Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat (Bölüm 27)
Maskalı həyat (Bölüm 27)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1454
Səs ver:
Hər istəyə uyğun olsa idi həyatda yaşamaq daha asan olardı əlbət.
Kamran əsəbi şəkildə telefonu kənara qoyub mənə baxdı.
-Nə olub?
-Lalə xəstəxanadadı
-Niyə?
-Uşağı düşürmək təhlükəsi olub. İndi də məni yanında istəyir
-Lap əla qayıt
Mən pis olsam da bildirmədim. Əlbət içimdəki məndən nəsə gözləsəm də o sadəcə dondurma alıb əlinə televizor izləməyə başladı. Bu depresyon bəlirtisidi deyəsən.
-Süsən xanım mən qayıdıramsa sən də qayıdırsan
-Niyə yapışığıq?
-Hə. Şüphən var?
-Sən Aytən ilə məni səf salmısan dəyəsən
-Niyəsə mənə elə gəlirki sən məni qısqanırsan.
-Ay sağol sənə elə gəlir. Get səni Aytən qısqansın
Deyib dil də çıxardım
-Süsən
-Nədi?
-Mən düz edirəm səncə?
-Başa düşmədim
-Bu oyunlar içində boğuluram. Sanki bunlar mənim günü gündən enerjimi alır. Hər gün bir az daha güc itirirəm.
-Sənin yanındayam nə olsa da 
-Bu oyunlarda bir tək səninlə oynadığımız oyun məndən alınan enerjiləri geri qaytarır deyəsən
Deyib o sevimli gülüşü ilə güldü. Nə sevimli dedim? Yo yox səf oldu. Hə əminəm dilm sürüşdü. 
---
Otelin önünə gəldik ki Aytən çox ama çox uzun yupkası ilə qarşımıza çıxdı. Əlbətdəki bu dırnaq arası uzun yupka idi.
-Hara gedirsiz mən telefonda heç nə anlamadım Kamran
Deyib əzilib büzüldü. Əminəm bir gün özümü saxlaya bilməyib Aytənə hücüm edəcəm ama o gün bu gün deyil.
-Problemlər var Aytən. Burdakı işləri sən həll edəsi olassan
-Aaaa bacarmaram sənsiz Kamran
-Aytən bacararsan. Bacarığına bələdəm
Deyib taksinin qapısın açıb mənə
-Süsən min 
-Baş üstə palkovnik
Deyib əyləşdim. O da yanıma oturdu. 
-Başqa əmrlərinizi də gözləyirik.
İlk Kamran hava limanına sürməyi dedi sürücüyə. Daha sonra isə mənə baxıb bic bic
-Əminsən əmrlərimi gözlədiyinə? 
-Hə də buyrun 
-Bax ha peşman olarsan
-Qaç da Kamran
-Qaçacamsa day taksiyə niyə mindik
-Offff. Sən nə qədər danışırsan
O gülüb məni qucaqlayıb sinəsinə basdı. Mən tez onun əlindən xilas olub qapıya tərəf çəkildim
-Ey ey özünə gəl
-Nədi nişanlımı qucaxlaya bilmərəm?
-Yox başının əzilməsin istəmirsənsə
-Gücün çatmaz
Deyrəm yaxşıki sürücü bizi anlamırdi. Yoxsa bizi dəli sanıb dəlixanaya tıxa bilərdi.
-Sevinki adam var yoxsa sənə bir yumruq ilişdirərdim
-Sən də sevin ama yox mən burda nə etsəm de onlara ayıb olmaz
-Anlamadım
O yavaş yavaş mənə tərəf gəldi. Mən artıq qapını açsaydılar yerə düşəcəkdim. Sürücünün isə heç nə vecinə deyildi. Yazıq görüb ki daha heç nə anlamır.
Kamran isə daha da yaxınlaşmışdı. Nəhayət içimdəki mən özünə gəlib pedjamaların əynindən çıxarıb üstünə gözəl paltar geyib dodaqlarına da boya sürtüb dodaqların önə verdi. Ayıbçı tərbiyəsiz. Bu Kamran ilə içimdəki dostdular dəqiq. Ağılları bir işləyir
Mən başımı da arxaya tərəf çəkirdim, ama xilas yox idi.
Mən pıçıldayaraq
-Uzaq dur yoxsa qışqıracam
O yanımdaki düyməni basıb pəncərənin şüşəsin açdı.
-İçindən keçənlər necə də ayıbdı Süsən xanım
Yanaqlarımın pamidordan fərqli olması o yana qalsın içimdəki mən də boks əlcəklərin geyib qum torbasına yumruqlar vururdu. Qum torbasının üzərində isə Kamranın şəkli vardı. Ahaaa deyəsən içimdəki də mən tərəfə keçdi.
---
Artıq evdə idim. Anam tez gəldiyimizə sevinmişdi. Ona yalan dedim ki guya işlər tez bitdi deyə belə gəldik. 
Kamrandan iki gün səs çıxmadı. Yuxularım isə hələ də eyni idi. Dərs də hələ başlamamışdı deyə evə məhkum idim. Ağlıma belə fikir gəldiki işləyim. Ama elə bir iş tapmaq lazimdıki dərs açılanda da işə gedə bilim. Şirkətlər də məni qapıda gözləyir axı.
Ən yaxşısı Səbuhiyə zəng edim bəlkə o iş tapdı mənə
-Alo Səbush
-Ay can Süsü
-Sənə işim düşüb
-Buyur
-İş tap mənə
-Anlamadım
-Evdə oturmaqdan artıq təngə gəldim. Elə iş istəyirəm ki dərsə də gedim sonra işə
-Gəl bizim şirkətə sənin qəşəng eskizdərin olur. 
-Aaa Səbuhi unutmuşam artıq çəkməyi
-Yadına salarsan da 
-Onda çəkim mən bir az gətirərəm baxarsan bəyənsəz olar
Mən Səbuhi ilə razılaşdım. Düzü Səbuhinin şirkətin unutmuşdum. Özümündə modalyerlik arzularımı.
---
Gözlərimi açdım. Başımın üstündə Kamran. 
-Sabahın xeyr tənbəl 
-Sən burda neynirsən
-Gəldim xəbər edəm
-Nə xəbər
-Bizi ilk toya dəvət ediblər
-Nə toy nə dəvət kim?
-Deputatlardan birinin oğlunun. Atam ilə anam bizim getməyimizi dedilər. Gedirik Süsən xanım?
-Day sənsən də
Mənim deyəsən bu belə çıxmaqlarım sona çatmayacaq. Bu arada Kamran mənə baxırdı. İçimdəki mən isə yenə məni satıb hind qızları kimi geyinib Kamranla kino çəkməyə başladı. Dağların başına çıxıb rəqs edərək oxuyurdular. 
-Nə baxırsan
-Səhərlər qeşəng olursan Süsən xanım
-Sənin barəndə bunu deyə bilməyəcəm.
Mən indi fərqinə vardımkı mən yerimin içindən Kamran ilə danışıram Kamran isə mənim yanımda uzanıbmış.
-Aaaa dur burdan
O gülərək yanımdan qalxıb qapıya doğru yönəldi.
-Axşama geyməyə nəyinsə var?
-Var
-Onda hazır ol gəlib götürəcəm
Kamran otaqdan çıxdı. İçimdəki mən isə hələ də rəqs edirdi. Əsl hind filimlərinə özün qapdırıb onlardakı kimi kinonun yarsın oynamaq aparır.
---
Kamranla toy zalına daxil olanda bütün gözlər bizim üzərimizdə idi. Qızların gözü Kamranı yeyirdi.
Mənsə qorxuluq kimi onun yanında durmuşdum ki baxmasınlar. Sevinirəm ki Aytən burda olmaz yəqin. Ama öncədən sevinmək olmazmış Ayten uzun əlbisəsi ilə gəlinlə bəyin yanında durmuşdu. Bu masaların tək olmağı mənə çatmırda oturacaqsız masa. Birdən ayağım ağradı harda oturacam? Bizdə belə deyildi axı. Xaricilərin guyamış adətlərin götürüb... Nəysə.... Əsəbləşmiyim. 
Bir masanın yanında durmuşduq ki yanımıza Lalə gəldi. Gözlərimə inanmırdım.
-Salam Süsəncim
-....
Kamrana yaxınlaşıb onun qoluna girib
-Sən necəsən sevimli ata
-Lalə özünə gəl
-Mən özümdəyəm əzizim. Bununla evlənib bizi tək qoymaq istəyirsən? 
Göz ucu mənə baxıb
-Dəysə adamı yandırmaze
Kamran onu qolundan çıxarıb məni belimdən tutub özünə çəkdi
-Arvadım olacaq o mənim. Ona görə sevinki hamiləsən.
Məni pistə aparıb belimi qavrayıb musiqiyə uyğun hərəkət etməyə başladı. Gözüm dolmuşdu. Çünki bu qədəri mənə çox idi. 
Mən başımı onun sinəsi üstünə qoydum ki o göz yaşlarımı görməsin. O üzümü qaldırıb
-Gizlətmə üzünü heç vaxt məndən.....
Mən heç nə deyə bilmirdim.
-Evlən mənimlə Süsən
Mən gözlərimi bərəldərək ona baxırdım. İçimdəki isə artıq gəlinliyin geyinib ayağına da ketlərin geynib iplərin bağlayaraq "hə hə hə " deyə qışqırırdı . İndi ağlıma gəldiki bu içimdəkinin məndən çox paltarı vare. İçimdə məndən başqa böyük bir qardirobu da var.
-Kamran bəsdir bu zarafatlara son ver
-Yox düz sözümdü.
-Yetər oynama
Deyib onun qollarından çıxmaq istəyirdim ki
O imkan vermədi. Başımdan tutub dodaqlarıma yapışdı.
 
P.S.Ardı var.


Şərhlər:
Baxılıb: 1454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz