Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiçəyin tökülən ləçəkləri (17-ci bölüm FİNAL)
Çiçəyin tökülən ləçəkləri (17-ci bölüm FİNAL)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1908
Səs ver:
Xaricdə olduğu müddət ərzində Çiçək həm təhsilini inkişaf etdirib dövləti üçün bilikli kadr olmağa çalişdi, həm də hafizəsində Süleymangili silməyə çaba göstərdi..Özü özünə psixoloqluq etdi..özü danışdı özü dinlədi..öz suallarını özü cavablandırdı.."Nə necə olsaydı belə olmazdı..Mənim heçmi səhvim olmadı?"..Gah özünə bəraət qazandırdı, gah da özünü günahlandırdı..Müxtəlif nəticələrə gəldi:

- Süleyman məni sevmək məcburiyyətində deyildi..Niyə məni sevmədi demirəm..Amma ən azından hörmət edərdi..Buna layiq olduğumu düşünürəm..Gedərkən üzr istəsəydi."Bağışla, səninlə olmağı bacarmadım.Bağışla nışanı qaytarmağa vadar etdim səni" desəydi..hələ o ailəsi yoxdumu..Məni ən çox yandıran.Yaxşı bu Suleyman uşaq idi..dərrakəsi çatmırdı..Bəs sizə nə olmuşdu?..Siz dəmi bir quru zənglə üzrxahlıq edə bilmədiz?...
Belə düşündükcə Çiçək rahatlayırdı..Öz özünə danışmaq ona fərahlıq gətirirdi..
Və..Zaman..Zaman hər şeyin elacıdır..Bəzən unudutdurur..Bəzənsə yalnız öyrəşirsən..Amma öyrəşmək də bir nailiyyətdir..Sağalmağın başlıca dərmanıdır..Sağalmaq düşünüb haqlı və ya haqsız məqamlar tapmaqdır..Gələcəyə fərqli gözlə baxa bilməkdir..Əylənmək,gülə bilmək,sevinmək üçün səbəblər yaratmaqdır..Bəzən susmaq, yaşadıqlarını dilə gətirməməkdir..Keçmişi unutduracaq insanlarla birlikdə olmaqdir.. Çiçək bir neçə belə insan tanıyırdı...Çox sevdiyi bir rəfiqəsi vardı - Ayan... Çiçəyin kədərinin ən sona qalan qırıntılarını da o qız təmizlədi.."Əşi, unut getsin, ondan da yaxşıları çıxacaq qarşına" kimi şablon sözlərdən yox...Daha ağla batan məntiqi əsaslarla bunu ona izah etdi..Onu bezmədən,usanmadan dinlədi..Təsəlli yox məsləhətlər verdi..Və nəhayətində onların birgə səyi nəticəsində və Allahın izniylə Çiçək qəlbindəki yükdən qurtuldu..
Çiçək artıq əzab çəkmirdi..Amma içində durmadan alovlanan bir nifrət vardı..İntiqam atəşiylə yanırdı..Planlar qururdu,hesab kitab edirdi..Bir yolla yaşatdıqlarının acısını Suleyman və ailəsindən çıxarmağa çalışırdı..Bu nifrət hərdən səngiyirdi, hərdənsə qarşısı alınmaz fəlakətlər törədəcək qədər artırdı.. Çiçəyin buna cəsarəti də var idi, ağlı da..Sadəcə ailəsini düşünüb vaz keçirdi..Lakin özü də bir gun içindəki yatmış vulkanın püskürəcəyindən ehtiyat edib qorxurdu..
Və beləcə. Çiçək əvvəlki şən, şiltaq, deyib gülən, qəhqələr atan qız oldu..O qədər sevinirdiki onu unutduğuna..Qəlbində ən balaca bir sızıltının qalmadığına..Yenidən sevə biləcəyinə inanırdı..Həyat tək bir sevgiylə hüdudlanmır..Həyatla mübarizə etməyi bacarmaq lazımdır..Həyatla barışmaq lazımdır..
Çiçək indi 4 il sonra öz yatağında uzanmış..Bütün bunları düşünürdü..
---- "Hər şeyə rəğmən təhsilimi davam etdirib oxudummu?..Oxudum..Rəbbim mənə onu unutdurdumu?..Unutdurdu..Mən Süleymangilləri unutmağı bacardımmı?...Bacardım....Bu qədər bəsit və bu qədər qəliz..Indi adım tarixə düşsün:"Küllərindən yenidən doğulan qız" – deyə..
Sonra hər şeyə meydan oxurcasına xoş bir təbbəssümlə gülümsədi..Balıncını qucaqlayıb, işığı üzünə düşən ayə seyr edə - edə yuxuya getdi..
Qızıl vaxtınızı ayırıb hekayəni maraqla oxuyan userlərimiz sizə sonsuz təşəkkürümü bildirirəm bəlkədə maraqsız oldu amma çiçəyin tökülən ləçəklərinə.


Şərhlər:
Baxılıb: 1908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz