Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat (10-cu bölüm)
Maskalı həyat (10-cu bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1239
Səs ver:
Səhər gözlərimi açanda gözlərim çox ağrayırdı. ağlamaqdan olmalıdı yəqin. mən həyatım boyu çox ağlayan olmamışam. bir atam ilə anam boşananda ağlamışdım birdə bu bir neçə gündü gözümün hidiyi əlimdədi.
yəni indiyə qədər sevgilim də olmayıb ki ona görə ağlıyım. yerimin içində göyə baxa baxa bunları düşünürdüm. göydə tavanı atam ilə mən özümüz boyamamışdıq. ora ulduzları, ayı və mən bir tərəfdə günəş çəkmişdim. düzü o zaman günəşdən başqa heç nə çəkməyi bacarmırdım. 8 yaşındakı bir uşaq nəyi çəkə bilərdi başqa. yaxşı boynuma alıram çox bacarıqsız uşaq olmuşam. işim gücüm dağıtmaq və şuluğluq olub. atam ilə bunu edəndə isə atam mənə çox gülmüşdü və "günəş ilə ayı bir yerə gətirəcək gücə sahib olarsan sən” demişdi. bunları niyə xatırladım bilmirəm ama kaş o balacalıq anına qayıdardım. düzdü o vaxtlarda böyümək həvəsində olmuşam . ama o balacalıq illərinin qədrin indi bilirəm. çünki onda qayğımıza qalırdılar dərd zad heç biri olmurdu. dostların ın xəyanətinə uğramırdın, oyunlar oynasan da həyatına təsir etmirdi. 
dünən Kamran ilə danışanda yenə telefonu üzünə qapamışdım. bunun acığın çıxacaq yəqin. 
-Süsənnnnnn
deyə qışqırıq məni fikirlərdən ayıltdı. Səbuhinin səsidi. baxdım ki otağımın qapısında əzrail kimi bərilib. 
-keçiiii
-küsəm sənlə
-Süsüm niyə küsüb ?
deyib mənə tərəf gəldi. hər zaman ki kimi üzündə insanı rahatladan mimikası ilə masamın yanındakı stulu çəkib oturdu. 
-hardasan ?
-dedim başın qarışıq olar nə də olsa sevgilin var
-eeeee Səbu
-nəbilim ürəyimə gələni deyrəm
-mən də böyrəyimdən gələni deyəcəm
deyib qaşlarımı düyünlədim.
bu an anam otağa girib Kamranın gəldiyini dedi. əla super əla üstü. öldürəcək məni sonrada meyidimi dənizə atacaq ya da piranilərə yem edəcək
mən udqunub 
-gəlirəm
yatmaq paltarı ilə idim. belə nədən qorxurame əsl sevgilim deyilki Səbuhi qardaşım kimidi. əsəbləşiram haaaa. psixopat olmuşam öz özümə danışıram. ayağa qalxdım Səbuhi mənə baxırdı
-nəsə oldu?
-nə niyə?
-rəngin dəyişdi
-yo yox. şey sən çıx mən əynimi dəyişim
Səbuhi çıxan kimi əynimi dəişdim. bu gün dərsim də yoxdu bu yenə niyə gəlibe? offff
əynimi geyinib çıxdım. qonaq otağına gəldim ki Kamran divanda gözlərindən alov çıxaraq oturub Səbuhi də stulda oturub o da əsəbi baxır. day Kamranın o baxışlarına mən də elə baxardım. münasibətləri yaqxşılaşdırmaq lazımdı məncə. yoxsa bunlar baxışlar ilə bir birlərin döyəcəklər. 
-salam
Kamran məni görcək baxışların dəişmədi. yenə mənə o aslan baxışları ilə baxırdı. bu mənim içərimə onsuzda qorxmuşdum bir az daha ürpərti salırdı. 
-bu Səbuhi mənim uşaqlıq dostum. qaqaşdan fərqi yoxdu. bir yerdə böyümüşük demək olar
Kamran ona qəribə baxaraq yalançı gülümsəyib
-mən də Kamran onun indiki sevgilisi gələcək həyat yoldaşı
nə ? biri məni çimdikləsin. bu nə danışır? xəstədi nədi. of. artıq mənim gözümdən alov çıxırdı. mən süni gülümsəyib Kamranın qolundan tutub qaldırdım. 
-sən mənlə bir gəl bir şey göstərəcəm sənə
deyib o pəzəvəngi otağıma doğru aparmağa başladım. otağa girdik və həmin insan getdi başqa birisi gəldi yerinə
-aaaa Süsən indidən məni otağına aparırsan. evlənməyimizi gözlə 
-mən səni gəbərdəcəm
deyib onun üstünə yürüdüm. o da mənə tərəf gəlib bayaq ki baxışları ilə mənə baxdı
-o sənin həqiqətdə sevgilindi?
-başın deyəsən gələndə maşında unutmusan nə danışdığını bilmirsən
-Süsən sözümə cavab ver
-sualına əvvəla. cavabımı isə bayaq onun hüzüründa cavab verdim.
-onda onun da elə düşünməsinə imkan vermə
Kamran mənə bir addım da atdı. artıq aramızda məsafə qalmamışdı.
-Süsən bu oyun ola bilər ama qaydalar var. və sən oyunla da olsa mənimsən
-sənin həqiqətən ağlın çatışmır
-mən deyəcəyimi dedim
onun bu qədər yaxın olması mənim ürəyimin tez tez ama çox tez döyünməsinə səbəb olmuşdu. ama səbəbin özüm də anlamamışdım. 
-aaa bu arada ürəyinin səsi bütün otağı bürüyüb
-şey o əsəbdəndi. sənə görə həyəcanlı zad deyləm
-mən heç nə deməmişdim
deyib güldü. özümü yandırmaqla heç aram yoxdu. biabr etdim özümü. 
-sənə hər dəfə baxanda düzü o ilk anımız yadıma düşür
-nə anı?
-məni öpmək istədiyin an
yanaqlarım qıpqırmızı qızardı. utancımdan yerin dibi deyirlərə bax o girmək istədim
-mən mən xatırlamıram.
-içkinin verdiyi təsir
-bunu nə zamana qədər üzümə vurassan?
-sənə deyim ki sənə o halınla aşiq ola bilərdim
onun arxasına keçərək o irilikdə pəzəvəngi itəliyərək otağımdan çıxarmağa çalışırdım
-çıx çıx otağımdan tez ol çıx
o isə gülərək məni məsğərəyə salmağa davam edirdi. öldürəcəm səni. nə qədər itələsəm də otaqdan çıxarmağa nail olmamışdım.
-hazırlaş çıxırıq
-hara
-gedək sənə nəsə alaq bu gun atam ilə tanış edəcəm səni
-mənim hər şeyim var
-süsən dediyimi edəssənsə çıxım etmiyəssənsə səni özüm hazırlayıb çıynimdə zorla aparacam. nəzərinə çatdırım ki evdəkilər də səni mənə veriblər uje
-eşşək çıx otağımdan
bu vaxtı anam otağa girdi
-nəsə olub? səsiniz evi bürüyüb
Kamran fürsətdən istifafdə
-Sevda xanım Süsənə deyin belə etməsində
-nə edir oğlum?
- bu gün valdeyinlərim ilə tanış olacaq deyrəm gedək nəsə alaq geyinməyinə ama getmir.
anam bir ona bir mənə baxıb. sonra gülərək dilləndi
-Kamran sən çıx sən də hazırlaş gəl
mən gözlərimi bayquş misalı açdım. mən əminəm ki mən ögəyəm o da cəhənnəm bu evə məndən başqa kim gəlir hamı məndən doğmadı. onlar hər ikisi otaqdan çıxdı. anam təzədən qapıdan baxıb dilləndi
-Səbuhi sağol dedi. getdi.
-aaaaa.
anam getdi. of Kamran of. sən mənim həyatıma hardan girdin axı. niyə girdine? bekar idin? 
geyinib çıxdıq. mən sanırdım ki alış veriş mərkəzinə gedəcəyik ama Kamran mənim hər zaman yanından keçərkən "burdan alış-veriş edənin ağlı yoxdu " dediyim butikə gətirdi.
ora daxil olduq hamı başımızın daha doğrusu onun tapşırığı ilə mənim başımın üstündə o yan bu yana gedirdilər. belə sünilikləri heç vaxt sevməmişəm. mənə pis olan isə sanki bu ilk dəfə deyil idi Kamran üçün çünki onu tanıyırdılar sanki. əsəbləşdirmişdi bu məni. yenə də səbəbin anlamırdım. ordakı qızların hamısı mənə düşmən kamrana isə heyranlıqla baxırdılar. 
içəri ali təbəqənin insanları ilədolu idi. burda işləyənlər də elə qəribə idiki. heç orda sadə insan görən kimi saymırdılar. bunu o qədər bəlli edirdilər ki.
nnəhayət bir paltar bəyəndim və geyindim
-məncə bu qısadı
-məncə isə yox Kamran bəy
-Süsən xanım məncə deyirəmsə deməli...
-Kamran bəy 
-sözümü kəsmə
axır ikimizin də sözün üçüncü şəxs kəsərək biri dilləndi. bu biri qısa yupkalı dik dabanlı və sarışın biri idi
-əzizim... Kamraaaan
deyərək Kamranın boynuna qollarını boyunbağı kimi aşırıb onu qucaqladı....



Şərhlər:
Baxılıb: 1239
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz