Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lənətli cinlər ...
Lənətli cinlər ...
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1910
Səs ver:
Qorxulu, mistik, ibrətamiz, yaşanmış
14 yaşımda olarkən başlamışdı hər şey. İsveçrədə yaşayırdım, cin və bu mövzular haqqında bir çox məlumat əldə etmişdim. Mənimlə bərabər bir neçə dotum da bu işlə məşğul olurdular. Onlar məndən böyük idilər. Bu işə də marağımın artması onlar tərəfindən oldu. Təxminən 1 həftə sonra, ilk seansı sınadıq və müvəffəqiyyətli olduq. Bu seanslar, çox həyəcanlı olmağa başladı və biz bunu davamlı təkrarladıq... Mən, bu mövzuyla yoldaşlarımdan daha çox maraqlandığım üçün onlara daha da yaxınlaşmaq istədim.Əvvəllər müvəffəqiyyətli ola bilmədim və cinlərə inancım azaldı. Artıq həvəsim ölmüşdü, çox da onlarla əlaqə yaratmırdım. 15 yaşlarımda bu hadisələri yuxumda yaşamağa başladım və gerçək həyata keçdi. Yavaş yavaş sevmədiyim insanlara kiçik zərərlər gəlməyə başladı. Artıq bir şey olmadan əvvəl, hiss edə bilirdim bu da məni çox xoşbəxt edirdi və mən, getdikcə özümü onların yanında hiss etməyə başladım! 16 yaşımda, Türkiyəyə köçdük, onlar da mənimlə idi. Bu şəkildə çox gözəl və maraqlı illər keçirdim və 18 yaşıma gəldiyimdə bir radioda DJ-liklə məşğul olurdum. Bir gecə bəzi mahnıları işləmək üçün studyada qaldım, yenə tək deyildim, amma bu dəfə bunu hiss etmək, mənə xoşbəxtlik vermirdi. Əksinə narahat olmağa və boğulmağa başladım. Bir səs keçirməz studiyada, maraqlı bir şəkildə birinin nəfəsini hiss edirdim və tüklərim ürpərdi. Hətta ilk dəfə qorxdum. Bütün bunların yorğunluqdan və yuxusuzluqdan ola biləcəyini düşünərək mətbəxə bir stəkan su götürməyə getdim. Tam arxamı dönüb işığı söndürərkən, biri arxamda pıçıldadı və o an qorxudan qanımın çəkildiyini hiss etdim. Ən pisi də, radionun olduğu binadakı dairələr, iş yerləri idi və gecənin saat 02:30 da məndən başqa heç kim yox idi. Tam bu sırada, bu düşüncələrimdən sıyrılmama imkan verməyən ikinci və daha şiddətli bir səslə diksindim və studiyaya qaçıb qapını kilidlədim. Yerimə oturdum, suyumu içdim və musiqini sonuna qədər açdım, amma yenə də bu vəziyyətdən xilas ola bilmədim, çünki bu dəfə çiyinimə bir əl hiss etdim. Dona qaldım... Heç tərpənmədən qorxaraq qarşımdakı güzgüdən arxamda olub bitənləri anlamağa çalışdım və gördüklərim məni dəhşətə saldı. Arxamda bir sıra kölgələr yer dəyişdirib dayanırdı deyəsən, 7-8 dənə idilər. Pilləkanlarla qaçaraq aşağı endim. Tək düşündüyüm, motosikletimə oturub oradan uzaqlaşmaq idi, amma mühərriki işlədə bilmədim! Bir neçə dəfə sınadıqdan sonra bacardım və sürətlə evə getdim. Tam evə yaxınlaşarkən mühərrik birdən dayandı. Səsini eşidən itim, qaçaraq gəldi və məni tanımamış kimi davranıb hürməyə başladı. Ağlayaraq evə girdim. Anam böyük bir həyacanla oyandı. Hər şeyi başdan anlatmağa başladım. O gecə heç yata bilmədim, qulağımda qəribə fısıltı səsləri gəlirdi, kimsə məni sıxır, nəfəsim daralırdı sanki, ən pisi isə yatağımın başında qaraltı bir kölgənin məni izlədiyini hiss edirdim. Sabahısı gün fərqli fərqli mollalara getdik və edilməsi gərəkən nə varsa etdilər. Amma bütün bunlar çatmadı və arxamı buraxmadılar və artıq onlara alışmağa başlamışdım. Sonra, yalnız birini çox dəqiq bir şəkildə hər mühitdə görməyə başladım. Bir qadın idi və davamlı qarşımda, yanımda, həmişə yaxınımda bir yerlərdə oturub gülərək məni izləyirdi. Onun varlığı, artıq mənə qorxudan çox narahatlıq verməyə başlamışdı. Çünki, əlini tutduğum və ya toxunduğum qızların o an ya burunları qanayırdı, ya yıxılıb bir yerlərini incidirdilər, ya da bir yerləri ağrıyırdı. Belə davam edə bilməyəcəyimi düşünmüşdüm, intihar etmək istəyirdim. İsveçrədəki dostlarımın ölüm xəbərini eşidəndə vəziyyətim daha da pisləşdi, onlar da eyni hadisələr yaşamışdılar və sonu da intihar. Bəlkə sıradakı mən idim, bilmirdim, tək bildiyim var idi, gərək başlancıqdan bu işlərə qoşulmazdım. Bu də qoca bir dünyagörmüş molla ilə məsləhətləşdim. Olanları anlatdım. Molla isə cavabında "onun səni rahat buraxması üçün tək bir istəyi vardı o da, cinsi birlik. " dedi. Amma mən bir dəfə birlikdə olduqdan sonra ömür boyu onun əsiri olacağamı bilirdim Davamlı məni təhrik edirdi və özümə çətin mane olurdum. Bu sırada mənə kömək etməyə çalışan mollanın tövsiyəsiylə İstanbulda bir kahinə getdim. 3 gün onun evində qaldım və çox dəyişik üsullar tətbiq etdi. Amma xeyri olmadı, arxamı buraxmırlar, hara getsəm mənimlə olurlar. Başqa əlacım yox idi, ya onlarla yaşamlı idim ya da ... Tək tövsiyəm həyatınızı daha həyəcanlı edə bilmək üçün bu hadisələrlə maraqlanmayın. Çünki itirdiyiniz şey yenə öz həyatınız olacaq.


Şərhlər:
Baxılıb: 1910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz