Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyon qızılgül (3-cü bölüm)
Milyon qızılgül (3-cü bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1711
Səs ver:
Həmin günü ilk dəfə Ramilin məni evə ötürməyinə icazə verdim.Biz yolboyu bəzi şeyləri müzakirə etdik.Mən öz fikrimdə qalmışdım,Ramilə qarşı nə hisslərim,nə də fikrim dəyişməmişdi,çalışdım bunu ona da başa salım,o isə öz dediyini deyib durmuşdu.Evə gəlib çatanda isə,sağollaşıb evə girdim.Yay sesiyasını böyük həvəslə verib,səbirsizliklə təcrübənin başlanma vaxtını gözləyirdim.İyulun biri biz türkiyədə olmalı idik.Rauf əmigil Ramilin hərbi xidmətə getməyi münasibəti ilə qonaqlıq verəcəkdilər.Mənim tez gedəcəyimi eşidib,qonaqlığı iyunun iyirmi doqquzu etdilər.Qonaqlıqda təkcə Nüşabə xala tez-tez kövrəlirdi,görünürdü ki,Nüşabə xala övladları arasında Ramili bir başqa cür istəyir.Ramil saçlarını çox qısa vurdurmuşdu,fikrimcə ona belə daha yaxşı yaraşırdı.Onunla təklikdə qalmaq imkanı olmamışdı,açığı bu mənim ürəyimcə idi,çünki Ramilin yenə eyni sözləri təkrar edəcəyini bilirdim.O günün səhəri Ramil evə zəng vurmuşdu,o vaxtlar mobil telefonu çox az sayda qadın işlədirdi.Salamlaşandan sonra o yenidən mənim getməyimə narazılığını bildirdi.
-Ramil,bax qəlbini qırmaq istəmirəm,hərbi xidmətə gedirsən çalışıram,sənlə mehriban davranım,ancaq bu o demək deyil ki,mənim sənə qarşı hisslərimdə,ya da fikirlərimdə dəyişilmə olub,yox mən öz fikrimdə qalmışam,səni də boşuna umidləndirmək istəmirəm.Ramil daha bu barədə heç nə deməyib,söhbəti dəyişdi.Bir gün sonra isə biz bakı hava limanından bakı-istanbul reysi ilə isanbula yola düşdük.Bizi yola salmağa valideylərimiz,qardaş-bacı larımız gəlmişdi.Qızların valideyləri bizi qrupda bizlə gedən oğlanlarımıza bərk-bərk tapşırırdılar.Oğlanlardan birinin valideyni,
-məncə biz əksinə etməliyik,oğlanlarımızı qızlara tapşırmaq lazımdır,sizin qızlar maşallah hamısı ağıllı qızlardır,-dedi.Bu sözdən sonra hamı gülüşmüşdü.Yayın isti vaxtlarında getməyimizə baxmayaraq anam çamadanıma qalın paltarlar belə qoymuşdu,soruşanda ki,neyniyəcəm onları orda deyirdi,-birdən soyuq olar,-anamın qayğısı üçün indidən darıxmağa başlaşımdım.Mən heç vaxt ailəmdən uzaq qalmamışdım,buna görə də təyyarəyə minən kimi ağlamağa başladım.Bir neçə saatdan sonra biz istanbulda idik.Bu şəhəri qiyabi olaraq yalnız televiziyadan və jurnallardan tanıyırdım.Ancaq real olaraq şəhər həqiqətən də gözəl idi.Biz şəhərdən biraz kənar balaca bir oteldə qalacaqdıq.Birinci günü yol yorğunu olduğumuzdan hər kəs əşyalarını onlar üçün ayrılmış şkaflara yerləşdirib,yemək yeyəndən sonra yatdıq.Mən Nazlı ilə eyni otaqda qalacaqdım.Sabah bizi ağır və daha da yorucu gün gözləyirdi,qrup rəhbərimiz Həsən müəllim idi,xətrini çox istədiyimiz müəllimlərimizdən biri idi.Səhəri günü Həsən müəllim aramızda mövzu bölgüsü edib,hər birimizə istanbulun bir səmti barədə,eləcə də orada yerləşən tarixi abidələr barədə məlumat toplamağı tapşırmışdı,çoxlarımız bu tarix məsələsinə etiraz etdik,Həsən müəllim,
-bura təkcə gəzməyə gəlməmişik,həmdə öyrənməyə gəlmişik,-dedi.Qrupda cəmi dörd qız olduğumuzdan Həsən müəllim bizi iki-bir qruplaşdırdı, Nazlı ilə yaxınlığımızı nəzərə alıb bizi bir qrupa salmışdı.Həsən müəllimin tapşırığına görə biz taksim meydanı haqda məlumat toplamalı idik,lakin Nazlının ideyası ilə biz şəhərin ən məşhur kapalıçarşı bazarını gəzdik,gördüyümüz hər şeyi almaq istəsək də pulumuz yetmirdi.Ordan özümə hər iki tərəfinə şəkil yerləşdirmək mümkün olan bir klon almışdım.Otelə qayıdanda özümlə götürdüyüm yanmış şəklimi kəsib,klonun bir tərəfinə o oğlanın,digər tərəfinə isə özümün şəklimi yerləşdirdim.Nazlı mənə,
-sən dəlisən,tanımadığın insanın şəklini niyə bu qədər əzizləyirsən axı?,-deyəndə ona incik-incik baxırdım sadəcə.Bəlkədə o haqlı idi,bəlkə yox o haqlı idi,yad bir insana bu qədər dəyər verməyimi bəzən özüm belə anlamırdım.Şam yeməyində Həsən müəllim bizim tapşırığı yerinə yetirmədiyimizi biləndə bizə cəza olaraq,sabah bizimlə gələcəyini dedi.Gecə yuxum gəlmirdi,Nazlının sözləri məni elə bil yuxudan oyatmışdı,ilk dəfə idi,belə hala düşürdüm,fikirlərim bir anda qarışmışdı.Yatağımda bir neçə dəfə o tərəf bu tərəfə dönəndən sonra sahildə gəzmək qərarına gəldim.Buraları tanımadığımdan oteldən çox uzaq getmədən sahildə gəzirdim.O son zəng günü yenə beynimdə firlanır,Nazlının sözləri ilə mübarizə aparırdı sanki.Boynumdan asdığım klona əlimi toxundurub fikirli halda dolanırdım.Özümdən bixəbər formada necə gəzirdimsə arxamda kimlərinsə mənim haqda danışdıqılarını mən hələ indi anlamışdım.Bunlar iki türk oğlanı idi,deyəsən sərxoş idilər.Addımlarımı sürətləndirib,otelə doğru yollandım,lakin onlardan biri mənim qolumdan tutub,arxasınca sürüyürdü,-burax alçaq,-deyib,qışqırıb,bağı rsamda onlar mənə fikir vermirdilər.Bilmirəm necə oldu,kimsə məni onun əlindən alıb,ona bir yumruq vurdu,yerə yıxılan oğlan ayağa qalxıb,məni tutana vurmaq istədikdə isə o məni buraxıb,bu dəfə daha güclü bir yumruq atdı,yerə yıxılan oğlanın ağzı qanamışdı,o biri dostu isə arxasına baxmadan qaçdı,yerdəki ətrafına baxıb,bir taxta parçası əlinə götürüb,məni ondan alana hücum etdi.
-alıb indi o taxtanı münasib bir yerinə..,-mən tez qulaqlarımı tutdum ki,onun işlətdiyi söyüşləri eşitməyim,bircə onu xatırlayıram ki,taxtanı onun əlindən alıb,arxasına iki-üç dəfə bərk vurdu,oğlan qaçdı.Əllərimi yanıma salıb,key kimi ona baxırdım.O isə türk oğlanın ardınca bir-iki söyüş işədib,mənə tərəf gəlirdi,mən isə arxa-arxaya getməyə başladım.O bir nöqtədən sonra ayaq saxlayıb,
-qorxma,birazda getsən dənizə düşəcəysən,-onun tərpənmədiyini görüb,otelə doğru qaçmağa başladım.
-ey,dur,qaçma,adam bir təşəkkür edər,müsəlmana yaxşılıq yoxdu ki..bəlkə heç müsəlman deyilmiş,-onun sonuncu cümləsini eşidib,ayağımı saxladım.Deyəsən mənə indi aydın olurdu ki,o bizim dildə danışır.Arxaya dönüb,yerimdən tərpənmədən,
-mən müsəlmanam,-qışqırdım.O üç-dörd addım irəli gəlib,
-mən isə Cavidəm,-dedi.Bu ad mənə tanış idi,ancaq o an xatırlaya bilmirdim.Bəzən bir insana qarşı ilk dəfə rastlaşdığınız anda qəribə bir yaxınlıq hiss edərsiniz,bu hiss əksəriyyətimizdə olur.Məndə həmin an Cavidə qarşı qəribə bir yaxınlıq hiss etdim,sanki bu insanı illərdir tanıyıram,adı,həmin ankı duruşu,mənə mənalı baxışı elə doğma,elə füsunkar idi ki,heç özümdə bilmədən iki-üç addım irəli gedib,
-mən də Hilalam,-dedim.Cavid daha bir neçə addım atıb,qarşımda dayandı,əlini mənə uzadıb,
-şad oldum,Hilal,-dedi.Mən ona əl vermək istəyəndə isə o tez əlini havaya qaldırıb,
-əvvəlcə səni qurtardığım üçün mənə təşəkkür et,-dedi.Gülümsəyib,
-təşəkkür edirəm,sən olmasaydın...Biraz əvvəlki vəziyyətim gözlərim önünə gəldi,qəhərlənmişdim,Cavid bunu görüb,əlimi sıxdı.
-mən olmasaydımda sən onların öhdəsindən gələrdin,-dedi.Bilmirəm o bu sözü ciddi demişdi,ya zarafatla.Qəribə idi ki,biz ilk andan bir-birimizə sən deyə müraciət etməyə başlamışdıq.Cavidə bir daha təşəkkür edib,otelə qayıtmışdım.Həqiqətən də o gecə Cavid məni o sərxoşların əlindən almasa idi,heç təsəvvür edə bilmirəm həyatımda nələr baş verərdi.Səhəri günü Həsən müəllim bütün qrupu topqapı sarayına aparmışdı,orda saatın neçə keçdiyini bilmədən bir də fərqinə vardıq ki,artıq axşaq düşüb,otelə qayıtmaq vaxtı idi.Şam yeməyindən sonra qrup qızlarından biri sahildə gəzməyi təklif etdi.Dünən yaşadıqlarımdan sonra o sahilə getməyə qorxsamda bu dəfə tək olmayacaqdım,hamı yanımda olacaqdı.Dünən baş verənləri səhər təkcə Nazlıya danışmışdı,o isə sağ olsun,mənim halımı yox,Cavidin necə biri olduğunu soruşurdu.Sahildə Nazlı yenə mənə Cavid barədə bəzi suallar verməyə başladı.Nazlının suallarından bezib,oğlanların yanına getdim,onların sphbətinə qoşulmaq fikrim yox idi,sadəcə yanımızda adam olanda Nazlı daha az sual verirdi.Biz oteldən bir xeyli aralı idik,gəzərkən qarşımıza bir dəstə gənc çıxdı,biz yaşda olardılar,gitara çalıb,o zamanların məşhur türk mahnılarını oxuyurdular.Gitara səsi mənimçün bütün orkestrı əvəz edir,harda eşitsəm bütün hər şeyi unudub ona doğru gedirəm.Bu dəfə də elə oldu,qrupu unudub,uşaqlara doğru getdim.Vaxtın neçə keçdiyini bilmədim,uşaqlarla sagollaşıb,onlardan ayrılanda qrupdan heç kimi görmədim.Tək qalmaq qorxusu,gecənni sükutu üstəgəl dünən yaşadıqlarımın qorxusu məni vahimələndirirdi.Gəldiyimi z yolnan qayıtmağı düşündüm bir anlıq,lakin yenə dünən gecəni xatırlayıb,birza əvvəlki dəstənin yanına qayıtmaq qərarına gəldim,onlardan çox da uzaqlaşmamışdım.Heç iki addım atmamışdım ki,kimsə adımı çəkdi.
-Hilal,yenə gecə vaxtı tək tənha nə işin var bu sahildə? Bu Cavid idi.Cavidə qrupumuzu,bura niyə gəldiyimizi,qrupdan niyə ayrı düşdüyümüz danışdım.O ikinci dəfə mənə ən cətin anımda kömək əlini uzadırdı.
-bura oteldən çox uzaqdır,yaxşı ki,tək qayıtmamısan,gedək səni ötürüm.Biz sakit sahil boyu gəlirdik.Yol boyu Cavid mənə neçə yaşın var, harda oxuyursan,neçənci kurs,hansı universitet kimi suallar verirdi,eyni sualları da mən ona verirdim.Cavid 180-185 boylarında,əsmər,29 yaşında,yaraşıqlı biri idi.Mənə onun siması tanış gəlirdi,ancaq kimə bənzədiyi tapa bilmirdim.Enli alnı,iri qara gözləri,nisbətən böyük burnu və həcmli dodaqları var idi,esmer saçları çox qısa vurulmuşdu,ön dişlərindən biri qızıldan idi,bu ona gülən zaman qəribə bir şırınlik verirdi.O moskva dövlət universitetini bitirmişdi,dediyinə görə universitet illərindən kiçin bizneslə məşğul olmağa başlamış,universiteti bitirnədən sonra isə orada qalıb,biznesini genişləndirmişdir.Beləcə biz danışa-danışa otelə çatmışdıq.Cavidə məni ötürdüyü üçün təşəkkür etdim,o,isə gülümsəyib,-birdə tək gəzmə,gecen xeyirə qalsın,-deyib getdi.Sonrakı bir neçə gün mən onu görmədim.Bir gün otağımıza mənim adıma bir dəstə qızılgül göndərmişdilər.Üstündə də ürək formalı bir kat var id.Müasir oğlanlara belə hərəkətlər bayağı gəlir,ancaq o zamanlar üçün bunu əsl centlmenlər edərdi.Güllər Caviddən idi,karta isə eyniylə belə yazmışdı :
-ümid edirəm daha gecələri sahildə tək gəzmirsən,mən bir neçə günlük moskvaya qayıtmalı oldum,həftəsonu işlərimi həll edib gələcəm...Heç bilmirdim sevinim ya teeccüblənim,çünki belə bir jesti gözləmirdim.İlk dəfə aldığım qızılgüllər zıbıl qabını deyil vazanı bəzədi.Kartı gizlədib,Nazlıya güllərin kimdən gəldiyini demədim,niyə bilmirəm ilk dəfə idi ondan nəyisə gizlədirdim,bəlkə qısqanclıq hissi bunu mənə etdirirdi,axı Nazlı Cavidin adın eşidən kimi çoxlu suallar verməyə başlayırdı.Həmin an öz hərəkətimdən və fikirlərimdən özüm utansamda Nazlıya daha heç nə demədim.Nazlı isə təəccüblənmişdi.
-Hilal,sən həmişə sənə göndərilən gülləri atardın,həmişə də deyərdin ki,mən yalnız sevəcəyim kişidən güllər qəbul edəcəm,nə məsələdi?Kimdi bu gülləri göndərən?
-güllər...Heç bilmirdim ona nə deyim,yaxşı ki,həmin anda qrup üzvülərindən biri bizi Hüseyn müəllimin çağırdığını dedi.Qapıdan çıxanda isə Nazlı əyilib,qulağına,
-sonra mənə hər şeyi danışmalı olacaqsan,-pıçıldadı.Mən isə udqunmuşdum,bilirdim ki,Nazlı məndən söz almamış əlçəkməyəcək.Hüseyn müəllim sabah ankaraya gedəcəyimizi bildirdi,biz istanbula bir həftə sonra qayıdacaqdıq.Kefim pozulmuşdu,biraz əvvəlki əhval-rühiyəmdən əsər əlamət qalmamışdı.Cavid həftəsonu bura gələcəkdi,mən isə ankaraya gedəcəkdim.Nazlı ortalarda yox idi,yerimə girib,yatmağa çalışdım.Səhər yeməyindən sonra hava limanına getməli idik.Yemək zamanı mənim kefsiz olduğumu hamı görürdü.Yola düşənə kimi çarə axtarırdım ki,mən Cavidə necə xəbər edim.Əslində bir kağıza yazıb,otel işçilərindən birinə verib ona çatdırmalarını xaiş edə bilərdim,lakin içimdən bir səs : "Sən heç nə etmə,əgər qismətdirsə o səni tapacaq,biz yenidən görüşəcəyik”,-deyirdi.Mən hüç vaxt heç nəyi qismətə buraxmamışdım,hər şeyi planlı şəkildə yaşamağı sevənlərdən idim.Lakin hər şeyin bir ilk vardır,mən də ilk dəfə qismət deyib,yola çıxdım.Cavdin verdiyi gülləri isə özümlə götürmüşdüm.Çamadanlarımız ı yığanda Nazlı bunu görüb,-yox dəqiq sən məndən nəisə gizlədirsən,daha soruşmayacam,ancaq bilirəm ki,bu güllər Caviddəndir,-demişdi.Mən isə ona tərəf baxmadan öz işimi görürdüm.Ankara istanbuldan saha sakit bir şəhər idi.Burda olsamda ürəyimin bir hissəsi bakıda bir hissəsi isə istanbulda qalmışdı.Otelə yerləşən kimi evimizə zəng vurdum,onlar üçün çox darıxmışdım,səkkiz gün idi ki,onlardan ayrı idi,heç vaxt bu qədər müddət onlardan ayrı qalmamışdım.Atamla heç salamlaşmamış,anam telefonu ondan aldı,ikimizdə ağlaya-ağlaya danışırdıq,sonra atam telefonu anamdan aldı.Atam nə qədər özümü sıxıb saxlasa da sagollaşanda onun da qəhərləndiyini hiss etmişdim.Gecə yatağıma girəndə gözlərimi yumub,əslində,bura gəlməyimin,ailəmdən uzaq qalmağın,hər şeyin mənasız olduğunu düşünürdüm,tək mənalı olan mənimçün Cavid idi,onunla olan tanışlığımız.Cavid necə və niyə mənimçün belə mənalı ola bilmişdi?Bu suala cavab tapa bilmirdim,Cavid mənim qurğumun ideal obrazına ən real namizəd idi.Klonu açıb içindəki oğlan şəkli ilə Cavidi müqayisə edirdim.Onlar bir-birinə çox bənzəyirdi,bəlkədə bu səbəbdən Cavid özüdə bilmədən mənim diqqətimi çəkə bilmişdi.Fikirlərim qarışmışdı?Əslində yox.Mən bilirdim ki,mənimlə son zəngi vuran oğlanla rastlaşma şansım sıfırdı,bəlkədə buna görə məhz ona bənzəyən birini istəyirdim həyatımda.İndi həmin insanla rastlaşmışkən yenidən yollarımızın ayrılacağı fikri mənə pis gəlirdi.
-deyəsən hadisələri çox qabaqlayıb,həddindən çox düşünürəm,-deyib,yatdım.İk i gün idi burada idik.Həsən müəllim bizə beş dəqiqə belə dincəlməyə imkan vermirdi.Bu gün həftənin altıncı günü idi,düşünürdüm Cavid yəqin istanbula gəlib,mənim olmadığımı biləndə görəsən neyləyib?Bəlkədə heç gəlməyib,bəlkədə heç mən onu onun məni maraqlandırdığı kimi maraqlandırmıram.Günün yarısına kimi beynimdə bu fikirlərlə dolaşdım.Bu günü neçə günki gərgin çalışmalarımızdan sonra Hüseyn müəllim bizə istirahət vermişdi.Hər kəs öz otağında dincəlirdi.Bura gələndən heç gəzintiyə çıxmamışdıq.Oğlanlardan biri gəlib,gəzintiyə getmək istədiklərini,bizimdə gəlib-gəlməyəcəyimizi soruşdu.Nazlı getsədə mən halsız olduğumu deyib getmədim.Yatağıma uzanıb düşünürdüm,nəyi düşünürdüm heç özümdə bilmirdim.Birdən otaqdakı telefon zəng çaldı,dəstəyi qaldırıb cavab verəndə,otel işçilərindən biri məni gözləmə zalında birinin gözlədiyini dedi.Uşaqlar şəhəri gəzməyə getdiyindən,Hüseyn müəllimdə bu saatlarda ancaq öz elmi işi ilə məşğul olduğundan məni kimin gözlədiyi barədə heç bir fikrim yox idi.Axı kim idi gələn?Mən ki burda heç kimi tanımırdım.


Şərhlər:
Baxılıb: 1711
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz