Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (25-ci bölüm)
Zindan həyat (25-ci bölüm)
Şərhlər:
Baxılıb: 2008
Səs ver:
Əli ilə Lalə eləcə bir birinə baxırdılar və nəhayət Əli irəliyə gəlib Laləyə əlini uzatdı. Lalədə onun əlindən tutdu. Əli hətta birazda yaxınlaşıb üzündən öpmək istiyirdiki Lalə onun əlini buraxıb biraz arxaya çəkildi
Əli:Salam çox gözəl görünürsən)
Lalə:Hmm sağol 
Əli:(əlindəki gülü Laləyə uzadaraq)sənin qədər gözəl olmasada, bu gülü sənə aldım. İstədim ilk görüşümüzdən xatirə qalsın. Düzdü gül solacaq amma xatirəndə bu an heç vaxt silinmiyəcək))
Lalə:Çox sağol Əli inan yadımdan çıxmayacaq heç vaxtt
Əli:Hmm gedək?
Lalə:Gedək.
Əli maşının yanına getsədə Lalə yola doğru gedir
Əli:Laləə hara gedirsən?
Lalə:Demədin gedəy? 
Əli:Dedim gəldə bəs hara gedirsən? Maşın burdadı
Lalə:Maşınla gedəciyik???
Əli:Yox gözəlim maşınla getməyəciyik. Təyyarə sifariş vermişəm. O gələcək. Bəs nə ilə gedək?
Lalə:Özümüz yolnan gedəkdə 
Əli:Lalə gəlll)
Lalə heçnə demədən maşına doğru gəlir. Əli maşının qapısını açır və Laləni öndə oturdur. Lalənin artıq həyəcanı get gedə dahada çoxalmağa başlıyırdı. Beynində Gülərin dediklərini düşünür ona görədə Əlidən biraz çəkinirdi. Ya Əli mənimlədə o qızlarla oduğu kimi bir əlaqə qurmağa çalışırsa, onda mən neyniyəcəm. Eehh səndə neyniyəcəysəne tüpürüb üzünə çıxıb gələcəysən. Laləni bu düşüncələrdən Əlinin səsi ayıltdı:
Lalə səninləyəm
Lalə:Hə. Nə deyirdin?
Əli:Deyirəmki nəsə bir planın var? Harasa getməy görmək istədiyin bir yer var??
Lalə:Yox. Yəni fikirləşməmişəm haranısa 
Əli:Yaxşı onda əvvəlcə biraz gəzək, sonra yemək yeyək, sonradakı gəmiylə gəzək?
Lalə:Gəmi ilə?
Əli:Hə. İstəmirsən?
Lalə:Yox yəni bilirəm bəlkədə güləcəksən amma mən heç minməmişəm gəmiyə(
Əli:Ooo nə yaxşı ilk dəfə mənimlə gəmi səyahətini edəcəksən hə? Əslində indi hava soyuqdu dənizdə vapşe soyuq olacaq amma mən səhər gələrkən nəsə ürəyimdən keçdi. Əgər istəmirsənsə qalsın. Havalar isti olanda gələrik
Lalə:Yoxx. Yəni mənə maraqlıdı. Həm nə soyuq olacaqki? Heçnə olmaz gedərik 
Əli:Lap yaxşı onda
Əli maşını dənizkənarı parkda saxlıyıb düşürlər. Biraz orda gəzib söhbət edirlər. Söhbət etsələrdə ikisinində fikri başqa yerdə idi. Lalənin fikirləşdiyi Əlinin onunlada digərləri kimi davranacağı idi. Amma Əli isə tam başqa şeylər düşünürdü. Gözü yol boyu Lalədə idi. Lalə çox gözəl görünürdü. Uzun saçları, yaşıl gözləri və yüngül makyajı onu çox gözəl görsətirdi. Əli bu gözəlliyin içərisində özünü itirsədə bir tərəfdəndə Laləni onun əlindən kiminsə alacağından qorxurdu.
Artıq 2saat keçmişdi. Onlar parkı piyada gəzmişdilər amma vaxtın necə keçdiyindən 2sidə xəbərsiz idi. Və Əli saata baxır:
Ooo saat 3ün yarısıdı bayaqdan bir belə gəzmişik biz
Lalə:Doğurdan?
Əli:Mən acmışam. Gəl gedəy yemək yeyək. Burda bir restoran var bir tanışımındı. Yaxşı yeməkləri olur. Ora gedək?
Lalə:Gedək. Əli bu yol boyu Lalənin əlindən tutmaq istəsədə alınmamışdı. Neçə dəfə bir bəhanə ilə əlini Lalənin əlinə toxundurmuşdu. Amma hər dəfəsindədə Lalə əlini çəkmişdi. Amma indi Lalənin gedək deməsi ilə Əli onun əlindən tutur. Və tez-tez aparmağa başlıyır:
Gəl gəl mən öldüm acından
Lalə çəkməyə çalışsada alınmır. Əli möhkəm tutmuş və yolu tez-tez aparırdı. Lalənin həyəcanı artıq 1ə 5 artmışdı. Əli isə özünü o yerə qoymur. Heçnə olmamış kimi davranırdı. Əslində oda həyəcanlı idi. Lalənin necə reaksiya verəcəyini bilmirdi. Artıq restorana çatmışdılar. Əli yerişini astaladıraraq:
Lalə deyəsən sən yenə çay istiyirsən?
Lalə:Çay? Yox istəmirəm. Onu hardan çıxardınki?
Əli:Ama əllərin yenə buz kimidi o günki kimi )
Lalənin həyəcandan əlləri buz olmuşdu. Əlinin elə deməsi ilə Lalə onun əlindən əlini çəkir:
Yox çay falan istəmirəm mən. Demişdim sənə olur məndə hərdən belə. Həm sən mənim əlimdən niyə tutursanki?
Əli:(gülərək) yaxşı yaxşı əsəbləşmə. Həm Lalə bax acmışam. Ac olanda dava eliyə bilmirəm. Gəl yemək yeyək. Qaldığımız yerdən davam edərik olar?))
Lalə heçnə demir eləcə qaş qabağını yığır
Əli:Laləəə bax elə qaş qabağını sallama yoxsaa (Lalənin qulağına yaxınlaşıb)yoxsa öpərəmm
Lalə:Ey sən uje həddini aşırsanhaa. Bu nə deməkdi? Özünü nə hesab eliyirsən sən hə?!
Əli Lalənin dayanmayacağını görüb əli ilə Lalənin dodağlarından tutur:
Şişşşş gəl getdikk. Əlindən tutub restorana girir:
Salam Süleyman burda?
İşçi:Yox burda deyil nəsə lazım idiki? 
Əli:Yox eləsinə soruşdum. Burda olsaydı Salamlaşacaqdım. Gəlsə deyərsiz Əli gəlmişdi. İndi deyin görüm bizim üçün gözəl bir masanız olacaq?
İşçi:Əlbətdəki. Heç olmaz olar? Buyurun
Afisant Əli ilə Laləni restoranın gözəl yerində olan masaya doğru aparır:
Buyurun. İstiyirsiniz burda əyləşin
Əli:Oldu sağol
Əli pencəyini soyunur:
Lalə çıxart üstünü bura istidi. Həm bayıra çıxanda soyuq olacaq. Lalədə üstən geyindiyi nazik kurtkanı çıxarır. Onun çıxarması ilədə Əli danışmağa başlıyır:
Laləə bu nədi geyinmisən?
Lalə əvvəlcə heçnə anlamır: Yəqin Əlinin köynəyimdən xoşu gəlmədi. Amma niyə belə kobud şəkildə dedi axı? Off Gülər mən sənə dedim bunu geyinmiyim. Yəqin yaraşmıyıb(Nə olubki pis qalıb
Əli:Dəhşət. Sən bunu niyə geyinmisən axı? Otur otur ayaq üstə durma. Hamı sənə baxır. Burdada pencəklə oturmaq olmaz axı (Lalə oturur amma heçnə anlamırdı və Əlinin nə deyəcəyini gözlüyürdü)Lalə sən evdən çıxarkən güzgüyə heç baxmamısan?
Lalə:Off nədi axı? Çox pisdiki ?
Əli:Pis nədi? Əynində elə gözəl qalıbki hamı sənə baxır. Çox açıxdı həmdə çox. Bu səni çox gözəl həmdə pis görsətir (Lalə hələdə bir şey anlamırdı) Əli bir qərar versən yaxşı qalır yoxsa pis qalır??
Əli:Lale pis qalır. Heç yaraşmırda(əslində isə özüdə ağzından qaçırmışdı yaxşı qaldığını. Amma qısqandığı üçün onu deyə bilməzdi Lalənin geydiyi köynəyin çiyinləri aşırma olduğu ücün çiyni bayırda idi. Saçları örtsədə ama bu Əlidi ondan heçnə qaçmaz) kim bilir sən bunu dərsədə geyinmisəndir
Lalə:Hə geyiinmişəm bir iki dəfə 
Əli:Lalə heç olmasa demə. Bax həqiqətəndə çox açıxdı. Arxadan çiynin öndən sinən. Çox cəlb edirsən özünə adamı. Mən istəmirəm sən kimisə özünə cəlb edəsən
Lalə çox utanır. Əli isə elə heyy danışırdı:Offf bilsəydim bu qədər deyinəcək geyinməzdim((:Əli yaxşı artıq. Əli Lalənin bu sözü deməsi ilə başa düşürki deyəsən çox danışmışdı:
Yaxşı susuram amma xahiş edirəm birdə geyinmə bu köynəyi. Çox xahiş eliyirəm geyinmə yaxşı?
Lalə:Yaxşı geyinmərəm
Əli:Afərin sənə. Hə nə istiyirsən sifariş verək
Lalə(yavaş səslə)day nə istiyəcəm? Doydum uje
Əli:Nə nə deyirsən?
Lalə:Heçç deyirəm hələ baxmamışam (imkan versən baxacam)
Əli:Sən niyə dodağın altda mızıldanırsan axı hə? De görüm?
Lalə:Yox. Mızıldanmıram deyirəmki mən bu salatdan istiyirəm
Əli:Hmm elə bu? Bununla doyacan?
Lalə:Hə doyacam
Əli:Hmm yaxşı o zaman
Afisantı çağırıb sifarişləri verir və 10 dəqdən sonra masanın üstünü doldururlar. Afisant Laləyə qulluq eləmək istəsədə
Əli:Sağol özüm həll edəcəm. Afisantı geri qaytarır və Laləyə özü qulluq edir. Yemək yedikdən sonra yenə Əli danışmağa başlıyır. Lalə isə çox narahat idi. Artıq həyəcanı getmiş, Əlinin köynəyi ilə bağlı dediklərini düşünürdü. Əli onun köynəyini elə təsəvvür eləmişdiki Lalə özünü həmin an çılpaq zənn edirdi. Ona görədə yemək boyunca o çox narahat oturmuşdu...
Əli:Lalə bilirəm, bəlkədə düzgün eləmədim sənlə belə danışdım amma neynim mən beləyəm çox qısqancam. Səni özümdən belə qısqanıram düşün. Lalə mən səni gördüyüm gündən bəri ağlımdan çıxara bilmirəm. Çalışdım çıxarım amma alınmadı. Bu neçə vaxt ərzində əmin deyildim amma artıq əminəm mən səni (Laləni artıq yenidən həyəcan basırdı) mən səni sevirəm. Lalə inan mənə. Çox sevirəm, buna görədə səni qısqanıram çox qorxuram səni kimsə mənim əlimdən alacaq deyə. Ağlıma gətirincə dəli oluram. Sanki səni yerə göyə, daşa, divara, hər şeyə qısqanıram.
Lalə heçnə danışmırdı . Əlinin dedikləri beynində əks səda verirdi. Eşitdiklərinə inana bilmirdi Əli nələr deyirdi belə.
Əli:Heçnə demiyəcəksən?
Lalə:Şeyyy mən mən nə deyəcəyimi bilmirəm 
Əli:Lalə xahiş elirəm nə deyirsən de bircə mənə yox demə. Hələ tezdi de hələ bir birimizi tanımırıq. De nəbilim 1000dənə söz de amma yox, alınmaz demə
Lalə:Bilmirəm nə deyim. Bilmirəm həqiqətən.
Əli pencəyinin cibindən bir qab çıxarıb açır:
Lalə sözün düzü bunu günün sonuna saxlamışdım amma daha saxlıya bilmiyəcəm. Mən bunu sənə almışam. Alarkən düşündümki səndən hə cavabı aldıqdan sonra bunu sənə taxacam amma indi sən mənə hələki heçnə demirsən. Səni məcburda eləmirəm tez cvb verməyə amma mən bunu taxmaq sənin boynunda görmək istiyirəm.
Deyib ayağa qalxır və Lalənin yanına gəlir. Əvvəlcə əli ilə saçlarını bir çiyninə tökür. (Lalənin kürəyinin az hissəsi açıq idi. Əli istər istəməz Lalənin bədəninə baxır ama onu elə sevirdiki öz gözlərinə belə qısqanırdı. Gözlərini sıxıb sepi boynunun arxasından önə keçirir və özüdə aşagı əyilir. Nəfəsi Lalənin çiyinlərində hiss olunurdu. Lalə artıq həyəcandan titrəyirdi:
Ümid edirəmki bunu hər zaman sənin boynunda görəcəm deyib Lalənin boynununa zərif bir öpüş qondurur(Lalə olanların şokunda heçnə danışmadan donub qalmışdı)Əli Lalənin saçlarını əli ilə kürəyini və çiyinlərini örtməyə çalışır və keçib yerində oturur. Aradan dəqiqələr keçmiş ama heç kim danışmırdı. Lalə çox utanmış qıp qırmızı olmuşdu. Əli isə heyranlıqla Laləni izliyirdi 
Əli:Lalə xoşuna gəlmədi? Əgər bəyənmədinsə deyişə bilərik
Lalə(əlini sepə vuraraq)yox yox gözəldi. Çox sagol. Çox bəyəndim. Bunu boynumdan heç vaxt çıxarmıyacam söz. Əli elə bu sözü gözləyirmiş kimi sevinməyə başlıyır. İnana bilmirəm. Çox sağol Lalə inan mənə səni çox xoşbəxt edəcəm. Çox sevirəm səni çoooxxxxxxxxxxx sevirəmmm
Lalə:Əliiii hamı sənə baxır. Yavaşş ol 
Əli:Baxsınlar. Vecimədə deyil. Mən səni sevirəm və sən yanımdasansa dünya aləm vecimə deyil
Lalə:Yaxşı Əli bəsdiii)
Əli(qapıdan Süleymanın girdiyini görür. İşçilər ona nəsə deyir və Süleyman Əligilin masasına doğru gəlir)Lalə kurtkanı geyin çıxaq 
Lalə:Çıxaq? Nəolduki birdən?
Əli:Lalə geyin dedim (Əli istəmirdi Süleyman Laləni bu köynəylə görsün) Lalə pencəyini geyinir və Süleyman Əligilin yanına gəlir
Süleyman: İoo qardaş, xoş gəlmisən. Üzünü görəy. Neçə vaxtdı görsənmirsən. Xeyirdimi?
Əli:Xeyirdi inşALLAH qardaşım
Süleyman:Sən canı zarafat eləmə 
Əli:Yox zarafat eləmirəm. Səni gələcək nişanlımla tanış edim (hələ nişan eləməmişikdə. Lalə mənim gələcək nişanlım, Süleyman buda mənim yaxın dostlarımdan biri. Lalə bugün şok üstünə şok yaşıyırdı(nə nişanlım?? Biz nə vaxt nişnlandıq? Aa gələcək dedie. Of Əli hər şey çox tez baş verir. Bu nədi axı belə?
Süleyman:Salam Lalə xanım. Çox şad oldum. Əli kimi biri ilə nişanlandığınız üçün çox şanslı birisiniz
Lalə:Çox sağolun amma bəlkə o şanslıdı)
Əli:Süleymann
Süleyman:Ooo sağolun əlbətdəki oda şanslıdı. Sizdə nə deyirəmki? Qardaş Allah xoşbəxt eləsin. De görüm xeyir iş nə vaxtdıee? Məni unutmursanhaa bax başıva oyun açaram sonra 
Əli:Elə şey olar qardaş? Sən dəvətnaməsiz qonaqlardansan))
Süleyman:Sağole. Hara gedirsiz? Oturun bir şeylər yeyək
Əli:Yox narahat olma bax biz yemişik yeməyimizi. İndi getməliyik. başqa vaxt gələrik
Süleyman(nə qədər çalışdısa Əligil oturmadılar. Əsl səbəb isə Lalənin geyimi idi
Əli şotu ödəmək istəsədə Süleyman icazə vermədi və mən sizi qonaq elədim sayın. Bir dəfədə sən məni qonaq eliyərsən şot olarıq. Əli razılaşır. Süleymanla sağollaşıb restorandan çıxırlar. Bayır çox soyuq idi. Artıq havada qaralmışdı. Lalə artıq evə getmək istədiyini desədə
Əli:Evə getmək istiyirsən? Bəs gəmiyə getmiyək??
Lalə:Yox Əli gecdi daha başqa vaxt gedərik
Əli:Hmm bax gec olmağa görə yox prosta hava soyuqdu deyə heçnə demirəm. Getmiyək hava yaxşı olan kimi gələciyik yaxşı
Lalə:Yaxşı gedək?
Əli:Niyə axı belə tələsirsən? Gedəsi yerin var? Yoxsa kimsə səni gözlüyür?
Lalə:Yox heç yerə getmiyəcəm. Hava qaralıb artıq evə getmək istirəm
Əli:Lalə niyə belə narahatsan axı? Biraz rahat ol mən aparacam səni evə hələ tezdi axı. Elə bu an Lalənin teli zəng çalır. Lalə çantasından teli çıxarır. Əli ise Lalədən əvvəl boylanıb telə kimin zəng etdiyinə baxır. Zəng edən Gülər idi.
Lalə:Əli istiyirsən verim sən danış 
Əli:Yox mən niyə danışıram?
Lalə teli açıb danışır. Gülərə birazdan gəlcəyini deyir. Əli gedəy artıq məni evə apar yada sən get məndə özüm gedim
Əli:Yox daha nələr? Səni burdan tək buraxım özün gedəsən? Həə başqa arzun? Sən niyə tək getmək istiyirsənki?
Lalə:Off Əli sənə bayaqdan deyirəmki evə getmək istirəm. Day sən aparmıyınca məndə ona görə dedimdə
Əli:Laləə düzün de niyə tək getmək istədinki? Kimləsə görüşəcəkdin??
Lalə:Aaa nə danışırsane yenə? Sən necə yəni kimləsə görüşəcəkdin? Mən evə gedəcəm. Heç kimlədə görüşüm falan yoxdu(Əli bax hər sözün arxasına düşən belə bir piskopat xasiyyətə malik idi. Ona görədə onunla danışarkən dediyin hər sözə diqqət yetirmək lazımdı. Amma Lalə bunun fərqində deyildi hələdə.
Əli biraz sorğu sualdan sonra Laləni dediklərinə inanıb onu evə aparmağa qərar verir və Laləni evə gətirir. Yolda isə Laləylə söhbət edir. Artıq evə çatmışdılar Lalə maşından düşür. Əlidə düşüb Lalənin yanına gəlir):
Hə gəldik heç getməni istəmirəm. Lalə mənnən olsa elə səni bu dəq özümlə apararam
Lalə(əsəbi)necə yəni elə bu dəqiqə apararam? Nə deməy istiyirsənki hə? Nə fikirləşirsənki sən?
Əli(gülməyə başlıyır)Laləə nəfəs al. Nə olub axı? Mən nə dedim? Bax canım mənim hər dediyim sözə belə reaksiya verməni başa düşürəm. Məni hələ tanımırsan. Bəlkədə düşünürsənki səninlə elə belə vaxt keçirməkçün danışıram(Əli elə bil Lalənin fikirlərini oxuyurdu)əgər elə düşünürsənsə bilki çox yanılırsan. Səni necə sevdiyimi necə istədiyimi sənə sübut etmək üçün nə edə bilərəm? Gözümü qırpmadan nə istəsən edərəm. Təki sən mənə inan. Mən səni bir günlük yox ömürlük yanımda istirəm ona görədə sənnən heç bir günlük belə sağollaşmaq istəmirəm başa düşürsən məni?
Lalə:Hmm başa düşürəm amma sən çox tələsirsən. Hər şey bir gündəcə baş verir sanki… 
Əli:Lalə nə birgün? Mən səni artıq 2aydı tanıyıram. 2aydı sənin xəyallarınla yaşıyıram heç əvvəlcə özümdə inanmırdımkı səni sevə bilərəm, yəni sevgi mənə yad kimi gəlirdi amma səni düşünərkən hiss etdiklərimi bir bilsən səni necə sevdiyimi? Bilərsən bəlkə
Lalə:Yaxşı Əli ama mənə biraz zaman ver. Yəni bəlkə səninçün 2ay böyük bir zaman ola bilər amma mən səni heç tanımıram belə yəni vaxt lazımdı hər ikimizə
Əli:Lalə niyə? Məni tanımırsan axı. Bax məni necə görürsənsə eləyəm. Nə bilmək istiyirsən? Öyrənmək istiyirsənsə soruş 
Lalə:Əli elə hər şeyi soruşmaqla adamı tanımaq olmurki. Bax mən sənə yox demirəm səni tanımaq istiyirəm. Biraz vaxt istiyirəm. Niyə başa düşmürsən axı?
Əli:Yaxşı yaxşı Lalə nə qədər istiyirsən vaxt verirəm sənə amma sən təki mənim yanımda ol.
Lalə gülümsünərək:Yaxşı mən gedim daha sağol
Deyib əlini uzadır. Əlidə Lalənin əlindən tutur bu dəfə öpəcəkdi amma yenə Lalə əlini çəkib binaya doğru getdi. Əli üzünü maşına tərəf çevirir və Laləyçün aldığı gülü maşının içində görür tez maşından gülü götürüb Lalənin arxasınca qaçır. Lalə artıq binaya girmiş pilləkənləri çıxırdı 
Əli:Lalə Lalə gözlə
Lalə dayanıb arxaya çevrilir
Əli:Dayan şirinim, bax gülünü unutmusan 
Lalə:Aaa bağışla. Yadımdan çıxıb
Əli:Hmm yaxşı bağışlayıram amma bir şərtlə
Lalə:Nə şərtlə?
Demişdiki Əli Lalənin üzünü əllərinin arasına alıb, onun üzündən və burnundan öpür:
Bax bu şərtlə. Lalə tez üzünü çevirib evə çıxır. Çox utanmışdı ama içindədə çox qəribə hisslər keçirmişdi. Əli isə eləcə Lalənin arxasınca baxırdı...

P.S.Ardı var...


Şərhlər:
Baxılıb: 2008
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz