Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qaranquşun hekayəsi
Bir qaranquşun hekayəsi
Göndərən: DORA
Şərhlər:
Baxılıb: 1579
Səs ver:
 
Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur:
Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:
- Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir:
- Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?
Qaranquş pərt olur. Yenə dəümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:
- Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə yaşaya bilirəm. Peşman olmazsan. Sən də mənim kimi yalnızsan, yalnızlığını paylaşaram.
Bu dəfə adam əməlli hirslənir:
- Mən yalnızlığımdan məmnunam. Məni rahat burax!
Bu dəfə qaranquş başınıönəəyib gedir. Bir daha görünmür pəncərədə.
Aradan zaman keçir. Adam öncə düşünür, sonra öz-özünə etiraf edir:
- Hey mənim ağılsız başım, nə qədər axmaqlıq etdim. Gözlənilməz anda qarşıma çıxan fürsəti əldən verdim. İndi belə tək oturacağıma əyləncəli vaxt keçirərdik birlikdə.
Peşman olur amma iş işdən keçib. Yenə dəöz-özünü rahatlatmaq üçün deyir: İstilər başlayanda qaranquşum necə olsa gələr. Mən də onu yanıma alar, maraqlı bir həyat keçirərəm.
…. Vəçox uzun müddət istilərin gəlməsini gözləyir. Gözü yollarda qalır. Yaz gəlir, başqa qaranquşlar gəlir, amma … onun qaranquşu heç görünmür. Yazın sonuna qədər pəncərəsi açıq gözləyir,amma nahaq. Qaranquş yoxdur! Gələn başqa qaranquşlardan soruşur, görən olmayıb. Sonunda dərdini demək və məlumat almaq üçün bir müdrikə gedir. Olanları danışır. Müdrik gözlərini adama dikir və deyir:
- Qaranquşların ömrü 6 aydır…
Həyatda bəzi fürsətlər vardır ki,sadəcə bir dəfəəlinizə keçər və dəyərləndirməsə­niz uçub gedər.
Həyatda bəzi insanlar vardır ki, yalnız bir dəfə qarşınıza çıxar, dəyərini bilməsəniz qaçıb gedər. Və heç vaxt geri dönməzlər.
Diqqətli olun və düşünün.
 


Şərhlər:
Baxılıb: 1579
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz