Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səndən olmaz (8-ci bölüm FİNAL)
Səndən olmaz (8-ci bölüm FİNAL)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1343
Səs ver:
Mən ofisin binasından çıxmağa çalışırdım ki, möhkəm əl mənim qolumdaan yapışb özünə tərəf çəkdi.Üz-üzə, göz-gözə, nəfəs-nəfəsə.
-Nərmin, hara qaçırsan?-narahatçlıqla soruşdu.
-Sənin işin var, narahat etməyim,-deyib ondan xilas etməyə çalışdım.
Orxan gülümsünüb məni özünə daha da bərk sıxdı.
-Burax məni,-asta səslə dedim.
-Niyə?!
-Görən olar...
-Sən heç vaxt "Qohum-qonşu nə deyər?!” prinsipi ilə yaşamamısan.Ona görə də nə özünü, nə də məni aldat.-Bir anlıq susub gözlərimə baxdı.- Mənim gözüm səndən başqasını görmür, Nərmin...
Axşama böyük həvəslə hazırlaşırdım.Orxan məni şam yeməyinə dəvət eləmişdi.Mən olan-qalan ziyafət geyimlərini əynimə keçirdib bir-bir baxış keçiridim.Anam mənə böyük həvəslə kömək edirdi, nənəm bir kənarda əyləşərək bizi izləyirdi, arabir dodaqlarında kədərli təbəsssüm peyda olurdu.
Və nəhayət birini seçib geyindim.Bədənə kip yapışan, dizdən azacıq yuxarı, qolları üzün, kürək tərəfi isə azacıq açıq idi.Ona uyğun ayaqqabı ilə klatç seçdim.Anam məni əyləşdirib makiyaj tətbiq etməyə başladı.Aksesuarlarımı taxıb güzgü qarşısına keçdim.Saçlarımı açıq qoymuşdum...
...Budur, onun məni dəvət etdiyi restoranın içinə ayaq basıram.İşıqlar əvəzinə ətirli şamlar yanrdı.Yerlərə qızılgül ləçəkləri döşənmişdi.Klassik musiqi səslənirdi.Salona girəndə gözlərim yaşardı.Orxan sırf mənə görə restoranə boşladıb mənə möhtəşəm gecə verirdi.Əynində çins şalvar, köynək, pencək həmahənglik təşkil edərək onun xarizmasını birə beş artırırdı.Yaxnlaşıb əlimi qaldıraraq öpdü.Yanağıma sığal çəkib gözlərimə baxdı.
-Ağlama,-xırıltılı səslə dedi.-Bu gözlərə ağlamaq yaraşmır...
Gülümsünüb onun boynunu qucaqladım.Orxan əllərini belimə dolayıb məni özünə daha da bərk sıxdı.
-Sənə görə hər şey edərəm, Nərmin, unutma...
Diqqətlə onun üz cizgilərinə nəzər saldım.Onu tanıdıqca özümü də kəşf edirdim...
Yüngül şam yeməyinin dadına baxa-baxa gözlərimiz bir-birimizə kilidlənmişdi.Proiqrıvatel  ə qoyulan vals...Mənim ən çox dinlədiyim Behtoven...
-Orxan, bütün bunları necə öyrənmisən?
-Sənin haqqında nəyisə öyrənmək çətin deyil mənə...
-Mən 1-ci dəfə sənə "yox” deyəndə necə idin?!...
-Xoşbəxt...Səni tanımaq sadəcə xoşdur...
Ayağa qalxıb mənə yaxnlaşdı.Əlini uzadıb mənə baxdı.Məni rəqsə dəvət edirdi.Qəbul edib əlimi ona təslim etdim.Masadan uzaqlaşıb əllərini belmə qoyuanda mən də onun boynuna doladım...
-Orxan, niyə sən?!...
-Taleh...
-Anan sənə başqa gəlin namizədləri görüb ya yox?!..
-Anam nə mənə, nə də qardaşıma qarışmır...Mənim 27 yaşım var, Nərmin, öz qərarlarımı özüm verirəm...
7 İL SONRA...
Mən artıq evli qadın idim.Sonuncu kursun ilk başlarında Orxanla möhtəşəm toyumuz oldu.2 balamız var-Fərid kopiya atası idi, 6 yaşı tamam olmuşdu. Dənizin hələ 5 yaşı belə yox idi, o isə mənə çəkmişdi...
Orxan biznesini genişləndirməyə nail olmuşdu bu illər ərzində.Ramil əminin işlə bağlı problemləri yaranmışdı son 2-3 ildə və Orxan da bunu öyrənərək ona öz yanında iş təklif etmişdi.Düzünü demək lazımdırsa, Ramil əminin göstərdiyi yol biznesi yüksəltmişdi...
Mən ərə gedəndən sonra işdən çıxmışdım.Bal ayımızı Londonda keçirmişdik.Mənim maraqlarıma lap əvvəlcədən bələd olan Orxan buna hörmətlə yanaşırdı.Ev mühiti mənlik deyildi deyəsən.Tez-tez teatrlara, sərgilərə gedirdim...
...Sakitçiliyi isə qardaşım atdığı bomba pozdu...
 
Müəllif-NİGAR.Hər şeydən öncə bir faktı nəzərə çatdırmalıyam.Xalamla onun qızının bədbəxt evliliyi xalamoğluna da böyük təsir göstərmişdi.Mən ərə getdikdən sonra onun Almaniyadakı azərbaycanlı tələbə qızla nişanlandığı xəbəri yayıldı.Hər birimiz böyük həyəcanla toyu gözləyirdik.Hətta toyun vaxtı və məkanı belə müəyyənləşmişdi.Faiq əmi bacardığı hər şeyin yaxşı olmağına çalışırdı.Keçmiş arvadı ilə məsləhətləşirdi, uşaqları ilə tez-tez ünsiyyətə girirdi.
Qeyd edim ki, xalam Almaniyada ərə getmişdi.Əri alman idi.Kişinin yaşı 50-ni ötüb keçmişdi.1 qızı var, unversitetdə dərs deyirdi.Biz bu evlilikdən gec xəbər tutsaq da, xalam bizi əmin etməyə çalışdı ki, hər şey qaydasındadır.Onlar sadəcə 2 təhna insanın dostluğu kimi evləniblər, aralarında heç bir sevgi-filan yoxdur...
Hər birimiz toyu böyük səbirsizliklə gözləyirdik ki, eşitdiyimiz xəbər hər şeyi yerlə bir etdi sanki.Xalamoğlu nişanı geri qaytarıb! Hamımız ondan səbəbini öyrənməyə çalışsaq da cavab bir oldu:İs-tə-mi-rəm!Hətta qızdan da söz qopartmağa cəhd etdik, o isə heç nə anlamırdı ətrafında nələr baş verir, gücü ancaq ağlamağa çatırdı.
Xalamın ağlamaqdan gözləri şişmişdi.Elə hey dayanmadan özünü günahlandırır ki, mən bəxbəxt olmaqla öz övladlarımı da bədbəxt elədim.Hər şeyin səbəbkarı mənəm, mən! Anam onu güclə sakitləşdirdi.Mənsə xalamoğluna baxıb ondan daha məntiqli açıqlama gözləsəm də, sadəcə qəmli baxışlarla mənə baxıb susmağa üstünlük verdi.Ayağa qalxmağa çalışırdım ki, eşitdiklərim məni titrətdi.
-Mən..qorxuram, Nərmin, çox qorxuram...Anamnla bacımın yaşadıqlarını ona yaşatmaqdan qorxuram...
-Bəs o qızın günahı nədir?!...
-Günel güclüdür...
Mən onun üzgün halını görüb daha üstünə getmədim.Faiq əmi oğlu ilə söhbət edərək ona anlayış göstərirdi.Xalamqızı isə....yanaqları islanırdı tez-tez...
Bu olaylarından üstündən 5 il kedikdən sonra ata evimdən tufan qopdu.Adətən mənim seçimimə qarışmayan anam qardaşımın ona seçdiyi gəlin namizədini heç cürə qəbul edə bilmirdi.Hər gün evdə ana-oğul davası olurdu, loru dillə demək mümkündürsə.Atam anamı sakitlədirsə də, qadın özündən çoşub daşırdı.Nənəm başqa vaxt olsaydı, tamaşaçı olmaqdan daha çox özü müdaxilə edərdi.Amma xalamla onun uşaqlarının həyatı onu susdurmağa məcbur etmişdi sanki.Nə qızının tərəfində dura bilirdi, nə də nəvəsinin...
Qardaşım "Mən ancaq və ancaq onunla evlənəcəm!” deyib kişi kimi də sözünün üstündə dayandırdı.Orxan mənə qarışmamağı məsləhət gördüyündə mən də nənəmlə atam kimi izləyici idim.Atam gələcək gəlinini bəyənmişdi, amma anam öz oğluna tamam başqa qız arzulamışdı deyə onun seçimi ilə barışmaq istəmirdi.1 ay dayanmaq bilmədən evdəki "soyuq müharibə”nin sonunda anam razılaşdı.Anam qızı tanıdıqca istər-istəməz təsirlənirdi.
Qardaşım bankların birində çalışırdı.Arxasında "adam”ı olduğundan tez bir zaman çərçivəsində yüksəlmişdi.Düzdür, burada öz bacarığı da vardı, bunu inkar etmək olmazdı.Artıq 1 ilə yaxın idi ki, bir qızı gözaltı eləmişdi, amma qız inadçı və olduqca qürurlu çıxdığından qardaşım işi çətinə düşmüşdü.Qızla danışmaq-filan, bütün bunlar onun vaxtını almışdı...
Biz burada bunları müzakirə edərkən xalamoğlumdan gələn xəbər bizi qorxutdu.Təkrar nişanlamışdı.Amma bu dəfə xalam ona ciddi xəbədarlıq etmişdi, əls təqdirdə onu övladlıqdan rədd edəcəkdi.Günel olayından sonra (Bu arada qız da başqa birisinə nişanlanaraq ərə getmişdi) xalam onunla soyuq davranmağa başlamışdı...
Biz hər birimiz güclə nəfəsimizi tutub saxlayırıdq ki, eyni olay bir daha təkarlanmasın.Təkrarlanmad ı da.Toy öz axarı ilə gəlib keçdi.Mən xalamoğlunun gölzərindəki xoşbəxtlik qığılcımlarını görüb sevinirdim.
Xalam hələ oğlunun nişanlılıq dövründə əri ilə danışaraq onların Almaniyada yaşamasını hansısa yolla təmin etmişdi.Balayı Madriddə oldu, daha sonra Berlində yaşamağa başladılar...
Qardaşım 1 ilə yaxın nişanlı qaldıqdan sonra evlənməyə qərar verdi.Anamın canfəşanlığı hər birimizin təəccübünə səbəb olmuşdu.Toy yaz aylarında olacaqdı.
Qardaşım nişanlısı ilə bəyənərək seçdiyi evi modern təmir etdirib içərisini doldurmuşdu.Toy öz möhtəşəmliyi ilə seçilirdi...
Mənim həyatım isə öz axarı ilə davam edirdi.Uşaqlar mənim həyatıma rəng qatırıdlar.Onlarla əylənmək, onların dəcəlliklərinə dözmək, sevinclərinə ortaq olmaq, kədərlərini öyrənmək-bütün bunlar artıq mənim bir növ sevimli məşğuliyyətimə çevrilmişdi.Orxanla arabir təşkil etdiyimiz axşam gəzintisi isə tam başqa aləm idi.Düzdür, azacıq kökəlmişdim, amma bu məənə yaraşıq verirdi.Mənim əvvəlki arıq halım bəyənməyənlər indiki halıma az qala həsədlə baxırdılar.
Orxanın qardaşı da bizdən sonra evlənərək bizimlə qonşu olmuşdu.Qayınanam isə bir gün bizdə, bir gün onlarda qalırdı.Qadın şəkər xəstəsi idi, amma buna baxmayaq həyat dolu biri idi.Çox yaxşı insan, əsl ana, mehriban və anlayışlı həmsöhbətdir...
Sərgiləri, tamaşaları, Bakıya gələn qonaqların konsertlərini qaçırtmırdım.Bəzən dördümüz də bir gedirdik-mən, ərim, onun qardaşı və arvadı...
Xalamoğlu ilə qardaşım hələ xoşbəxtdirlər.Hərəsinin şirin-şəkər bir balası var-ikisi də qız uşağıdır...
Faiq əmi isə bir çox tərəddüddən sonra evlənməyə qərar vermişdi.Onu bu addıma sürükləyən qızı olmuşdu...
Bizim ailə həyatımız öz axarı ilə davam edir...
Ailə həyatımızın 10 illiyi ilə tamam başqa aləm oldu.Orxan axşam evə qayıdanda mənim hazırlaşmağımı istədi.Mən ətəyi lap yeri silib süpürən ziyafət paltarımı geyindim.Dizə qədədr 2 böyük yarığı olan bu paltarı mənə bu yaxınlarda alan Orxan qulağıma pıçıldamşdı ki, bunu sənə dediyim vaxtda geyinəsən...
Maşında əyləşib ona baxdım.Gülümsəyirdi.
-Orxan...
-Şşş...Heç nə soruşmaq yoxdur,-deyib mütəhərriki işə saldı.
Yol boyu ondan söz qoparmağa çalışdım da, daşdan səs çıxdı, ondan yox.Lap axırda küskün ifadə ilə gözlərimi yollara zilləməyə məcbur oldum.Onun təbəssümünü sezirdim...

P.S. Hekayəm qısa bölümlü oldu, düzdür, amma mən burada uzatmalı heç nə görmədim.Özümdən əlavələr qata bilərdim, amma süni alınacaqdı o zaman.. (Həyatdan götürülüb realdır.)
Bəzi valideyinlər "hökümüran"liq edərək övladlarını idarə edirlər.Bunu onlarin yaxşiliği üçün etdiklərini sansalarda belə olmur.Onlari bedbext edirlər.Vaxt gəlir sehvlərini anlayirlar ama artiq gec olur.Hekayənin məğzi budur.Düzdü hekayə maraqsız gələ bilər .Amma hekayəni oxuyanda bu mövzu diqqətimi çəkdi.Ona örədə sizinlə paylaşdim.

Müəllif: Nigar


Şərhlər:
Baxılıb: 1343
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz