Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hicablı qızın arzusu...(hekayə)
Hicablı qızın arzusu...(hekayə)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3542
Səs ver:
Məktəbin qarşısında  hönkür-hönkür ağlayan bir qız uşağı bütün həyatımı dəyişdi. Evimizə yaxın məktəb vardı. Hər gün məktəbin qarşısından keçib, işə gedirdim. Bir dəfə məktəbin qarşısına çatanda  ağlayan bir qız uşağı gördüm. Elə dərdli ağlayırdı ki, insan eşidəndə biganə qala bilmirdi. Yaxınlaşdım ağlayan qızın yanına və soruşdum nə olub sənə? Niyə ağlayırsan?

Qız zəif səslə:

-Məktəbdən qovublar-dedi.
Sonra, yaşlı gözlərini əllərilə sildi. Yerdə oturmuş qızcığaz, ayağa durub,  qeyri-ixtiyari tozlu paltarını xəfifcə təmizlədi. Dodağının altında pıçıldaya-pıçıldaya məktəbin həyətinə keçdi. Bu qızın davranışı məni onun arxasınca getməyə sövq etdi. Qızcığaz məktəbə daxil olub, dəhlizə qaçaraq direktorun otağına tərəf getdi və qapını döyüb otağa girdi. Arxasınca məndə özümü çatdırdım. Qız uca səslə məktəbin direktoruna qışqırmağa başladı.
-Bizim hicabımız bizim canımızdı, heç zaman onu çıxartmayacağam deyib otaqdan ağlaya-ağlaya çıxdı. Bu məsələni öyrənmək üçün direktordan soruşdum nə məsələdir?
- Bizə göstəriş verilib ki, hicablı qızları dərsə buraxmayaq.
Səbəb nədir dedim? Biz demokratik dövlətdə yaşamırıqmı?
-Bunu maarif müdirindən soruşun, bizə belə göstəriş verilib.
Birbaşa məktəbdən maarif şöbəsinə yollandım. Maarif müdiri ilə görüşüb olanları ona anlatdım və o da, "bu, nazirin əmridir, biz də tapşırığa əməl edirik”– dedi. Bu işlər çox qəribə gəldi mənə, necə olur əhalisinin çoxu müsəlman dininə inanan bir ölkədə hicaba qarşı çıxırlar. Bu məsələ çox qəliz olduğunu və mənə aid olmadığını düşünüb işə getdim, amma yolda qızın ağlamaq səsləri qulağımdan getmirdi, elə hey bu hadisə gözümün önündən getmirdi və içimdə bir hiss məni bu məsələni tam araşdırmağa vadar edirdi. Yol boyu düşünürdüm, axı bundan mənə nə? Axı bu mənim qızım deyil ki? Birdən yadıma rəhmətlik atamın sözləri düşdü. "  Bu vətən o zaman dəyərli olar ki, yalnız özünü yox,  başqalarının da dərdinə yanasan”. Qərara gəldim ki, hökmən, bu qıza yardım etməliyəm. Axşam evə gələndə bu gün gördüyüm o əhvalatı ailəmə danışdım. O qıza yardım edəcəyimi söylədim, anam əvvəlcə narazılıq etdi.
-Ay bala, sənin nəyinə lazım, sən namaz qılan deyilsən, qoy bunun qeydinə namaz qılanlar qalsın.” Anama olanları ətraflı söylədim: "Ay ana, bu məsələ bizim xalqın məsələsidir. Mən gözümü açandan sənin başında örpək görürəm. Bax, sənin o örpəyini açsalar, desələr, bu örpəyi at, nə deyərsən?” Anamın üzündəki  məzlum baxışlar bir an dəyişdi.
-Qələt edər, kimsə bunu mənim başımdan çıxara bilməz, biz bunu nənələrimizdən öyrənmişik, bu bizim abrımızdır, ənənəmizdir. Azərbaycan xanımının hər zaman örpəyi olub.
Ana, bəs nə üçün o qız çıxartmalıdır?
-Ey ay bala, səndən ötrü qorxuram, deyirəm başına iş gələr.
-Ana mən dinməyim, sən dinmə?. Bəs kim haqqımızı tələb etsin? Bəs bu qızlarımızın gələcəyi necə olsun? Onlar gələcəyin analarıdır. Onlar necə tərbiyə edəcək övladlarını?
-Ay qurban olum sənə, bax atan bir ömür narazı oldu bu dağılmış rus hökumətinə. Onlara qarşı gəldi. Noldu yazığın sonu, zindanlarda bitdi. İstəmirəm səni də elə itirim.
-Ana, atam şərəflə öldü. O, hər zaman bizim namusumuzu qoruyub. Xalqımzın namusunu heç kimin ayaqları altına atmayıb. Nə edim? mən də onun oğluyam. Demək bizim yolumuz eynidir, eyni yolu tuturuq.
Səhər tezdən oyanan  kimi təhsil nazirliyinə yollandım. Birtəhər nazirin qəbulunda oldum. Nazirə də bu olanları əvvəldən axıra kimi anlatdım. Nazir bu işə çox əsəbləşdi.
-Biz belə qərar verməmişik və vermərik də.
Bəs necə olur cənab nazir, onlar bu sözləri özündən deməzlər ki?
-Siz onlardan yazılı bir qanun göstərməsini istəyin, görün elə bir qanun varmı?
Cənab nazirin dediyi kimi, nazirlikdən birbaşa məktəbə yollandım. Yolda nazirin sözlərini öz-özümə təhlil edirdim, heç inanmağım gəlmədi onun sözlərinə, çünki su başdan bulanar.
Məktəbin direktoruna, nazirlə görüşdüyümü və ondan qanunla bağlı rəsmi sənədi göstərməyini xahiş etdim. Direktordan səs belə çıxmadı və burdan bu işin özbaşınalıq olduğunu tam anladım. Direktora, sadəcə, bir söz dedim, ən azından unutma, siz də bu xalqdansınız. Siz də müsəlmansınız. Sizin Allaha, Qurana imanınız yoxdurmu?
Direktordan o qızın ünvanını öyrəndim və onlara yollandım. Qızgilin qapısına çatanda məni ağlamaq tutdu, çünki qız qapılarının ağzında uşaqlara öz arzularını danışırdı.
-Mən böyüyəndə müəllimə olacağam....

Anar Sadıllı
 


Şərhlər:
Baxılıb: 3542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz