Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat (Bölüm 39)
Maskalı həyat (Bölüm 39)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1388
Səs ver:
Nə olursa xeyriyyə olur deyirik. Bəs ölüm?
Kamranla biz necə getdik necə catdıq bilmirəm. Kamran bir başa evə sürdü. Sanki belə anlarda ətraf qara olmasa da insanın gözünə hər şey qara tonda gəlir. Yəni sanki gözlərimiz bir müddət hər şeyi ağ qara tonla görür. Kinolardakı kimi. 
Mən indiyə qədər onların evinə getməmişdim. Həyət evi idi. Maşınlar artıq küçənin başından bəri düzülmüşdü. Küçənin başında qara geyimli adamlar. Və əlbətdə jurnalist axını.
O heç maşını saxlaya bilmədi. Ona görə də heç başqa cəhdlər etmədən maşını ortalıqda saxlayıb düşdü. Mən də onun arxasınca. 
Qaçaraq gedib onun əlindən tutdum. O əlimi elə bərk bərk tutmuşdu ki. Əlləri soyuq idi. O iri addımlar ataraq gedirdi. Mən isə onun arxasınca elə bil qacırdım.
Nəhayət ilk çöl qapıdan keçdik. Həyət çox iri idi. Ama adamlar o qədər çox idi ki sanki o boyda həyət bapbalaca görsənirdi. 
Hamı Kamranı görüb baş sağlığı verirdi. Kamran isə sanki hələ də ayılmamışdı. Yox o ayılmaqdan qorxurdu.
İlk Kənan qaçaraq gəlib onu qucaqladı. Kamran o dəqiqə əlimi buraxıb Kənanı qucaqladı.
Kamran çox pis idi o bunu bildirməsə də mən hiss edirdim
Biz evə keçdik hamı ağlayırdı. Kənan ilə Kamran otaqlardan birinə keçmək istəyəndə mən də keçdim. Heç kəsi tanımıram Kamranın yanında durmaq məqsədə uyğundu. Kamran ilk caşsa da sonra heç nə deməyib başın Kənana çevirdi.
-bu necə oldu?
-qətldi. Xəstəxanada atamızın tək anın yaxalayıb silahla vurublar. Özd üç güllə. 
Kamran əlin yanındakı oturacağın başıina tutub özünə dayaq etdi. 
-tutublar?
-yox. Qaçmağı bacarıb. İlk Zərifə ana görüb özdə.
Kamranın gözləri doldu. Kənana baxdım. Nə ağlayırdı nə sevinirdi. Üzündə qəribə bir mimika ilə Kamranı izləyirdi.
Kamran axır özuün saxlaya bilməyib özünü oturacağa atdı. 
Men qacaraq onun yanina getdim. 
-özünü topla xahiş edirəm Kamran
Deyib əllərindən yapışdım.
Kənan isə bayaqdan bəri sərgilədiyi soyuqluqla təkrar dilləndi.
-mən gedim gələnləri qarşılamalıyam
Kamran güclə də olsa dilləndi
-anam necədi?
-sakitləşdirici ilə sakitliyini saxlıyırıq. O da ki hələlik.
O otaqdan çıxdı. Kamran isə sadəcə olaraq oturmuşdu.
-burax azadlığa
O mənə baxaraq
-nəyi?
-göz yaşlarını, qəzəbini hər şeyi
O əlin əlimdən çixarıb başını əlləri arasına aldı.
-Sən və başqaları zərər görər. İncitmiyim səni
-təki məni incit ama icinə atıb özünü yox
---
Biz otaqda sakitcə qaldıq. Mən yerdə otumuşdum o da başını dizlərim üstə qoymuşdu. Sadəcə gözünü tavana dikib baxırdı.
Təxmini bir saat sonra qapı döyüldü. Anam içəri girdi.
-qızım
-ana burdayıq
Kamran üzündə heç bir cizgi deyişmədən ayağa qalxdı.
Anam nəsə demək istəyirdiki Kamran heç nə demədən çıxdı getdi. 
Anam da pis olmuşdu.
-qızım çix səndə qadınların yanına. Ayıbdı
-ana onun yeridi?
-qızım adamların ağzı torba deyil. Hərə bir şey deyəcək.
Mən anamla danışdıqdan sonra məcburi çıxdım.
Hər kəs bir qəribə baxışla baxırdı. 
Gün necə keçdi bilmirəm. Hər bir yaxınlaşanla bir dəfə ağlayırdım. Gözlərim çökmüşdü. Gecəyə qədər də Kamranı da görmədim. Hələ də inana bilmirdim ki Aslan müəllim ölüb.
Gecə evə gedəcəyimiz ümüdü ilə dayanırdım. 
Artıq adamların çoxu getmişdi. Tanımadığım yaxın qohumlar və sayrə. Birdən qapıdan Kamran girəndə gözlərimə sanki işıq gəldi.
Mən onu görən kimi ona doğru addımlayıb onu qucaqladım o da məni. 
Qulağıma əyilərək
- gedək yataq?
-elə bildim heç soruşmayassan
-burda qalacağıq 
-burda?
-hə mənim keçmiş otağımda.
Əlimdən tutub apardı. Evin ikinci mərtəbəsinə cıxdıq. 
Otaga girdik o işıgı yandırıb mənə baxdı
-çox ağlamısan gözlərin...
-mən yaxşıyam
O əlləri ilə üzümü tutub göyə qaldırdı
-məni qoyma Süsən
-məni qovsan da getmərəm
-sən məni təki qovma. Qorxma həyatımızdan bunlar səni qorxutmasın. 
-kamran səni sevirəm
Deyib onun sinəsinə qısıldım
----
Gecə boyunca nə zaman gözlerimi açdımsa Kamran otağın pəncərəsinin qırağında siqaret çəkərək həyətə baxırdı. 
Səhər gözlərimi açanda isə ümumiyyətlə otaqda yox idi. Pəncərəyə yaxınlaşıb kül qabıya baxdım ki icərisində belkə də 10 qutu siqaretin külü var idi.
Aşağı düşəndə Kənanı pilləkanlarda telefonla danışarkən gördüm.
-hə bu qədər tez olmayacaqdı ama Kamranın qayıtmasının başqa yolu yox idi..... Narahat olma..... O sənə qalsın mənə fərq yoxdu....
Telefon zəngin sonlandırıb pillələri enib gedəcəkdiki başın çöndərib arxaya baxdı.


Şərhlər:
Baxılıb: 1388
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz