toyu maraqlı və gözəl keçmişdi,Əli toyun əvvəlindən axırına kimi Nazlının əlini tutmuşdu.Məni toya Ramil gətirsə də evə atam aparacaqdı.Mən anama Cavid barədə danışmasamda Südabə müəyyən şeylər demiş,o da atama demiş olmalı idi ki,atam əvvəllər bir idisə indi beş qat artıq nazımı çəkər,hər istəyimi yerinə yetirərdi.
Qış sesiyasından sonra dərslərə getməyə başlamışdım,Ramil arada işdən icazə ala biləndə gələr,biz birlikdə gəzməyə gedərdik.Nə o mənə öz hisslərindən danışmaz,nə də mən ona ümidverici heç nə deməzdim.Cavidi unutmamışdım,əslində onun məni aldatdığına da bir növ özümü inandırmağa çalışırdım,çünki ona nəsə olub fikri məni dəli edirdi,öz canımdan yox,dəli olmaqdan da yox,valideynlərimin canından,mənim halımın onlara dağ çəkəcəyindən qorxduğum üçün Cavid məni aldatdı fikri ilə özümü sakitləşdirir,onsuzluğu öyrənirdim.İlk aylarda hər gün onun mənə yazdığı məktubu oxuyur,”Mən səni sevirəm” sətrinə çatanda isə hönkür-hönkür ağlayırdım.Ad günüm gəlmişdi.İçimdə bir umidlə ondan nəsə gözləyirdim.Həmin günü Rauf əmigil,Ramil qardaşlarım,hamı bizdə idi,lakin mənim bütün günü telefon əlimdən düşməmişdi.Ondan isə heç bir xəbər olmamışdı.O gün bir daha ümidim qırılmış,Cavid dəftərini bağlamağa qərar vermişdim.Bu il sonuncu kurs idim,bütün diqqətimi dəsrlərimə,dövlət və sonuncu semestr imtahanlarına vermişdim.Səkkiz mart günü anamın yubiley yaşını,əlli beş yaşını qeyd etmişdik,atam xatirə kimi qalsın deyə videoçəkilişdə etdirmişdi.O gün Ramil bir daha mənlə ailə qurmaq istədiyini demsə də mən,
-Ramil mən heç vaxt heç kimlə ailə qurmayacam,-cavabını vermişdim.
-bütün ömrünü tək-tənha yaşayacaqsan?Dəyərmi hansısa alçağa görə?,-Ramilin Cavidi belə adlandırmağı mənə ağır idi,bu qədər yaşadıqlarıma baxmayaraq mən heç vaxt Cavid haqda o fikirdə olmamışdım.Cavid mənim üçün toxunlumaz idi,o məni atdı desəmdə heç kimə onun haqda bu çür təqiramiz danışmasına icazə vermirdim.
-heç vaxt...birdə heç vaxt onun haqqında belə danışma,eşidirsən məni,sənə qadağan edirəm onu təhqir etməyi..Ramil qəzəblə üzümə baxıb,
-səni atıb gedən birinə niyə bu qədər dəyər verirsən?
-onun məni atdığına hamını inandırdığım kimi özümü də inandıra bilsəm kaşki,sən məni başa düşmürsən,bunu heç gözləmirəm də.Ramil gözlərimə baxıb,
-sən hələdə onu sevirsən,-dedi,susub heç nə deməmişdim,Cavid barədə heç nəyi özümə etiraf etmirdim,o böhrana birdə düşsə idim çıxmağım mümkün olmayacdı,ikinci dəfə eyni şeyləri yaşamaq istəmirdim.Ramil üzünə kinayəli gülüş qondurub,
-nə unudulmaz sevgi imiş,-dedi və getdi.o gündən sonra Ramili uzun bir müddət görmədim.Dövlət imtahanını uğurla verib,universiteti fərqlənmə diplomu ilə bitirmişdim.Məzun günündən sonra isə atam bizi Zaqatalaya,əmimgilin ordakı evlərinə istirahətə aparmışdı.iyulun 3-ü Cavidin ad günü idi,yenə xatirələrə dalmışdım,bir il idi ondan xəbər yox idi.Son günlərdə yenə onun məndə olan yeganə şəklində,kloundakı şəklə baxar,niyə belə oldu? Sualı ətrafında çox düşünərdim.Sentyabrda yenidən bakıya qayırmışdıq,atamgilə işləmək istədiyimi deyəndə atam,
-nəyə ehtiyacın var axı sənin alım?,-deməsinə
-insanlarla ünsiyyətə,təklikdə qalsam düşəcəyim çuxurdan siz belə məni çıxara bilməyəcəksiz,-deməyimlə atam işləməyimə icazə vermişdi.Rauf əminin tanışlarından biri məni bir türk şirkətində işə düzəltmişdi.İşim şirkətin arxiv və müqavilələrin hazırlanmasından ibarət idi.Şirkətin türk şirkəti olsada əsas işçi heyyətini azərbaycanlılar təşkil edirdi.Çalışırdım işlə başımı qatım,evə gedəndə isə anamla,atamla öoturub söhbət edər,Cəmilgil bizdə olanda isə Arzu ilə oyun oynayardım,Südabə ilə də uzun söhbətlərimiz azalmışdı,o Cavid barədə soruşmasa da hiss edirdim ki,peşmanlıq hiss keçirir,bəlkədə o vaxt Ramilə yox deməyimdə özünüdə payı olduğu üçün peşmanlıq hissi keçirirdi,bəlkədə Cavid barədə yanıldığı üçün.Günlər keçirdi.Bir gün iş zamanı Ramil zəng vurub mənimlə danışmaq istədiyini dedi.Ona işdən çıxacağım vaxtı deyəndə o həmin saatda orda olacağını deyib sağollaşmışdı.İş vaxtı bitəndən sonra hazırlaşıb qapıdan çıxanda Ramilin məni gözlədiyini gördüm.O yaxınlaşıb salam verəndən sonra sakit bir yerə gedib danışmaq istədiyini dedi.Ramilə evimizə yaxın parka gedək dedim.Biz gəlib parkda sakit bir tərəfdə əyləşdik.Maraqla onun nə deyəcəyini gözləyirdim.Ramili ikinci dəfə belə həyəcanlı və qərarlı görürdüm.
-Hilal,atamgil məni evləndirmək istəyirlər,hətta mənə qız da tapıblar,ancaq,-o gözlərimə məyusluqla baxıb,-ancaq mən səni unuda bilmirəm,gəl daşı ətəyindən tök mənə hə de,-o ikiqat artıq həyəcanla mənim cavabımı gözləyirdi.
-kimdiki qız?
-xalam qızı Kəmalə,-Kəmaləni bir-iki dəfə Rauf əmigildəki qonaqlıqlarda görmüşdüm,çox şirin ünsiyyətcil qız idi,Nüşabə xalanı özünə görə düzgün seçim etmişdi,həqiqətəndə Kəmalə həm onun həmdə Ramilin öpə biləcəyi qız idi.Əlimi Ramilin əlinin üzərinə qoyub,
-Ramil,əminəm ki,Kəmalə sənə yaxşı həyat yoldaşı,ailənizə də yaxşı gəlin olacaq,-dedim.Ramil ümidsiz halda,
-deməyə başqa söz qoymursan heç vaxt.Mən gülümsəyib,
-toyuna çağırmağı unutma ha,bax inciyərəm,-dedim.Ramillə bu danışığımızdan iki həftə sonra onun nişanı olmuşdu,nişana məndə getmişdim.Kəmalə xoşbəxt görünsə də Ramil kefsiz və könülsüz idi.Ancaq əmin idim ki,o zamanla Kəmaləni sevəcək,xoşbəxt olacaqdı.Günlər keçirdi,yeni il gəlmişdi,hər bayram olduğu kimi bu bayramda da keçmişlə yaşayırdım.Südabəylə təkliyə çəkilib söhbət edirdik.
-Onu unutmusan,-Südabə uzun zamandan sonra ilk dəfə Cavid haqda nəsə soruşurdu.
-bilmirəm,bir il yarımdır ondan xəbərim yoxdur,ancaq unuda bilmirəm,-Südabə kirpiklərimin nəmləndiyini görüb daha söhbətə davam etməmişdi.Fevral ayının 19-da 23 yaşım tamam olurdu.Həmişəki kimi ilk təbriki atamdan və anamdan alıb hədiyyələrimi qəbul etmişdim.Günorta işdə olanda Ramil zəng vurub təbrik etmişdi,
-hədiyyən məndədir,istəyirəm axşam sizi yeməyə aparım nə deyirsən razısan?,-Ramilin sualına təəccüb etmişdim.
-sizi,yəni kimi?
-Kamayla səni də başqa kimi olacaq?Keçən zaman ərzində Ramil Kəmaləni sevməyə başlamışdı,hətta deyərdim gözü ondan başqasını görmürdü,Kəmalə Ramilin əvvəllər məni bəyəndiyini biləndə ilk olaraq mənə qarşı soyuq müharibə elan etsə də sonradan mənim Ramilə olan münasibətimi görüb ürz istəmiş beləcə aramız yaxşılaşmışdı.,-Kama özü sənə deyəcəkdi mən qabaqladım,-Ramil sözünə əlavə etmişdi.
-Ramil çox saq ol,ancaq evdə mamgillə qeyd edəcəkdik,amma siz gedin gəşəng birlikdə vaxt keçirin,-sözümü gülə-gülə demişdim,Ramil dərindən bir ah çəkib,
-sən son vaxtlar mənim yox Kamanın sözlərini eşidirsən,yaxşı qoy deyim özü səni yola gətirsin.Ramillə sağollaşandan biraz sonra Kama zəng vurub məni razı salmışdı.Axşam anamgillə biraz oturub sonra Ramil Kamayla gəlib bizi restorana aparmışdı.Onlarla olanda darıxmırdım.Novruz bayramından sonra mənə atamın uzaq qohumlarından elçi düşən olmuşdu.Mən yox desəmdə anam,
-məndə qızımı gəlin görmək istəyirəm,-deməsi xətrimə dəymişdi.
-ana,mən bu evdə artıq yer tuturam daha,-elə sakit,elə astadan demişdim ki,öz səsim özümü kövrəltmişdi,mənim vaxtı atamda evdə idi,bizim anamla danışığımızı eşidib mənə yaxınlaşdı.Atam alnımdan öpüb,
-sən mənim göz nurumsan,dünya bir yana sən bir yana,mənim nəyim var sənə qurbandı,birdə o sözü demə,-demiş,məni qucaqlamışdı,anamda xətrimə dəydiyini başa düşüb üzr istəmişdi.O gündən sonra daha üstümə gəlməz çıxan elçilərə mən yox deyən kimi yox deyərdilər.İyulun 3-ü Cavidin ad günü idi,aradn iki il keçmişdi,iki il idi ondan xəbər yox idi.Həmin gün özümdə cürət tapıb onun nömrəsini yığsamda zəng çatmamışdı.Avqust ayında isə Ramiligilin toyu oldu,nişandan fərqli olaraq bu dəfə Ramildə xoşbəxt və sevincli görünürdü.Nazlının isə bir oğlu olmuşdu,Əli qısqanclığından Nazlını işləməyə qoymurdu,onlara gedəndə Nazlını tanıya bilmirdim,o gözəl model getmiş,yerinə birza dolu bədənli,örtülü geyimli bir xanım gəlmişdi,Əli deyirdi o mənə belə daha xoşdu.Zaman keçirdi təkcə mənim həyatımda heç bir dəyişiklik yox idi.Artıq Caviddən tamamən əlimi üzmüşdüm,həyatımı tənha yaşayacaqdım,nə onun yerinə kimisə qoya bilərdim,nə də kimsə onun qədər məni sevirdi.24 yaşı olanda isə mənə bir dəstə qızılıgül göndərmişdilər.O günü heç vaxt unutmaram,həyatımda ümid etmənin nə olduğunu ilk o gün anladım.İşdən evə gələndə anam mənə kiminsə gül göndərdiyini dedi.Elə qapınnı ağzındaca,
-ana,atardın da,bilmirsən ki,mən gülləri neyləyirəm?Yaxşı özüm ataram,-deyib otağıma keçdim,anam buketdə göndərilən gülləri heç vaxt buketdən açmazdı,elə buketdəcə vazaya qoyardı,bu güllər bisə buketdə deyildi,həyəcanla anamın yanına qaçıb,
-ana bu güllər elə belə göndərilmişdi?,-soruşdum.
-hə qızım.Bu güllər ondan idi,buna əmin idim,yalnız o mənə açıq güllər göndərirdi,24 qızılgül,yaşım sayda.Sevinc,təəccüb,qəhər lənmə qarışıq hisslər yaşayırdım,gülləri vazadan götürüb,qucaqladım,
-o sağdı,bilirəm bir gün qayıdassan,gözləyəcəm səni,-dedim.O gündən sonra hər günü umidlə açırdım ki,bəlkə bu gün qarşıma çıxar,lakin ondan nə səs var idi,nə də özü.Sadəcə bayramlarda gül göndərilirdi,bilirdim ki,o məni izləyir,niyə qarşıma çıxmırdı başa düşə bilmirdim,bəzən onların Şüvəlandakı evlərinin qarşısına gedib qışqırmaq istəyirdim.Bəzən isə işdən sonra evimizə yaxın olan parkda oturub ağlardım,o zamanlar hiss edirdim ki kimsə məni izləyir,ancaq heç cür o insanın kimliyini tuta bilmirdim.Bir il daha keçmişdi,25 yaşım tama olurdu.Bu gündə yaşım sayda gülə göndərmişdi,daha dözə bilməyib,evlərinə getmişdi,darvaza bağlı qapıda isə böyük bir qıfıl var idi.Göz yaşım yanağıma süzülə-süzülə,
-axı nə vaxta kimi belə olacaq,bəsdi çıx ortaya,-demişdim.Lakin ondan yenə heç bir xəbər yox idi.Novruzda göndərdiyi gülləri isə əsəblə zıbıllıyə atmışdım.Yay gəlmişdi,iyulun 3-ü işdən çıxıb evə gəlirdim.Cavidlə görüşdüyümüz cığırın yanından keçəndə kimsə adımı çəkdi,dönüb baxanda yıxımamaq üçün hasardan tutmuşdum.Bu Cavid idi,dörd günlük gedən insan dörd il sonra gəlmişdi.
-Hilal,-Cavid yenə bağışlanmaq istər kimi adını çəkmişdi.Hasardan bərk tutub,
-niyə gəlmisən?,-soruşdum,-get,s ən mənim xəyalımda nağıl qəhrəmanı obrazındasan,indi gəlmisən ki,bu obrazı pozasan?Get,-deyib,hasarda n tuta-tuta evimizə doğru yönəldim.
-mən qəzaya düşmüşdüm,-onnu bu sözlərindən sonra keyləşib yerimdə qaldım,arxaya dönüb,gözüm yaşla dolmuş halda ona baxırdım,addım atmağa taqətim yox idi,Cavid mənə sarı gələndə isə gözüm onun sol ayağını çəkməsinə yönəldi.Başımı qaldırıb ona baxaraq sadəcə,
-sən,-deyə bildim,Cavid məni qucaqlayıb saçımı sığallayır,
-ağlama,hamısını danışacam,bircə sən məni bağışla.Bir neçə dəqiqə ağlayıb,illərin kədərini gözümdən ağıtmışdım.Cavid əlimdən tutub,məni bir maşının yanına gətirdi.
-Kərim sən get daha,-Kərim tərəddüdlə,-özünüz sürə biləcəksiz,bəlkə hara istəyirsiz aparım qoyum?,-dedi.Cavid maşını özü sürəcəyini deyib,Kərimə getməsini bildirdi.O maşını sakit bir yerə sürüb,saxladı.Ona baxmasamda onu danışacaqlarını gözləyirdim.Cavid hər iki əlini rola dayayıb gözünü yola dikdi.
-moskvaya qayıtdığımın üçüncü günü idi,işləri demək olarkı həll etmişdim,hava limanına gedib bilet almışdım,qayıdırdım,yolda qəza oldu,üç maşın zəncirvarı qəza etmişdi,biridə mənim ki idi,pis vəziyyətdə idim,həkimlər yaşamaz demişimişlər,-o kinayəli gülüb,-kəfəni çırdım,ancaq ayaqlarımı hiss etmirdim,heç bir ümid yox idi,birdə yeriməyəcəkdim.İstəmirdim o halda məni görüsən,sağlam insanlar durarkən bütün həyatını xəstə birinə baxaraq keçirməyini istəmirdim,xəbərlərini həmişəki kimi Kərimdən alırdım.Qısqanclıq məni içindən yeyib bitirsə də onunla xoşbəxt olduğunu sanırdım,bir gün kıçık bir ümid yarandı ki,bir neçə əməliyyatla yenidən yeriməyə başlaya bilərəm,fasilələrlə üç əməliyyat keçirdim,istəyirdim tam sağalıb sonra qarşına çıxım,ancaq,-o mənə baxıb,əlini üzümə toxundurdu,-Kərim axırıncı gülləri atdığını deyəndə qorxuya düşdüm ki,yenə kimsə səni məndən ala bilər,onda xəstəxanada idim,həmin vaxt gəlmək istəsəm də həkimlər icazə vermirdilər,hətta məni qaçmayım deyə çarpayıya qandallamışdılar,-Cavid axırıncı sözləri gülə-gülə demişdi,-Hilal,bağışla məni,mən bilmirəm bütün sənə yaşatdıqlarımı necə unutduracam,-o,üzümü əlləri arasına alıb,alnımdan öpdü,-səni sevirəm,birdə heç vaxt səndən ayrılmayacam,-dedi.Cavid yanan əlimi tutub,
-dünyanın ən zərif əlinə,-o,cibindən təkqaş üzük çıxarıb,barmağıma taxdı,-bu üzük yaraşır,-deyib əlimi öpdü.2008-ci ilin noyabr ayında bizim toyumuz oldu,bu gün o hadislərin üstündən 5 il keçib,bizim iki oğlumuz bir qızımız var,Cavid tam sağalmasa da biz xoşbəxdik.

Son!


Şərhlər:
Baxılıb: 1809
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz