Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maskalı həyat (Bölüm 1)
Maskalı həyat (Bölüm 1)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1364
Səs ver:
-Süsü oyan, oyan Süsü
Masanın üzərinə yayxanıb yatan məni oyandırmağa çalışan Aytəni görməməzlikdən və eşitməməzlikdən gəlməyə çalışırdım. Ama nə mümkün? Aytən üzərimə çöküb, onsuzda yazıq masa mənim ağırlığımı güclə çəkirdi Aytəni də üstünə gələndə yazığım gəldi masaya və qalxmaq qərarına gəldim. Axşamın çəkilməz ağrılarını indi hiss edirdim. Bir masa üzərində insan necə yuxuya gedər deyə fikirləşmək lazım deyil yuxuya həsrət olanda masa belə adamı qane edir. 
-Süsüüüüüüüüü
-Hiiii
-Oyan imtahana az qalıb
-Aytən sən kimi çox istəyirsən yada sən o Çağatayın canı əlçək yatım
-Aranqutan, dur gedib çata bilməyəcəyik. Sevda xala da səhər yeməyi hazırlayıb dur
-Ana çıxıb?
-Hə biletin səhərə alıb
-İstanbula getməyə vaxt tapdıda 
Kaş imtahan olmayaydı mən də gedərdim. Atam üçün də o yekəbaş qardaşım üçün də darıxmışam. Ata ilə ana ayrılandan sonra hər şey çox dəyişdi. Anam hər boş vaxtında Asəfi (qardaşımı) görmək üçün İstanbula gedir. Yada atamı. 20 yaşında olan məni hələ uşaq sanıllar. Hərdən düşünürəm ki ikisi də hələ də balaca uşaqlar kimi inadcıl olduqlarından və bir birlərini dəli kimi sevdiklərindən boşandılar. Diqqət etmişəm atam məndən anam haqda sözlər almağa çalışır, həyatında kiminsə olub-olmadığın öyrənməyə çalışır, anam isə yazıq Asəfdən. Asəf 16 yaşında olduğundan hələ də heç nəyin fərqində deyil. Yəni onun indi əsas dərdi özünü dərk etmə prablemidi. Bu yaşda çətin nəsə anlaya. Hələ üstəlik yad ölkədə. 
Ayağa qalxıb sifətimi büzüb otaqdan çıxmağa çalışırdım ama yerdəki kitablar sanki ayağımın altına qoyulmuş və otaqdan çıxmağımın qarşısını almağa çalışırdı. 
-Süsü kitabxananın kitablarıdı, ehtiyatlı ol
Mən maneləri aşaraq nəhayət özümü bu keşməkeşli yoldan hamama atdım. Əl-üzümü yuyub mətbəxə gəldim. Aytən artıq anamın hazırladığı süfrəyə hücum etmişdi belə mən sadəcə dağıntılara məruz qalmış yeməklərlə qidalanmağa məruz qaldım. 
-Aytən axşam bu qədər hazırlaşdıq əgər imtahanın sualları ordan çıxmasa ölümlərdən ölüm bəyən
-Süsü mənlik deyil müəllim özü dedi mövzuları
-Mən müəllim zad bilmirəm sən məni səhərin beşinə qədər kitablarla boğuşmağa məruz qoymusan
-Bəs yaxşı imtahanı versən necə olacaq?
-Onda səni yeməyə aparacam
-Bax söz verdin
-Özdə o məhşur arzuladığın "Tele qüllə”də
Aytən gözlərin iri şəkildə açıb mənə baxırdı. Onsuzda imtahanı verə bilməyəcəyimi bilirəm. Yəni əla olmayacağına əminəm. İndiyə qədər də heç yanılmamışam. Bic - bic baxışlar ilə Aytənə baxdım. 
-Süsü deyəsən yuxulusan hələ də
-Bax söz verirəm əgər imtahandan əla alsam səni ora aparacam
-Sözündən dönən 
-Sözündən dönən bizim qurupdakı Lalıçka olsun
Bir az üzümü büzüb
-Qızın adı gələn kimi iştaham qaçdı. Ama yemək yeməliyəm deyib yeməyə hücüm etdim. Daha doğrusu qalan qırıx-quruntulara.
Aytən gülərək mənə baxdı. Daha sonra isə nə isə düşünüb danışdı
-Mən bir az da böyüdürəm
-Necə yəni?
-Əgər əla alsan ikimizdə toya gedər kimi geyinib gedəcəyik. Yəni sən bu ketlərindən əl çəkəssən. Geyimini də mən gətirəcəm.
Birinci etiraz etmək istədim lakin sonra onsuzda Aytənin uduzacağın bilirəm. Yəni narahatçılığa ehtiyac yoxdu. Ayağa qalxıb Aytənə yaxınlaşıb əlimi ona uzatdım. Aytən də ayağa qalxıb əlini tutdu. Kinolarda zadda belə səhnələr həyəcanlı musiqi əsnasında gedir. Özümü həmin müsiqi ilə təsəvvür edib hələ bir ciddi üz də aldım.
-Sözündən dönən Lalıçka olsun
-Dayane əgər sən uduzsan nə qazanacam mən?
-O istədiyin ketləri alacam sənə
Mənim gözlərim haşiyəsindən çıxarcasına böyüdü, Aytən isə gülümsəyərək əlimi bir az daha bərk sıxdı.
Iki gün sonra.
Iri addımlar ilə Aytən ilə imtahanın cavabların öyrənmək üçün sinfə daxil olduq. Sinif nümayəndəmiz Laliçka xanım o cır və bir o qədər də beyin hüceyrələrinə işləyən səsi ilə imtahanın nəticələrin oxuyurdu. Bizi görüb gözlərin süzdürərək 
-Sizinkiləri açıqlamışam, bir gün də tez gəlində.
Aytən də onu yamsılarcasına eyni səs tonu ilə
-Oxu bitir axırda bizimkin deyərsən.
O da heç fikir verməyərək davam etdi. 
Nəhayət Lalıçka o gözəl səsi ilə qurupu feyziyab etməkdən əl çəkib bizə tərəf yönəldi. Düzü adı Lalədi niyə onu uzadıb özünə Lalıçka dedizdirir anlamış deyilik. Yəni normal insanlar adı qısaldır. Ama həyatı və yaşamağı sevdiyimiz üçün ona Lalıçka deyirik. 
-Səni təbrik edirəm Süsən əla almısan.
-Zarafatı burax 
-Nə zarafat dəlisən? Aaa mənim sənin ilə nə zarafatım olsun. Aytən səndə yaxşı almısan. (əli ilə vərəqdə Süsən adını göstərərək) deee Ziyalı Süsən əla.

P.S:Ardı var


Şərhlər:
Baxılıb: 1364
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz