Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dənizin Nağılı
Dənizin Nağılı
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2740
Səs ver:
Biri var idi, biri yox idi. Uzaq ölkələrin birində bir oğlan var idi. Uşaqlıqdan atası ilə tarlada əkinçilik edən oğlanın bircə arzusu var idi. Dənizi görmək istəyirdi. O heç vaxt dəniz görməmişdi. Və ən böyük arzusu dənizin sahilində ayaqlarını isladıb dalğaların səsinə qulaq asmaq idi. Amma o hələ balaca idi. Kəndin qanunlarına görə yalnız 18 yaşından sonra ata evini tərk edə bilərdi.
Uzun illər dəniz arzusu ilə böyüyən oğlan 18 yaşına çatanda atası ilə sağollaşıb evdən çıxır. O dənizi axtarmağa gedir. Az gedir, üz gedir, 3 yol ayrıcına çıxır. Oğlan sol yolu seçib getməyə başlayır. Az gedir uz gedir dərə-təpə düz gedir, gəlib çıxır öz kəndləri kimi bir kəndə. Uzun yolçuluq onu əldən salır, azuqəsi də qurtardığına görə dincəlməyə məcbur olur. Elə həmin an yanından çox gözəl bir qız keçir. Qıza ilk baxışdan vurulan oğlan onunla evlənir. Sonra qızı da götürüb qayıdır evlərinə. Bir neçə il xoşbəxt yaşayırlar. Lakin sonra oğlan başa düşür ki, gözəl ailəsi olsa da ən böyük arzusu hələ ürəyində qalıb. Axı o dənizi görmək istəyirdi. Bunu sevgilisinə danışıb yenidən yola çıxır. Bu dəfə həmin 3 yoldan "düz” yol ilə gedir. Az gedir uz gedir, dərə-təpə düz gedir gəlib çıxır böyük bir şəhərə. O həyatında ilk dəfə şəhər görür. Burada işə düzəlib bir neçə ilə xeyli pul qazanır. Sonra var dövlətini yığıb qayıdır ailəsinin yanına. Kiçik daxmalarını söküb yerində gözəl bir ev tikir. Sonra çoxlu uşaqları olur. Onlar xoşbəxt yaşayırlar. İllər keçir oğlan artıq yaşa dolur. Həyatın ağrısını sevincini görmüş insana çevrilir. Uşaqları da artıq böyüyüb evlənirlər. Amma kişinin ürəyindəki arzu onu rahat yatmağa qoymur. O həyatının yarısını yaşayıb amma hələ də dənizi görməyib. Yenə ailəsini yığıb məsləhtləşir, sonra yola çıxır. Bu dəfə də kəddən çıxanda həmin üç yolla qarşılaşır. Və bu dəfə "sağ” yolu seçir. Az gedir üz gedir, dərə-təpə düz gedir gəlib çıxır xarabalıq bir yerə.
Görür müharibə bütün evləri dağıdıb, insanlar ölüb. On-on beş yetim uşaq yolun qırağında ac-yalavac qalıb. Kişi onları götürüb qayıdır evə. Varlı olduğundan uşaqları özü saxlayır. Həyat təcrübəsindən, oxuduğu kitablardan uşaqlara həyatı öyrədir. Onun şagirdləri də onu çox istəyir. Beləcə də uzun illər keçir. Kişi lap qocalıb əldən düşür. Yaşı yüzə çatanda şagirdlərini yanına çağırıb deyir. 
-Ey mənim əziz balalarım. Cavanlıqda mənim bir arzum var idi. Mən dənizi görmək istəyirdim. Amma bilmirdim dəniz haradadır. Bizim kəndimizdən də üç yol gedirdi, mən bu yolların hamısını getdim amma heç biri dənizə çıxmadı. Mən başa düşdüm ki, dəniz yoxdu. Bu insanların uydurmasıdır. Bunu eşidən şagirdlər deyilər:
- Yox ata, dəniz insanların uydurması deyil. O doğrudan da var. Bizim kəndimiz kiçik bir adada yerləşir. Və həmin üç yolun üçü də dənizə gedir. Sadəcə sən o yollardan birini, heç olmasa birini axıra kimi getməli idin.. 

Müəllif: Qaraqan (Elxan Zeynallı)


Şərhlər:
Baxılıb: 2740
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz