Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiçəyin tökülən ləçəkləri (10-cu bölüm)
Çiçəyin tökülən ləçəkləri (10-cu bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1573
Səs ver:
Çiçəyin ailəsi də bu soyuqluğun fərqində idi. Nəinki Süleyman, hətta atası, anası da Çiçəyin valideynləri ilə soyuq davranırdı. Çiçək isə bu barədə heç vaxt ailəsinə danışmazdı. Anası Çiçəyin otağına daxil oldu. Qızını yanında otuzdurub söhbətə başladı.
-Firuzə xala: Qızım, münasibətiniz necədi, hər şey yolundadı? Bax atan da narahatdı. Süleymangil dəyişib. Daha əvvəlki kimi deyillər. İtirib axtarmırlar.
Çiçəyin səbri də bir yerə qədər idi. Artıq gizlətməyin mənası yox idi. O ağlamağa başladı.
-Çiçək: Ana, heç nə yolunda deyil. Süleyman çox dəyişib. Ailəsi desən onlara da nəsə olub. 1 həftədən çoxdur ki dalaşmışıq. Aydın görünür Süleyman artıq məni istəmir. Ondan axırıncı dəfə "səni sevirəm” kəlməsini may ayında eşitmişəm. Dözə bilmirəm artıq.
Vəziyyət bəlli oldu. Atası və anası gecə boyu danışdılar, məsləhətləşdilər. Səhər açıldı. Çiçək yenə dəftər kitab arxasında idi. Amma ağlı, fikri özündə deyildi. Evə zəng gəldi, Firuzə xala telefonu götürüb otağa çəkildi. Xeyli danışıq getdi. Çiçək bu işin hara getdiyini çox əla bilirdi. Yolun sonu görünürdü. Çiçəyin qardaşı yüyürüb bacısının yanına gəldi.
-Bacı, deyəsən nişanı qaytardı atagil.
Çiçək qeyri ixtiyari gülməyə başladı. Əlindəki qayçı ilə stolun üstündəki oyuncağı kəsməyə başladı. Qardaşı çox qorxdu. Tez anasının yanına qaçıb:
-Ana, bacı qəribə şeylər edir, öz-özünə gülür.
Anası tez qızının yanına gəldi.
-Çiçək: Nə oldu?
-Firuzə xala: Qızım nəolasıdıki?
-Çiçək: Sənə dedim nəoldu?- deyə bağırdı
Firuzə xala özünü itirdi, bilmirdi bunu qızına necə desin. Yarı zarafat sözünü deyərək vəziyətdən çıxmağa çalışdı:
-Əşşi, nəolasıdıki, dallarına bir təpik, getdilər...
Çiçək gözlənməyən hərəkət elədi. Çığıraraq əlindəki oyuncaq qələmi qayçıyla cırıq-cırıq etdi. Telefonunu divara çırpıb qırdı. Stolun üstündə nə qədər kitab var idisə hamısını dağıtdı. Firuzə xala gözlərinə inanmırdı. Axı qızını ilk dəfə idi belə bir vəziyətdə görürdü. Çiçək həmişə soyuqqanlığı ilə seçilən qız idi. Amma bu dəfə hal başqa idi. O idarəsini itirmişdi. Anası Çiçəyi bərk-bərk qucaqladı, əllərini tutub sıxdı. Qardaşı isə qorxudan küncə sıxılmışdı. Firuzə xala ondan tez sakitləşdirici gətirməsini istədi. Güc bəla ilə qıza verə bildi. Ona belə bir vaxtda sakitləşdirici təsir edə bilərdi mi? Yox. Durmadan ağlayırdı. Ağzını açıb tək kəlimə etmirdi. Anası çox qorxurdu. Çiçəyin vəziyyəti həqiqətən yaxşı deyildi. Barmağından bir an belə olsa çıxartmadığı nişan üzüyünü çıxardıb otağın küncünə tulladı. Həyat necə də qəribədir. 1 il bundan qabaq həmin gün 16 oktyabr barmağına taxdığı üzüyü elə həmin gün çıxartmalı oldu. Oturduğu yerdə dəli adamlar kimi bir irəli, bir geri tərpənirdi. Axşama yaxın sakitləşmişdi. Daha ağlamırdı, amma səbəbsiz yerə gülürdü. Ata evə gəldi, otağa girdi, Çiçək atasının boynuna sarılıb ağlamağa başladı. Ata-bala qucaqlaşıb xeyli ağladılar. Firuzə xala Çiçəyə ürək dərmanı verdi. Onun həyatında ilk dəfə idiki, ürək dərmanına ehtiyacı olurdu. Atası qızına təsəlli verməyə çalışırdı:
-Qızım, ağlama, bəsdir. O sənin kəsilib atılan bir dırnağına belə dəyməz. Sənin saçının hər teli bir oğlandı.
Süleymanın atası ilə oturub danışmışdılar. "Mən Süleymanla bacara bilmədim. Mənim oğlum sənin qızına layiq deyil" deyibmiş.
Adətdi nişan qayıdanda qıza alınan hər bir şey oğlan evinə geri qaytarılar. Anası bir yandan yığışdırmağa başladı. Çiçək şkafı açdı. Bütün alınan paltarları, qızılları çıxardıb otağın ortasına atdı. Onların heç biri gözünə görünmürdü. Çiçək belə bir haqsızlığı ona necə etdiklərini düşünürdü. Axı bütün bunlara layiq deyildi. Ailəsi yerinə qoyduğu şəxslərin necə belə bir hərəkət etdiklərini anlaya bilmirdi. Onun hörmətinin, sevgisinin qarşılığı bumu olmalıydı? Gecə anası Çiçəyi tək qoymadı onunla yatdı. Yuxuya getməsi üçün saçını sığallayırdı. Çiçək isə gözünü bir an belə qırpmır, bir nöqtəyə baxırdı.
Yaşadıqlarını qavramağa çalışırdı...


Şərhlər:
Baxılıb: 1573
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz