Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Iki xəstə
Iki xəstə
Göndərən: Sedo
Şərhlər:
Baxılıb: 2299
Səs ver:
Xəstəxanada eyni palatada iki ağır xəstə yatırdı. Bunların birinin çarpayısı pəncərənin önündə, digəri isə qapının yanında idi. Qapının yanında yatan, bir gün pəncərənin önündə yatandan, çöldə nə gördüyü soruşur. İkinci xəstə, sanki canlanır:
-OOOO! – həvəslə ikinci xəstə səsləndi. – Mən heyvanlara, müxtəlif əşyalara bənzər buludlar görürəm səmada, çay görürəm, meşəlik görürəm.
Hər gün pəncərə önündə yatan xəstə digərinə pəncərədən çöldə nə baş verdiyini danışırdı. O, çayda balıq tutanlardan, əl-ələ tutub gəzən sevgililərdən, oynayan uşaqlardan danışırdı.
Qapının yanında yatan xəstə bütün bu nağıl kimi gözəlliklərə qulaq asır və öz özlüyündə fikirləşirdi: "Bu haqsızlıqdır. Niyə onu pəncərə qarşısında yatızdırırlar, məni isə bu cansıxıcı qapıya baxmağa vadar edirlər?!”
Günlərin bir günü, pəncərə önüdnə yatan xəstə, öskürməyə, boğulmağa başladı. Hər iki çarpayının başında, tibb bacılarını çağırmaq üçün zəng düyməsi var idi. Nə qədər etdisə, əlini zəngə uzada bilmədi. Qapının yanında yatan isə bu hadisəyə baxaraq, öz çarpayısının başındakı zəng düyməsinə əl belə uzatmadı. Pəncərə qarşısında yatan xəstə, boğazını tutub, boğuldu və öldü.
Rəhmətə gedənin palatadan çıxardanda, qapı qarşısında yatan xəstə tibb bacısından xahiş etdi ki, onun yerini pəncərə qarşısına keçirsinlər. Bu onun çoxdankı arzusu idi, elə bu səbəbdən o palata yoldaşı boğularkən çağırış düyməsini basmamışdı, köməyə heç kimi çağırmamışdı.
Ancaq… yerini pəncərə qarşısına keçirəndən sonra,o çölə boylandı. Hələ otaqdan çıxmayan tibb bacısına çox titrək səs ilə dedi.
- Axı bu necə ola bilər. Burada yatan, ölməmişdən qabaq mənə hər gün çöldə çay, meşəlik, buludlar gördüyünü deyirdi. Mən isə indi baxıram ki, pəncərədən baxanda xəstəxananın solğun divarlarından başqa heç nə görünmür! Bu necə ola bilərrrrrr?
Tibb bacısı başını bulayaraq:
- Sizin palata yoldaşınız heç nə görə bilməzdi. O kor idi!!!


Şərhlər:
Baxılıb: 2299
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz