Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat (Bölüm 12)
Maskalı həyat (Bölüm 12)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1519
Səs ver:

-Buyur ata
Deməli Kamranın atası idi. Məşhur Aslan müəllim.
Kamran əlini belimdən çəkib məni atasına təhvil verdi.
Biz musiqinin son səsləri ilə rəqs etdik. Diqqət etdim Kamran bənzəyirdi atasına. Aslan müəllim əyninə tam oturan tünd mavi kastyum ilə yaraşıqlılıqda Kamranla bir gedirdi.
Kamran da deyəsən anası idi onunla rəqs edirdi. Qadın da çox gözəl idi. Yəni mən onun yanında yaşlı görsənə bilərəm. Utandım musiqi bitən kimi Kamran yanıma gəlib əlimdən tutdu.
-Gedək masaya
Atası isə anasının yanınca masaya doğru gedirdilər. Hamı bizə baxırdı. Mən çox həyəcanlı idim. Ayağım büdrəyirdi. Qabağa tərəf irəlilədikcə sanki həyəcanım daha da çox artırdı.
Nəhayət masaya çatdıq. Kamran anasının stulunu çəkdi mənə tərəf gələndə isə ofisant ondan qabağa düşüb əyləşməyimə kömək etdi. Kamran qorxulu baxışlar ilə baxsa da axır nəhayətində gəlib oturdu.
İlk evvel masada səssizlik oldu. Anasinin adın belə bilmirdim. O mənə baxıb gülümsədi. Sonra isə elə səssizliyi də özü pozdu.
-Bizi tanış etməyiblər məncə. Mən Zərifə xalan.
-Mən sizə xala desəm məni topa tutarlar
Hamı mənə diqqətlə baxdı. 
-Çünki siz məndən cavansız. Yaxşısı budu Zərifə xanım deyim.
Masadaki hamı tək Aslan müəllimdən başqa hamı güldü. O diqqətlə məni süzürdü. 
-Men isə Süsən
O qaşlarını çatıb mənə baxaraq
-Əsas ad deyil soyaddı
Əllərimi həyəcandan masanın altına dizlərim üstünə qoymuşdum. Kamran əlimdən tutub sıxdı.
-Süsən ziyalıdır ata. Məncə sən bilirsən
Aslan müəllim üzünə yalançı gülümsəmə qondurub dilləndi ama gözləri əsəbiliyinin bəlirtisi idi.
-Kamran müəllim sizdən soruşmadım.
Zərifə xanım o dəqiqə əlini Aslan müəllimin əlinin üzərinə qoydu.
Lakin Aslan müəllim yenə də dilləndi.
-Süsən xanım, bu yeməyi çox ciddiyə almayın. Bu sizi qəbul etdiyim mənasında deyil.
Mən nə deyəcəyimi bilmədim. Ayağa qalxmaq istəyirdim ama Kamran əlimi daha da bərk sıxaraq qalxmağıma imkan vermirdi. Gözlərim dolurdu. Bilmirdim nə edim. Kamran mənə tərəf əyilib qulağıma
-Səbr et sadəcə
Mən də ona doğru baxdım pıçıltı ilə
-Beş saniyəlik çıxaq. Hava alım xaiş edirəm
O ayağa qalxıb əlimi də buraxmadan məni də qaldırdı.
-Biz gəlirik
Biz çıxdıq çölə 
O məni özünə tərəf çəkib 
-Ağlama 
-Axı mən ona nə etmişəm
-O səni tanımır. Ona görə
Mən daha da kövrəldim və ağlamağa başladım.
O məni qucaqladı.
-Sakit. Çətin olacağın demişdim
-Ama mən bilmirdim belə olacağın
Yaxşı. Məni aralayıb üzümə baxaraq
-Onsuzda çirkinsən ağlayanda lap çirkin olursan. 
-Eeeee
-Gəl gedək beş saniyən keçdi.
-Hər bir şeyi poz deyib itələdim onu keçdim içəri. O da deyəsən arxadan iri addımlar atıb gəldi. Qolumdan tutdu
-Məndən uzaqlaşma
Bu an yana baxdım ki Aytən bizim önümüzdə idi. 
-Salam
Mən gözlərimi iri şəkildə açıb ona baxırdım. Kamran da çaşmışdı hiss olunurdu. Mənə baxıb dedi
-Gözlə məni gəlirəm. 
Mən zalın qapısında durdum. O əsəbi şəkildə ona doğru getdi. Aytən isə bizə doğru yönəlirdi. Əynində qırmızı yaxası açıq donu qara kəmərlə belinin incəliyi bilinirdi. Həqiqətən özümü narahat hiss etdim. Kamran onun qolundan tutub saxlamaq istəyirdiki Aytən daha güclü çıxdı deməyim də qıvrılıb çıxdı əlindən
yanıma doğru gəldi Kamran da onun arxasınca. 
-Burda danışaq Süsü də eşitsin
Mən gah Kamrana gah da Aytənə baxırdım.
-Aytənnnnn
Kamran gözləri alovlu şəkildə dilləndi.
-Kamran məncə Süsü hər şeyi bilməlidi. 
Kamran mənim önümə keçib mənə doğru baxdı
-Süsən Aytən mənim vaxtiykən sevgilim olub 
Aytən sözə qarışaraq
-Belə deyək həm sənlə həm mənlə sevgili olub. Sonra məni atdı. Aaaa əsas məsələ sənə görə deyib qəzəbli baxışlarını mənə tuşladı.
Mən nə deməli idim? Qısqanmalı? Əsəbi şəkildə nəsə deməli? Saçlamalı idim Aytəni ya da Kamrana şillə vurmalı idim? 
Mən Kamrana baxdım. Gülməyim gəlirdi. Özümü güclə saxlamışdım. Daha sonra ağlıma ilk gələni etdim. Kamrana şillə vurdum...


P.S:Ardı var


Şərhlər:
Baxılıb: 1519
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz