Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiçəyin tökülən ləçəkləri (14-cü bölüm)
Çiçəyin tökülən ləçəkləri (14-cü bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1577
Səs ver:
5 il sonra...
Hərarətli ürək döyüntüləri. Həyəcanlı baxışlar. Həzin bir həsrət. Heydər Əliyev adına hava limanı. Terminala zillənmiş gözlər. Qızlarını gözləyən valideynlər. Budur Çiçək göründü. İri addımlarla onlara tərəf irəliləyir. Çöhrəsində təbəssüm dolu baxışlar...
İllər sonra qovuşma səhnəsi. Ana-bala, ata-bala. İsti qucaqlaşmalar. Həsrət qoxan öpücüklər...
Çantalar maşına daşındı və hamı maşına əyləşdi. Evlərinə tərəf yol aldılar. Çiçək maşının buğlanmış pəncərəsini silib Bakıya göz dolusu baxdı və uzaqlara daldı. 5 il bundan qabağa getdi. O zillət dolu günlərə. Süleymanın qaranlığında boğulduğu günlərə. Onun Çiçəyin qəlbinə saldığı köz atəş olub bütün varlığını külə döndərmişdi. Acılı, ürək ağrılı günləri başlamışdı. Süleymanı unutmaq üçün çabaladığı günlər gəldi ağlına.
Çiçək bir anlıq ciyərində yanma hiss etdi. Maşının pəncərəsini aşağı endirib dərin bir nəfəs aldı. Sonra gülümsəyərək:
-Hə. Ata, gəldiyimi bilən kimlər var?
-Kimlər yoxdu ki, qızım
-Bax sən, deməli gözü yolumda olanlar var imiş
Maşın binalarının həyətine girdi. Bu məhlə, küçə, bina, uşaqlığı, o küçələrdə qaçıb oynamağı. O küçənin xəzəl dolu payızı, bəyaz qarlı qışı. Çiçəyin gözlərindən oxunurdu nə qədər darıxdığı. Sanki sarılıb binanı, küçəni qucaqlayacaqdı. Liftlə yuxarı qalxdı. Evin qapısına çatanda bir anlıq dayandı. 4 il qabaq bu qapıdan ağrı, kədər ilə çıxdığı günü xatırladı. İndi isə tam əksinə içi fərah, üzündə təbəssüm o qapıdan içəri girdi. Evinin qoxusunu içinə çəkdi. O evin divarları nələrə şahid olmamışdıki?! Otağın qapısını açdı,."Xoş gəldin" deyə səslər ucaldı. Bütün sevdikləri, rəfiqələri gəlmişdi. Çiçək üçün böyük surpriz oldu. Heç gözləmirdi. İlk qardaşı qaçdı qabağına. O böyümüş, boylu buxunlu bir gənc oğlan olmuşdu. Ardından hamsı yüyürüb onu bərk-bərk qucaqladı. Çiçək kövrəldi. Hamsından ötrü burnunun ucu göynəmişdi. Heç nə onun qoyduğu kimi deyildi. Hər şey dəyişmişdi. Bibisi qızları, xalası qızı, rəfiqələrindən bir neçəsi evlənmiş, bibisi oğlu nişanlanmışdı. Onlarin xoş günlərinə, sevinclərinə qəlbən qoşulsada, şahidi ola bilməmişdi. Uzaqlardan sevgisini çatdırmışdı.
Elə bu minvalda kimsə Çiçəyi ayaqlarından qucaqladı:
-"Çiçək bacı xoş gəldin"
Çiçək dönüb geriyə baxdı:
-Bıyy, balaca, sən kimsən belə?
Bibisi qızı Fəridə:
-A heç tanımadın? Amişkodu da.
-İhh, necə böyümüsən sən. Mən ən son görəndə 4-5 aylıq körpə idin. İndi isə böyük qız olmusan. De görüm məktəbə gedirsən?
-Yox hələ bağçaya gedirəm.
Bu qədər dəyişiklik ona qəribə təsir elədi. Düzü heç nəyi qoyduğu kimi tapmayacağını bilirdi. Yenə də ona elə gəlirdiki, o gedəndə zaman duracaq, o gəldiyində axmağa başlayacaq. Amma illər keçmiş, zaman öz rolunu oynamışdı. Çiçək bir yerdən başlayıb bu dövrana ayaq uydurmalı idi.


Şərhlər:
Baxılıb: 1577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz