Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (9-cu bölüm)
Milyon qızılgül (9-cu bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1817
Səs ver:
Bir neçə həftə keçmişdi,Caviddən isə səs-soraq yox idi,nəyə ümid edirdim,görəsən?Onun nişanını qaytarıb,mənə qayıtmağına?Lap tutaq ki Cavid bunu etdi,mən onu qəbul edəcəkdim?Lap deyək ki,etdim.Axı onun nişanlısı yad bir qız deyildi,doğmaca xalası qızı idi.O qızın bizi hər görəndə keçirdiyi hisslər bizi narahat etməyəcəkdimi?Yenə suallar və yenə hadisələri qabaqlayan Hilal..
Novruz bayramı yaxınlaşırdı,ilaxır çərşənbədə Raufəmigil bizə gəlmişdilər,Ramil onlarla gəlməmişdi,Nüşabə xala deyirdi,Ramil işdən sonra gələcək.Arzu və Musanı tonqalın yanına aparmışdım,keçən il tonqaldan atlanmayım deyə Cavidin mənə necə göz ağartdığı,sifət etdiyi gözlərim önünə gələndə gülümsəsəmdə ,ürəyim titrəyir onun üçün darıxırdım.Uşaqları evə gətirəndə Ramil qapının ağzında dayanıb əlindəki papağı atıb atmamağı qərarlaşdırırdı.Papağı bir yerə qoyur,sonra əlinə götürür,sonra yenə yerə qoyurdu.Arzu mənim Musa isə Arzunun əlindən tutmuş,boy sırası ilə düzülmüş halda üçümüzdə Ramili izləyirdik.Ramil isə qərarsız halda papayı qoyub götürürdü.Musa heç nə başa düşməsədə Arzu gülə-gülə,
-bibi o neynir orda soruşdu?,-soruşdu.
-papaq atmaq istəyir ancaq bilmir necə etsin.Arzu əlimi buraxıb Ramilə tərəf getdi.Papağı Ramildən alıb yerə atdı.
-əmi papağı atandan sonra qapını döyüb,-bu an Arzu qapımızı döyüb,-gizlənmək lazımdır ,-dedi,-bibi sizdə gizlənin.Musanı qucağıma alıb darvazadan çölə çıxdım,Arzu isə Ramilin əlindən tutub evin arxasına apardı.Atam haqlı idi,Arzu mənim kiçildilmiş formam idi,böyüdükcə mənə daha çox bənzəyirdi.Onun bu günki Ramilə qarşı etdiyi dəcəlliyin bənzərini mən uşaq vaxtı,təxminən Arzu yaşlarda olanda əmim oğluna etmişdim.Bir neçə dəqiqə sonra Ramilin papağını anam Novruz nemətləri ilə doldurub qapıya qoymuşdu.Arzu papağı götürüb Ramilə uzatdı,
-yarı böləcəyik,papağı mən atmışam,-Ramil təəccüblə mənə baxıb,
-gərək sənin qədrini bilsinlər,bu sənə beş təpik vuracaq,-demişdi.Novruz bayramından sonra Ramil daha tez-tez bizə gəlməyə başlamışdı.O universitetə də tez-tez gələrdi.Başa düşürdüm ki,Ramil məni sevir,mən necə Cavid üçün darıxıramsa o da məni görməyəndə darıxırdı,bilmirdim bu nə vaxta kimi belə davam edəcəkdi,onun qəlbini birdə qırmaq istəmirdim,lakin ona qarşıda heç bir hissim yox idi.Günlər beləcə keçirdi,mən Cavidin geri dönməyəcəyi fikri ilə barışmağa çalışırdım.Bu günlərdə isə Ramil demək olar ki,hər gün bizdə idi.Artıq anam da atamda şübhələnməyə başlamışdılar.Anam hərdən mənə eşitdirmək üçün Ramili tərifləyər,
-belə bir kürəkənim olsun istərdim,-deyərdi.Ramil həqiqətən yaxşı biri idi,bəzən düşünürdüm niyə o məni bu qədər sevərkən mən başqasını gözləyirəm.Əgər Cavid bir də heç vaxt həyatıma qayıtmayacaqdısa onda Ramil mənim üçün ən düzgün insan idi.Mən məntiqimlə ürəyimin arasında get-gəl yaşayırdım,ən pisidə o idi ki ürəyimin seçdiyi insana nə əlim çatırdı,nə də o məni tapırdı.Bir gün Ramil dərsdən sonra məni gözləyəcəyini demişdi.Ramili indi tanımamışdım,o məni ilk gördüyü andan bəyənmişdi.Ramil adətən vacib bir söhbəti olanda bunu istər-istəməz qabaqcadan xəbərdarlıq kimi gələcəyini deyirdi.Cavid belə deyildi,o əksinə heç vaxt deməzdi ki,səninlə ciddi söhbətim var.O söhbəti istədiyi istiqamətə dəyişərdi,birdə görürdüm zarafat etdiyimiz,deyib-güldüyümüz   yerdə elə bir ciddi məsələyə çıxmışıq ki,belə məqamlarda adətən,
-heç hənanın yeri idi,bu nə söhbətlərdi edirsən,-deyib Cavidə əsəbiləşərdim.Yenə Caviddən danışıram...Ramil həmin günü çox həyəcanlı görünürdü,universitetin giriş qapısından çıxanda onun məni gözlədiyin görüb Nazlı ilə sağollaşdım.Sağollaşanda Nazlı,
-Hilal,səni anlayıram,omur boyu onu gözləyə bilməzsən,ancaq ikimizdə bilirik ki,sən ondan başqası ilə xoşbəxt ola bilməyəcəksən,-demişdi.Naz  lıya tərəddüdlə baxıb,
-mən çalışacam,əgər Cavid olmayacaqsa məni anlayacaq yeganə insan Ramildir,-demişdim.May ayının ortaları idi,Ramil maşınla gəlmişdi.Mən minmək istəməsəm də o,
-xahiş edirəm,bu söhbət mənim üçün çox vacibdir,-deməsi ilə minmişdim.O məni sakit bir yerdə yerləşən restoranların birinə gətirmişdi.Biz əvvəlcədən Ramilin şifariş etdirdiyi masada əyləşdik.O tez-tez su içib,həyəcanını boğmağa çalışırdı.Bu mənə gülməli gəlirdi,ancaq çalışırdım bunu ona bildirməyim.Bu günə kimi kifayət qədər Ramili incitmişdim,lakin o hələdə məni sevirdi,bəzən onun sevmək tərzini anlamırdım.Ramilin sevgisinin sadəcə hisslərdən ibarət olmdığını başa düşürdüm,o hisslərinə birazda məntiq qatmışdı.Ramil həyatı barədə ciddi qərarlar verəcək ərəfədə idi və onun ətrafında ona uyğun , Ramilin özünə yaraşdırdığı qız mən idim.Bəlkə məndə də Ramilə qarşı azcada olsa sevgi hissi olsa idi,bu uyum məsələsi məni narahat edərdi,çünki mən həmişə sevgininin tərəfində olanlardan olmuşam,lakin mən onu sevmirdim.Buna görədə onun sevmək tərzini anlamırdım,mənim yaşadığım,Cavidin mənə yaşatdığı sevgi fərqli idi.
Ramil yeməkləri də şifariş edəndən sonra bayaqdan bəri onu belə həyəcanlandıran sözləri dedi.
-səni bəyəndiyimi bilirsən,boynuma alıram ki,ilk başlarda sənə qarşı ciddi bir şey hiss etmirdim,səni tanıdıqca,necə biri olduğuna şahid olduqca hisslərim hər keçən gün daha da dərinləşdi.Ramil əlini əlimin üstünə qoyub,- mən səni sevirəm,səninlə bir ömrümü paylaşmaq istəyirəm, Hilal,mənə ərə gələrsən?Əlimi onun əlindən çəkib,
-Ramil,bəlkə belə tələsməyəsən,bəlkə tanıyaq bir-birimizi,-deyəndə o,gözlərimə baxaraq,
-Hilal,biz üç ildi tanıyırıq bir-birimizi,-dedi.Ramil sanki bəhanə gətirmə demək istəyirdi.Bu anın xəyalını heç bir zaman qurmamışdım,düzdür Ramilin mənim üçün ən düzgün insan olduğunu məntiqim desə də,bu anda ,-hə Ramil,razıyam,-deyə bilmirdim.Ramil məndən səs çıxmadığını görüb,
-yaxşı,səni tələsdirməyəcəm,bura kimi gözləşiməm,birazda gözlərəm,qoy sən deyən olsun tanıyaq bir-birimizi,əminəm ki,bu tanıma zamanında səni doğru seçim etdiyinə inandıracam.Biz yeməyimizi yeyəndən sonra isə Ramil məni evə aparmışdı.Bu söhbətdən sonra Ramil yenidən mövzunu təzələmirdisədə,bu söhbətdən sonra onun dəyişildiyini hiss edirdim.Ramil mənə onun sevgilisiymişəm kimi davranır,tez-tez zəng vurar,hara gedəcəyim,kimlə gedəcəyim,nə geyinəcəyimlə maraqlanardı.Sevdiyin birindən eşidərkən bu sözlər necə sənə xoş gəlirdisə,sevmədiyin birindən eşidərkən bir o qədər əsəbiləşirdin.Ramili tanımaq fikrimi həm Nazlı,həm də Südabə narazılıqla qarşılamışdılar.Südabə hətta mənə,
-sən təkcə özünü yox onu da bədbəxt edəcəksən,-demişdi.Yay sesiyam bitmişdi,bir gün anamgil dənizə getmək istəyəndə məndə onlarla getmək istəyirdim.Hazırlaşan zaman Ramil zəng vurmuşdu.Ona dənizə getdiyimizi deyəndə o,
-sən getmə,əşi nə var e dənizdə,istəmirəm sən hamınnı çimdiyi yerdə çiməsən,hazırlaş aşxam səni kinoya aparacam,-demişdi.Ona,-yox   mən dənizə gedirəm,-deyəndə o dənizə getməyim deyə o ki var dənizi pisləmişdi.Sonunda istəyinə nail olub,məni dənizə getmək fikrimdən döndərə bilmişdi.Həmin axşamı hazırlaşıb Ramili gözləyirdim.Ondan isə səs yox idi.Daha dözməyib özüm ona zəng vurmuşdum.
-hardasan,bəs kinoya getmiyəcəyik?Ramil bir anlıq udqunub,
-Hilal,mən onu tamamən unutmuşam,bağışla,əsgər yolaşlarımızla yığılmışıq,başım söhbətə qarışıb,unutmuşam,gözlə gəlirəm gedək.Mən yox gəlmə desəmdə bir saat sonra Ramil qucağında bir büket gül,əlində on dənə kinokosetlə gəlmişdi.Onlardan birini seçib,baxmışdıq.Kinonun yarısında anamgil gəlmiş,onlarda bizlə bərabər baxmışdılar.Ramili yola salanda isə o sağollaşıb,darvazanın qabağında əlini yanağıma toxundurdu,əyilib öpmək istəyəndə isə üzümü yana çevirmişdim.Bu hərəkətim onun xətrinə dəysə də Ramil səhvini anlayıb,
-bağışla,-deyib getmişdi.
Bir neçə gün keçmişdi,iyul ayının 2-si idi.Bu gün Cavidin ad günü idi,onu iki il idi tanıdığım,hər iki ad günündə yanında ola bilməmişdim.Keçən il ona hədiyyə etmək istədiyim saatı çıxarıb,ona baxırdım.Evdə heç kim yox idi,atam işdə anam isə Şəmilgilə getmişdi,Nəcibənin anası xəstə idi,Nəcibə anasına baxmağa getdiyindən anamda Musanı saxlamağa getmişdi.Fikrim saata necə getmişdisə bayaqdan bəri çalınan qapının zəngini indi eşidirdim.Gələn poçtalyon idi,o mənim adıma bir məktub gəldiyini dedi.Məktubu alıb kimdən olduğuna baxmadan poçtalyonu yola salmışdım.Məktub Caviddən idi.Cavid həmişə ondan ümidimi üzdüyüm zamanlarda yenidən həyatıma qayıtmışdı,bu dəfə elə olsun istəmirdim,məktubu oxumadan cırıb,-bəsdi daha,sənsizdə yaşaya bilirəm,-demək istəsəm də bacarmamışdım.Yaxşı ki o anda indi əlimdə tutduğum məktubu cırmamışdım,çünki bu məktub illərlə mənim tək təsəllim olacaqdı.Məktubu cırmasamda açıb oxumadan,döşəyimin altında gizləmişdim.Bir neçə gün onu əlimə bir-iki dəfə alıb oxumaq istəsəmdə,yenidən oxumadan yerinə qoymuşdum. Nə edəcəyimi bilmirdim,fikirlərim qarişmişdi,bu günlərdə Ramile de soyuq davranirdim.Nazliya mektub barede deyende o,
-hele oxumamisan?Sende sebr var,ay qiz neyi gözleyirsen aç oxu,-demişdi.Bir neçe günkü soyuq münasibetimden sonra Ramil bize gelmişdi.Yaziq Ramil sözlerimden daha dogrusu soyuqluğumu ört-basdir etmek üçün behanelerden bir şey anlamayib,
-Hilal,besdir,lazim olan qeder bir-birimizi tanidiq,men mamagile deyecem elçi gelsinler,üzüklerimizi taxaq,toyu telesdirmeyecem,ne qalib ki?Bir ilin qalib oxu qurtar ederik toyumuzu..O danişdiqca gözüm heqeresinden cixirdi.Ramile sadece,
-mene üç gün zaman ver,Nüşabe xalagile heleki heç ne deme,-deye bilmişdim.Ramil isteksizde olsa bu defe de anlayiş göstermişdi.O gecəni yenə qarışıq hisslər məni bürümüşdü,həyatımın ən qərarsız anını yaşayırdım.Səhər Südabə bizdə idi,bu günlər ərzində ona Cavidin məktub yazdığını deməyə fürsət olmamışdı.Südabəyə hər şeyi danışandan sonra o,
-gətir bura o məktubu,-dedi.Məktubu Südabəyə verəndə o konvertin başını çırıb,məktubu çıxardı,
-al oxu,yoxsa mən oxuyacam,-Südabə mənə qəzəblə baxıb,-başa düşə bulmirəm,o yazıq daha neyləməlidir ki,sən ona inanasan,-o məktubu yatağımın üstünə qoyub otaqdan çıxdı.Özümü anlaya bilmirdim,aradan bir il keçməsinə baxmayaraq hələdə Cavidi sevirdim,lakin ona inanmaqdan,yenə aldadılmaqdan qorxurdum.Məktubu açıb oxudum.
"Hilalım,neçə dəfə sənə zəng vurub hər şeyi izah etmək istəsəmdə ehtiyat edirdim,bəlkədə qorxurdum ki,zənglərimi açmazsan,mesaj yazmaqdan isə xoşum gəlmədiyini bilirsən.Bəlkədə sən çoxdan məni unudub,həyatına qaldığın yerdən davam etmisən,ancaq sənə demişdim,mənə inan,hər sözümə inan,mən səndən əlçəkməyəcəm demişdim.Bilirəm sənə ən başından deməli idim,hər şeyi izah etməli idim,lakin sən elə bir insan idin ki,bunu əvvəldən demiş olsa idim,axırıncı görüşümüzdə dediyin sözləri o zaman yenə deyəcəkdin,mən isə səni itirmək,bir başqasının olmağını istəmirdim.Bu günə kimi sənə deyə bilməmişəm,hər nə qədər mən istəməsəmdə başqa biri barmağında mənim üzüyümü daşıyarkən sənə bu sözləri deyə bilməzdim indi isə rahatlıqla deyə bilərəm.Mən səni sevirəm,səni gördüyüm gündən sənə aşıqəm.Anam uzun illərdir şəkər xəstəsidir,bir gün zəng vurub,mənə xalamqızı Günayi istəməyə getdiyini dedi.Ona istəmədiyimi,narazı olduğumu desəmdə,o geri çəkilməyin gec olduğunu deyirdi.Günayı sevmirdim,bakıya qayıdıb,anama son dəfə qərarımı deyən günü onun halı pisləşmişdi,özümü bağışlaya bilmirdim,çarəsizcə razılaşdım.Səni görədən,tanıyandan sonra yenidən nişanı qaytarmaları üçün anamgili yola gətirməyə çalışırdım.Günayı bir dəfədə olsun nişanlım gözündə görməmişəm,heç vaxt onunla nişanlı kimi söhbət etməmişəm,mən səndən başqasına yarım deməmişəm.Səndən səbrli olmağını istəyirdim,çünki hər şeyi həll edib sonra deyəcəkdim sənə,belə olmağını istəməzdim.Yeni ildə anam yazıqlıq hisslərindən istifadə etdiyi üçün onlara gələcəyimi bildirmişdim,yoxsa yenə onlara bildirmədən sadəcə sənin üçün gələcəkdim.Eyni şey novruzda da təkrarlanmışdı.Mən anama nişanı qaytarın dedikcə o mənim toyuma hazırlıq görürdü,tək carəm Günayla danışmaq idi,lakin onda da gecikdim,sən hər şeyi öyrənmişdim.Sentyabrda Günayla danışıb nişanı qaytardıq,yəqin indi fikirləşirsən ki,bəs niyə indi yazıram bu məktubu?Xalamgil bizə düşman olmuşdular,anam isə məni bağışlamırdı,yeni ildən sonra, Günaya elçi gələndən sonra gözləyirdim ki,onun toyu olsun sonra qarşına çıxım,arxamda gözüyaşlı birini qoya bilməzdim.Günay artıq ailəlidir,anamda məni bağışlayıb.Mənə zaman lazım idi,bilirəm haqqım olmadan səni gözlətdim.Məni bağışla.”
Məktubu oxuyandan sonra biləyimdəki yaş damcılarımın islaqlığı nəzərimə çarpdı.Gözüm yenə sətirlər arasındakı "Mən səni seviəm” cümləsini axtarırdı.Südabə qapını açıb məni görəndə yaxına gəlib məni qucaqladı.
-mən yenə eqoistlik etdim,mən onu yox,o məni bağışlamalıdır,-Südabəni qucaqlayıb ağlayırdım.Südabə məni sakitləşdirmək istəsə də mən hönkürürdüm.Biraz sonra artıq sakitləşmişdim.Fikirə getmişdim,Südabə
-indi neyləyəcəksən?,-soruşanda bir anlıq key kimi ona baxdım.
-bilmirəm,kaşki o vaxt ona danışmağa imkan verərdim.Südabə bacı nəvazısı ilə saçlarıma sığal çəkib,
-sizinçün indidə gec deyil,o səni tapacaq-dedi.
-bəs Ramil?Mən onu yarıyolda qoyum?Cavid Günayın ailə qurmağını gözləyib,Ramil isə məni gözləyib.
-ona həqiqəti de,əgər Ramillə ailə qursan bu ikinizində ən böyük səhvi olar.
-mən ona belə davrana bilmərəm,onun qəbini birdə qıra bilmərəm.Südabə daha heç nə deməmişdi.İki gün özümə zaman verib,özümə gəlmişdim.Ramilə zəng vurub onunla danışmaq istədiyimi dedim.Artıq ona deyəcək bir cavabım var idi.


Şərhlər:
Baxılıb: 1817
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz