Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (7-ci bölüm)
Milyon qızılgül (7-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1729
Səs ver:
Cavidin imtahan günü hədiyyə etdiyi gülləri əvvəl anam sonra atam görüb təccüb etmişdilər,onlara özüm almışam yalanının desəmdə inanmadıqları üzlərindən oxunurdu,məni pərt etməmək üçün isə heç nə deməmişdilər.Cavid bir neçə gün idi getmişdi,bir gün atam evə gələndə Ramilin məzuniyyətə gəldiyini dedi.Anamla hazırlaşıb Ramili görməyə getsələr də mən getməmişdim.Anam deyirdi Ramil məni soruşub,onu görməyə gəlmədiyim üçün inciyibdə.Axırıncı imtahandan çıxanda Ramili gördüm.Onu görəndə yaxın bir tanışımı görmüş kimi sevinmişdim.Ramil mənə yaxınlaşıb salam verəndən sonra,
-yəqinki əla vermisən imtahanı,-deyib güldü.
-hə,-məndə gülümsəmişdim.Ramil diqqətlə məni süzüb,
-dəyişilmisən,sən o qız deyilsən,gözlərində əvvəl görmədiyim bir şey var,-dedi.Onun nəyi nəzərdə tutduğunu bilsəmdə Ramillə bu barədə danışmaq fikrində deyildim,gülə-gülə,
-elə səndə dəyişilmisən,kökəlmisən,ma şallah,-dedim.
-olar səni evə ötürüm?,-Ramilin ehtiyat edərək etdiyi bu təklifə yox demək istəsəmdə onun xətrinə dəyə bilmədim əvvəlki kimi.
-yaxşı,amma sadəcə evə ötür,-dedim.Ramil yolboyu hərbi xidmətin çətinliyindən,orda günlərinin neçə keçməyindən danışır,arada bir məndən,
-sənin həyatın neçə keçir?,-soruşurdu.Ramil çox dəyişmişdi,o arsız,üzsüz Ramil getmiş,yerinə bambaşqa bir Ramil gəlmişdi.O məni evə kimi ötürüb sagollaşıb gedəndə,
-Hilal,mən sənin barədə fikirimi dəyişməmişəm,-deyib mənə göz vurdu.Bir anda ciddiləşib,
-elə məndə Ramil,məndə sən barədə fikrimi dəyişməmişəm,-cavabını verib evə girdim.Daha bilmirdim ona necə başa salım,hansı dildə deyim ki,məni unutsun.Ramilin on günlük məzuniyyəti bitmiş o geriyə,hərbi hissəyə qayıtmışdı.Günlər keçirdi,Cavidə Ramil barədə heç bir söz deməsəmdə bir axşam biz telefonla danışanda o məndən axırıncı imtahan günü məni kimin evə ötürdüyünü soruşmuşdu.Bilmirəm o bu məlumatları hardan alırdı.Fikirləşə bilərsiz ki,bəlkə məni güdəcək adam tutmuşdu,məncə yox ,çünki belə olsa idi mən hiss edərdim.Mən Cavidə Ramili atamın dostunun oğlu kimi tanıdıb,hərbi xidmətdə olduğunu dedim.Lakin Cavid özü demişkən hər şeyi gözəl anlayırdı.Biraz əsəbi formada,
-onunla aranızda nəsə olub?,-soruşanda isə bu dəfə mən ona əsəbiləşib onu acılamışdım.Bu acılamanın içində də özüm də bilmədən Ramilin məni bəyəndiyini ona demişdim.
-mənim heç kimlə aramda heç nə olmayıb,bunu bilə-bilə necə mənə belə sualı verə bilirsən?Ramilin xoşuna gəlirəm deyə bu o demək deyil ki,onunla aramda nəsə olub və ya var.O nisbətən asta tonda,
-onun səni evə kimi ötürməyi mənə xoş deyil,istəmirəm belə hal birdə təkrarlansın,-deyib, bu barədə daha heç nə demədən söhbəti dəyişmişdi.Cavidin vəziyyəti necə var elə başa düşmə qabiliyyətinə heyran idim,o heç vaxt mənə həddini aşacaq dərəcədə qısqanc davranmaz,dediyim sözlərin altında başqa bir məna axtarmaz,hər şeyi olduğu kimi başa düşərdi.Cavid bir neçə həftə işləri ilə əlaqədar bakıya gələ bilməmişdi.Valentin günündə isə yenə məni qızılgüllərlə təbrik etmiş,gecə telefonla danışanda isə üç-dörd günə mütləq gələcəyini demişdi.Ona ad günümü dediyimi yadıma salıb,bəlkə ona görə gəlir fikrinin sevincini yaşayırdım.Daha əvvəlki kimi ona acıqlanmır,hər kəlməsinə inanır,səbrlə yolunu gözləyirdim.Cavid dediyi kimi üç-dord gün sonra mənim ad günümə görə gəlmişdi.Yubiley yaşım olduğundan ailəlikcə qeyd edəcəkdik.Sabah açılandan evimizdə hazırlıqlar getdiyindən mənim evdən çıxma şansım yenə sıfırlanmışdı.Cavid isə yenə valideynlərindən xəbərsiz gəlmiş,Şüvəlandakı bağ evində qalmışdı.Acımışdım onun halına o baxımsız buz kimi soyuq evdə bir gecəni necə keçirmişdi heyrət edirdim doğrusu.Anamgilin başı axşamkı ad günü yığıncağının hazırlıqlarına qarışdığından,
-öz ad günümdə məni işlədirsiz,sizi atama şikayət edəcəm,-fürsət bu fürsətdir deyib evdən çıxdım.Cavidlə bizim cığırda görüşdük,o mənə qızıl qolbaq almışdı.Hədiyyəsini qoluma bağlayıb,sonra isə gödəkçəsinin qolundan bir gül çıxarıb mənə verdi.Gülü alıb,saplağından bir hissəni elə onun gözləri önündə qırdım.Cavid təəccüblə,
-niyə qırdı?,-soruşanda
-bəs necə evə aparacam onu,-demişdim.O gülə-gülə,
-guya qıranda gül görünməz olur ki?,-soruşdu.Gülü onun etdiyi kimi paltomun qolundan içəri salıb,
-bax indi görünməz oldu ,-dedim.O mənim hərəkətimə ürəkdən gülmüşdü.Qaşlarımı çatıb,
-nə gülürsən?Sənində qızın ona verilən gülü səndən gizlətmək üçün belə edəcək,-dedim.Cavid əlini üzümə toxundurub,
-mənim yox,bizim qızımız,-dedi.Yenə utansamda başımı aşağı salıb gülümsəmişdim.Evə qayıdanda qonaqlar gəlməyə başlamışdılar.Mənim ən yadda qalan ad günlərimdən biri keçmişdi həmin günü.Günlər keçir,biz isə bir-birimizə hər keçən an daha da bağlanırdıq.Cavid yenə bir müddət bakıya gələ bilməsə də tez-tez zəng vururdu.Mən gözləyirdim ki,o novruz bayramında gələr.O ilaxır çərşənbə günü bayramı qeyd etmək üçün gəlmişdi,yeni ildə baş verənlər yenidən təkrarlanırdı.Başa düşə bilmirdim Cavidin gəlişini niyə onun qohumları əsl atəş və şanlıqla qeyd edirdilər.Bayram gününə kimi biz görüşə bilməmişdik,yeni ildəki incikliyimi nəzərə alıb Cavid əvvəlcədən üzr istəmişdi ki,mən küsməyim.Biz yalnız bayram günü görüşə bilmişdik.Keçən ilki tonqalda yandığımı ona danışanda isə Cavidin üzünü ifadəsi bir anda dəyişmişdi.Əvvəl başa düşməsəmdə sonradan bu əhvalatda Ramilində yer aldığını xatırlayıb,heç nə demədən susub qalmışdım.Bu il nəinki tonqaldan atlanmaq,Cavidin qorxunc baxışlarının təsiri ilə heç tonqala yaxın gedə bilməmişdim.Burda olduğu müddətdə biz hər gün görüşsək də bu görüşlər on-on beş dəqiqədən uzun çəkməzdi,ya mənə,ya da Cavidə zəng gələr beləcə biz sağollaşıb ayrılmalı olardıq.Bayramdan iki gün sonra o gəlib sağollaşıb,yenidən rusiyaya qayıtmışdı.Bu nə qədər belə davam edəcəkdi bilmirdim,ancaq onunla keçən bu üç dörd günə görə mən aylarla onun gözləməyə razı idim.Bəzən Nazlı ilə danışanda o,
-Hilal,yəni heç evlilikdən,toydan söhbət açmır?,-soruşurdu.O anda heç bilmirdim nə cavab verim.Cavidin az yaşı yox idi,onun yaşındakılar çoxdan ailə qurmuş,ata olmuşdular.Bəzən düşünürdüm bəlkə məni gözləyir,başa düşür ki,mənim hələ yaşım azdır,indi mənlə bu söhbətləri açsa ona tez olduğunu deyəcəm.Ancaq həqiqətən tez idimi?!..Növbəti iki ayda Cavid yenə bakıya gələ bilməmişdi.İyun ayı gəlmişdi.Biz imtahanlarımızı verirdik.Nazlı son zamanlar fikirli görünürdü.Əli bu il universiteti bitirirdi.Atasıgil onu hərbi xidmətdən saxlatdırmışdılar.Nazlıdan  niyə belə fikirli olduğunu bir iki dəfə soruşsamda ətraflı danışmağımıza imkan olmamışdı.Axırıncı imtahan günü onu çox qəmgin gördüm.Yaxınına gedib,
-Nazlı sənə nolub belə?,-soruşdum.Onun gözləri doldu,
-Hilal,Əli gedir,rusiyaya əmisinin yanına gedir.Təəccüblənmişdim,Əli nin nə vaxtsa Nazlını tərk edəcəyini heç bir zaman düşünməzdim,o Nazlını bir gözündən digərinə qısqanacaq qədər çox sevirdi.
-necə yəni gedir,ayrılırsız?Nazlı gözünün yaşını silib,
-yox,elə deyil,bizim üçün gedir,-dedi.Başa düşməmişdim onun dediklərin.
-bir adam dilində anlat başa düşüm.Nazlı səbrlə mənə hər şeyi anlatmışdı.Əlinin ailəsi onların münasibətini qəbul etmirdi,belə görünürdü ki,qəbul etməyəcəkdilər də,buna görədə Əliyə seçim qoymuşdular.Ya onlar,imkanlı həyatı,ya da Nazlı və sıfırdan quracaqları həyat.Əli Nazlını seçmişdi.Əlinin rusiyada bir əmisi yaşayırdı,o da zamanında ailəsinə qarşı gəlmiş,sevdiyi qızla ailə qurmuşdu,buna görədə hələdə Əlinin atası və digər qardaş bacıları ilə küsülü idi.İndi Əlinin də onun yolu ilə getdiyini eşidib ona kömək etmək,yanında iş verməyə istəmişdi.Buna görə də Əli Nazlı universiteti bitirənə kimi rusiyada işləyib,pul toplamaq,Nazlı universiteti bitirəndən sonra isə gəlib onu da aparmaq yolunu seçmişdi.
-burda ağlamalı,üzülməli nə var ki,günlərdir özünü həlak edirsən?Nazlının üzündən öpüb,-sən sevinməlisən ki,qismətinə Əli kimi mərd,sözündə duran biri çıxıb,onun qərarına hörmətlə yanaş və ona dəstək ol,görəcəksən hər şey yaxşı olacaq,o sənə görə ailəsini qarşısına alıb,səndə onun yanında olmaqla sübut etki o düzgün qərar verib.Mən Əlini az tanısamda ona inanmışdım,buna görədə Nazlıya əminliklə bu sözləri deyə bilirdim.Əli məzun gecəsindən sonra getmiş,Nazlı isə onun gedişini günlərlə həzm edə bilməmişdi.Tez-tez mənə zəng vurub,
-Hilal,indi səni daha yaxşı anlayıram,axı sən necə dözürsən Cavidin yoxluğuna?,-soruşardı.Məni m
-o yox deyil ki,məndən uzaqda olmağı ona olan sevgimi azaltmır,əksinə onun yolunu gözləməyi belə sevirəm mən,zamanla səndə öyrəşəcəysən,-təsəllilərim  isə ona azda olsa təsir edirdi.Ramil hərbi xidmətdən qayıtmışdı,Rauf əmigil onun qayıtması şərəfinə qonaqlıq təşkil etmiş,atamgili dəvət edəndə isə,-Hilalı da gətirin,gedəndə yola salmadı,heç olmasa gələndə qarşılasın,-demişdilər.Mən  isə bu dəvətə əsəbiləşib,
-başa düşmürəm,mən niyə qarşılamalıyam ki Ramili?Ramil mənim nəyimdi? Getmirəm,o dəvətə heç kim getməz,-deyib,getməmişdim. Anamgil qonaqlıqdan gələndə isə,
-qızım Ramil səndən inciyib,elə Nüşabə bibində,-dedi.
-fikir vermə ana incimək onların çoxdankı adətidir,niyə özlərindən yox məndən inciyirlər?,-deyib,daha söhbəti uzatmadan otağıma keçmişdim.Bu il yenidən bizim qrupu universitetdən turkiyəyə aparmaq istəsələr də mən atamın maddi vəziyyətinin yaxşı olmadığını,həm də Cavidin narazılığını nəzərə alıb getməmişdim.Mən getməyincə Nazlı da getməyəcəyini demişdi.Əli rusiyada əmisinin yanında işləməyə başlamışdı.İyul ayının axırlarında Cavid gələcəyini demişdi.O öz ad günündə gələ bilməmişdi.Həmin vaxt onu sadəcə telefonla təbrik edə bilmişrim.Fikirləşirdim hədiyyəsini bakıya gələndə verərəm,Cavidə saat hədiyyə etmədi düşünürdüm.Bir dəfə hədiyyələr barədə söhbətimiz olanda o saatları bəyəndiyini demişdi.Üç ay idi onu görmürdüm,çox darıxmışdım,telefonla səsini eşitsəmdə bu canlı-canlı onun bütün hisslərini özündə cəmləyən səsinin yerini tutmurdu.Bir gün universitetə təcrübə məsələsini həll etməyə getmişdim.Yayın isti vaxtlarında hər gün universitetə getməyə heç həvəsim yox idi,buna görə atamın sözünə qulaq asıb,məsələni pulla həll edəcəkdim.İşimi qutarandan sonra evə bazalıq etmək üçün evimizə yaxın baza getmişdim.Bəzi şeyləri alıb yükümün ağır olduğunu görəndə,
-qalanlarını anamgil həll edər,-deyib evə yollandım.Yolda Ramil qarşıma çıxdı.Onu qayıdandan sonra ilk dəfə idi görürdüm.O yaxına gəlib ədəbi ilə salam verdi.Əlimdəki yükləri görüb kömək etməyi təklif etdi.Bilirdim ki,o məni evə kimi aparsa Cavid bundan xəbər tutacaq və onun səsindəki soyuqluğu eşitməli olacam.Hələ nələr deyəcəyini hesaba qatmıram.Lakin yüküm çox ağır idi,buna görə Ramilə yarısını verib,digər yarısını da özüm götürdüm.Yol boyu Ramil hal-əlvat tutub,bu ili nə işlər gördüyümlə maraqlanırdı.Deyirdilər hərbi xidmət çox oğlanı dəyişir,inanmırdım,Ramili görənə kimi.O mənə evə kimi kömək etdi,evə çatanda isə,
-Hilal,sənə keçən il dediklərim yadındadır?,-soruşdu.Əlimd əki paketləri yerə qoyub,
-Ramil,yadımdadır,sənə verdiyim cavab da yadımdadır,heç nə dəyişməyib,mən dəyişməmişəm,fikirlərim də dəyişməyib.Yenə onu incidirdim,keçən il bunu onu bəyənmədiyim üçün edirdimsə indi həyatımda Cavid vardı,mən özümü onun bir parçası hiss edirdim,deyil Ramil kim olmağından asılı olmayaraq mənim cavabım dəyişməyəcəkdi.Ramil başını yana əyib,
-qəlbində biri var?,-soruşdu.Başımı aşağı salıb susdum,axı susmaq razılıq əlamətidir.Ramil darvazanın ağzında yerə qoyduğum paketləri qapıya kimi aparıb,mənə sadəcə,
-sagol,-deyib getdi.Onun qəlbini qırdığımı isə öz qəlbim qırılanda anlayacaqdım.Ramillə axırıncı danışığımızdan bir neçə gün keçmişdi,Cavid ayın sonu gələcəyindən onun yolunu gözləyirdim.Cavid ailəsi barədə danışmağı sevməzdi,onun haqqında bildiyim tək şey evin tək oğul övladı olduğu idi.Bir dəfə isə bacılarım sözünü işlətmişdi,təxmin edirdim ki,onun birdən çox bacısı var.Cavidin gəlməyinə üç gün qalmışdı.Bir aşxamtərəfi anam,Südabə,Arzu və mən gəzməyə çıxmışdıq.Evə qayıdanda isə Sona xala ilə rastlaşdıq.Şüvəlanda quş uçsa ilk Sona xalanın xəbəri olardı.Yenə təxmin edirdik ki,ən son məlumatları verməyincə bizi buraxmayacaq.Arzu yaxınlıqdakı evlərin birinin həyətindəki nar ağacındakı hələ yetişməmiş narı qopartmaq istəyirdi.Bir neçə dəfə cəhd etsə də boyu çatmadığından,
-bibi onu qır verdə mənə,-dedi.Anamgilin yanından ayrılıb Arzuya tərəf gerdim.Narı qırıb Arzuya verəndə Sona xala kiminsə haqqında yeni məlumatlar verirdi.
-axırıncı ev var e bax orda qalanları deyirəm,on il olar köçüblər,arvadın adı Zərişan idi,-o danışdıqca anam başını yelləyir,arada da bir,-hə,hə yadıma düşdü,-deyirdi,Sona xala sözünə davam edib,-hə bax onları görmüşəm.Anam təəccüblə,
-qayıdıblar ki?,-soruşdu.Sona xala anamın əlinin üstündən vurub,
- yox e,oğlunun nişanlısını gətirmişdi,evi göstərə buranı yayda istirahət üçün bağ evi edəcəklərmiş, gəlinidə maşallah kukla kimi qızdı,öz bacısı qızını alır oğluna,indi dövr başqadı ay Cahan gərək biləsən ki,kimi alırsan-dedi.Yaxına gedib,
-Sona xala,hansı evdən danışırsan sən?,-soruşdum.
-axırıncı küçənin başındakı evdən,illər əvvəl köçüblər ay qızım onda sən uşaq olardın,içərişəhərə köçdülər,
-Sona xala danışdıqca gözlərim qaralır,dünya başı fırlanırdı,o Cavidgilin evindən danışırdı.


Şərhlər:
Baxılıb: 1729
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz