Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eşqdən geridə qalan xatirələr
Eşqdən geridə qalan xatirələr
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 820
Səs ver:
 
Bir zamanlar ona gözünün qorasını tökdüyünü qəlbində onun esqindən ocaq qalandıgi halda sən tüstüsünə kor oldugun sevib də məhəbbətindən şərbət yerinə zəhər içdiyin sevgilin yenidən dönmək istəyirmiş sənə.Deyir kı sənə verdiyi əzablara çəkdirdiyi esq zillətinə toxundugu ruhunun babalına düşüb . Allah səsimi duyub ahımı eşıdıb o da cəza çəkib və indi etdiklərindən peşmandır , üzr istəyir. Hətta həyatda qazandiqlarindan nəyi isə sənə görə qurban verməyə belə hazırdır ,təki sən onu bagislayasan .

Hmmm--- susursan. Dərin düşüncə burulganına tuş gəldiyin bu an səni xəyal gəmisində 3 il öncəyə aparır.Körpə saf ruhla onun ilan görünümlü ruhundan qopan şirin esq pıçıltılarına necə inandıgini düşünürsən.Sən sevgi limanına yan aldıgını düşündüyün anlarda o səni görməsə toxunmasa belə bakirə ruhunu coxdan pozmuşdu . Ay Allah İki kəlimə mesajda yazılan cümlələr necə də xəyallarını al –üst etmişdi.Deyəsən dogrudan da onu sevmişdin axı.Əslində onun məqsədinin sadəcə olaraq boyat olmuş köhnə eşqının ruhuna yas tutmaq olduğunu ,hansısa qara-qaslı gözəlin onun qəlbində buraxdigi izləri yox edə biləcək məlhəm oldugunu sanmış , səni də aptekdən reseptsiz almışdı.Və beləcə illərin güclü sandiğı qəlbin, zahirən daşlaşmış ruhun onun saxta sevgisindən əridiyini sandigi halda əslində xəbərsizmiş ki əridiyi kimi də eyni sürətlə donub daha da daşlaşacaq….

İllər qatarı bizi xatirələrimizdən uzaqlaşdırsa da bir gün gediş bileti oldugu kimi dönüş biletini də xəbərsiz özü ilə bərabər bizim yanımızdaca aparır.Bir gün bəlkə də əzilmiş xatirələrə beli qırılmış ümüdlərə yenidən onun bir zəngi ilə dönə biləcəyini heç hesablamamışdında .Amma lənət o çərxi fələyi hər şeyin səssiz getdiyi bir anda yenə döndərmişdi zamanın çərxini.O da səndən üzr istəyirdi indi .Hətta yenidən başlamaq , sonu olmayan başqa bir liman təklifi ilə də gəlmişdi.Bu dəfə fərqli olacaq deyən o dil, artıq sənə zəhərli ilanın məhz öz siması ilə görünürdü və sən artıq bilirdin ki deyən danışan bal dadan sözlərlə bu poetik ruhun sahibi kimdir.Sənə -Məni hələ də sevirsən?- deyən o dil əslində sənin tərəfindən sevilmək istəyirdi.İstəyirdi zamanın təsiri ilə dəyişilmiş amma buz kimi soyuq olan ürəyin - ondan sonra da bir neçə eşqə ev sahibliyi etmiş zahirən xoşbəxt gülüşlərin atildigi amma sonda yenə dagıdılmış damı uçuq- sökük qırıq pəncərələri ilə tənha gecələrə bayquşlara təsəlli görünən qıfıllanmış bir komaya mehman olsun.

Düşünürsən necə də uzaqdan uzaqa baglaya bilmişdi özünü sənə.Səndən cavab istəyən bu boyat eşqə nə deyəsən.Gücün yox ki –Toz olub həyatında əsən soyuq şımal küləklərinə qarışmasını deyəsən.İnsanın ilk eşqınə bunu deməsi çox çətindir. Amma sənin onun şirin sözlərinə aldanacaq məktəbli qızlar kimi heç nə olmamış kimi eşq yaşayacaq gücün və maragin yox idi.Sənə hec toxundummu,?-deyən o sehirbaza əslində cisminə təmasla belə vura bilməyəcəyi zərbəni ruhunun bakirəliyini artıq pozdugunu deyə bilmirdin.Onsuzda anlamazdı ki .....Çarəsizlik içində qıvrılan qəlbinin ününü belə onunla söhbət etdiyin gecələrdə səsinin titrəməsindən duydugunu əslində özü duysa da bu heç nəyi dəyişməzdi .Cünkü yaşadiqlarindan beyninin gücü daha da çoxalmişdi . Ürəyin hələ də sağalmaqda olan üzərində yapışdrıcı plastrla belə yenə onunla bir eşq istəyirdi .Demək sən hələ də gücdən düşməmişdin .

Amma beynin yox dediyi bu boyat eşqə nə deyəcəyini hər gün daxilinə pıcıldayan xatirələrin səni onunla söhbətdə yalnız qoyur, gücdən salırdı .Sənin isə ürəyin onunla söhbət bitdikdən sonra yenə susmaq bilmir ele hey bagiridi qəlbinə. Hey Boyat Məhəbbətim duyursanmı məni,?Sənə demək istəyirəm ki götür boyat olmuş eşq parcasindan qəlbimdə tökülüb qalan qırıntıları apar , get uzaqlara elə uzaqlaş kı ,səsinlə ruhunun pıcıltılarını da duymuyum .Onu bil ki səninlə yaşanan uzaqdan uzaqa məhəbbət səndən mənə xatirə körpəsi bəxş etdi.Sən olmasan da mən onu məhv edə bilmədim .Böyütdüm mənimlə bərabər böyüdü .3 yaşı (yəni 3 il) var artıq amma baxanda 30 yaşlı görünür Əgər gücün çatmirsa yenə bir meh kimi əsib həyatımdan gedəcəksənsə o zaman heç o qapıdan girmə Təkliyim və olan- qalan məhsumiyyətimlə baş –başa qalmaq istəyirəm.Səni isə bağışlaya bilmərəm .Çünkü silinmir itmir körpə xatirələr …….





 


Şərhlər:
Baxılıb: 820
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz