Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (28-ci bölüm)
Zindan həyat (28-ci bölüm)
Şərhlər:
Baxılıb: 2008
Səs ver:
Lalə artıq evə gəlib çatmışdı. Evə girən kimi otağa keçib ağlamağa başlayır. bugün heçdə asan olmamışdı...Əli ise Lalə getdikdən sonra biraz yerindəcə donub qalmışdı. Gözləmirdi Lalə belə edə bilər:Yox Lalə sən məndən ayrıla bilmərsən yox.......maşına gedib Lalənin qaldığı evə gəlib qapını döyür. Lalə yatağdan qalxıb üz gözünü silir və qapını açmağa gedir. düşünürki ya Gülər yada Nigardı. qapını açıb Əlini görür və tez qapını bağlıyır
Əli çatdırıb qapını tuta bilmir. Artıq Lalə bağlamışdı
Lalə:Əlii gett burdann 
Əli:Laləə aç qapını. danışaq
Lalə:danışılacaq heçnə yoxdu. Bitdi artıq hər şey
Əli:Lalə sən nə danışırsane? Nə bitdi? biz daha yeni başlamışıq. Hər şey belə tez bitə bilməz
Lalə:buna sən məni məcbur etdin. Istəmirəm səni görmək get burdan
Əli:Laləə nəolar aç. Sadəcə danışmaq istiyirəm. Məni başa düş. səndə mənim yerimdə olsaydın mənim kimi edərdin səndə.
Lalə:Əliiii gettttt! qulaq asmaq istəmirəm sənə gettt.....Lalə qapını bağlasada çox qorxurdu. Əli birdən qapını aça bilər deyə və Əli ilədə qapıdan möhkəm tutmuşdu. Əli bayırda nə qədər danışsada artıq Lalə cvb vermirdi. Əli bezmədən qapının arxasında dayanıb danışırdı ama Lalə qərarlı idi. Əli nə deyirse desin fikrini dəyişməyəcəkdi. Əli artıq Lalənin ona cvb verməyəcəyini başa düşür və binadan çıxıb gedir. Lalə səs gələmədiyini görüncə gedib balkondan baxır və Əlini maşına gedərkən görür. Əli elə bu anda başını çevirib yuxarıya baxır.Lalə tez arxaya çəkilir:Offf az qala görmüşdü. Şükür gedir
Əli maşına minib biraz orda oturur. Hələdə olanları qəbul edə bilmirdi:Mən neylədim axı? yox ayrılmaz məndən yəqin çox əsəbləşib. Hə yüz faiz elədi. əsəbdən deyir. Yoxsakı nə ayrılmaq? sabaha əsəbi keçər sakitləşər. Hər şey olduğu kimi davam edər....Əli belə danışaraq özü özünə təskinlik verir və Lalənin onunla barışacağına inanırdı...Lalə artıq oturmuş olanları düşünürdü və yenə qapı döyülür. Lalə bu dəfə artıq çox əsəbləşir və qapının yanına gəlib:Ehhh sən nə söz başa düşməz adamsan! Demədim sənə çıxxx gett?!
-Ay qız nə danışırsan? Mənəme Nigar
Lalə(qapını açır):aaa Nigar sənsən? bağışla bilmədim. Elə bildim Əlidi
Nigar:Əli??Əli burdaydı?dava eləmisiz?
Lalə:ehh boş ver. Artıq onun haqda danışmaq istəmirəm 
Nigar:ay qız de görüm nə olubdaa??
Lalə:heçnə ayrıldıq biz artıq
Nigar:off Lalə adamı öldürürsəne. Danış görüm niyədə??
Lalə əvvəlcə Nigara danışmaq istəməsədə amma həmin an danışıb içindəkiləri boşaltmaq istiyirdi. Bütün olanları Nigara daniışır. Danışarkəndə gözləri dolurdu:bax belə Nigar.İnan elə çox utandımki, heç belə vəziyyətə düşmək istəməzdim
Nigar:cannn ağlama Lalə. Inanırsan? danışırsan mənə çox qəribe gəlire. Mən Əlini nə vaxtdıda tanıyıram. Bir dəfədə eşitməmişəmki kimisə belə qısqansın ama həmişə söhbət edərkən deyirdiki əslinde mən qısqancam ama mən inanmırdım. Elə bilirdim zarafat edir çünki onun kimi deyib gülən heçnəyə fikir vermiyən adam necə qısqanc ola bilərdi axı?
Lalə:ay qız dəlisən? Necə yani heçnəyə fikir vermiyən? ilk görüşümüzdə bizim mövzumuz mənim köynəyimin açıqlığı olub. Təsəvvür elədə
Nigar:vayyy o dərəcədə? 
Lalə:hə bəs nə bilmişdin? Dəhşətdi 
Nigar:yaxşı Lalə onda bir söz soruşacam. Sn istiyirsən onu? Yəni sevirsən Əlini?
Lalə(biraz düşünür əslində hələ Lalə özüdə bilmirdi sevib sevmədiyini) Nəbilim əslində xoşum gəlirdi ondan yavaş yavaşda bağlanırdım ona. Bəlkədə sevirdim. Nə bilime bilmirəm
Nigar:hmm işin çətindi sənin)
Lalə:off Nigar səndə.
Onlar beləcə danışarkən artıq Əli evə getmiş yatmağa və bugün olanları unutmağa çalışırdı ama alınmırdı. Hər dəfə gözünü yumarkən Lalənin onunla danışıqları gözünün önünə gəlirdi.....Güleədə artıq evə gelmiş Laləylə danışmışdı. Lalə Gülərə danışarkən artıq rahatlamışdı. Gülərdə pis olmuşdu. Özünü günahkar hiss edirdi onların ayrılmağında ama bir tərəfdəndə Lalənin ondan ayrılmağına sevinirdi çunki Əli həm çox qısqanc idi. Həmdə Şəbnəm məsələsini Laləyə deməmişdi.Beləcə səhər açılır. Havalar artıq cox soyumuşdu. yeni ilə az qalmışdı. Nigar səhər yuxudan duran kimi qızlarin üstünə hücum çəkir:Heyyyyy durun ayağa bayıra baxınee qar yağırrrə eşitmirsən LaləGülər? durunda. Yekə qızsıze durun yoxsa qar gətirib atacam üstünüzə. Lalə artıq oyanmışdı:Nə qar yağır? doğurdan diyirsən? 
Gülər:ay qız nə qar?doğurdan?
ikiside durub pəncərədən baxırlar 
Nigar(gülərək) xa xa xa allatdım başıvızı siçan yedi qaşıvızı 
Gülərlə Lalə bir birine baxırdılar. Ikisidə birdən Nigarın üstünə qaçıb onu tuturlar. Nigarı o qədər qıdığlayırlarki Nigar artıq danışa bilmirdi:ay ay qızlar yaxşı. Nə olar buraxın. Öldüm gülməydən 
Lalə:yaxşı olur. Öl elə bizi aldatırsan hə? 
Gülər:buna baxe sən. Nigar dua eləki qar yağmasın. Qar yağsa səni yuxudan qarla oyadacam.
Qızların beləcə deyib gölməsini Lalənin telinə gələn zəng sonlandırdı. Lalə gəlib telə baxır. Zəng edən Əli idi:Offf səhər açılan kimi başladıq 
Gülər:nədi Lalə? Əlidi?
Lalə:başqa kim olacaq?
Nigar:aç danışda
Lalə:Nigar dəlisən? teli açsam bütün günü danışım gərək. həm mən dedim daha sözümü. Nə danışıme....Lalə qərarlı idi danışmiyacaqdı Əli ilə. Əli isə bunu qəbul edə bilməzdi. Lalənin teli açmadığını görüb mesaj göndərir arxa arxaya zəng vurur. heç birinə cvb gəlməyincə məktəbə getməyi qərara alır.....Qızlar artıq yeməklərini yeyib məktəbə gedirlər
Gülər:ay qızlar imtahanlarada az qalıb
Nigar:;nə olube? imtahandıda sizdə lap elə şişirtirdizki
Lalə:hə sənə nə vare? Vercəysən puluvu keçəcəysən,biz sənin kimi pulnan oxumururqee.
Nigar:hə mən elə sizi birinci gündən deyirəmki siz oxuyan uşaqlarsıze. ansamıldan müəllimiviz kimdi ?
Gülər:bizdə ikimizdədə eyni müəllimdiə Laləynən mən birlikdəyik. Ceyla müəllimədi nəolubki?
Nigar:həəə onda narhat olmuyun ansambıl qiymətiviz mənlikdi 
Lalə:ay qız nə danışırsan? biz onsuzda ansambılı yaxşı bilirik. Bidənə çətin nəzəriyədən olacaq(
Gülər:hə elementəri məndə yaxşı bilmirəm. müəllimədəki itin biri
Nigar:ehh sizədə yaxşılıq yoxduki onda özünüz verəsiz)
Lalə:sən narahat olma 
Nigar:yeni ildə neyniyəcəysiz? Bəs gedəcəysiz rayona?
Lalə:yəqin ki gedərikdə hə Gülü?
Gülər:he 30 gedərik
Nigar:ay qız 5gündən ötrü nə var gedirsize? qalında həm yeni ili birlikdə keçirərik 
Gülər:hmm nə bilim 
Lalə:yoxx bəs evdəkilər onlar demiyəcklərki nəyə gəlmirsiz?
Gülər:hə orasıda var
Nigar:onda heç olmasa 31i yeni ili keçirək. səhər gedərsiz
Gülər:baxarıqda. Hələ var zaçotları həll edək.....Qızlar gəlib məktəbə çatırlar. Gecikdikləri üçün tez dərsə gedirlər. Əlidə məktəbə gəlir. Içəri girmək istəsədə məktəbdən olmadığı üçün buraxmırlar. Oda təbii olaraq agenti olan Elxana zəng vurur. Elxan dərsdən icazə alıb bayıra çıxır. Əli ilə salamlaşır. Əli Elxana əvvləcə dünən gördüklərini unutmasını deyir. Elxan əvvləcə heçnə anlamır. Dünən o nə görmüşdüki? Sadəcə Lale\ənin hara getdiyini Əliye demişdi ama Əli elə bilirdiki Elxan Laləni Nicatla görüşərkəndə görüb,
Dərs bitənə qədər Əli məktəbin qarşısında Laləni gözlüyür. Elxan Lalənin məktəbdə olduğunu demişdi Əliyə. artıq dərs bitmişdi. Laləylə Gülər məktəbdən çıxarkən Gülər Əlini görür:Lalə ora bax. Əli burdadı
Lalə(həyəcanlanaraq)hanı harda?
Gülər:dee 
Əlidə artıq görmüşdü Laləni. onların yanına gəlib Laləylə danışmaq istiyir ama Lalə heç dinləmədən yolunu gedirdi 
Gülər:bəlkə dayanıb qulaq asasan? 
Lalə:yox istəmirəm 
Əli:Lalə xahiş eliyirəm gözlə. Nəolar hələdə sakitləşməmisən ?
Lalə:yox həldə heçnəyi unutmamişam Əli. Birdə gəlmə başa düşmürsn? Mən ciddi deyirəm sənlə elə belə küsmmişəm mən. bizdə heçnə alınmıyacaq qutardı. başa düşürsən qutardı!!
Deyib Gülərlə yola davam edir. Əli inanmaq istəməsədə deyəsən Ialə ondan doğurdan üz döndərmişdi....artıq bir həftə keçmiş ama bu bir həftədə heçnə deyişməmişdi. Hər gün Əli Laləylə barışmağa cəhd etsədə heçnə alınmırdı
Lalə artıq Əli ilə qarşılaşmamaq üçün hərdən dərslərə getmir, bütün günü evdə qalırdı. Artıq yeni bir həftənin səhəri açılırdı. Qızlar yuxudan durumuşdular. Gülərlə Lalə səhər yeməyi yeyirdi. Nigar paltarını sərrmək üçün balkona çıxır və:Aaaa buna bax. inanmıram
Nigarin səsinə Lalə ilə Gülər tez yanına gəlirlər:Nəolub??ayy bunlara baxx
Lalə gördüyü mənzərə qarşısında şok olmuşdu. aşağıda Əli əlində güllər balkonun altını isə şarlarla doldurmuşdu. Hava külək olduğu üçün şarların yarısı havaya uçurdu. Lalə istər istəməz üzündə təbəssüm yaranır. Əli onun gözlərinə elə baxırdıkı Lalə o andaca hər şeyi unutmuşdu sanki. Çevrilib qapıya doğru getdi. Gülər tez Lalənin yanına gəlib:Lalə hər halda barışmıyacaqsan 
Lalə heçnə demədən Gülərə baxırdı. Gözləri ilə deyirdi sanki getmək istədiyini .
Gülər:nə Lalə? iki şar bir gül gətirdi diyə onu bağışlayacan? ay Lalə nə olar yaxşı fikirləş
Lalə:ama Gülü bax gör necə peşman olub? Bəlkə….. 
Gülər:Lalə nə bəlkə?bax səni heçnəyə məcbur etmirəm amma yaxşı düşün
Lalə(heçnə demədən qapını açıb Əlinin yanına gəlir. Əli Laləni görməsi ilə gözlərinə işıq gəlir. Tez bir iki addım Laləyə yaxınlaşır..Sonra isə ....


Şərhlər:
Baxılıb: 2008
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz