Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat (Bölüm 35)
Maskalı həyat (Bölüm 35)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1418
Səs ver:
Yaxınlar bəzən elə uzaq olurlarki bir gün ayılırsanki heç yaxının deyilmiş belə. Mən nə edim? Deyim? Ama birdən də necəsə yalnış anlaşılma olar. Bəlkə mən səhf anlamışam. Ama o dəqiqləməsi ilə Kamran kimi danışdı hər şeyi. Yenə əlavə suallar yaranır. Özümü xəfiyyə kimi hiss etdim. İçimdəki başına qəhvəyi şlyapa, əyninə də qəhvəyi plaş geyib əlinə də lupa alıb. Gözünə tutaraq diqqətlə baxmağa başladı. Bu lap psixapatka olub gedibe.
-Nəoldu niyə susdun?
-Heç dur gedək hələ uşaq üçün mebelə baxacağıq.
-Əminsən Süsən?
-Heç səninlə evlənməyə bu qədər əmin deyildim. Deyib qaçmaq istəyirdim qucağından ama alınmadı o məni bərk bərk tutub qıdıqlamağa başladı.
-Eləmə xaiş
-Bu da sənin cəzan çəpiş
-Çəpiş özünsən
Deyib gülməkdən ölürdüm. Ama üzümdə abır yoxdu dilimi də saxlaya bilmirdim
---Nəhayət biz hazırlaşıb ilk mebel dükkanların gəzdik. Bir gözəl beşik aldıq. Sonra kaleska, geyimlər bir sözlə uşağa nə lazımdısa onları. Heç adların bilmədiyimiz o qədər şeylər var idiki başım çaşmışdı.
Maşına mindik. Telefonum zəng çaldı. Səbuhi idi.
-Alo bəli Səbuhi müəllim.
Bu arada Səbuhinin adın çəkən kimi Kamranın gözləri böyüdü. Qaşları çatıldı.
-Necəsən?
-Yaxşı sən?
-Mən də. Narahat etmirəm?
-Yox dəlisən?
-Bura bax iş məsələn nə oldu?
-Hələki qalıb. Məlum məsələlər
-Bizim şirkətin şəkillərə ehtiyacı vardı. Madelyerimiz bir aylıq ailəvi prablemlərdən gedib. İlk ağlıma sən gəldin.
-Ay can. Mən hələ çıxa bilmirəm
-Anladım. Fikrini dəyişsən firmamızın hər yeri sənə açıqdı.
-Çox sağol. İstəsən evdəkiləri sənə yollaya bilərəm
-Aaa var? Göndərsən heç pis olmaz
-Narahat olma. Tezliklə gətirərəm.
Biz sağollaşdıq. Kamranın gözlərindən neçə vaxtdı görmədiyim alov çıxırdı.
-Bu nə məsələdi?
-Nə?
-Sən Səbuhi ilə danışdığın
-Heç mənim cızma-qaralarım var onları istəyir
-Anangilə verərsən verər
-Niyə?
-Sənin Səbuhi ilə görüşməyini istəmirəm
-Kamran o mənim uşaqlıq dostumdu
-Onun sənə sevgi etirafın öz qulaqlarımla eşitdim. Bu da bəs edir ki mənə onla görüşməyəsən
-Hə? Onda sən Aytən ilə bütün münasibətlərini kəsirsen mən də Səbuhi ilə
-Bu məndən asılı deyil onun ailəsi ilə ortaq şirkətimiz var
-Məndən də asılı deyil onda
Biz belə ortaq məxrəcə gələ bilmədiyimiz mövzumuz üzərində yol boyu qırışa-qırışa evə gəldik.
---Biz evdən kino üçün çıxdığımız zaman Kamran maşının açarlarını götürürdü ki mən dilləndim
-Açarlara ehtiyac yoxdu
-Niyə? Təyyarə ilə gedirik?
-Yox əlbətdə. Biz indi nə edirik?
-Sənin bu sevgililik həvəsini öldürməyə çalışırıq
-Belə də demək olar
-Onun maşına nə dəxli?
-Deməli Kamran bəy, əgər biz sevgiliyiksə mən sevgilimin ilk görüşdən maşınına minmərəm. Ona görə biz piyada gedirik
-Dəlisən?
-Yox. Metro, avtobus bu kimi nəqliyyat avadanlıqlarından istifadə edəcəyik
İçimdəki Kamrandan beş betər gözlərin iri şəkilde açıb "sənin başın qaçıb " deyirdi.
-Süsən, sevgilim, zarafat edirsən hə?
-Yox. Nəsə çıxaq. Seanslara çatmarıq birdən
Kamran ah çəkərək evdən çıxdı. İçimdəki isə
-Dağlar oy oy oy. Daşlar oy oy oy. Mahnısı oxuyurdu.
Avtobusa mindik ilk. Kamran qaşların çatıb yanımda durmuşdu. Heç birimiz otura bilməmişdik. Bir tərəfimdə Kamran digərində bir oğlan durmuşdu. Avtobus hər saxlıyanda mən Kamran tərəfə oğlan isə mənim üstümə gəlirdi. Axrıncı saxlamada mən özümü saxlaya bilsəm də oğlan özün saxlaya bilmədi və mənim üzərimə düşdü Kamran əsəbindən cin atına minmişdi. İçimdəki popkorn alıb özün divana atıb "indi əsl boevik olacaq" dedi. Kamran oğlanı nə hala saldısa yazıq oğlan yol boyu mənə nəinki baxmaq heş başın yuxarı qaldırmırdı. Avtobusdan düşüb metroya girdik. Adamlar çox idi həmişəki kimi. Biz qatara özümüz girmədik içəri vəhşicəsinə salındıq. Bu hiss mənə çox tanışdı ama bu neçə ayda bunu tamam unutmuşdum. Kamran məni ahtapot kimi hər tərəfdən əhatələmişdi. Ətrafdakılardan nəyinki kimsə mənə dəyə bilərdi hətda heç görmə imkanı belə yox idi.
Nəhayət bu metroya mən də belə mindim. Demişdim sizə metroda sevgilisi ilə olan qızlar mənə lağ edərcəsinə baxanda xəbər etmişdim ki sizə mən də bir gün bu qatara sevgilimlə minəcəm. Ay necə xoş hisdi. Yanımda olan oğlan çox tərpənirdi. Kamran da o hər tərpənəndə bir bir sayırdı. Axır Kamran gözlədiyim kimi partladı
-O yana çəkil
-Ay qardaş hara çəkilime yer var Kamran məni sinəsinə basıb
-Mənə adiyyatı yoxdu yer var ya yox qıza dəymə.
Mən Kamranın ikinci partlamasından dəhşətli dərəcədə qorxurdum ki içimdəki yenə orda sırıtırdı. "Baevikləri sevirəm hələ canlı olanlar lap əla olur" deyib divanda yerin daha da rahatladıb tıxırdı. O metrodakı oğlanı da ölü vidinə saldıqdan sonra rahatlamış şəkildə metrodan çıxdı.
Mən əsəb küpü halında idim. Kinoteatra girdik. Kinolara baxırdıq, mən ona əsəbi idim.
-Hansı filmi istəyirsən?
-Baeviki sayənizdə izlədik Kamran bəy
-Süsən
-Nədiye?
-Kino seç
-Sən seç
-De buna girək
-Yox o ağlamalinskidi
-Onda buna
-Bu da baevikdi
-Offf özün seç
-Eyyy ilk gündən nə qışqırırsan üstümə?
O dişlərini qıcıyaraq
-Sevgilim buyur seç
-Bax belə. Deee bu komediyaya girək
-Yaxşı. Oturma hissəsində gözlə. Mən biletləri alıb gəlirəm
Mən gedib oturdum. Bir az keçdiki yanımda kimsə oturdu. Elə bildimki Kamrandı ama o deyil idi.
-Xanım tək filmə getmək sizin kimi qıza haqsızlıqdı
Mən gözlərimi süzdürərək başımı çevirdim.
-Mənim də artıq biletim var
Mən əsəbi şəkildə of çəkib ayağa qalxdım. O da qalxdı.
-Xanım naz etmiyin
Və birdə gördüm ki oğlan yerdədi. Kamran da onun üstündə
-Həyatıva susamısan? Deyə vururdu gədəni. Əslində haqq edirdi ama şiddətə karşıyız. İçimdəki mən isə gülərək "atalar üçdən deyib sözü heç boşa deyilmiş. Bu da üç" O biləklərini bir birinə sürtüb siz savaşa biz tamaşa da deməyi unutmadı.
----Kamrangili polislər apardılar. Mən tez Zərifə xanıma zəng vurdum. Şöbədə o cıvıx gədə qışqıraraq
-Səni məhkəmələrdə süründürəcəm
Deyə qışqırırdı. Təxmini bir saatdan sonra şöbəyə Kənan gəldi. Mən ona hər şeyi danışandan sonra
-Mən gedim bir iki telefon edim gəlirəm
Dedi. Mən də xaiş və minnət ilə Kamranın yanına girməyə icazə aldım. Barmaqlıqlar ardından ona baxmaq çox qəribə gəlirdi. Girən kimi açdım ağzımı yumdum gözümü -Sən düzələn deyilsən. Belə getsə bütün ömrümüz bu barmaqlıqlar ardında keçəcək. Hələ gedib metrodakı ilə avtobusdakında tapsalar işimiz bitdi day
-Ara bir nəfəs al
-Nə nəfəs ale indi mən nə edəcəm bu gənc yaşımda həbsxanadan çıxmağını gözləyəcəm?
-Hələ bir gözləmə gözlərini çıxardaram
-Ayı pəzəvəng sən elə bir iki gün burda qal bəlkə özünə gələrsən. Kərgədanın biri kərgədan. Mən Kamranla gözəl səmimi danışığımiıdan sonra Kənanın yanına qayıtdım. Kənan məni görmürdü yaxınlaşdım yanına o isə danışırdı
-Bu plan xaricində olsa da əla bir hadisə oldu. Narahat olma danışacam qoy şikayətçi olsun. Əlbətdə. Qoy bir az başı qarışsın. Orda onun işini həll etmək asan olar. Qardaşlıq bağları əsas o deyil qanla olsun əsas odu ki qəlbinlə bunu hiss edəsən...
 
P.S. Ardı var.


Şərhlər:
Baxılıb: 1418
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz