Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (8-ci bölüm)
Milyon qızılgül (8-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1912
Səs ver:
Sonra olanları xatırlamıram,gözlərimi açanda Südabə əllərimi ovur,anam isə göz yaşlarını axıdaraq saçlarımı sığallayırdı.Sona xalada burda idi.Mən gözlərimi açanda Sona xala,
-Allah sənə şükür,-elədi.Arzu kənarda mən qırıb verdiyim narı əlində bərk-bərk tutub,için çəkə-çəkə ,
-bibim ölməsin,-deyib ağlayırdı.Dikəlib oturmaq istəsəmdə anam,
-durma,uzan,-dedi.Sona xala əlimi tutub,
-Südabə qızım,evdə qatıq varsa ayran elə verək içsin,bəlkə günvurma olub?,-Südabə,
-bu dəqiqə gətirirəm,-deyib otaqdan çıxdı.Arzu yaxınıma gəlib,əlindəki narı ovcuma qoydu,yanımda uzandı.Uşaq ağlamaqdan əldən düşmüşdü.İndi tək qalmaq,ürəyimin sızısı dinənə kimi ağlamaq istəyirdim,ancaq nə mümkün ki,bunu edə bilmirdim.Südbənin hazılayıb,gətirdiyi ayranı anam mənə içirib,
-dincəl,-deyərək Sona xala ilə otaqdan çıxdılar.Südabə Arzunu da onların yanına göndərib qapını arxadan bağladı.Təkcə Südabə hər şeyi bildiyi üçün onun yanında rahatlıqla ağlaya bilərdim.Fikrə getmişdim,onun nişanlı ola biləcəyini heç vaxt düşünməmişdim.Carəsizcə Südabəyə baxıb,
-o nişan üzüyünü taxmırdı,heç ilk onu gördüyüm gündə də barmağında üzün yox idi,axı o necə nişanlı ola bilər?,-dedim.Südabə məni qucaqladı.
-bilmirəm,bəlkə üzün taxmağı xoşlamırmış,bəlkə heç o deyil biz səhv edirik.
-Sona xala onların evindən danışırdı,-ağlamağa başlamışdım artıq.
-bilmirəm,bunun bir açıqlaması olmalıdır,bəlkə istəmədən nişanlayıblar?Bir özün düşün Hilal,axı o sənə pis niyyətlə yanaşıb nəsə bir şey etməyib,əgər belə olsa idi bu hiss olunardı.O isə səni on dəqiqəlik görmək üçün ordan bura gəlirdi.İndi aydındır o niyə gəldiyini valideynlərinə demirmiş.Südabə haqlı idi,Cavid mənə qarşı heç bir artıq hərəkət etməmişdi,əksinə həmişə onun səmimiyyətinə inanmışam.
-nə düşünürsən?
-bilmirəm,üç gün sonra o gəlir,heç bilmirəm mənə görə gəlir yoxsakı nişanlısı ilə toy hazırlıqlarına başlamaq üçün.Yenə gözlərim dolmuşdu.Südabə məni birtəhər sakitləşdirib,
-ona heç nə bildirmə,qoy gəlsin,danışın,-demişdi.Yu xu dərmanı atıb,yerimə uzandım,yuxuya getmişdim.Oyananda isə növbəti gün idi.Telefonuma Caviddən on dəfə zəng iki dəfə isə mesaj gəlmişdi.Mesajları oxumaq üçün telefonu bir neçə dəfə əlimə götürüb ekrana baxsamda sonda oxumadan silmişdim.İki günü yuxuda keçirdim,Südabə yeməyimi otağıma gətirirdi,Südabə anama nə demişdi bilmirəm,anam çox üstümə gəlmirdi.Atam isə rayona əmimgili ziyarətə getmiş,getmişkəndə üç-dörd gün qalmaq istəmişdi.Cavidin zənglərinin sayını itirmişdim,artıq,mesajları nı isə oxumadan silirdim.Onu bağışlaya bilmirdim,ancaq bu dəfə təkcə onu yox özümü də günahlandırır,-axmaq Hilal,onun səni aldatmağına özünsən günahkar,-fikirləşirdim.İk i gün sonra Südabə təşvişli halda bizə gəldi.Anam mətbəxdə idi,Arzunu onun yanına göndərib,məni otağa apardı,qapını bağladı.Üzümdə sual dolu ifadə ilə ona baxırdım.Südabə astadan,
-Hilal,o gəlib,gələndə onlar tərəfdən gəlirdik,evdən biri çıxdı təxmin etdim ki,bu odur,-dedi.Yatağımın küncünə yanımı qoyub,
-indi mən neyniyəcəm?,-carəsizdə Südabəyə baxırdım.
-get danış,qoy hər şeyi izah etsin.Südabə haqlı idi,belə özümə əzab verməkdən başqa heç nə etmirdim,həm ona deyiləcək sözlərim çox idi,onunla danışacaqdım.Axşama kimi Cavidin zəngini gözlədim,Axşamtərəfi o yenə zəng vuranda zənginə cavab verdim.
-nəhayətki,neçə gündü niyə zənglərimə cavab verilmir?,-onun səsi həm əsəbi,həm də narahat kimi idi.Darıxmışdım onun səsi üçün,hələ fikirləşəndəki burda yaxınımdadır kirpiklərim nəmlənirdi.Özümü ələ alıb ona cavab verdim.
-görüşəndə danışarıq olar,-çalışırdım səsim əsməsin,Cavid məni məndən yaxşı tanıyırdı,onu aldatmaq mənə çətin idi,nə qədər özümü rola qoymağa çalışsam da o narahatlığımı hiss edirdi.Heçə dəfə olub ki,haramsa ağrıyanda o narahat olmasın deyə gizlətməyə çalışmışam,lakin nə mümkün ondan nəyisə gizlətmək,o tez bunu hiss edər,
-qalın geyin,yeməyinə fikir ver,fəsfud yeməklərdən yemə,-deyib,məni danlardı...Bu dəfə də o səsimdən hiss etmişdi,
-sənə nəsə olub,haransa ağrıyır?,-soruşdu..Qəhərim i boğum,
-danışa bilmirəm,görüşəndə danışarıq,-dedim.Cavid daha üstümə gəlməyib,məni həmişəki yerdə gözlədiyini deyib,sağollaşdı.Sağollaşa n kimi qapını bağlayıb,ağladım.Anam qoşuya getmişdi,evdə tək idim.Üzümü yuyub,gözlərimin şışını makiyajla örtəndən sonra evdən çıxdım.Ona deyəcəklərimi təkrarlayır,unutmamağa çalışırdım.O çığıra necə gəldim bilmirəm,Cavid məni gözləyirdi.Elə bil o da hiss etmişdi,mənim hər şeyi bildiyimi.Yayın isti vaxtında çiynimə atdığım şala bürünüb,onun qarşısında dayanmışdım.Cavid üzümə baxmırdı,bəlkədə baxacaq üzü olmadığını düşündüyü üçün belə edirdi.Mən nə xəyallar qurarkən gör nə ilə qarşı-qarşıya idim,beş gün əvvəl ona ad günü hədiyyəsi kimi saat almışdım,hər an beynimdə hədiyyəni ona necə təqdim edəcəyimin xəyalını qurur,sonra ,-yox belə olmaz,nəsə qeyri-adi bir şeylər düşünməliyəm,-deyib yenidən xəyallara dalırdım.İndi içimdə dua edirdim ki,ona deyəcəklərim zamanı səsim əsməsin,zəyiflik göstərməyim.Cavid heç nə deməyəcəkdi səssizliyi mən pozmalı idim.
-mənə nə vaxt deyəcəkdin?,-nə qədər çalışsamda olmamışdı,səsim əsmişdi.Cavid bayaqdan bəri yerə dikilmiş gözlərini gözlərimə zillədi,-toy dəvətnaməsi yazacaqdın?Axı biz köhnə qonşularıq o qədər hörmətə layiqik də hə?,-ürkək baxışla ona baxsamda,kirpiklərim nəmli idi,yanağıma göz yaşı süzülürdü.
-Hilal,məni dinlə sonra...
-səni dinləyim?Nəyi dinləyim?Nişanlınla gələcəyinizə dair qurduğunuz planları danışacaqsan mənə?,-Cavid üzümü əlləri arasına alıb,
-gələcəyim sənlə olacaq,nişan qayıdacaq,bu nişanı mən istəməmişəm,-dedi..Onun əlini itələyib,
-qaytarma,toyuna hazırlaş,mən başqasının xoşbəxtliyini oğurlamaq fikrində deyiləm,-deyib,ağlayaraq evə qaçdım.Tək qalmağa qorxurdum,qəlbimin ağrısına dözə bilmirdim,əvvəl Südabəyə zəng vurmaq istəsəm də Cəmil şübhələnər deyə Nazlıya zəng vurub bizə gəlməsini dedim.Nazlı gələndə anamda evdə idi,anam şübhələnsə də heç nə deməmişdi,görünür Nazlının problemi olduğunu düşünmüşdü.O gecəni Nazlı bizdə qaldı,məni nə qədər təsəlli edib,
-səhv etmisən,gərək qoyardın hər şeyi izah edərdi,bəlkə doğurdan istəmədiyi bir işdir,bəlkə valideynləri məcbur edib,-desədə mən,
-onda niyə başından demirdi,niyə bu qədər vaxt məni axmaq yerinə qoyurdu?,-suallarımla onu susdururdum.Bir neçə gün keçmişdi,atam qayıtmışdı,mən bu bir neçə gündə o qədər arıqlamışdım ki,atam mənim bu halımı görəndə anamı danlamağa,
-qızıma yaxşı baxmamısan,bir dəri bir sümük qalıb,-deməyə başlamışdı.Caviddən isə səs yox idi.Ona danışmağa imkan verməməklə səhvmi etdim,yoxsa düzmü bilmirdim,ancaq özümü onun nişanlısının yerində təsəvvür edəndə ,-başqasının bədbəxtliyi üzərinə xoşbəxtlik qura bilməzdim,-təsəllisi ilə özümü ovundururdum.Cavidi isə bağışlayacaq bir səbəb tapa bilmirdim,o elə bir insan idi ki,ona istəmədiyi şeyi heç vaxt etdirmək olmazdı,hər nə qədərdə o "mən istəməmişəm” demiş olsada mən buna inanmırdım,çünki bunun üçün ortada ciddi bir səbəb olmalı idi,lakin o səbəb görünmürdü.Bəlkədə Cavidin bir bəhanəsindən başqa bir şey deyildi bu.Özümü ələ alıb həyatıma qaldığım yerdən davam etməli idim.Yayı çətinliklə yola verib,payızı qarşılamışdım.Cavidi unutmuşdummu,yox,bu unudulacaq sevgi deyildi,heç nəyə baxmayaraq,onu hələdə sevirdim.Dərslər açılmışdı,fikrimi dəsrlərimə verməyə çalışırdım.Bu günlərdə dərdimi yalnız iki insanla bölüşə bilirdim,Nazlı və Südabə.Əli gedəndən iki dəfə Nazlıya pul göndərib,saxlamağını istəmişdi.Onların sevgisinə qibtə edirdim.Bir gün dərsdən çıxanda Ramili gördüm.Atam demişdiki Rauf əmi əlaqələrini işə salıb Ramili dövlət orqanlarınnı birində işə düzəltmişdi.Ramili nə zamansa formada görəcəyim ağlıma gəlməzdi.Forma Ramilə gözəl yaraşırdı.O yaxına gəlib salam verdi.Biz ikimizdə sakit addımlayırdıq.Ramil nərakətli formada məni evə ötürmək istədiyini dedi.Razılaşmışdım,axırınc ı görüşümüzdə onun qəlbini elə qırmışdım ki,bəzən düşünürdüm Ramil daha qarşıma çıxmaz,indi onu daha yaxşı anlayırdım,eyni acını məndə yaşayırdım.Ramil o gün mənə xüsusi bir şey deməsə də o gündən sonra ara-sıra işdən icazə ala bildiyi zamanlar gələrdi.O mənə yaxın biri ola bilmişdi,ancaq qəlbim hələdə Cavidə aid idi,Ramilə olan hisslərim isə dostluq hissləri idi,onun yanımda olması,mən üzgün olanda üzümü güldürməyə çalışması,güləndə isə,
-sən güləndə mənimçün dünya gülür,-deməsi mənə xoş idi.Bəzən o belə deyəndə,
-gör aaa,-deyib daha da ürəkdən gülərdim.Caviddən fərqli olaraq ondan utanmazdım,sözləri yanaqlarımı qızartmazdı,Cavidi görən zaman keçirdiyim həyəcanı Ramilə qarşı keçirmirdim.Onu sevmirdim,bu gün kimi aydın idi,ancaq onun dostluğu mənə yaxşı təsir edirdi.Heç Ramil də keçən zaman ərzində mənim üstümə gəlib,danışmaq istəmədiyim mövzuları açmazdı.Günlər keçirdi,mən isə Cavidi unutmağa çalışdıqca daha çoz onu arzulayırdım.Ona hdiyyə etmək istədiyim saat ondan mənə hədiyyə qalmışdı.Boynumdakı klonu isə yaydan çıxarmışdım.Bəzən açıb içərisindəki Cavidin şəklinə baxsamda taxmırdım.Cavidin ad günümdə hədiyyə etdiyi qolbağı da yaydan sonra taxmamışdım.Neçə dəfə bu üç xatirəni atmaq istəsəm də fikrimdən dönmüşdüm son anda.Dekabr ayının son günləri idi.Yeni il gəlirdi yenə.Keçən ili xatırlayanda gözlərim dolurdu,Cavidlə yeni ilə üç gün qalmış ayrılmağımız,köhnə ilin son günü barışmağımız,xatirələr məni ağuşuna alanda buraxmaq istəmirdi.Yeni il gecəsi Rauf əmigildə bizdə idilər.Ramil bütün gecəni mənə mən isə telefona baxırdım,nədənsə ümid edirdim ki,Cavid bəlkə zəng vurar,ya da sadəcə bir mesaj yazar : "Yeni ilin mübarək”.Saat on ikini vurana kmi gözlədim,ancaq ondan heç bir xəbər olmadı.Gecə yatağımda özümə əsəbiləşirdim,
-acizsən Hilal,o nişanlısı ilə,bəlkədə artıq arvadıdır moskvada yeni ili qarşılayır sən isə burda ondan zəng gözləyirsən,-gözümün yaşını silib,onu unutmağı özümə söz vermişdim.Qış sesiyası zamanı bütün fikrimi dəsrlərimə yönəltdim,sesiyadan sonra tətil günləri başlamışdı.Nazlı tətil günlərində sevinirdi,Əli bir neçə günlük bakıya gələcəkdi.Əlinin işləri yaxşı gedirdi,bu gedişlə dediyi vaxtdan tez gələcəkdi.Nazlı ilə danışanda onun sevinci yerə-göyə sığmırdı,o hər danışığımızda Cavidi mütləq soruşardı.Bəzən əsəbiləşib,
-mən onu unutmaq istədikcə sən xatırladırsan,-desəmdə Nazlı əvvəl üzr istər sonra,
-mən inanmıram ki,o səndən belə asanlıqla əlkəcək biridir,-deyib məni daha da özümdən çıxarardı.İstəmirdim nə Nazlı,nə də Südabə onu yadıma salıb,haqqında xoş söz desinlər,bu sözlər məni umidləndirirdi,özümlə bacarmırdım,onu unutmaq çətin idi.Fevral ayının 19-ü iyirmi bir yaşım tamam olurdu,yenə ötən ilə qaytarmışdı məni xatirələr.Universitetdən evə gələndə Ramili görmüşdüm,o əvvəl salam verib,sonra yarı gülüşlü yarı qəzəbli tonda
-özünə nə gəlib ki, sənin ad gününü Cahan xaladan öyrənirəm?,-demişdi.Sonra isə o məni evə kimi ötürmüş,evə çatanda isə mənə aldığı suvener hədiyyəsini təqdim etmişdi.Təqdim edərkən isə,
-çalışdım sənə elə bir şey hədiyyə edim ki,zıbılxanaları bəzəməsin,-demişdi.
-qızılgül olsa idi yenə oranı bəzəyəcəkdi əmin ol,-cavabıma isə o bir anlıq tutulub,sonra kefini pozmadan,
-bu qız dilindən qalmırda,fürsət axtarırmış kimi deyir elə sözünü,-demişdi.Onun yarızarafatla dediyi bu gercəkliyin üstündə isə durmamışdım.Ramillə sağollaşıb evə girəndə anam,mənə bir dəstə qızılgül gəldiyini dedi.Bir anlıq düşündüm ki,yəqin Ramildir,mənə verməyə çəkinib,evə göndərib.Otağıma keçib vazadakı güllərin çoxluğunu görəndə isə bunların Ramildən olmadığına əmin oldum.Mənə gələn güllər adətən büket formasında olardı.Yalnız bir adam mənə büketsiz gül göndərirdi,Cavid.Bir anlıq üzümdə sevinc hissi sərsəm gülüş yaratdı.Gülləri sayıb,yaşım sayda,iyirmi bir dənə olduğunu görəndən sonra əmin oldum ki,bunları o göndərib.Qarışıq hisslər yaşayırdım,sevinimmi,yoxsa əsəbiləşib,gülləri atımmı bilmirdim.Mənim hesabima görə o indi evli biri olmalıdır,necə cürət edib mənə gül göndərə bilərdi axı?Əgər gülləri o göndərmişdisə onda onların aqibəti mənim ona cavabım kimi sayılacaqdı.Cavid çox ağıllı biri idi,o bilirdi ki,mən mən göndərilən gülləri atıram,əgər indi onun göndərdiyi gülü atmasa idim,o bunu müsbət bir hal kimi qiymətləndirəcəkdi.
-bəsdir Hilal,o kifayət qədər səni ələ saldı,daha buna icazə verməli deyilsən,-deyib,gülləri gətirib zibil qutularına atdım.Əmin idim ki,o bundan xəbər tutacaq.O gecəni yenə fikirlərim qarışıq formada yuxuya getməyə çalışmışdım,Düz və ya səhv etdiyimi bilmirdim,yaydan bəri Cavidgilin Şüvəlandakı evlərində heç kim qalmırdi.Qarışıq fikirlərin içində özümə yenə umidverici bir şey axtarırdım.Məni ovudacaq tək bir şey var idi.Bəlkə o hələdə subaydır?Bəlkə doğurdan istəmədiyi bir nişanlılıq imiş və artıq nişanı qaytarıb,ona görədə mənə gül göndərib.Bax indi gülləri atdığıma peşman olurdum.


Şərhlər:
Baxılıb: 1912
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz