Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (6-cı bölüm)
Milyon qızılgül (6-cı bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1768
Səs ver:
O sualımdan təəccüblənmişdi,özünü itirməsədə məndən bu sualı gözləmədiyi görünürdü.
-bu hardan ağlına gəldi ki,mən evliyəm?,-Cavid gülə-gülə soruşsa da mən ciddi formada,
-niyə mənə cavab vermirsən?,-dedim.Cavid ciddiləşib,
-nədən qorxursan axı sən?,-o dərindən nəfəs alıb,-mən sənə demişəm mənlə olanda heç nədən qorxma,-dedi.Mən hələdə onun dilindən "mən evli deyiləm” kəlməsini eşitməmişdim,eşitmədəndə rahat olmuyacaqdım.Bir anlıq beynimdən,
-Südabə haqlı imiş,o evlidir,ona görə mənə cavab vermir,yoxsa niyə həmin an,evli deyiləm demədi,-fikri keçdi.Cavid narahatlığımı görüb,əlini üzümə toxunduraraq,
-mənə inanırsan?,-soruşdu.Bütün şübhələrimə baxmayaraq qəlbim ona inanırdı.
-inanıram,-o gülümsəyib üzümü sığalladı,-evlisən,ona görə mənə cavab verə bilmirsən hə?,-balaca uşaqlar kimi ürkək baxışlarla soruşduğum bu suala Cavid gülüb,
-qorxaq,içindəki şübhələri mənə olan inamın yox etmədi?,-dedi.O əlini üzümdən çəkib,hər iki əlini cibinə qoydu,-demək ki,mənə inanmırsan,-onun səsində məyusluq hiss etdim.Cavid haqlı idi,içimdəki şübhə qalmış,dahada artmışdı.Başımı aşağı salıb,susdum.Bir necə saniyə bəlkədə bir dəqiqə sürən sakitçilikdən sonra Cavid çənəmdən tutub başımı qaldırdı,gözlərini göz bəbəklərimə dikib,
-evli deyiləm,heç vaxtda evli olmamışam,-dedi.Bu sözləri eşidib,mənim üzüm gülsə də onun üzü gülmürdü.O üzümə tərs-tərs baxıb,
-yenə inanmırsan?,-soruşdu.
-inanıram,-Cavid üzümü əlləri arasına alıb,
-inan mənə, sənə olan hisslərimə inan, dediyim hər söz inan.Ona gülümsəyib,başımı tərpətdim.Cavid bu gecə yenə moskvaya qayıtmalı idi.Sagollaşanda o hava limanına mən isə evə getdim.Günlər keçirdi,o tez-tez zəng vursa da,ardarda iki həftə işləri ilə əlaqədar bakıya gələ bilməmişdi.Cavid barədə hər şeyi Südabəyə deyir onunla məsləhətləşirdim.İki həftədən sonra Cavid gəlmiş,elə həmin gündə yenidən qaıyıtmışdı.Başa düşürdüm ki,onun hər həftə bura gəlib qayıtması çox çətindir,ancaq onsuzda qala bilmirdim,həftənin hər günün tez bitməsini,baza günün gəlməsini səbirsizliklə gözləyirdim,mənim üçün həyat həftənin bir günüdən,daha doğrusu bazar gününün bir neçə dəqiqəsindən ibarət idi,hansı ki həmin dəqiqələri Cavidlə əsas küçəyə çıxan cığırda görüşürdük.İşlərinin çoxluğundan o gec zəng vuran kimi küsür,zənglərini açmırdım,açsam belə soyuq danışardım,o isə hər dəfə məndən üzr istər,işlərinin çoxluğunu deyərdi.Dekabr ayının son günləri idi,hər yerdə yeni il abuhavası var idi.O yeni ili ailəsi ilə birlikdə keçirmək üçün on günlük gələcəyini demişdi.Günlərin tez keçməsini onun gəlməsini istəyirdim artıq.Onun üçün darıxsamda bunu ona bildirməzdim,utanardım,çək inərdim.O da belə şeyləri danışmağa çəkinən biri idi,çox az hallarda,-darıxmışam,-desə  də bircə dəfə də olsun sevirəm deməmişdi.Söz yox ki,bunu hər hərəkətində görürdüm,ancaq o belə etiraflardan uzaq biri idi.Cavid uzaqda olsada mənim hər bir hərəkətimdən xəbərdar olardı.Bəzən ona,
-bəlkə arxamca məni güdəcək birini tutmusan heç xəbərim yoxdu,-kimi zarafatlar edirdim.O isə,
-pis fikir deyil,bəlkə bir gün bunu nəzərə aldım,-deyib gülürdü.Yeni ilə beş gün qalmış o gəlmişdi,gəldiyi günü ailəsi ilə bərabər olacağı üçün biz görüşə bilməmişdik.Cavidin həftəsonları bakıya gəldiyini onun ailəsi bilmirdi,bir-iki dəfə ondan,
-niyə anangilə də baş çəkmirsən,-soruşsamda,o
-belə lazımdır,mən bilirəm neyləyirəm,-deyib,söhbəti dəyişirdi.Onun bu cavabı məni yenidən narahatlığa qərq etmişdi.Həmişə olduğu kimi yenə Südabəyə bu barədə danışanda o,
-bəlkə valideyləri ilə problemləri var,qarışma çox,üstünədə getmə,-deyirdi.Cavid qayıtsa da iki-üç gün Şüvəlana gələ bilməmişdi,dediyinə görə onun gəldiyini eşidən bütün qohumlar,yaxın dostlar hər gün dəst-dəstə onlara qonaq gəlirdi.Bəzən onun mənlə telefonla danışmağa belə imkanı olmurdu.Biz ancaq gecələri telefonla bir saata yaxın danışar,gündüzləri isə ara-sira mesajlaşardıq.Bir axşamçağı o zəng vurub,məni həmişəki yerimizdə gözlədiyini dedi.Atam bu saatlarda evə qayıdardı adətən,o gəlib bizi,anamla məni evdə görməyəndə əsəbiləşərdi.Bizim ailədə hər kəs atamın qoyduğu qanunlarla yaşayırdı.Anama qonşuya gedəcəyimi deyib,evdən çıxmaq istəsəmdə anam,
-qızım,atanın gələn vaxtıdır,gözlə,ona deyib gedərsən,-dedi.Məyus formada Cavidə mesaj yazıb,evdən çıxa bilmədiyimi dedim.O isə mesajla,
-gözləyəcəm,gecə olsa belə səni görmədən getməyəcəm,-cavabını verdi.Atam gələndə Rauf əminin xəstə yatdığını,ona baş çəkmək istədiyini dedi,anam isə həmişəki kimi atamı tək buraxmaq fikrində deyildi.Bəzən anamın xasiyyətinə qibtə edirdim,o atamın uşaq kimi qayğısını çəkirdi,belə məqamlarda anama zarafatla,
-dörd uşaq anası,-deyirdim.Onun isə bir anlıq gözləri dolar,
-dörd yox,yaşasaydılar,yeddi uşaq anası olardım,-deyirdi.Anamı kədərləndirdiyim üçün özümə əsəbiləşər,anamın üzündən öpüb,
-artıq səndə atamı uşaqlarından saymağa başlamısan,-deyib gülər,onun da üzündə gülüş görən kimi,-mənim gözəl anam,-deyib birdə öpərdim...Anam Rauf əminin xəstə ziyarətinə mənimdə gəlməyimi istəyirdi,
-qızım,ayıbdır,səndə gəl,-desə də mən dərsləri bəhsnə edib evdə qalmaq istəyirdim.Yaxşı ki o an atam,
-Cahan,imkan ver qız imtahanlarına hazırlaşsın,Raufun xəstəliyi yüngüldür,tez sağalıb,ayağa duracaq,Hilal getməsə də olar,-deyib,mənim alnımdan öpdü,-sən dərslərini oxu,biz gedib tez də qayıdacayıq.Atamgil gedəndən bir neçə dəqiqə sonra isə mən evdən çıxıb,Cavidlə həmişə görüşdüyümüz cığıra gəldim.O dediyi kimi məni gözləyirdi,ikimizdə salamlaşıb,sakit bir-birimizə baxırdıq.Cavidin gəldiyi gündən üç-dörd gün sonra mənimlə görüşmək istəməsi xətrimə dəymişdi.Ona incik baxışlarımdan Cavid başa düşüb,gülə-gülə
-yenə neyləmişəm,elə baxırsan mənə?,-soruşdu.Ona gözlərimi süzdürüb,üzümü yana çevirdim.Cavid eyni gülüşlü səslə
-sənin göz süzdürməyidə var imiş,-üzümü özünə tərəf döndərib,-qəlbimi aldığın bəs deyil,bu göz süzdürməyinlə ağlımı da almaq istəyirsən?,-dedi.Cavidin romantik dəqiqələrini çox zaman mənim isterikalarım pozurdu.Bu dəfə də elə olmuşdu.Onun sözlərindən yanaqlarım allansa da,gözlərimi ondan qaçırsamda dilimi dinc saxlaya bilmədim.
-nə yaxşı qonaqlarınızdan vaxt tapıb,təşrif buyura bildiniz,-yenə pafoslu səslənmişdi dediklərim.Cavid qaşlarını çatıb,ciddi formada,
-deməmişdim mənlə belə danışma,-dedi,onun səsi ucadan çıxmışdı.İlk dəfə idi o mənə səsini ucaldırdı.Yaşla dolan gözlərimi yerə dikdim,burnumu sallayıb,küsəyən uşaqlar kimi dayanmışdım,onun qarşısında.Ona baxmasamda məndən gözlərini çəkmədiyini hiss edirdim.Cavid bir neçə dəqiqə susub,
-mənə bax,-dedi,onun səsindəki soyuqluqda mənə yad idi.Başımı qaldırıb ona baxanda dolan gözlərimi görüb,sakit tonda,
-ağlama,-dedi.Daha dözə bilməyib,indiyə qədər içimdə saxladığım bütün sözlərimi üzünə dedim.
-ağlamayım hə?Aylardı mən içimi yeyirəm,bir gəlirsən beş gəlmirsən,nə var kimi varsan nə yox kimi yox.Yorulmuşam Cavid,hər dəfə sən gedəndə özümü yenə gələcəyinə umidləndirməkdən,gəlməyənd ə yox o səni aldatmaz,səni atmaz,mütləq ki,işi çıxıb,ona görə gəlməyib,fikirləri ilə özümü ovundurmaqdan,gələndə də sevinməmiş getməyinin kədərini yaşamaqdan yorulmuşam,-o səssiz formada məni izləyirdi,bu halı məni daha da özümdən çıxarırdı,ona son olaraq-bəsdi daha,-deyib,ağlayaraq evə qaçdım.Mən ümid edirdim ki,o məni dayandıracaq,lakin o nəinki yerindən tərpənmədi heç adımı belə çəkmədi.İki gün sonra yeni il gəlirdi,biz isə ayrılmışdıq.Evə çatanda atamgil hələ gəlməmişdilər.Atama zəng vurub,tez yatacağımı,gələndə qapını açarla açmalarını dedim,sonra isə yerimə uzanıb yatmağa çalışdım.Qarışıq fikirlərlə dolu olan beynim dinclik tapmırdı,yuxum isə ərşə çəkilmiş kimi gəlmirdi ki gəlmirdi.Anamgil gələndə çalışırdılar səssiz davransinlar ki,məni oyatmasınlar,ancaq mən yata bilməmişdim.Cavidlə yaşadığımız hər şeyi təkrar-təkrar xatırlayır,unutmamaq üçün yaddaşıma yazırdım.Caviddən iki gün səs-soraq olmadı.Onsuz yeni ili qarşılayacağım ağlıma belə gəlməmişdi,mən bunu xəyal etməmişdim.O birdə yeni il axşamı zəng vurdu.İki çağırışını açmayınca ardınca mesaj yazdı ki,
-əgər indi həmişəki yerə gəlməsən,özüm gəlib qapınızı döyüb səni çağıracam...Cavid dəliqanlı,ağlına hər gələni edən biri deyildi,o həmişə davranışlarına diqqət edərdi.İndi bu mesaj mənə həm gülməli gəlirdi,həm də nə yalan deyim sevinirdim ki,o məndən belə asanlıqla imtina etmir.Yeni il axşamı olduğundan bütün ailəmiz bir yerə,bizə yığılmışdı.Arzuyla Musanın səsləri isə küçədən belə eşilirdi.Cavidə gələ bilməyəcəyimi yazdım.Lakin o istəyinə nail olmayınca əlçəkməyəcəkdi.Mənim mesajimdan sonra zəng etdi.Əvvəl açmaq istəmədim,ancaq özümdə onun səsini eşitmək istəyirdim.Bəlkədə zəiflik etdim bilmirəm.
-Hilal,sənə dediyim hər sözə inan demişdim,əgər gəlməsən,dediyimi eləyərəm,-onun səsində qərarlılıq var idi,ona yox deyə bilmirdim,
-yaxşı,çıxa bilsəm gələcəm..Yenə evdən çıxmaq problemi və yenədə Südabə həmişəki kimi mənim köməyimə etdi.Cavid həmin yerdə məni gözləyirdi.Onun yanına çatan kimi qolumdan tutdu,məni qaranlığa çəkib,qucaqladı.İlk dəfə idi o məni qucaqlayırdı,özümü o qədər rahat və güvəndə hiss edirdim ki,düşünürdüm kaşki zaman dursun,biz beləcə qalaq.O məni bərk qucaqlayıb,
-elə bilirsən sən arxanı dönüb gedəndə mən səndən əlçəkəcəm?Elə bilirsən mənə asandı,hər dəfə səni burda qoyub getmək,mən üyərimi burda qoyub gedirəm,sənsiz yaşamıram,nəfəs ala bilmirəm orda.Neyniyim hə?İmkanım buna çatır,hər əlimə fürsət düşəndə qaçıb yanına gəlirəm..İlk dəfə idi ondan belə sözlər eşidirdim,mən yenə eqoistlik etmişdim,yenə özümə əsəbiləşirdim.Məndə onu qucaqlayıb,başımı sinəsinə qoydum,
-bağışla.Cavid saçlarımı sığallayıb,
-səndən sadəcə səbrli olmağını istəyirəm,mənə inan və səbirli ol.Onu daha bərk qucaqlayıb,
-yaxşı,-dedim.Cavid həmişəki kimi məni evə kimi ötürüb,getdi.Gecə saat on ikini vuranda isə zəng vurub yeni ilimi tebrik etdi.Bu dəfəki gəlişi əvvəlkilər kimi bir günlük olmadığı üçün biz hər gün görüşə bilirdik.Birinci imtahan günü o özü məni universitetə apardı,imtahanı verənə kimi isə gözlədi.İmtahan zalından Nazlı ilə bərabər çıxmışdıq.Nazlı Əlinin onu gözlədiyini dedi.
-onda sən get gözlətmə Əlini,-deyib Nazlını yola salmaq istəsəmdə,o gülə-gülə
-gedirikdə birlikdə,sənlə gedəndə nolur ki,həm qoy gözləsin,məni gözləməyib kimi gözləyəcək,-dedi.Nazlı Cavid haqda bilirdi,buna görədə ona məni Cavidin gətirdiyini dedim və biz birlikdə aşağı düşdük.Girişdən çıxanda mən Cavidə o isə Əliyə tərəf getdi.Cavid imtahanı necə verdiyimi maraqlanıb məni təbrik etdi.Biz yan-yana mertoya doğru gedirdik.Universitetdən çıxıb mertoya gedən ensiz yolda bir balaca gül dükanı var idi.Dükanın qarşısından keçəndə Cavid,
-burda gözlə gəlirəm indi,-deyib,dükana girdi.Telefonuma Nazlıdan mesaj gəlmişdi.Mesajda
-çox yaraşıqlıdır,bir-birinizə yaraşan cütlüksüz xoşbəxt olun,-yazılmışdı.Biraz sonra isə Cavid qucağında çoxlu sayda qızılgüllə ordan çıxdı.Gülləri mənə göstərib,
-necədirlər?,-soruşdu.Mən gülə-gülə,
-qəşəngdirlər,-dedim.O gülləri hələdə qucağında tuturdu.
-sən bəyəndinsə onda o da bəyənər.Bir anda məyus olmuşdum,o gülləri mənə yox bir başqasına almışdı,ilk ağlıma gələn isə anası oldu.Onu anasına qısqanmırdım,lakin bir təsəvvür edin qarşınızda qucağında güllərlə sevdiyiniz insan dayanıb və deyirki bu güllər başqası üçündür.Nə hisslər keçirərdiz?Məndə eyni hissləri keçirirdim.
-hə yəqin bəyənər,-ona baxmadan yeriməyə başladım.Cavid kefsiz olduğumu görsə də heç nə demirdi.O məni evə kimi ötürdü.Sagollaşıb evə girmək istəyəndə Cavid məni çağırdı.
-Hilal,gülləri unutdun,-deyib,məşhür gülüşü və mənalı baxışları ilə mənə baxırdı.O yanıma gəlib gülləri qucağıma verdi.Gülləri iyləyib,
-burda neçə gül var?,-soruşdum.
-on doqquz,yaşın sayda,-o biraz fikirləşib,-iyirmi olmayıb da hə?,-soruşdu.
-yox,olmayıb hələ.
-nə vaxt olacaq?
-fevralın 19-u.Mən ona ad günümü demişdim, Caviddən ad gününü soruşanda isə o,
-mənim ad günüm iyulun 2-sidir,səni tanıdığım gün,demişdi.Sözləri yenə yanaqlarımı allandırsa da,mən israrla onun əsl ad gününü bilmək istəyirdim.
-vəsiqəni ver baxacam.Cavid başını yelləyib,gülə-gülə vəsiqəsini çıxarıb verdi.Həqiqətəndə onun ad günü iyulun ikisi idi.Bu arada vəsiqə əlimə kemişkən onun ailə vəziyyəti statusuna da nəzər yetirib,subay yazıldığını görüncə kefimə deyəcək yox idi.Cavid iki gün sonra yenidən moskvaya qayıtmışdı,getməzdən əvvəl həmişəki kimi gəlib sağollaşıb getmişdi.


Şərhlər:
Baxılıb: 1768
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz