Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (4-cü bölüm)
Milyon qızılgül (4-cü bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 2159
Səs ver:
-Saçlarına kimsə baxanda azca qalıram onu vurub öldürüm,yadındadır, Ankaraya gələndə sən saçlarını açıq qoymuşdun,yanımızdan keçən hər kəs sənin saçlarına baxırdı,mən isə qəzəbimi güclə boğurdum.
-ona görə elə narahat görünürdün demək,-dedim.Cavid yenidən üzümü əlləri arasına alıb,
-qadının öz kişisini ilk tanışlıqlarından öyrənməyə başlaması yaxşıdır,-dedi.Onun sözləri onsuzda qızarmış olan yanaqlarımı dahada allandırdı.Cavid bunu görüb,
-utanmaq hər qadına yaraşır,ancaq sənə bir başqa cür yaraşır,-dedi.Onun üzündəki gülüş anidən qaşlarının çatılması ilə əvəz olundu, boynumdan asdığım klonu göstərib,-nə var onun içində elə?,-soruşdu.Həmin an özümü itirdim,axı mən onun içinə bir başqasının şəklini qoymuşdum.Cavid həyəcanlandığımı görüb,
-aç ver baxacam,-dedi.Onun üzündə biraz hisli olduğu hiss olunurdu,boynumdan klonu açıb ona uzatdım.Cavid klonu açıb,içindəki şəkillərə baxanda təəccüblə,
-bu şəkillər səndə hardan var?,-soruşdu.Başımı aşağı salıb,
-o balaca qız mənəm,o biri isə mənlə son zəngi vuran oğlandı.Cavid çənəmdən tutub başımı qaldırdı.
-bu nə deməkdi indi?,-o sakit və gülümsəyərək soruşsa da mən özümü itimişdim,gözlərimdə dolmuşdu,yanağıma bir damla yaş axan kimi isə qaçmağa başladım,istəmirdim Cavid məni belə görsün,həm ona nə izah edəcəkdim heç özümdə bilmirdim.O yerindən tərpənmədən,
-bu oğlan mənəm,-qışqırdı.Nəfəsim kəsilmiş formada dayanıb ona baxırdım.Cavid yanıma gəlib qarşımda dayandı.
-bu mənəm,səndə o balaca,şirin qızsan hə?Gözümün yaşını silib,gülümsədim,qəribə təsadüf idi yaşadığımız.Mənim illərlə xəyalını qurduğum insan qarşımda dayanmışdı.Axı necə tanımamışdım onu?Onun adı siması mənə bu qədər tanışkən necə başa düşə bilməmişdim,özümə əsəbiləşirdim.Cavid klonu yenidən boynumdan asıb,
-bunu heç vaxt çıxarma,-dedi.Həmin günü Cavid yenidən moskvaya qayıtsa da,inanırdım ki,o mənlə əlaqəni kəsməyəcəkdi.Biz isə bir neçə gün sonra bakıya qayıdacaqdıq.İstanbulda son günümüzdə ailələrimizə hədiyyələr almaq üçün şəhərin mağazalarını gəzmişdik.Mən özümə telefon almışdım,nömrəni isə bakıdan alacaqdım.Sonuncu günün axşamı Cavid otelə zəng vurdu.Necə qayıdacağımızı,onsuz burda keçən bir neçə günü nə etdiyimi,hər bir şey ilə maraqlandı.Onun belə diqqətcil olmağı mənə xoş gəlirdi.Mən ona telefon aldığımı deyəndə sevinmişdi,mənlə daha rahat əlaqə saxlaya biləcəkdi.Bakıya qayıdanda bizi ailələrimiz qarşıladı.Hamı üçün çox darıxmışdım,əsas da evimiz üçün.Mənim qayıtmağım münasibəti ilə bütün ailəmiz bir arada yemək yeyirdik.Rauf əmiylə Nüşabə xalada bizdə idilər.Rauf əmi gələndən gedənə kimi Ramilin hərbi xidmətdə etdiklərindən,onu hər dəfə filan qədər xərcə saldığından şikayətlənir,Nüşabə xala isə,
-gözümün ağıqarası bircə oğlum var,ona qurbandı hər şey,-deyirdi.Nə yalan deyim onların belə dialoqları üçün belə darıxmışdım,insan sevdiklərinin dəyərini onlardan uzaqda olanda daha yaxşı anlayır,bir aylıq türkiyə səfəri mənə bunu daha aydın göstərmişdi.Rauf əmigil gedəndən sonra mən hər kəsin hədiyyəsini paylayıb,özümə aldığım yeni model telefonumu onlara göstərdim.Atam isə mənə nömrə alacağını söz verdi.O zamanlar da mobil telefonlar sadəcə zəng etmək və mesaj yazmaq üçün idi.Cavidin mənə türkiyədə göndərdiyi ilk qızılgüllərdən birini qurutmuşdum. Gecə yatağıma uzananmazdan əvvəl onu iyləyib,Cavidi düşünərək yatdım.Atam dediyi kimi səhəri günü mənə nömrə almışdı,çox istəmişdim ki,ilk zəng edəcəyim şəxs Cavid olsun ,ancaq onun nömrəsini bilmirdim.Qayıtmağımızdan bir neçə gün keçmişdi.Nazlı ilə bəzən ev telefonu ilə saatlarla danışırdıq.Əli Nazlının bizlə türkiyəyə getdiyinə görə ona qəzəbli olsada onlar bir-birilərini sevirdilər.Mən Nazlıya Cavid barədə bakıya qayıdandan sonra danışmışdım.Telefonda danışıqlarımız o Əlidən mən isə Caviddən danışırdım.Bir axşam Cəmilgil bizdə olanda Arzu ilə gəzə-gəzə gəlib,Cavidgilin evlərinin önünə çıxmışdıq.Ev soyuq və sönük,həyət isə baxımsız idi,görünürdü ki,uzun zamandır burda heç kim yaşamır.O gündən sonra hər yolum düşəndə o evə diqqətlə baxardım.Ümid edirdim ki,bir gün o evə baxanda işiqları yanılı görəcəm.


Şərhlər:
Baxılıb: 2159
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz