Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səndən olmaz (1-ci bölüm)
Səndən olmaz (1-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1578
Səs ver:
Mən XİN (Xarici İşlər Nazirliyi)-nin binasına daxil oldum,hamıyla salamlaşdım.Kabinetimə keçmək istərkən uzaqdan da olsa eşitdiyim səsə ayaq salxadım.
-Bu qızda ağıl çatmır eee vallah! O oğlanı bəyənmir, bu oğlanı bəyənmir...Odey birisini ardınca süründürür, hələ onu da bəyənmir...
Əmin təbəssümlə onun qarşısına keçib gözlərinə baxdım.O, deyəsən bunu heç gözləmirdi.Özünü itirməsə də, əsəblərinin gərildiyi hiss olunurdu.
-Reyhan, mənim həyatımdan, mənim qərarlarımdan sənə nə?!...
Mən adətən hamı ilə şirin danışırdım, amma mənim sərtliyimi bilən də vardı.Reyhan cavab vermək istəmirdi deyəsən.Bunu onun üzündən oxumaq olardı.Rahat və əmin şəkildə Reyhanın gözlərinə baxıb gülümsədim.Kabinetimə daxil olub masa arxasına keçdim.
-Nərmin, nə olub?!...
-Heç nə, Rəfiqə...
Mən Nərmin, 21 yaşım təzəcə tamam olub.Ziyalı ailənin böyük övladıyam.Məndən 2 yaş kiçik Şahin adında qardaşım var.Anam-Sevil xanım uşaq həkimi, atam Nicat bəy travmatoloq.İş şəraitində tanış olub evlənmişdilər.Özləri həkim olsalar da heç vaxt bizə bu sənətin yolunu göstərmirdilər...
Anam əsli-köklü bəy nəslindən idi.Onun rəhmətlik babası Sovetin qurulduğu ilk illərdə var-dövləti əlindən alınaraq xaricə (Rusiyaya) aparılmışdı.Elə ordaca da dünyasını dəyişmişdi.Onun ölümü haqqında dəqiq məlumat yoxdur.İddialara əsaslansaq guya "xalq düşməni” adı ilə güllənib, amma belə olmadığını çoxlarımız bilirik də onsuz.Rejimə qarşı çıxmayan xəstə adam idi rəhmətlik.Onun həyat yoldaşına isə heyran olmayasan nə edəsən?! Təkbaşına 4 övlad böyütmək asanmı?! Qadınlıq hissiyatı ilə gələcəyi hiss edərək qızıllarının bir hissəni gizlədən qadının ağlı və o şəraitdə 4 övladını tək başına böyüdərək onlara təhsil verib hərəsini bir yana çıxartmaq...Bunu sözlə ifadə edə bilmirəm...
Onun 4 övladından 2-si oğlan, 2-si qız idi.Qızlar ailə qursalar da, uşaqları olmamışıdı.Amma oğlanlarının uşaqları olmuşdu.Babam sovetlərin zamanında kifəyt qədər yüksək vəzifələr tuta bilmişdi.Heç kim onun arxasınca danışımırdı ki, bu "bəy oğludur-filan”. Tərifləmək kimi başa düşülməsin, amma ağıllı adam idi babam.İstənilən vəziyyətdən çıxış yolu tapa bilirdi, taktika dəyişdirə bilirdi. Mənim 10 yaşım olanda Allahın dərgahına qovuşdu, onun qardaşı isə 9 il sonra dünyaya göz yumdu.Bacıları hələ gənckən savadsızlıqdan gözlərini əbədi qapamışdılar. Babamın 2 qız uşağı olmuşdur-hansı ki, biri anam, digəri xalam Kəmalədir. Babamın qardaşının 2 oğlanı olmuşdu-Ramil və Seymur. Anam qızlıq soyadını bu vaxta qədər qoruyub saxlayır.Atam onun seçiminə hörmətlə yanaşır.Nənəm isə elə hey özünü qoyur dağ başına ki, bu nəsli mən davam etdirirəm-filan.Hərdən nənəmin ağlına şübhə edirəm də...
Ailə xatirələrini qoyum bir kənara, onsuz da danışacağım hələ çox şey var...
-Nərmin...
Səsə gülümsünüb Rəfiqəyə mənalı baxış atdım.
-Eşidirəm...
-O, yenə sənə sürpriz edib...
Deyəsən bu cənab mənim düşündüyümdən də inad çıxdı.Onun yerində başqa kimsə olsaydı, çoxdan kürəyini çevirib getmişdi...Naz etmirdim, sadəcə qarşımdakı insanı tanımağa məcbur idim.Onsuz da qapımızı çoxları taqqıldatmış, elçi kimi təşrif buyurmuşlar, mənim nəzakətlə "yox” cavabımdan süzülə-süzülə getmişdilər.Anamla atam mənim seçimimə qarışmazdılar.Mən elə ailədə tərbiyə almışdım ki, səhv etmək imkansız idi.Amma nənəm...Aman, aman, aman...Sanki mən evdə qalmış qız qurusuyam da, tez evlənməliyəm-filan...Anam da bu məsələdə nənəmlə dəfələrlə az qala "3-cü dünya müharibəsi” etmişdi.Nənəm həmişə öz fikirlərini müdafiə edəndə anam onun qarşısına elə misal çəkirdi ki, nənəm day susurdu-Xalamın və onun qızının həyatı...
...Yenə ailə xatirlərinə qapıldım.Rəfiqənin mənə zillənən maraq dolu baxışlarına qarşılıq səmimi təbəssümümü nümayis etdirib mülayim tonda soruşdum:
-Nə kimi sürpriz?!...
Rəfiqə əlini telefona uzadıb dəstəyi qaldırdı.Lazimi nömrəni yığıb 1-2 kəlməlik nəsə dedi.Mən heç nə olmamış kimi rahatlaşıb baş verəcək prosesləri izləməyə hazırlaşırdım.Qapının açılması ilə içəriyə qızılgül dəstəsinin daxil olması ilə üzümdəki təbəssüm əskik olmadı, əksinə genişləndi.
Rəfiqə mənim həmişəki halıma narahat olmalıdır ki, gərgin tonla soruşmağa qərar verdi.
-Nərmin, nə edəcəksən?!...
-Bilmirəm, Rəfiqə...
Mən sadəcə insanlara güvənmək məsələsində ehtiyatlı biriyəm.Ona görə də bu vaxt qədər hamıya "yox” deyib yola salmışdım.Həm mənim elə qohumum vardır ki, az-az yadıma düşürdü, amma hər dəfəsində öz xarakteri ilə məni inandırırdı ki,belə insanların kökü hələ kəsilməyib...O insan barədə sonra danışacam...
Mən beynəlxalq münasibətləri oxuyurdum.Ailəmin pulu sayəsində ilk öncə Yunanıstanda təhsil almağa başlamışdım.Amma ailə özləmi məni o qədər sıxırdı ki, bu tez-tez mənim sağlamlığıma mənfi təsir göstərirdi.1 il oxuduqdan sonra valideynlərimdən xahiş elədim ki, məni geri qaytarsınlar.Onlar da mənim sözümü yerimə salmadılar.Mən passiv həyat sevmirəm, elə buna görə də Bakıdakı universitetlərin birində oxuyan kimi darıxmağa başladım.Dərs-ev, arabir qızlarla gəzinti-filan,bunlar məni sıxdıqca sıxırdı.Ailəm də bunu başa düşürdü...Mən qiyabiyə keçib işləməyə başladım.Valideynlərimin tanışları çox idi.Ona görə də mənə XİN-də adicə "kağız” işinə düzəltmək çətin olmadı...
Mənim ardımca düşüb əl çəkmək bilməyən Orxan məni xalamqızı ilə birgə getdiyim açılışların birində görüb bəyənmişdi.Üz cizgilərindən mənə sərt, öz işində tələbkar adam təsiri bağışladı.Onun digərlərindən fərqləndirən xüsusiyyət baxışları idi.Mənim "yox” cavabımdan sonra başqaları kimi qarşıma çıxıb zəhrimarını nümayiş etdirmədi. əksinə mənə elə baxışla baxdı ki, sanki məni tanıyırdı...
...İşlər öz qaydası ilə gedirdi.Mən arabir qızılgüllərə nəzər saldıqda qeyri-ixtiyari sadə təbəssümlə gülümsünürdüm.Budur, telefonumun zəngi çalındı və ekranda artıq əzbər bildiyim nömrə peyda oldu.Telefonu əlimə alıb kabinetdən çıxdım.Salamlaşıb hal-əhval tutduqdan sonra birbaşa söhbətə keçməyə qərar verdim.
-Buyurun, Orxan bəy...
-Nərmin xanım, mənə şans yaradın...
-Nə kimi şans?!...
-Gəlin bir-birimizi tanıyaq...
Əslində olduqca cəlbedici təklif idi də, düşünmək lazımdır.
-Yaxşı,-deyib razılaşdım.
Sağollaşdıqdan sonra məni fikir götürdü.Sanki bu adamda məni çəkəcək nəsə vardı.Hə, bir balaca etiraf edim ki, ilk baxışdan mənə xoş təsir bağışlamışdı.Ələlxüsus o baxışlardakı parıltının sirrli olması onu daha da cəlbedici edirdi.Amma insanlara güvənmək məsələsində olduqca ehtiyatlı biriyəmsə, belə də addım atmalıyam...
...Zəng vurub atam-ananla danışdım.Onlar da mənim arxamca düşən təqibçidən xəbərdar idilər.Onun haqqında az-çox məlumata sahib idilər.Atasını hələ uşaqkən itirmiş, anası onu qardaşı ilə böyüdüb boya-başa çatdırmışdı.Hələ tələbə ikən qardaşı ilə açdığı balaca mağazanı getdikcə böyüdürdü.Onun taktikası bazardakı bir çox rəqiblərini qıcıqlandırırdı.Gənc və olduqca ağıllı olan biri bu qədər qısa zaman ərzində öz yerini möhkəmlətməsi çoxlarında şübhə oyatmışdı.Kimsə onun arxasında dayanır ki, bu qədər inamla irəliləyir.İddialar öz təsdiqini tapırdı.Şəhərin ən tanınmış adamlarında biri 2 qardaşın arxasında durmuşdu.O adam isə onların atasının dostu idi...
...Axşam düşən kimi onun maşınında restorana doğru yol aldıq.Orxan danışığı ilə getdikcə mənim xoşuma gəlməyə başlayırdı, amma mən hələ ki bunu üzə vurmamağa qərarlı idim...
 
Real həyatdan götürülüb...

Müəllif: Nigar


Şərhlər:
Baxılıb: 1578
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz