Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat(8-ci bölüm)
Maskalı həyat(8-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1466
Səs ver:
Mən ikinci versiyanın üzərində dururam və bu qənaətə gəlirəm ki ruhən xəstədi. 
-Kamran 
deyə qışqırdım. o isə
-caann
dedi. 
-səninlə daha çox danışmayacam 
deyib telefonu söndürdüm. yenə zəng gəldi. elə bildim yenə odu ama o deyildi. Aytən idi.
-bəli Aytən
-səni bağışlamayacam
-nə?
-sən məndən bunu gizlədirdin 
-nəyi Aytən?
-kamran ilə münasiətini
-axı mən...
indi Aytənə danışa bilmərəm. Kamran ikimiz arasında qalacağını dedi. desəm olmaz. deməsəm Aytən bəs
-nə axı?
-bağışla hamıdan gizlətməli olduq. mən də istəməzdim belə olsun
düd düd düd. Aytən telefon zəngini sonlandırmışdı artıq. 
hə Süsən sən və sənin yalnızlığın. qalan tək bu oldu. Aytən də səni belə tərk etdi. özümü yatmağa verim yaxşısı budu. ama düşündükcə anlayıram doğurdan mənim niyə etrafımda dostlarım yoxdu. hə bilirəm Səbuhi var. ama o həmişə olmur. gah gəlir gah gedirş Aytən də getdi deyəsən. insanlarla münasibət deyəsən heç mənlik deyil. bəlkə adaya gedim. heç kəs olmayan. onsuzda burda da təkəm . burda ətrafımda insanlar varkən təkəm ama orda insanlar olmayacaq.
----
səhərin gözü açılmamış tozsoranın səsi aləmi bürümüşdü. anam əlində tozsoran qapını açıb qışqıraraq
-dur tozları al
saata baxdım. səhər səkkizin yarsıdı. yəqin bu zarafatdı
-ana saatdan xəbərin var7
-bu gün Kamran, gələcək nişanlın gələcək evləri abıra salaq ki hələ yeməklər var
həəəəə. əsəbi şəkildə donquldanaraq yerimdən durdum. durmağımlada anamın üstümə toz bezini atması bir oldu. 
həyat həyat acımasız həyat. niyə mənə bunu rəva görürsən? mən yazıq kimin pişiyinə kış demişəm kimin itinə hoşt demişəm həyatımda heç qarışqa belə oldürməmişəm. ama bir dəfə yemişəm. turşdu dadı. bəlkə ona görədi bu həyatımdakı açılar əzablar. 
belə belə evi elə təmizlədik ki, yəni o dərəcə ki evdəki toz dənəciklərin əlimlə tutmuşam ki təmizlədiyim yerlərə qonmasın. anam məni yemək bişirməyə də vadar etdi. qapı döyüldü anam açdı. evdə kiminsə olmağının aşantajları. 
-salam Sevda xala 
bu ki Aytənin səsidi. qaçaraq getdim. anamla Aytən sanki ana qız kimi elə qucaqlaşıb görüşdülər ki, heç dünən məni anam yanağımdan belə öpmədi. eh nakam acımasız dünya
-xəş gəlmisən Aytən. bu qızın əlindən heç nə gəlmir. gəl sən kömək et. 
haqsızlığa uğradığımın fərqində idim ama anam yenidən dinlənməsi 
-bilmirəm bu Kamran bunun nəyin bəyənib
bu sözlə mənən çökdüm. camaatın anaları qızların tərifləyir bizimki də belə. Aytənin isə ürəyinə bu söz sanki yağ kimi yayılmışdı. yalandan süni şəkildə gəlib mənimlə görüşüb anamın arxasınca getdi. 
üzərindən yarım saat keçmişdiki Aytən otağıma gəlib
-Sevda xala Kamranı saat beşə çağırmağını deyir. zəng et de
mən telefonu tumbadan götürüb əl məcbur Kamrana zzəng etdim. Aytənin gözləri üzərimdə idi. bir də bunun səbəbin anlasa idim əla olardı
-bəli
-salam
-Salam Süsən xanım
-şeydi Kamran anam saat beşə səni dəvət edir. 
-iclasım var. necə edək?
Aytən gözlərini gözlərimə zilləmişdi. hələ onun ucbatından Kamrandan dünənkinin də hesbın soruşa bimirdim. 
-qaydalar Kamran bəy qaydalar
deyib güldüm ki Aytən şüpələnməsin. 
-yaxşı Süsən xanım iclası təxirə salaram nə də olsa Sevgilim istəyir
mənim yanaqlarım qızardı. ama səbəbin anlamış deyləm. 
-bax belə ağıllı olun Kamran bəy
-oooo Süsən xanım deyəsən yavaş yavaş dəişilmələr gedir sizdə.
-Aytən də sənə salam deyir 
deyib söhbəti dəyişmək istədim ama bu Aytənin özünü itirməsinə Kamranın isə öskürməyinə və daha sonra qışqıraraq
-ona hər şeyi demisən ?
deməsinə səbəb oldu.
-yox . gələndə görüşərik əzizim
deyib cavabımı anlatmağa çalışdım ona. ama hələ də heç nə anlamış deyilım. Aytən artıq getmişdi otağımdan. 
Aytənin getdiyindən əmi n olduqdan sonra qapımı bağladım və Kamran bəydən hesab soruşmaq məqamı gəldi.
-ey nə qışqırırsn üstümə hə?
-elə bildim demisən.
-mən bax qızıl qaydam birdə cürət etmə mənə qışqırmağa. buna bax. hələ dünən nə olmuşdu sənə başına nə düşmüşdü?
-biriləri şüpə edirdi bizim münasibətə ona sübüt edirdim
-elə məqamlarda xəbər et. 
-baş üstə gələn dəfə sübut edəcəyim adamın yanında ilk zəng edib deyərəm ki " Süsən indi oyun olacaq hazır ol” sonra da yenidən zəng edərəm oyunu oynayarıq.
-başın sevgilivin sinəsi üstə
-oooo məni belə arzuldığını bilmirdim
mən dərindən nəfəs alıb əsəbi şəkildə ona qışqırdım.
-Kamran 
-ay can
-ooooof . sağol. beşdə bizdə ol. anam dəqiq adamları xoşlayır
deyib telefonu söndürdüm. bu özün nə zənn edir axı? nəymiş onu arzuluyurmuşam. balaca vaxtında öyrəndiyim taekvando biliklərimi onun üzərində bir gün yoxlayanda biləcək o ....
mən belə bütün günü deyinə deyinə artıq saat beşə iyirmi dəqiqə qalırdı. atam da qardaşım da gəlmişdi. məlum kağız üzəri ayrıldıqlarına görə atam bu evdə gecə qala bilməzdi bu səbəbdən yazıq qaqaş da oteldə qalmışdı ki ata tək olmasın. qonaq otağında hamı yerin almışdı. anam da o qaşlı-qbaqlı dayələr kimi geyinib hazırlanmış masanın başına oturmuşdu. anamın üz cizgilərindən şüpələnirəm. deyəsən o yazıq cavan Kamranı qətlə eytirəcək. bu mənim üzümdə gülüş doğurdu. Kamranın ölümünü xəyal etmək belə gözəl hisdi.
aytən də getməmişdi. bilmirəm anam getməmişdi yoxsa özü getmək istəməmişdi. əsas nəticə idi ki Aytən bu gecə bizimlə süfrə başına keçəcəkdi.
qapının döyülməsi ilə hamının bir birinə baxması bir oldu. hə gözlənilən məqam Kamran bəy təşrif buyurdu. necə gözəl necə gözəl
-Süsən get qapını aç
mən gedirdim ki qardaşım dilləndi 
-həyəcandan yıxılıb edərsən ehtiyatlı ol
üstünə də o lağ edən gülüş və yenə dözmədim ayağçığımı çıxarıb onun başına atıb qaçdım. anamın əsəbi şəkildə "Süsü” deməyin də eşitdim.
qapını açdım. Kamran əlində çiçəklər və birdə şokalat qutusu qapının önündə idi. məni gic gülmək tutmuşdu
-qız istəməyə gəlmisən?
-Süsən məsğərəyə qoyma əsəbiyəm sənə onsuzda
-bıy Kamran bəy yada əzizim niyə əsəbisiniz?
o içəri keçib əlindəkiləri qapının yanında olan tumbaya qoydu. mən də qapını bağladım. birdən o məni qolumdan tutaraq divara tərəf çəkdi. mən nə olduğunun fərqinə belə varmamışdım o əsəbi şəkildə pıçıltı ilə dedi
-birdə telefonu üzərimə qapama. 
mən gözlərimi iri şəkildə açıb ona baxırdım. sanki gözündən bu dəqiqə məni parçalayacaq şir çıxacaqdı. və daha sonra heç nə olmamış kimi kənara çəkilib ayaqqabılarını çıxartdı. gülü götürüb konfeti isə mənim əlimə verdi.
-belə çıx baxacaqsan. məncə içəridə bizi gözləyirlər. 
deyib o biri əlimdən tutub içəriyə apardı. qona1q otağına keçdik ki hamı masanın yanında ayaq üstə bizi gözləyirlər. hamı ilk bizim əllərim izə baxdı. daha sonra Kamran əlindəki gülləri anama təqdim etdi. atam ilə əl ilə görüşdü daha sonra qaqaş ilə. Aytənə isə sadəcə baxışlar ilə salam verdi. 
masa ətrafına əyləşdik. ilk dərin bir səssizlik çökmüşdü. gələn səslər tək qaşıq çəngəlin qabalra dəydikdəki səsi idi. masanın başında atam o birində anam, bir təfdə Kamran ilə qardaşım əks tərəfdə isə mən və Aytən. Kamran ilə mən üzbəüz idik. ama mənə heç baxmırdı. axır səssizliyi elə Kamran pozdu
-salat çox dadlıdır.
anam o dəqiqə mənə baxıb gülərək
-Süsənin əlin indidən hiss etmisən
masada hamı gülsə də bu mənə və Aytənə gülməli gəlməmişdi. anam səssizlik pozulmuşkən bir daha səssizliyə qərq olmayaq deyə v ə bu fursəti əldən verməmək üçün jurnalistlərdən beş betər suallarına başladı
-necə tanış olmusubiz ikimizdə xorda oxuyan uşaqlar kimi eyni anda
-restoranda
dedik. bütün hamı bizə baxsa da biz vəziyyətdən çıxmağı gülməkdə gördük. sanki boğazımızda nəsə qalıb ama biz hələ də gülürük. anam geri çəkilməyərək
-necə əhvalatınız maraqlıdı
kamran mənə baxıb göz vurdu. indi bu nə deməkdi mən danışım yoxsa o? mən bunu düşünərkən o başladı.
-günorta yeməyi üçün Süsəngilin universtetinin önündəki restoranda idim. birdən qarşıdan gələ n ketli, saçları açıq , özünə güvənən bir o qədər əmin addımlar atan qızın gəldiyini gördüm. 
bütün masa Kamrana diqqətlənmişdi. mən də həmçinin. onun məni belə təsəvvür edəcəyi ağlıma gəlməzdi.
-əslində diqqətimi o çəkmişdi, onun ardından isə restoranın qapısından girdiyi andan etibarən yıxılan qız bütün diqqətimi üzərində toplamağa nail oldu
bütün masa gülərək
-əlbətdə bu yıxılan Süsən idi
deyib bir daha qəhqəhə çəkdilrə
-hə Süsən idi. yanına getdim ki qalxmağına kömək edim o məni borclu çıxartdı. hətda bilirsiz mənə ondan kömək etməyi xaiş etməmişdim deyə məni borclu da çıxartdı. 
atam o dəqiqə gülərək
-həəə bu mənim qızımdı
dedi və yenə hamı gülürdü. niyə bircə mən gülmürdüm görən. qaşlarımın düyünləndiyin hiss edə bilirdim sən baxarsan Kamran. səni yandıracam külünü də küləyə tutacam ki birdə birləşib yaranma ehtimalın olmasın.
-qoy ardın da mən danışım Kamran
deyərək ortalığa tullandım.
-daha sonra Kamran məni həqiqətən yıxılmağıma peşman etdi. mənim ardımdan ayrılmırdı. hara gedirdim ora gəlirdi. sevgi etirafları edirdi. məni sözün əsl mənasında bezdirmişdi.
kamran ayağımdan birin necə vurdusa ağrıdan gedib o biri dunyanı gördüm gəldim. bütün üzüm qızardı. 
-Süən mən danışaram ardın. 
diqqət etdim mən danışanda bütün masa mənə Kamran danışanda ona baxırdılar. başları gah o yana gah bu yana çevrilirdi. bu hal cizgifilimlərin xatırladırdı mənə. 
-belə axır Süsəni mənimlə tanış olmağa razı saldım. 
mən ondan məni alçatmağı gözləyirdim ama etmədi. bu danışıqlardan evdəkilərin başı qarışmış olacaq ki heç biri bir başqa sual vermədi. bu məni sevindirdi. çünki biz yalanlar danışdıqca içimdəki qorxu daha da böyük olurdu. masadan ayağa qalxdım ayağım ağrayırdı. axsadım anam da o dəqiqə
-Süsən nə olub
-ayağım ağrayır
-oturanda heç nəyin yox idi axı.
mən əsəbi şəkildə Kamrana baxaraq
-stolun ayağına vurdum
anam başın yelləyərək
-elə bil balaca uşaqsan 
Kamran isə ilk gülsə də deyəsən sonra peşman oldu. çünki mənə baxaq bilmirdi.
deyəsən anamgil Kamranı bəyənmişdilər. atam Kamran ilə eyvanda nə isə danışdılar mən nə qədər etsəm də anam qoymadı qulaq asmağa. dodağımı büzüb o yana bu yana gedərək gəlməklərin gözləməyə məcbur oldum. 
-mən gedim 
deyərək Aytən ayağa qalxdı. bu vaxtı elə atam ilə Kamran da gəldilər. 
-mən apararam sizi 
bu kamranın səsi idi. Aytənin gözlərində sevinc qığılcımları yaranmışdı. aaaa mən anladım Aytənin Kamrandan xoşu gəlir. yəni bu mümkündü? niyə də olmasın. o Kamran haqda hər şeyi bilir. Kamran Gələndən məni öldürəcəkmiş kimi baxır mənə. mən tez araya qatışaraq
-hə Kamran səni aparsın 
dedim. bəlkə Kamranın da ondan xoşu gələr bütün həqiqəti ona danışar. mən Aytəni itirmək istəmirəm. hə bu ən gözəl çıxış yoludu. 
onlar hər ikisi getdilər. biz evimizdə ailəmiz qaldıq. ailəmiz... ayrı olan ata ana, ayrı olan bacı qardaş və bunun ardınca da ailə. qəribədi. 
atam da anam da Kamrandan razı idilər. bunu hardan bilirdim çünki Kamran gedən kimi hər ikisi alnımdan öpüb 
-həyatında etdiyin ən yaxşı seçimlərdəndi
dedilər. bu məni kövrəltmişdi. çünki üç aya ayrılacağım insana bu qədər öyəşməklərin istəməzdim.
gecə birdə Kamran mənə zəng etdi
-Süsən
-bəli
-bu gün səni incitdimsə üzürlü say
-kərgədanlığını subut etdin. ayaq deyile elə bil dəmir parçası idi. 
-üzür istəyirə.
-bir şərt ilə bağışlayaram
-əlinə düşdük də day de.
-atamla nə danışdız?
-burnunu hər işə salmasan
-onda bağışlamıyacam səni. ömrüm boyu ayağımın günahın üzərində daşıyacaqsan Kamran
-Oha Süsən oha. necə böyütdüne
-yaxşı belə alınmır. onda xaiş de də yata bilmərəm gecə
-ailələrin nə vaxt tanışacağın soruşurdu?
bu mənim nitqimin qurumasına bəs etdi......


Şərhlər:
Baxılıb: 1466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz