Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsadüf yoxsa alın yazısı (Bölüm 1)
Təsadüf yoxsa alın yazısı (Bölüm 1)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2342
Səs ver:

- Yox yox yox! Mən hələki ailə qurmaq istəmirəm.
- Sənə bu saat ailə qur deyən yoxdur. Bax, tanı bəlkə xoşuna gələr, bəlkə yaxşı oğlandır elə. Həm nə vaxta qədər yanımızda oturacaqsan. Artıq ailə qurmalısan. Qonum qonşuda sən yaşda qız qalmayıb. Mən yaşdakılar nəvələrini gəzməyə aparır. Mənsə hələ sənin nazınla oynayıram.
- Anam qurban olum, neçə dəfə demək olar istəmirəm, məni başa düşün. Heç oğlanı sən də görməmisən nə bilirsən ki, kimdir. Nə olsun ailəni tanıyırsan bəlkə oğlan avaranın biridir, bəlkə məni hər gün döyəcək, ac saxlayacaq, sizinlə görüşməyə qoymayacaq, heç çölə çıxmağa qoymayacaq bəlkə. Hiiii bəlkə narkomandır?
- Ay qız bəsdir axmaq- axmaq danışma. Bu dövrdə elə vəhşi adam var? Narkoman olsaydı adlı -sanlı ailədir səs yayılardı aləmə.
- Sən deyilsən deyən ki, hər şey ola bilər.
- Mən yoruldum sənə söz deməkdən. Atan gələr özün üzünə deyərsən istəmədiyini. Məni də bu işə qatma.
- Deyərəm. Niyə demirəm. Hər halda atam səndən fərqli olaraq məni başa düşər! İnşallah başa düşər....deyə pıçıltı ilə özünə təsəlli verməyə çalışdı. Çünki Ülviyyə bilirdi ki, atasına heç nə də deyə bilməyəcək. Atası nə qədər Ülviyyəyə bağlı olsa da onun zəhmi hər kəsi qorxudurdu, ondan çəkinməyə vadar edirdi. Vəzifəsi hərbiçi olduğundan sərtliyinin üstünə daha da sərtlik gətirirdi.
-Ülviyyə atan çağırır.
- Gəlib? Ana... Ana..
- Ana ana deyib durma. Dedim axı məni bu işə qatma. Get özün danış.
- ... axı...ehh anam..
- Gəl görüm bura. Mənə sözün var?
- Kimin.. mənim? Xeyr sözüm yoxdur. Nə sözüm olacaq.
- Əminsən?
- Hə..həə əminəm.
- Onda gedə bilərsən.
- Mən..... ata... mən. Yaxşı...
- Ülviyyə.
- Bəli.
- Yaxın gəl. Otur! Bax qızım, biz valideynlər sadəcə övladlarımızın xoşbəxtliyini fikirləşirik. Sağol indiyə qədər başımızı hər yerdə uca tutmusan. (Müəllif Lili SH)Hər yerdə fəxrlə sənin haqqında danışırıq. İndiyə qədər səni nəyəsə məcbur etməmişik bundan sonra da məcbur edən deyilik.
Mən söz vermişəm ki, düşünəcəyəm, amma sənin sözün daha önəmlidir. Yaxşı yaxşı fikirləş. Bizim könlümüz ondan yanadır, amma sən nə desən o olacaq.
- Çox sağol.
- Anana sağol de.
Ülviyyə bu işdə də anasının əlini olduğunu artıq atası sözünə başlayanda bilirdi. Atasının yanından gülər üzlə qayıdıb mətbəxə keçdi.
- Deməli qarışmırdın hə? Deməli mən özüm həll etməliydim? Sən bilirsən də yəqin ki, dünyanın ən yaxşı anasısan.
- Yaxşı görək bayaq belə demirdin amma.
- Keçmişlə yaşamayaq biz gələcəyə baxaq elə deyil?
- Yenə başladı ağıllı ağıllı danışmağa. Əlimdən qurtula bilməyəcəksən onsuzda, oğlanın anası ilə danışdım. Bu gün səni gözləyəcək. Tanış olarsınız görək sonra nə olacaq.
- Bir dəq nə tanışlıq? Danışdıq axı rədd cavabı verəcəksiniz.
- Xeyr elə bir şey danışmamışıq. Biz dedik ki, əvvəlcə tanı sonra qərar ver.
Ülviyyə etiraz etməklə bir şey çıxmayacağını başa düşmüşdü. Öz özünə düşündü ki, ən yaxşısı gedib oğlana istəmədiyini açıq- açıq desin. Bəlkə o da istəmir elə. Bu işi də ordaca həll etmiş olaram. Özüdə birdəfəlik.
- Görüş hardadır?
- Nə?
- Oğlanın adının da de tapa bilim.
- Mənim ağıllı balam. ay sağol. Bax bu başqa məsələ. Adı Rəşaddır. Bu gün səni saat 4 də Dəniz kənarındakı kafedə gözləyəcək.Bir dəq. Sən belə asan yola gələn deyilsən. Mənə bax oğlanı tərsləyib eləmə.
- Mən heç elə bir şey eləyərəm.
- Əlbətdəki. Özünü bizə tanıdırsan?
- Nəisə mən gedim hazırlaşım.
- Bax eşidəm biləm oğlana nəsə demisən atanın canı üzünə baxmaram. Eşidirsən məni
- Səni sevirəm ana!
Otağın dərinliyindən gələn bu səs Gülnazın üzündəki qırışı gülüşlə əvəz elədi "Dəli qız, guya bilmirəm nə deyəcəyini. Oğlana boşuna bəri başdan xəbərdarlıq etməmişik ki, qız səni tərsliyəcək açıq -açıq yox deyəcək, amma sən onu yola gətirə bilərsən”
(Ülviyyə kafedə)
Mən indi nə bilim ki, o gəlib yoxsa yox. Heç soruşmadım ki, nə geyinib. Indi burda qışqırım ki, Rəşad kimdir. Eh... Yəqin bu oğlandır. Burda ondan başqa tək oturan yoxdur.
- Salam
- Aleykuma salam
- Siz?
- Siz?
- Ananız demişdi ki, burda gözləyəcəksiniz. Gecikmişəm deyəsən?
- Eybi yox. Ziyanı yoxdur. Buyurun əyləşin, Nə isə istəyirsiniz?
- Xeyr sağolun heç nə istəmirəm. Çox qalmayacam. Bir iki söz deyib gedəcəm.
- Buyurun.
- Baxın, mənim hələki ailə qurmaq kimi niyyətim yoxdur. Valideynlərimiz öz aralarında danışsalar belə bilin ki, mən istəmirəm. Ümid edirəm ki, siz də mənimlə eyni fikirdəsiniz. Bura ona görə gəldim ki, evdəkilərə söz verdim ki, gedib tanış olacağam. Amma bu heç nəyi dəyişdirməyəcək. Yəqin ki, məni başa düşürsünüz. Ülviyyə oğlanın düzüzünə baxaraqbir nəfəsəsözləri dedi. Oğlanın üz cizgiləri dəyişmədən eyni soyuqqanlılıq və cəldliklə cavab verdi.
- Eyniliynən. Bura sadəcə valideyinimin sözünü yerə salmamaq üçün gəlmişəm. Sizin də belə düşünməyiniz məni sevindirdi.
- Lap yaxşı. Eyni fikirdə olduğumuza görə məsələ həll olundu deməkdir.
Hər iki rahat nəfəs almış şəkildə stula söykəndilər. Ülviyyə göz altı oğlanı süzdü.
Pis oğlana oxşamır. Mədənidir. Görünür ki, yaxşı tərbiyyə alıb. Həm də....Allahım bu nə yaraşıqdır... Ülviyyəəə...özünə gəl...Mən nə danışıram? Nəisə burda çox qalsam işləri korlayacam. Ən yaxşısı durub getmək. Ülviyyə içindəki səsə uyğun olaraq üz cizgilərinin dəyişdiyinin fərqində deyildi. Sağollaşmaq istəyirdi ki, qarşı tərəfin səsi onu qabaqladı.
- Madəm ki, razılığa gəldik getmədən əvvəl bəlkə bir stəkan çay içək.
- Olar.
Olar nədir ay qız durub getməliydin axı. Bir stəkan çaydan heç nə olmaz. Bunu içib duraram.
1saat sonra
Bayaq gedirdim eee guya. Artıq 1 saatdır burdayam. Neynim çox maraqlı söhbət edir. Ən yaxşısı gedim. Deyəcək istəmir, amma bayaqdan oturub. Off mən niyə belə həyəcanlandım. Qızardım.. sakit ol Ülviyyə belə görsə səni anlayacaq hər şeyi.. Hər şeyi? Hansı hər şeyi? Heç bir şey də yoxdur. İndi getməsəm o hər şeyi korlayacağam...
- Maraqlı söhbətinizə görə çox sağolun, amma mən getməliyəm.
- Əsl mən sizə minnətdarlığımı bildirirəm. Bir saat mənim üçün çox tez keçdi. Sizi tanıdığıma şad oldum.
Ülviyyə oğlanını fikrə daldığın gördü. Onun sözü istər istəməz oğlanı diksindirdi. Ülviyyə xəfifcə gülümsəyərək - Birdə xahişim olacaq.
- Buyurun nə istəsəniz.
Bu sözə qızaran Ülviyyə gülüşünü gizlədə bilmədi.
- Bu tanışlıqdan məmnun qalmadığınızı valideynlərinizə siz də desəniz?
- Narahat olmayın. Həll eləyərik.
- Çox sağolun.
Ülviyyə kafedən evə gələnə kimi onu yadından çıxarda bilmirdi. Üzündə təbəssümlə söhbətlərini xatırlaya- xatırlaya evə çatmışdı. Anası bu halını görməsin deyə özünü tez toparladı və qapını açdı.
-Ülviyyə, qızım sənsən?
- Hə ana mənəm.
Gülnaz xanım mətbəxdən tələsik halda dəhlizə gəldi.
- Nə oldu qızım? Görüşdünüz?
- Görüşdük.
- ...
- Niyə elə baxırsan?
- Sən hər şeyi olduğu kimi danış məndə baxmayım.
- Heç nə olmadı getdim, gördüm pis oğlan deyil. Amma o da tərəddüd edirdi. Belə fikirləşirəm ki, istəməyəcək.
- Niyə? Minnəti olsun ki, sənin kimi qız onun görüşünə gedib.
Ülviyyə bu söz anasının yanaqlarını öpərək - Nə bilim? Dedim axı belə fikirləşirəm. Telefon zəng çalır. Mən baxım sən baxırsan.
- Mən baxaram yəqin oğlanın anasıdır.
Ülviyyə əllərini ovuşduraraq üzündə xain bir təbəssümlə "Bu işdə burda həll olundu. Amma pis oğlan deyildi. Belə mədəni, ağıllılar təsadüfən olur. Nə isə onsuzda bir də görüşən deyilik.” Deyə düşünürkən anasının səsi onu fikrindən ayırdı.
- Ülviyyə. Ülviyyə!
- Burdayam nə olub.
- Niyə yalan deyirsən? Ayıb deyil sənə.
- Başa düşmədim.
- Gülyaz xanım bayaqdan üzrxahlıq edir. Deyir Rəşadın işi olub gələ bilməyib. Xəbərdarlıq etmək istəyirmiş, amma telefonu götürən olmayıb.
- Necə yəni? Onda mənim tanış olduğum o oğlan kimdir?
(Oğlan kafedə)
İşim gücüm var harda qaldı bu qız. Mən indi ona necə deyim ki, mən onunla ailə qurmaq istəmirəm.Evdəkilərin xahişi ilə gəlmişəm. Allah bilir qız artıq çoxdan gəlinliyinə kimi planlar qurub. Qəlbini qırmadan öz fikrimi çatdırmalıyam. Bircə ağlamasın.
- Salam
- Aleykuma salam
- Siz?
- Siz?
- Ananız demişdi ki, burda gözləyəcəksiniz. Gecikmişəm deyəsən?
- Eybi yox. Ziyanı yoxdur. Buyurun əyləşin, Nə isə istəyirsiniz?
- Xeyr sağolun heç nə istəmirəm. Çox qalmayacam. Bir iki söz deyib gedəcəm.
- Buyurun.
- Baxın, mənim hələki ailə qurmaq kimi niyyətim yoxdur. Valideynlərimiz öz aralarında danışsalar belə bilinki, mən istəmirəm. Ümid edirəm ki, siz də mənimlə eyni fikirdəsiniz.
- Eyniliynən. Bura sadəcə valideyinimin sözünü yerə salmamaq üçün gəlmişəm. Sizin də belə düşünməyiniz məni sevindirdi.
- Lap yaxşı. Eyni fikirdə olduğumuza görə məsələ həll olundu deməkdir
Bu iş umduğumdan asan oldu. Ağlamaq, sızlamaq olmadan öz xoşluğu ilə yox dedi. Xoşuma gəldi açıq sözlüdür. Nə istədiyini bilənlərdəndir.
- Madəm ki, razılığa gəldik getmədən əvvəl bəlkə bir stəkan çay içək.
Nə çayı? Qız indi deyəcək nə üzlü adamdır. Qəbul etsə də pərt olmasam.
- Olar.
1 saat sonra
Belə olacağını gözləmirdim. İkimizində susacağını zənn edərkən çox maraqlı söhbət alındı. Ayrıca təbəssümün bir insana bu qədər yaraşdığını birinci dəfədir görürəm. Nə danışıram mən. Oğlum özünə gəl. Sadəcə bir saatlıq söhbət oldu və bitdi. Birdə təkrarlanmamaq üzrə. Ülviyyənin incə səsi səssizliyi pozdu.
- Nə isə maraqlı söhbətinizə görə çox sağolun, amma mən getməliyəm.
- Əsl mən sizə minnətdarlığımı bildirirəm. Bir saat mənim üçün çox tez keçdi. Sizi tanıdığıma şad oldum.
-Mən də. Sağolun.
- Birdə xahişim olacaq.
- Buyurun nə istəsəniz.
Ülviyyənin bu söz gülümsədiyini görəndə istər istəməz pərt oldu. Sözü elə iştahla dedi ki, elə bil Ülviyyənin ondan nə isə istəməsi onun üçün çox vacib idi.
-.Bu tanışlıqdan məmnun qalmadığınızı valideynlərinizə siz desəniz?
- Narahat olmayın. Həll eləyərik.
- Çox sağolun.
Siz sağolun....getdi... Amma nə yalan deyim sən yox deməsəydin mən etirazımı bildirməzdim. Ülviyyənin arxası ilə deyilən bu sözlər elə pıçıltı ilə deyilmişdi ki, özü belə eşitmədi. Və balaca oğlanlar kimi əlləri cibində fit çala çala arada Ülviyyənin gülüşünü yadına salaraq gülmsəyə gülümsəyə başını yelləyirdi. Bu halı özünə qəribə gəlirdi. İçindən heyfsləndi ki, Ülviyyə tanış olmaq istəməyib. Evə çatanda isə onu sürpriz gözləyirdi.
- Şəhriyar sənsən oğlum?
- Hə ana mənəm.
- Xoşgəldin. Getmişdin görüşə?
- Getdim... Ana, qızın da bu işdə könlü yoxdur. Gəlin siz bu işdən əl çəkin. Nə o, nə də mən razı deyilik. Bu söhbət burdaca bağlansın. Oldumu gözəl anam?
- Sən kiminlə görüşmüsən?
- Necə yəni kiminlə? Zülfiyyə ilə.
- Oğlum bir az əvvəl Sevinc zəng eləmişdi. Zülfiyyə səni gözləyib, amma sən getməmisən. Qız yazıq 1 saat orada gözləyib.
- Necə yəni...Bir dəqiqə əgər Zülfiyyə ilə görüşməmişəmsə bəs onda mənim tanış olduğum o qız kimdir?


Ardı var ....

 



Şərhlər:
Baxılıb: 2342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz